Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-751/2025 18.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Paraşova (Abdullayeva)Esmira Rəfail qızına qarşı ümumi birgə mülkiyyətdə olan 0.25 ha həyətyanı torpaq sahəsindən ona düşən 1/5 hissənin naturada ayrılması və cavabdehlərin həmin sahədən çıxarılması tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında,açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Paraşova (Abdullayeva) Esmira Rəfail qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək,JN- 1168A KOD 40108018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətlərində olan 0.25 ha həyətyanı torpaq sahəsindən payına düşən 1/5 hissənin naturada ayrılması və cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Paraşova (Abdullayeva ) Esmira Rəfail qızının həmin torpaq sahəsindən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Balakən rayonunun Mahamalar kəndində yaşayır. Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə ona və ailə üzvlərlərinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə JN-1168A KOD 40108018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. Təsərrüfat üzvü olan atası X8 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Keçmiş həyat yoldaşı Cavabdeh3 və qızları X5, Paraşova ( Abdullayeva ) Esmira Rəfail qızı ondan ayrı yaşayırlar, eyni zamanda qeyd olunan torpaq sahəsinin payına düşən hissəsindən istifadə etməyinə maneçilik törədirlər. O, öz payına düşən həyətyanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd almaq və bu sahədən istifadə etmək istəyir. Lakin cavabdehlər sənədləşmə işlərinin aparılması, bölgü planı və digər sənədlərin imzalanması üçün Notariat Ofisinə gəlmirlər. Buna görə də qeyd etdiyi həyətyanı torpaq sahəsindən payına düşən 1/5 hissənin naturada ayrılması tələbi ilə bağlı Məhkəməyə müraciət etməli olmuşdur. Məhkəməyə bildirir ki, eyni məzmunlu tələblə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(019)-33/2025 saylı qətnaməsi ilə iddiası təmin edilməmişdir və iddianın təmin edilməməsinin səbəbi olaraq JN-1168 A KOD 40108018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən ailə üzvlərinin ümumibirgə mülkiyyətinə verilmiş 0.25 ha həyətyanı torpaq sahəsindən ona düşən payın müəyyən edilməməsi olmuşdur. Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(019)-355/2025 saylı qətnaməsi ilə JN-1168 A KOD 40108018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən ailə üzvlərinin ümumibirgə mülkiyyətinə verilmiş 0.25 ha həyətyanı torpaq sahəsindən 1/5 hissə payı müəyyən edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Balakən Rayon Məhkəməsində iddia tələbi ilə bağlı baxılan 2(019)-33/2025 saylı iş üzrə ekspertiza keçirilmiş və 14 noyabr 2024-cü il tarixli 10/1654 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən onun payına düşən 1/5 hissənin naturada ayrılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Paraşova (Abdullayeva) Esmira Rəfail qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddələrinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-1168 A KOD40108018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə ünvan 1i ərazisindən X2, İddiaçı, Cavabdeh3, Cavabdeh1 və X6 0.25 hektar həyətyanı torpaq sahəsi verilmişdir . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Mahamalar kənd icra nümayəndəliyi tərəfindən 20 sentyabr 2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 348512 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2007-ci ildə ölmüşdür. İşdə olan Balakən Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli e-2(019)-355/2025 nömrəli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, İddiaçı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Paraşova (Abdullayeva) Esmira Rəfail qızının ümumi birgə mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən İddiaçı 1/5 hissə payının müəyyən edilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli e-2(019)-33/2025 nömrəli qətnamənin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Paraşova (Abdullayeva) Esmira Rəfail qızına qarşı ümumi birgə mülkiyyətlərində olan 0.25 ha həyətyanı torpaq sahəsindən ona düşən hissəsinin naturada ayrılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2024-cü il tarixli 10/1654 nömrəli ekspert rəyində göstərilmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsın 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən ünvan 1ində yerləşən X1, İddiaçı, Cavabdeh3,Cavabdeh1 və X3 ümumi birgə mülkiyyətində olan JN-1168 Kod ******* nömrəli Torpagın Mülkiyyətə verilməsinə dair Şəhadətnamnəyə əsasən 0.25 ha həyətyanı torpaq sahəsindən İddiaçı 1/5 hissə payının naturada ayrılmasının mümkün olduğu müəyyən olunur. Bölgü sxemi mütəxəssis rəyinə əlavə edilmiş sxemlərdə qeyd olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 63 nömrəli qəbzdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə,iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, iddiaçı Paraşov X9 rayonu Mahamalar kəndi ünvanında yaşayır. Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə ünvan 1i ərazisindən X1, İddiaçı, Cavabdeh3, Cavabdeh1 və Paraşova (Abdullayeva) Esmira Rəfail qızının ümumi birgə mülkiyyətinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmiş və bu barədə JN-1168 KOD 40108018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. Balakən Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli e-2(019)-355/2025 nömrəli qətnaməsi ilə İddiaçı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Paraşova (Abdullayeva) Esmira Rəfail qızının ümumi birgə mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən İddiaçı 1/5 hissə payı müəyyən edilmişdir. Hazırda iddiaçı ilə cavabdehlər arasında torpaq sahəsinin naturada ayrılması ilə bağlı mübahisə vardır. Cavabdehlərlə aralarında mübahisə olduğuna görə iddiaçı daşınmaz əmlakdan özünə məxsus olan hissənin naturada ayrılması və cavabdehlərin torpaq sahəsinin ona aid hissəsindən çıxarılması üçün hazırkı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Ekspert rəyinə əsasən tərəflərin ümumi paylı mülkiyyətlərində olan 0.25 ha olan həyətyanı torpaq sahəsindən İddiaçı 1/5 hissə payının naturada ayrılması mümkündür. Məhkəmə hesab edir ki,mübahisəyə aşağıdakı hüquq tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan “İnsan Hüquqlarının və X4 Haqqında” Konvensiyası 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 238.1 və 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri,istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 76.3 Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80 Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.4 Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88 Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Nəzərə alınmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. ünvan 1i ərazisində yerləşən 0,25 hektar torpaq sahəsinin İddiaçı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Paraşova (Abdullayeva) Esmira Rəfail qızının ümumi paylı mülkiyyətində olması, torpaq sahəsinin 1/5 hissəsinə İddiaçı payının müəyyən edilməsi işin mübahisəsiz hallarıdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında torpaq sahəsindən istifadə ilə bağlı mübahisə vardır. Odur ki, İddiaçı torpaq sahəsindən öz payının naturada ayrılmasını istəyir. Mülki Məcəllənin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Qanunvericiliyin bu tələbinə əsasən iddiaçının öz payının naturada ayrılmasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2024-cü il tarixli 10/1654 nömrəli ekspert rəyinə əsasən tərəflərin ümumi paylı mülkiyyətlərində olan 0.25 ha olan həyətyanı torpaq sahəsindən İddiaçı 1/5 hissə payının naturada ayrılması mümkündür. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, mübahisəli torpaq sahəsinin ümumi paylı mülkiyyətdə olmasını, ümumi paylı mülkiyyətdə olan 0.25 ha olan həyətyanı torpaq sahəsindən İddiaçı 1/5 hissə payının naturada ayrılmasının mümkün olmasını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Paraşova (Abdullayeva) Esmira Rəfail qızının ümumi paylı mülkiyyətində olan, ünvan 3i ünvanında yerləşən 0.25 ha kənd həyətyanı torpaq sahəsindən İddiaçı 1/5 hissə payı naturada (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında qeyd edilən qaydada) ayrılmalı,İddiaçı payına verilmiş həmin torpaq sahəsindən cavabdehlər çıxarılmalıdırlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən İddiaçı tərəfindən ödənmiş 100 manat dövlət rüsumu xərci cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Paraşova (Abdullayeva) Esmira Rəfail qızından alınıb İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinii rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. İddiaçı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Paraşova (Abdullayeva) Esmira Rəfail qızının ümumi paylı mülkiyyətində olan, ünvan 3i ünvanında yerləşən 0.25 ha kənd həyətyanı torpaq sahəsindən İddiaçı 1/5 hissə payı mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında qeyd edilən qaydada naturada ayrılsın; İddiaçı payına verilmiş həmin torpaq sahəsindən cavabdehlər Cavabdeh3, X7 və Paraşova (Abdullayeva) Esmira Rəfail qızı çıxarılsınlar .İddiaçı tərəfindən ödənmiş 100 manat dövlət rüsumu xərci cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Paraşova (Abdullayeva) Esmira Rəfail qızından alınıb İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-751/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-751/2025
18.08.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver