Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-751/2022 23.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, cavabdeh Balakən rayon Poştbinə kənd 1 saylı tam orta məktəbin direktoru Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Balakən rayon Poştbinə kənd 1 saylı tam orta məktəbinə qarşı əmrin ləğvi, işə bərpa tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Balakən rayon Poştbinə kənd 1 saylı tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə 11 may 2022-ci il tarixdə xitam verilməsi barədə Poştbinə kənd 1 saylı tam orta məktəbi tərəfindən qəbul edilmiş 11 may 2022-ci il tarixli 29 nömrəli əmrin ləğv edilməsi, onun Poştbinə 1 saylı tam orta məktəbinə işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan 31 avqust 2022-ci il tarixə saat 10:15-ə, xx.xx.2022-ci il tarixə saat 11:20-ə təyin edilmiş məhkəmə hazırlıq iclaslarına və 23 avqust 2022-ci il tarixə saat 12:00-a təyin edilmiş məhkəmə baxışı iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrarən gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6. və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iclasında cavabdeh Balakən rayon Poştbinə kənd 1 saylı tam orta məktəbin direktoru Nümayəndə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini göstərmişdir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, iddiaçının məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üzürsüz səbəbdən üç dəfə məhkəmə iclaslarına gəlməməsini, Azərbaycan Respublikası MPM-nin 172.1 və 172.1.1-ci maddələrinə əsasən işə bərpaya dair işlərə ərizə məhkəməyə daxil olduğu vaxtdan iki aydan gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalı olmasını, İddiaçı ərizəsinin 25 iyul 2022-ci il tarixdə məhkəməyə daxil olmasını, həmin vaxtdan bir ay 28 gün keçməsini, iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxmağın mümkün olmamasını nəzərə alaraq mümkün deyildir. Ona görə də mülki iş baxılmamış saxlanmalıdır. İddiaçı izah olunmalıdır ki, yenidən ümumi qaydada iddia ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı İddiaçı cavabdeh Balakən rayon Poştbinə kənd 1 saylı tam orta məktəbinə qarşı əmrin ləğvi, işə bərpa tələbinə dair mülki iş baxılmamış saxlansın. İddiaçı izah olunur ki, yenidən ümumi qaydada iddia ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-751/2022
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-751/2022
23.09.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver