Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-743/2022 25.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, İddiaçı Cavabdeh qarşı Balakən rayonu Qullar kəndində yerləşən 0.0744 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, iddiaçıya məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Qullar kəndlində yerləşən JN-1106 KOD 40107018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktının 1106 planşet nömrəsi ilə verilmiş 1808,91 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0744 ha hissəsindən Cavabdeh çıxarılması, iddiaçıya məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə baxaraq hesab edirəm ki, iddia ərizəsinin qəbulundan ərizənin yolverilməzliyinə görə imtina edilməlidir. Belə ki, ərizənin məzmunundan görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Qullar kəndlində yerləşən JN-1106 KOD 40107018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının 1106 planşet nömrəsi ilə verilmiş 1808,91 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0744 ha hissəsindən Cavabdeh çıxarılması, iddiaçıya məxsus olan həmin torpaq sahəsinə sahib olması,ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh qarşı eyni tələblə əvvəllər iki dəfə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 11 may 2017-ci il tarixli 2(019)-344/2017 nömrəli qətnaməsi İddiaçı Cavabdeh Cəmaləddin oğluna qarşı qanunsuz zəbt etdiyi torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh Cəmaləddin oğlunun İddiaçı mülkiyyətində olan Balakən rayonu Qullar kəndində yerləşən161 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmçinin 2(019)-424/2019 nömrəli 01 mart 2019-cu il tarixli qərardadla iddiаçı Məmmədоv Kаmil Əli оğlunun cаvаbdeh Əmrəliyev Əsildаr Cəmаləddin оğlunа qarşı qаnunsuz zəbt etdiyi tоrpаq sаhəsindən cavabdehin çıxarılması tələbinə dаir iddia ərizəsi üzrə işin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2 və 153.2.2-ci maddələrinə əsasən hakim eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə işin hallarını, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki,İddiaçı Cavabdeh qarşı Balakən rayonu Qullar kəndlində yerləşən 0.0744 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması,iddiaçıya məxsus olan həmin torpaq sahəsinə sahib olması,ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməlidir. 100 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264 və 268.1-ci maddələrini rəhbər tutub qəraraaldım: İddiaçı Cavabdeh qarşı Balakən rayonu Qullar kəndlində yerləşən 0.0744 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, iddiaçıya məxsus olan həmin torpaq sahəsinə sahib olması,ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-743/2022
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-743/2022
25.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver