Məhkəmə qərarları › İş №e-2(019)-707/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-707/2025

09.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-707/2025 09.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, iddiaçılar İddiaçı4, İddiaçı5, İddiaçı1, İddiaçı3, İddiaçı2, onların nümayəndəsi-vəkili Nümayəndə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı4, İddiaçı5, İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən paylarının müəyyən edilməsi tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı4, İddiaçı5, İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsindən reyestr nömrəsi **********96-10301 qeydiyyat nömrəsi ********** olan, xx.xx.2017-ci ildə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçılar İddiaçı4, İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı3 və cavabdehlər X1, Cavabdeh1 ümumi birgə mülkiyyətinə verilmiş, ünvan 1ində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı4 1/7 hissədə, İddiaçı5 1/7 hissədə, İddiaçı2 1/7 hissədə, İddiaçı1 1/7 hissədə, İddiaçı3 1/7 hissədə, birlikdə 5/7 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar İddiaçı4, İddiaçı5, İddiaçı1, İddiaçı3, İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, iddiaçılar İddiaçı4, İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı3 və cavabdehlər X3, Cavabdeh1 ünvan 1inin ərazisindən 0.07 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Buna dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsindən xx.xx.2017-ci ildə reyestr nömrəsi **********96-10301 qeydiyyat nömrəsi **********olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək istəyirlər. Lakin cavabdehlər X4 və Cavabdeh1 fərdi yaşayış evinin tikintisinə icazə vermirlər. Odur ki, ünvan 1ində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı4 1/7 hissədə, İddiaçı5 1/7 hissədə, İddiaçı2 1/7 hissədə, İddiaçı1 1/7 hissədə, İddiaçı3 1/7 hissədə birlikdə 5/7 hissədə paylarının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçılar İddiaçı4, İddiaçı5, İddiaçı1, İddiaçı3, İddiaçı2, nümayəndəsi- vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyərək izahatında göstərdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsindən reyestr nömrəsi **********96-10301 qeydiyyat nömrəsi ********** xx.xx.2017-ci ildə verilmiş hüquqların dövlət qeydiyyatından çıxarışa əsasən ünvan 1ində İddiaçı4, İddiaçı5,Cavabdeh2, Cavabdeh1, İddiaçı2, İddiaçı1 və İddiaçı3 ümumbirgə mülkiyyətinə 0.07 ha həyətyanı torpaq torpaq sahəsi verilmişdir. İddiaçılar ümumi mülkiyyətlərinə verilmiş 0.07 ha həyətyanı torpaq sahəsindən paylarının müəyyən edilməsini tələb edirlər. İddiaçıların bu tələbləri ilə razı deyildirlər. Belə ki, həmin həyətdə torpaq sahəsi 0,07 hektar deyil, çoxdur. Onlar bütün torpaq sahəsindən payın bölünməsini tələb edirlər. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etməyərək izahatında göstərdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsindən reyestr nömrəsi **********96-10301 qeydiyyat nömrəsi ********** xx.xx.2017-ci ildə verilmiş hüquqların dövlət qeydiyyatından çıxarışa əsasən ünvan 1ində İddiaçı4, İddiaçı5,Cavabdeh2, Cavabdeh1, İddiaçı2, İddiaçı1 və İddiaçı3 ümumbirgə mülkiyyətinə 0.07 ha həyətyanı torpaq torpaq sahəsi verilmişdir. İddiaçılar ümumi mülkiyyətlərinə verilmiş 0.07 ha həyətyanı torpaq sahəsindən paylarının müəyyən edilməsini tələb edirlər. İddiaçıların bu tələbləri ilə razı deyildirlər. Belə ki, həmin həyətdə torpaq sahəsi 0,07 hektar deyil, çoxdur. Onlar bütün torpaq sahəsindən payın bölünməsini tələb edirlər. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbğaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı 102318 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı4, 0.07 ha həyətyanı torpaq sahəsi İddiaçı5, Cavabdeh2, Cavabdeh1, İddiaçı2, İddiaçı1 və İddiaçı3 ümumi birgə mülkiyyətinə verilməklə daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 17 may 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, həmin müqavilə ilə İddiaçı4, İddiaçı5, İddiaçı2 və Eminova X2 rayonu Sarıbulaq kəndində yerləşən 0.07 ha torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ ilə özlərinə məxsus olan hissəsini və üzərindəki ümumi sahəsi 55,40 kv.m olan fərdi yaşayış evini İddiaçı1 hədiyyə etmişlər. Məhkəmə iddiaçıların,onların nümayəndəsi-vəkilinin, cavabdehlərin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı4, İddiaçı5 Murtəzəli qızının, Cavabdeh2, Cavabdeh1, İddiaçı2, İddiaçı1 və İddiaçı3 ümumi birgə mülkiyyətinə 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçılar öz paylarının müəyyən edilməsini istəyirlər, cavabdehlər isə torpaq sahəsindən iddiaçıların payının müəyyən edilməsinə etiraz edirlər. Ona görə də iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə aşağıdakı hüquq tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyası: 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 213.1-213.2 və 213.5-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə işin hallarını, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı4, İddiaçı5 Murtəzəli qızının, Cavabdeh2, Cavabdeh1, İddiaçı2, İddiaçı1 və İddiaçı3 ümumi birgə mülkiyyətinə ünvan 1i ünvanından 0.07 ha həyətyanı torpaq sahəsinin verilməsini, aralarında olan mübahisəyə görə iddiaçıların öz paylarının müəyyən edilməsini tələb etmələrini , onların buna hüquqlarının olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi onların hər birinin öz payını tələb etmələrinə aid hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbi payların birlikdə 5/7 hissədə müəyyən edilməsinə aid hissədə isə təmin edilməməlidir. Belə ki, qanunvericiliyin tələbinə görə mülkiyyətçilərin hər biri öz payını tələb edə bilər. Sözügedən həyətdə torpaq sahəsinin 0,07 ha deyil, daha çox olması, payların bütün torpaq sahəsinə görə müəyyən edilməli olması barədə cavabdehlərin etirazı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 238.1-ci maddəsinə əsasən torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Qeyd edilən hüquq normalarının tələbinə əsasən sözügedən həyətdəki artıq torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olduğundan həmin torpaq sahəsindən tərəflərin payları müəyyən oluna bilməz. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı4, İddiaçı5, Cavabdeh2, Cavabdeh1, İddiaçı2, İddiaçı1 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən 0.07 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı4, İddiaçı5, İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin 1/7 hissə payları müəyyən edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçıların ödədiyi 100 manat dövlət rüsumu xərcinin 50 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulub iddiaçılar İddiaçı4, İddiaçı5, İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməli, qalan 50 manatı iddiaçıların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı4, İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı3 və cavabdehlər Cavabdeh2, Cavabdeh1 ümumi birgə mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən 0.07 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı4, İddiaçı5, İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin 1/7 hissə payları müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu xərcinin 50 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulub iddiaçılar İddiaçı4, İddiaçı5, İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilsin, qalan 50 manatı iddiaçıların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q. Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar