Məhkəmə qərarları › İş №e-2(019)-746/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-746/2022

14.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-746/2022 14.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək X4 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olması faktının təsdiq edilməsi və doğum şəhadətnaməsinin anası qrafasında Ərizəçi və milliyyəti qrafasında azərbaycanlı olmaqla doğum şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə baxışı iclasında ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, oğlu -X4 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki,o,2018-ci ildə tanımadığı şəxslə qeyri-rəsmi nikah münasibətində olmuş və hamilə qalmışdır. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayonu Motodrom yaşayış massivində ev şəraitində Əli adlı oğlan uşağını doğmuşdur. Həmin vaxt uşağa doğum şəhadətnaməsi almaq üçün təşəbbüs göstərməmişdir. Sonraki vaxtlarda 2020, 2021-ci illərdə ölkədə pandemiya olduğundan Qeydiyyat Şöbəsinə müraciət etməmişdir. O, xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ev şəraitində doğulan Əli adlı oğluna doğum haqqında tibbi şəhadətnamə almaq üçün tibb müəssisəsinə müraciət etmiş,amma uşaq ev şəraitində doğulduğundan ona tibbi şəhadətnamə verilməmişdir və məsləhət bilmişlər ki, bu məsələ ilə müvafiq məhkəməyə müraciət etsin. Həmçinin o, doğum şəhadətnaməsi almaq məqsədi ilə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi özünün 02 iyun 2022-ci il tarixli, 05/9-1278/15 nömrəli məktubunda qeyd edilmişdir ki, “ sizin şöbəmizə ünvanladığınız xx.xx.2019-cu il tarixdə anadan olmuş oğlan övladınızın doğumunun qeydə alınması barədə xx.xx.2022-ci il tarixli ərizənizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin maddə 44.1 və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5.3-cü bəndinə əsasən doğumun qeydə alınması doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Doğum haqqında tibbi şəhadətnamə təqdim etmədiyiniz üçün ərizənizi təmin etmək mümkün olmamışdır. Aidiyyatı üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur”. O, doğum şəhadətnaməsini doğum faktının müəyyənləşdirilməsi ilə bağlı məhkəmə qərarı olmadan ala bilmədiyinə görə və həmçinin müvafiq dövlət orqanının ona verdiyi cavabı əsas götürüb məhkəməyə müraciət etmişdir. O, uşağa doğum haqqında şəhadətnaməni başqa yolla ala bilmir. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri, Binəqədi rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin Binəqədi rayon qeydiyyat şöbəsinin aparıcı məsləhətçisi Şəbnəm Ərəbxanova məhkəməyə xx.xx.2022-ci il tarixli 05/Q2328/13 nömrəli məktub göndərərək iddiaçının iddiasına etiraz etdiklərini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını göstərmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, Ərizəçi tanıyır, onun qonşusudur. Ərizəçi 2019-cu ildə Əli adında bir oğlan övladı anadan olmuşdur.Əli ev şəraitində doğulduğundan Ərizəçi ona doğum haqqında şəhadətnamə ala bilmir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon X2 Elmira Eldar qızına ünvanlanmış məktubunda göstərilmişdir ki, “Sizin şöbəmizə ünvanladığınız xx.xx.2019-cu il tarixdə anadan olmuş oğlan övladınızın doğumunun qeydə alınması barədə xx.xx.2022-ci il tarixli ərizənizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin maddə 44.1 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.5.3 bəndinə əsasən doğum, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Doğum haqqında tibbi şəhadətnamə təqdim etmədiyniz üçün ərizənizi təmin etmək mümkün olmamışdır. Aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X7 tərəfindən X3 ünvanlanmış 03 avqust 2022-ci il tarixli PHŞ/6.3-2-2022-1349 nömrəli məktubda göstərilmişdir ki, “Sizin “Akademik M.Ə.Mirqasımov adlına Respublika Klinik Xəstəxanası” X7inə ünvanladığınız müraciətiniz xx.xx.2022-ci il tarixində qeydiyyata alınaraq baxılmışdır. Məlumat üçün bildiririk ki, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X7in arxiv jurnalında 2019-cu ildə Ərizəçi doğumu haqqında tibbi sənəd aşkar edilməmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış yazılı sübutlara birgə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki,Ərizəçi 2018-ci ildə tanımadığı şəxslə qeyri-rəsmi nikah münasibətində olmuş və həmin münasibətdən o,xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayonu Motodrom yaşayış massivində ev şəraitində Əli adında oğlunu doğmuşdur. Ərizəçi ev şəraitində doğulmuş oğlu Əli üçün doğum haqqında tibb şəhadətnaməsi almaq üçün tibb müəssisəsinə müraciət etmiş, lakin uşaq ev şəraitində doğulduğundan ona tibbi şəhadətnaməsi verilməmişdir.Ərizəçi, həmçinin xx.xx.2019-cu ildə doğulmuş oğlu Əliyə doğum haqqında şəhadətnamə almaq məqsədi ilə Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Qeydiyyat Şöbəsində uşağın doğumunu təsdiq edən heç bir sənəd olmadığına görə uşağa doğum haqqında şəhadətnamə verməkdən imtina edilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi izah edilmişdir.Həmin sənədi başqa orqanlardan almaq mümkün deyildir.Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 1 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5.3-cü bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, 2.5.4-cü bəndinə əsasən isə uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədi təqdim etməlidir. Həmin Qaydanın 2.6-cı bəndində qeyd edilir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi oğlu-X4 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. Ərizəçi oğlu-X4 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamədən surəti təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar