Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-718/2022 02.11.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahələrindən payın müəyyən edilməsi və tikinti işlərin aparılmasına mane olmağın cavabdehə qadağan edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Meşəşambul kəndində yerləşən mərhum atası X2 miras qalmış RX seriyalı ******* nömrəli 1.03009 ha və RX seriyalı ******* nömrəli 0.6099 ha torpaq sahələrindən miras qalmış hissəsinə və özünə düşən hissədə payların müəyyən edilməsi, naturada bölunməsi, cavabdeh Bazarov Ramazan Mahama oğlunun ona aid hissədən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ,onun nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə hazırlıq iclasında iddianın həcminin azaldılması barədə məhkəməyə ərizə verərək Balakən rayonu Meşəşambul kəndində yerləşən , RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarışla mərhum atası X3,onun və qardaşı Cavabdeh ümumibirgə mülkiyyətinə verilmiş 1,03009 ha kənd təsərrüfatı təyinatlı və RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarışa əsasən mərhum atası X3, onun və qardaşı Cavabdeh ümumibirgə mülkiyyətinə verilmiş 0,6099 ha kənd təsərrüfatı torpaq sahələrindən paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı ,onun nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə hazırlıq iclasında iddianın həcminin dəyişdirilməsi barədə məhkəməyə ərizə verərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi RX seriyalı ******* nömrəli) əsasən 0.6099 ha torpaq sahəsi və dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi RX seriyalı ******* nömrəli) əsasən 1.03009 ha ümumi mülkiyyətdə olan torpaq sahəsində tərəfindən hasarlanmış və faktiki sahiblik və istifadəsində olan torpaq sahəsində tikinti işlərin aparılmasına mane olmağın cavabdehə qadağan edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi RX seriyalı ******* nömrəli) əsasən 0.6099 ha torpaq sahəsi və dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi RX seriyalı ******* nömrəli) əsasən 1.03009 ha ümumi mülkiyyətdə olan torpaq sahəsinin 1/2 hissəsinə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, ailəsi ilə birlikdə Balakən rayon Meşəşambul kəndində yaşayır. Balakən Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 19 may tarixli 07 nömrəli qərarı ilə mərhum atası X4, ona və qardaşı Cavabdeh Balakən rayon Meşəşambul kəndinin ərazisindən 1,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ayrılmışdır. Mərhum atası X6 21 noyabr 2015-ci ildə vəfat etmişdir. Mərhum atası öz sağlığında qardaşı Cavabdeh və ona düşən torpaq sahələrini göstərmiş, o və Cavabdeh onlara göstərilən torpaq sahələrinin ətrafına hasar çəkmişlər. Hal-hazırda da mərhum atasının ona göstərdiyi torpaq sahəsində tikinti işləri aparmaq istəyir. Cavabdeh onun tikinti işlərinə mane olur. Bildirir ki, həmin torpaq sahəsi ona məxsusdur. Odur ki, özünün, mərhum atasının və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş,Balakən rayon Meşəşambul kəndinin ərazisində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 1.03009 ha və RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0.6099 ha torpaq sahələrindən özünə düşən 1/2 hissəsinə payının müəyyən edilməsi,tərəfindən hasarlanmış və faktiki sahiblik və istifadəsində olan torpaq sahəsində tikinti işlərin aparılmasına mane olmağın cavabdehə qadağan edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək, İddiaçı izahatına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddianı etiraf etməyərək göstərdi ki, iddia tələbi əsassızdır. Belə ki, mübahisə predmeti olan,Balakən rayon Meşəşambul kəndinin ərazisində yerləşən 1.03009 ha və 0.6099 ha torpaq sahələri İddiaçı, onun və cavabdehin mərhum atası X3 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrindən iddiaçının payı müəyyən edilməmiş və naturada ayrılmamışdır. Belə olan halda iddiaçının özbaşına olaraq hasarladığı torpaq sahələrinin ona məxsus olmasını iddia etməsi, onun orada cavabdehin razılığı olmadan tikinti işləri aparması qanunsuzdur. Cavabdeh tikinti işlərinin aparılmasına etiraz etməsi qanuni və əsaslıdır. Həmçinin vərəsəlik həll olunmadan tərəflərin ümumi birgə mülkiyyətində olan torpaq sahələrinin ½ hissəsinə iddiaçının payı müəyyən edilə bilməz. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB-nın Meşəşambul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 17 may 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 252119 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2015-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Meşəşambul Bələdiyyəsi tərəfindən 13 may 2022-ci il tarixdə verilmiş 09 nömrəli arayışdan görünür ki, Balakən rayon Meşəşambul bələdiyyəsində 821 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə qeydiyyata alınmış X3 3(üç) nəfərdən ibarət ailəsinin adına verilmiş cəmi 1.64 hektar pay torpaq sahəsi İddiaçı və Cavabdeh tərəfindən istifadə olunur və torpaq vergisi də hər ikisi tərəfindən ödənilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələlələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Meşəşambul kəndində yerləşən 0.6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, Cavabdeh və X3 ümumi birgə mülkiyyəti olmaqla daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Meşəşambul kəndində yerləşən 1.03009 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyəti olmaqla daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının,onun nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 19 may tarixli 07 nömrəli qərarı əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar ilə Balakən rayon Meşəşambul kəndinin ərazisindən 0.6099 ha və 1.03009 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə İddiaçı, onun mərhum atası X3 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmişdir.İddiaçı mərhum atası X1 qardaşı Cavabdeh və ona düşən torpaq sahələrini göstərməsinə, o və Cavabdeh onlara göstərilən torpaq sahələrinin ətrafına hasar çəkmələrini, hal-hazırda da mərhum atasını ona göstərdiyi torpaq sahəsində tikinti işləri aparmaq istəməsini, Cavabdeh onun tikinti işlərinə mane olmasını göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddia tələbinin ümumi birgə mülkiyyətdə olan torpaq sahələrindən payın müəyyən edilməsinə aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Mülki Məcəllənin 213.1-213.2 və 213.5-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə işin hallarını, mübahisə predmeti olan torpaq sahələrinin İddiaçı, onun mərhum atası X3 və Cavabdeh ümumi birgə mülkiyyətində olmasını, iddiaçının sğzügedən torpaq sahələrindən öz payını tələb etmək hüququnun olmasını, onun həmin torpaq sahələrində ½ hissə deyil, 1/3 hissə payının olmasını, iddiaçının iddia tələbini dəyişdirərkən mərhum atasından miras qalan hissədən vərəsəlik üzrə payını tələb etməməsini,qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi payın müəyyən edilməsi hissəsində qismən təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar ilə İddiaçı, onun mərhum atası X3 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş, Balakən rayon Meşəşambul kəndinin ərazisində yerləşən 1.03009 ha və 0.6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1/3 hissəsinə İddiaçı payı müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin torpaq sahəsində tikinti işlərin aparılmasına mane olmağın cavabdehə qadağan edilməsi hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 222-ci maddəsinə əsasən: 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 222.4. Birgə mülkiyyətin digər mülkiyyətçiləri razılıq vermədikdə borclu ayrıca birgə mülkiyyətçiyə olan tələbini əvəzləşdirə bilməz. Məhkəmə işin hallarını, mübahisəli torpaq sahələrinin iddiaçı və cavabdehin ümumi birgə mülkiyyətində olmasını, iddiaçının payının naturada müəyyən edilməməsini, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi torpaq sahəsində tikinti işlərin aparılmasına mane olmağın cavabdehə qadağan edilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirməklə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar ilə İddiaçı, onun mərhum atası X3 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş, Balakən rayon Meşəşambul kəndinin ərazisində yerləşən 1.03009 ha və 0.6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1/3 hissəsinə İddiaçı payı müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar ilə İddiaçı, onun mərhum atası X3 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş, Balakən rayon Meşəşambul kəndinin ərazisində yerləşən 1.03009 ha və 0.6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1/3 hissəsinə İddiaçı payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-718/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-718/2022
02.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver