Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-72/2023 01.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması,onun torpağına gələn suyun kəsilməsi ilə əlaqədar qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən 0,0450 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsində yerləşən dəmir qapının sökülməsi, onun torpaq sahəsinə gələn suyun bağlanması ilə bağlı qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, Balakən rayon Qaysa kəndində yaşayır, Balakən şəhəri, Z.Əliyeva küçəsində Cavabdeh 09 oktyabr 2018ci ildə 0,045 ha həyətyanı torpaq sahəsini almışdır. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsindən RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********36 Qeydiyyat nömrəsi 36180062 olan Hüquqların Dövlət Qeydiyyatından çıxarış almışdır. Həmçinin həmin torpaq sahəsinə dair AN 321859 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədini də almışdır. O, torpaq sahəsini aldıqdan sonra cavabdeh özünə təzə həyət qapıları almış və həyət qapılarını 80 sm onun torpaq sahəsinə yerləşdirmiş, həmçinin 4 metr eni, 12 metr uzunluğunda onun torpaq sahəsini zəbt edərək ondan istifadə etməyə qoymur. Dəfələrlə cavabdehlə aralarında aparılan məhkəmədən kənar pretenziya qaydasında danışıqlar öz müsbət nəticəsini verməmişdir. Odur ki, ona məxsus torpaq sahəsinin boşaldılması, dəmir qapının sökülməsi, onun torpaq sahəsinə gələn suyun bağlanması ilə bağlı qanunsuz hərəkətlərə son qoyulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında iddianı etiraf etməyərək izahatında göstərdi ki, o, 2018-ci ildə Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən özünə məxsus torpaq sahəsindən İddiaçı 0.045 ha həyətyanı torpaq sahəsi satmışdır. İddiaçı həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış da almışdır. O, iddiaçıya məxsus olan torpaq sahəsini zəbt etməmişdir. İddiaçının iddia tələbi əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən şəhəri, Z.Əliyeva küçəsi ərazisində yerləşən 0.0450 ha həyətyanı torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 72 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş A seriyalı 321859 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən şəhəri Z.Əliyeva küçəsi ərazisində yerləşən 0.0450 ha həyətyanı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 05 oktyabr 2022-ci il tarixli **********88 nömrəli mütəxəssis rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa və torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar üzrə Balakən şəhəri, Z.Əliyeva küçəsi ünvanında yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 0.0450 ha həyətyanı torpaq sahəsinin yeri koordinatları ölçüləri müəyyən edilmişdir. ünvan 2 ünvanında yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə İddiaçı mülkiyyətinə verilmiş 0.0450 ha həyətyanı torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunmur. ünvan 2 ünvanında yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə İddiaçı mülkiyyətinə verilmiş 0.0450 ha həyətyanı torpaq sahəsində Cavabdeh tərəfindən tikinti işləri aparılması, həyət darvazası qoyulması, tikililər və darvaza torpaq sahəsinin hansı hissəsində və hansı ölçüdə hissəsində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 noyabr 2022-ci il tarixli 10/6115 nömrəli ekspert rəyindən görünür ki: Qərardadın 1-ci sualı üzrə: Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa və torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar üzrə ünvan 3 ünvanında yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 0.0450 ha həyətyanı torpaq sahəsinin yeri, koordinatları, ölçüləri müəyyən edilmişdir, (yerquruluşu planı mütəxəssis rəyinə əlavə edilmişdir) Qərardadın 2-ci sualı üzrə: Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 3 ünvanında yerləşən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə İddiaçı mülkiyyətinə verilmiş 0.0450 ha həyətyanı torpaq sahəsi cavabdeh X1 tərəfindən zəbt olunmur. Qərardadın 3-cü sualı üzrə: Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 3 ünvanında yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə İddiaçı mülkiyyətinə verilmiş 0.0450 ha həyətyanı torpaq sahəsində cavabdeh X1 tərəfindən tikinti işləri aparılması, həyət darvazası qoyulması, tikililər və darvaza torpaq sahəsinin hansı hissəsində və hansı ölçüdə hissəsində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Balakən rayonu Qaysa kəndində yaşayır. O, Cavabdeh 09 oktyabr 2018-ci ildə Balakən şəhəri, Z.Əliyeva küçəsində yerləşən 0,045 ha həyətyanı torpaq sahəsini almışdır. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsindən RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********36 Qeydiyyat nömrəsi 36180062 olan Hüquqların Dövlət Qeydiyyatından çıxarış almışdır.O, Cavabdeh həyət qapısını 80 sm onun torpaq sahəsinə yerləşdirməsini, 4 metr eni, 12 metr uzunluğunda onun torpaq sahəsini zəbt etməsini, onun həmin hissədən istifadə etməsinə imkan vermədiyini,onun torpaq sahəsinə gələn suyu bağlamasını iddia edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İddiaçı Cavabdeh həyət qapısını 80 sm onun torpaq sahəsinə yerləşdirməsini, 4 metr eni, 12 metr uzunluğunda onun torpaq sahəsini zəbt etməsini, onun həmin hissədən istifadə etməsinə imkan verməməsini, onun torpaq sahəsinə gələn suyu bağlamasını iddia etsə də bunları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-78.1-1-ci maddələrinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Eyni zamanda iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə İddiaçı mülkiyyətinə verilmiş 0.0450 ha həyətyanı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmur. Həmçinin ekspertiza zamanı ünvan 3 ünvanında yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə İddiaçı mülkiyyətinə verilmiş 0.0450 ha həyətyanı torpaq sahəsində cavabdeh X1 tərəfindən tikinti işləri aparılması, həyət darvazası qoyulması, tikililər və darvaza torpaq sahəsinin hansı hissəsində və hansı ölçüdə hissəsində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən İddiaçı tərəfindən ödənmiş 100 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilməli, 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X3 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması, onun torpağına gələn suyun kəsilməsi ilə əlaqədar qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddiası təmin edilməsin. 100 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilsin. 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X3 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-72/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-72/2023
01.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver