Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-695/2024 10.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə* iştirakı ilə, Ərizəçi şəxsin ölmüş elan edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, *5 may *970-ci il tarixdə Balakən rayonu, Katex kəndində anadan olmuş X3 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.*965-ci il tarixdə Balakən rayonu Katex kəndində anadan olmuşdur. Balakən rayonu Katex kəndində qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. *5 may *970-ci il tarixdə anadan olmuş X4 adlı qardaşı vardır. Qardaşı *995-ci ildə işləmək məqsədi ilə Rusiya Federasiyasının Tümen vilayətinə getmiş və bir daha geri qayıtmamışdır. Sonuncu dəfə onunla Rusiya Federasiyasına gedərkən görüşmüşdür. Həmin tarixdən sonra ondan bir daha xəbər ala bilməmişlər. Qardaşının yerinin müəyyən olunması üçün Balakən Rayon Polis Şöbəsinə müraciət etmişlər. Balakən rayon Polis şöbəsi tərəfindən *4.05.2024-cü il tarixdə müraciətlərinə məktub ünvanlanmış, məktubda bir sıra soraqlaşma tədbirlərinin həyata keçirildiyi, Rusiya Federasiyanın müvafiq uçotları üzrə *5.05.*970-ci ildə Balakən rayonu Katex kəndində anadan olmuş X3 vətəndaşlığına, yaşayış yerinə və ya ölümünə dair heç bir məlumat aşkar olunmadığı qeyd olunmuşdur. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə* ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi *0 oktyabr 2024-cü il tarixə saat 09:30-a təyin edilmiş məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxudl məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ərizəçi tanıyır, əmisi oğludur. X4 da əmisi oğludur. X2 dəfə *995-ci ildə işləmək üçün Rusiya Federasiyasına getmiş, sonra onunla əlaqə kəsilmişdir. Qüdrət Dovudov ailəli olmuş, uşağı da vardır. Ancaq *995-ci ildən sonra onlardan heç bir xəbər olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid* ifadəsində göstərmişdir ki, Ərizəçi tanıyır, əmisi oğludur. X4 da əmisi oğludur. X4 *995-ci ildə Rusiya Federasiyasına işləmək üçün getmişdir. Onunla *-2 il əlaqə olmuş, sonra isə əlaqə kəsilmişdir. Qüdrət Dovudov ailəli olmuş, yoldaşı və uşağı da onlarla eyni kənddə yaşamışlar. Qüdrətdən xəbər olmayanda onlar da köçüb başqa yerə getmişlər. Ərizəçinin nümayəndəsini –vəkilini və şahidləri dinləyib, işdə olan sənədlərə baxaraq hesab edirəm ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, iş materiallarından görünür ki, Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, *5 may *970-ci il tarixdə Balakən rayonu, Katex kəndində anadan olmuş X3 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X* ölmüş elan edilməsinin ərizəçiyə hansı məqsədlə lazım olduğu qeyd edilməmiş, bu barədə heç bir sənəd ərizəyə əlavə edilməmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması müddətində ərizəçinin nümayəndəsi-vəkili bu nöqsanı aradan qaldırmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 3*3-cü maddəsində imperativ qaydada müəyyən edilmişdir ki, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarının *.6-cı bəndində göstərilmişdir məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.*2-ci maddəsinin tələbinə görə ərizə bu Məcəllənin *49-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin *50.*.2-ci və ya *50.*.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Məhkəmə işin hallarını, Ərizəçi ərizəsində X3 ölmüş elan edilməsinin ona hansı məqsədlə lazım olduğunun qeyd edilməməsini,bu barədə sübutların ərizəyə əlavə edilməməsini,işin məhkəmədə baxılmağa hazırlanması müddətində ərizəçinin nümayəndəsi-vəkilinin bu nöqsanı aradan qaldırmamasını, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Ərizəçi izah olunmalıdır ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin **4.* və **4.*.5-ci maddələrinə əsasən ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, Ərizəçi şəxsin ölmüş elan edilməsinə dair ərizəsi baxılmamış saxlanmalı, Ərizəçi tərəfindən ödənilmiş *00 manat dövlət rüsumu Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən Ərizəçi qaytarılmalıdır. Ərizəçi izah olunmalıdır ki,iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ vardır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi *5 may *970-ci il tarixdə Balakən rayonu, Katex kəndində anadan olmuş, X3 ölmüş elan edilməsinə dair ərizəsi baxılmamış saxlansın; Ərizəçi tərəfindən ödənilmiş *00 manat dövlət rüsumu Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Ərizəçi izah olunur ki,iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-695/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-695/2024
10.10.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver