Məhkəmə qərarları › İş №e-2(019)-729/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-729/2023

12.09.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-729/2023 12.09.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə* iştirakı ilə İddiaçı cavabdeh Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinə qarşı əmrin ləğvi, işə bərpa və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh*nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Balakən şəhər Nizami adına * saylı tam orta məktəbin *4 iyun 2023-cü il tarixli, 34 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinin riyaziyyat müəllimi vəzifəsinə bərpa edilməsi və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkilinin yazılı razılıq ərizəsi əsasında Cavabdeh* məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokol qərarına əsasən, əsl cavabdeh Balakən şəhər Nizami adına * saylı tam orta məktəbi ilə əvəz edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 54.*-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən veridikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, *5 sentyabr 20*4-cü il tarixli əmrə əsasən, həmin tarixdən Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinə işə qəbul edilmiş, tərəflər arasında *5 sentyabr 20*6-cı il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. *7 aprel 2023-cü il tarixədək tərəflər arasında hər il müddətli əmək müqaviləsi rəsmiləşdirilmiş, sonuncu müddətli əmək müqaviləsi 02 dekabr 2022-ci il tarixdə bağlanmış, həmin müqavilənin qüvvədə olma müddəti *4 iyun 2023-cü il tarix olaraq müəyyən edilmişdir. Bundan sonra, *7 aprel 2023-cü il tarixdə tərəflər arasında bağlanmış xxxxxxx000500 nömrəli müqaviləyə işə götürən tərəfindən xitam verilmiş, tərəflər arasında xxxxxxx00050* nömrəli yeni müqavilə rəsmiləşdirilmiş, sonuncu müqavilənin qüvvədə olma müddəti göstərilməmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsi elektron informasiya sisteminə müddətsiz olaraq qeydiyyata alınmış, bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş *4 iyun 2023-cü il tarixli 34 nömrəli əmrə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə yenidən xxxxxxx000500 nömrəli müqaviləyə xitam verilmişdir. O, mübahisənin məhkəmədən kənar həll edilməsi üçün ilk öncə mediatora müraciət etmiş, lakin tərəflər arasında barışığın əldə edilməsi, iddiaçının təkrar işə bərpa olunması mümkün olmamışdır. Bu səbəbdən mediator tərəfindən “mediasiya prosesinə xitam verilməsi haqqında” barədə protokol təqdim edilmiş, ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə* iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Balakən rayon Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinin direktoru Nümayəndə2 Əsəbəli qızı iş üzrə xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisə predmeti olan əmr qanunvericiliyin tələblərinə uyğun tərtib olunmuşdur, onun ləğvi üçün əsas yoxdur. Eyni zamanda onu da bildirir ki, iddiaçı işlədiyi müddətdə bacarıqlı müəllim kimi tanınmış, işə qəbul müsabiqəsində yüksək bal toplamış, 20*7-ci ildə DQ-də iştirak edərək 53 bal toplayaraq imtahanda uğur qazanmışdır. Göstərilənlərə əsasən qanuni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Balakən şəhər Nizami adına * saylı tam orta məktəbi məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və mübahisənin həlli üzrə məhkəmə qətnaməsinin çıxarılmasını mümkün və əsaslı hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəməiclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən elektron informasiya sistemindən əldə edilmiş *5.09.20*4-cü il tarixli xxxxxxx000*0* nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı *5.09.20*4-cü il tarixdə *4.06.20*6-cı il tarixədək işə qəbul edilmiş, *6.06.20*6-cı il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən elektron informasiya sistemindən əldə edilmiş *5.09.20*6-cı il tarixli xxxxxxx000200 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı *5.09.20*6-cı il tarixdə *4.06.20*7-ci il tarixədək işə qəbul edilmiş, 26.07.20*7-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən elektron informasiya sistemindən əldə edilmiş *5.09.20*7-ci il tarixli xxxxxxx000300 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı *5.09.20*7-ci il tarixdə *4.06.20*8-ci il tarixədək işə qəbul edilmiş, *4.06.20*8-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən elektron informasiya sistemindən əldə edilmiş *5.09.20*8-ci il tarixli xxxxxxx000400 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı *5.09.20*8-ci il tarixdə 02.*2.2022-ci il tarixədək işə qəbul edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən elektron informasiya sistemindən əldə edilmiş 02.*2.2022-ci il tarixli xxxxxxx000500 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 02.*2.2022-ci il tarixdə *7.04.2023-cü il tarixədək işə qəbul edilmiş, *7.04.2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən elektron informasiya sistemindən əldə edilmiş *7.04.2023-cü il tarixli xxxxxxx00050* nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə yenidən əmək müqaviləsi bağlanmış, elektron informasiya sistemində qüvvədə olduğu zaman müqavilənin qüvvədə olduğu müddət göstərilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı ******* №-li əmək kitabçasından çıxarışdan görünür ki, Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinin *5.09.20*4cü il tarixli əmri ilə İddiaçı *5.09.20*4-cü il tarixdən məktəbdə ixtisasına uyğun işə qəbul edilmiş, Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinin *4.06.2023-ci il tarixli əmrinə əsasən İddiaçı - məktəbin riyaziyyat müəllimi kimi onunla bağlanmış müddətli əmək müqaviləsinin vaxtı bitdiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən şəhər Nizami adına * saylı tam orta məktəbi üzrə *4.06.2023-cü il tarixdə verilmiş məktəbin 34 №-li əmrdən çıxarışda göstərilir ki, İddiaçı-məktəbin riyaziyyat müəllimi müddətli əmək müqaviləsinin vaxtı bitdiyinə görə onunla bağlanmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən *4.06.2023-cü il tarixində xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinin xx.xx.2023-cü il tarixli 232 nömrəli arayışından görünür ki, İddiaçı işə qəbul müsabiqəsində 20*5-ci ildə riyaziyyat fənni üzrə iştirak edərək 48 bal toplamış, 20*7ci ildə isə DQ-də iştirak edərək 53 bal toplayaraq uğur qazanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən mediasiya prosesinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli, MŞŞ/MT0*8/2023-0*662 saylı protokoldan görünür ki, hazırki mübahisə üzrə tərəflər xx.xx.2023-cü il tarixdə mediasiya prosesində iştirak etmiş, tərəflərin qarşılıqlı razılaşması ilə mübahisənin həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildiyindən mediasiya prosesinə xitam verilmişdir. Mediasiya prosesinin keçirilməsi üçün 50 (əlli) AZN məbləğində mediasiyaya dair xərci İddiaçı təktərəfli qaydada ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını və xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının nümaynədəsinin izahatı, eləcə də işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı *5.09.20*4-cü il tarixdə Balakən şəhər Nizami adına tam orta məktəbi iləmüddətli əmək müqaviləsi bağlayaraq, ixtisası üzrə məktəbə riyaziyyat müəllimi təyin edilmişdir. Həmin vaxtdan sonra iddiaçı ilə cavabdeh arasında mütəmadi olaraq əmək münasibətləri davam etmiş, tərəflər arasında sonuncu bağlanmış *7.04.2023-cü il tarixli xxxxxxx00050* nömrəli əmək müqaviləsində müqavilənin bitmə tarixi göstərilməmiş, bunlara baxmayaraq, iş üzrə cavabdeh Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinin *4 iyun 2023-cü il tarixli, 34 nömrəli əmri ilə məktəbin riyaziyyat müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli hesab edilməklə müqavilənin bitməsi əsası ilə *7.04.2023-cü il tarixdə artıq qüvvədən düşmüş xxxxxxx000500 nömrəli əmək müqaviləsinə təkrar xitam verilmidir. Tərəflər-İddiaçı və Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinin direktoru Nümayəndə2 Əsəbəli qızı hazırki mübahisə bağlı mediasiya prosesində iştirak etmiş, tərəflərin qarşılıqlı razılaşması ilə mübahisənin həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildiyindən mediasiya prosesinə xitam verilmişdir. Mediasiya prosesinin keçirilməsi üçün 50 (əlli) AZN məbləğində mediasiyaya dair xərcini İddiaçı təktərəfli qaydada ödəmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələrindən və prinsiplərindən bəhs edən həmin Məcəllənin 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2 və 2-*-ci bəndlərinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-*-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin *-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam veriləbilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar Azərbaycan Respublikası Əmək Məcəlləsinin işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edən 70-ci maddəsinə görə əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin *-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması,habelə bu Məcəllənin *79-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyəiddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə(vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək, o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 7*-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam vreilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin *-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olaraq başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda, bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq, əmək müqaviləsinin ləğv edilməsi işə götürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin * və 2-ci bəndlərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: -müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; -işçinin adı, atasının adı və soyadı; -əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; -əmək müqaviləsinin ləğv edilməsinin əsası; -həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; -əmək müqaviləsi ləğv edilən gün, ay və il; -əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və yabir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı,qərarı) yalnız bu maddənin birinci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ- hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı ilə sonuncu dəfə *7.04.2023-cü ilm tarixdə müddətsiz əmək müqavilə bağlanmasına vəonunla bağlanmış sonuncu *7.04.2023-cü il tarixli xxxxxxx00050* nömrəli əmək müqaviləsi qüvvədə olmasına baxmayaraq artıq *7.04.2023-cü il tarixdə qüvvədən düşmüş xxxxxxx000500 nömrəli əmək müqaviləsinə təkrar xitam verilərək işdən azad edilmişdir. Qanunun tələbinəgörə (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2 və 2-*-ci bəndləri) əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığından, iddiaçı ilə cavabdeh arasında bağlanmış sonuncu əmək müqaviləsində müqavilənin qüvvədə olma tarixi göstərilmədiyindən həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Lakin qeyd olunan əmrdən görünür ki, orada əmək müqaviləsinin ləğv edilməsinin əsasları qanunvericiliyə uyğun olmamış, hüquq norması düzgün tətbiq edilməmiş, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmiş, iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanmasına baxmayaraq, onunla bağlanmış əmək müqaviləsinə qanunda nəzərdə tutulmuş əsaslar olmadan xitam verilməklə iddiaçının əmək hüquqları kobud şəkildə pozulmuşdur. Hətta iddiaçı ilə müddətli əmək müqaviləsi balandığı ehtimal olunsa belə (hərçənd ki, bu belə deyildir), burada da əmək qanunvericiliyinin tələbləri pozulmuş; qanunun tələbinə (Əmək Məcəlləsinin 45-ci maddəsi) müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilməsinə baxmayaraq cavabdeh tərəfindən tam qanunsuz olaraq əmək müqasiləsinə xitam verilmişdir. Bu da sözügedən əmrin yuxarıda göstərilən qanun normalarının tələblərinə uyğun olmadığını və heç bir faktoloji və hüquqi əsasa söykənmədiyini göstərir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə müddətli deyil, müddətsiz əmək müqaviləsi bağlanmasına, *7.04.2023-cü il tarixli xxxxxxx00050* nömrəli əmək müqaviləsi qüvvədə olmasına baxmayaraq, qanunsuz olaraq *4.06.2023-cü il tarixdə verilmiş məktəbin 34 №-li əmrilə qüvvədə olmayan xxxxxxx000500 nömrəli əmək müqaviləsinə xitam verilmiş, əsassız olaraq iddiaçı işdən azad edilmişdir. Bu səbəbdən həmin əmr yuxarıda göstərilən əsaslara görə qanunvericiliyin tələblərinə uyğun olmadığından ləğv olunmalı, İddiaçı Balakən şəhər Nizami adına tam orta məktəbində əvvəlki riyaziyyat müəllimi vəzifəsinə bərpa edilməli və həmin vəzifəyə bərpa edilən dövrə qədər ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin *-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 7*, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin **9.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə *00 manat məbləğində dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.*.*-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.*-*-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf vəya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinin *4.06.2023-cü il tarixli 34 №-li əmriləğv edilməli, İddiaçı Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinin riyaziyyat müəllimi vəzifəsinə bərpa edilməli və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Həmçinin İddiaçı hazırki iddianın qaldırılması üçün dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün ödədiyi 50 manat mediasiyaya dair xərc cavabdeh Balakən şəhər Nizami adına * saylı tam orta məktəbindən alınaraq, İddiaçı verilməli, eyni zamanda cavabdeh Balakən şəhər Nizami adına * saylı tam orta məktəbindən 50 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin; İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinin *4.06.2023-cü il tarixli 34 nömrəli əmri ləğv edilsin; İddiaçı Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinin riyaziyyat müəllimi vəzifəsinə bərpa edilsin; İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin; İddiaçı ödədiyi 50 manat mediasiyaya dair xərc cavabdeh Balakən şəhər Nizami adına * saylı tam orta məktəbindən alınaraq, İddiaçı verilsin; cavabdeh Balakən şəhər Nizami adına * saylı tam orta məktəbindən 50 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar