Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-766/2022 26.10.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi,Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə1 və Maraqlı şəxs rəisi Nümayəndə2 iştirakları ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək mərhum anası xx.xx.2018-ci il tarixdə vəfat etmiş X1 xx.xx.1932-ci il tarixdə doğulması ,atası- Nümayəndə3 Alı oğlu, anası-X18 olması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci il tarixdə Balakən rayonunda doğulmuşdur. Ərizəsinə əlavə etdiyi AZ-İ № 925150 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, anası Daanova (ər soyadı Mirəliyeva) Zafta Əhmədullah qızı xx.xx.2018-ci il tarixdə xroniki ürək çatışmamazlığı xəstəliyindən vəfat etmişdir. Ərizəsinə əlavə etdiyi AZ-İV № 651396 doğum haqqında şəhadətnaməsində qeyd olunub ki, o,xx.xx.1958-ci il tarixdə doğulmuş, anası mərhum X5, atası da mərhum X10r.Anası xx.xx.1932-ci il təvəllüdlü, Balakəndə doğulmuş X1 doğum haqqında şəhadətnaməsi Maraqlı şəxsndə və Balakən Rayon Dövlət Arxiv İdarəsində aşkar olunmur. Mərhum anası, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X1 xx.xx.1932-ci il tarixdə doğulması, atasının Nümayəndə3 Alı oğlu, anasının X18 olmasına dair sənəd təqdim etməlidir.Anasının doğum qeydi aşkar olunmadığından onun xx.xx.1932-ci il tarixdə doğulduğunu sübut edə bilmir.Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə1 ərizəni müdafiə edərək onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs rəisi Nümayəndə2 məhkəmə iclasında ərizəyə etiraz etməyərək göstərdi ki, Ərizəçi mərhum anası X1 doğum qeydi Maraqlı şəxs arxivində aşkar edilməmişdir. Zafta Daanovanın doğumu barədə tibbi sənəd olmadığına görə isə Qeydiyyat Şöbəsində onun doğumunun qeydə alınması mümkün olmamışdır. Ona görə də ərizəçiyə məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Ərizəçi onun baldızı Zaftanın oğludur. Zaftanın atası Nümayəndə3 Alı oğlu, anası X18 olmuşdur. Zafta xx.xx.1932-ci il tarixdə doğulmuşdur.Onun atası Əhmədullah 1972-ci ildə,anası Maral 2018-ci ildə ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Ərizəçi onun ərinin bibisi Maralın qızı Zaftanın oğludur. Zaftanın atası Nümayəndə3 Alı oğlu olmuşdur. Zafta xx.xx.1932-ci il tarixdə doğulmuşdur.Onun atası Əhmədullah 1972-ci ildə, anası Maral 2018-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB Hənifə kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV-651396 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə anadan olmuş, atası X13, anası X5 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV-651395 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1960-cı ildə Balakən rayonu Hənifə kəndində anadan olmuş, atası X13, anası X5 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu İHB Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 28 fevral 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 925150 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2018-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən 16 mart 2018ci il tarixdə verilmiş 200 nömrəli nikah haqqında arayışdan görünür ki, X13 ilə X4 arasında 28 mart 1962-ci il tarixli 16 nömrə ilə nikah qeyd edilmiş, qeyd edilən nikah Maraqlı şəxs tərəfindən tərtib olunmuş 16 mart 1972-ci il tarixli 05 nömrəli akt qeydinə əsasən pozulmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən 06 may 2022-ci il tarixdə verilmiş 05/69-343 nömrəli arayışdan görünür ki, XX.XXX.1932-ci ildə Balakən rayonunun Tülü kəndində anadan olmuş X1 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 1946-cı ildən xx.xx.2018-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Qeyd:xx.xx.2018-ci ildə vəfat etmiş Z.Nümayəndə3nın ölümü 28 fevral 2018-ci il tarixdə 07 nömrəli akt qeydi ilə Balakən rayonu Tülü kənd icra nümayəndəliyində dövlət qeydiyyatına alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X6 və Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 ünvanlanmış 05/76-734/15 nömrəli məktubda göstərilmişdir ki, “Maraqlı şəxsnə xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizənizə cavab olaraq bildirirəm ki, təqdim etdiyiniz sənədlərə əsasən xx.xx.2018-ci il tarixdə vəfat etmiş X6 və Ərizəçi anası xx.xx.1932-ci il təvəllüdlü X1 doğumunun şöbəmiz tərəfindən qeydə alınması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarının 2.5.3-cü bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, 2.5.4-cü bəndinə əsasən isə uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədi təqdim etməlidir. Həmin Qaydanın 2.5.1-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edilməlidir. Həmin Qaydanın 2.6-cı bəndində qeyd edilir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən rayon İcra Hakimiyyəti Başçısı Balakən rayon Dövlət Arxivi tərəfindən Nümayəndə3 Əsədullah oğluna ünvanlanmış 13 iyul 2022-ci il tarixli 266 nömrəli məktubdan göstərilmişdir ki, “X19 “Asan Xidmət” mərkəzinə ünvanladığınız xx.xx.2022-ci il tarixli ərizənizə cavab olaraq bildirirəm ki, Balakən rayonu VVAQ/VAQ/ Şöbəsinin 1932-ci ilə aid doğum qeydi aktları Dövlət arxivinə təhvil verlməyib. 1938-1940,1940-1941,1942- 1943,1944-1945-ci illərə aid doğum haqqında aktların qeydiyyatı (bərpa) kitablarında X1 doğumu barədə qeydiyyat aparılmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən 15 iyul 2022-ci il tarixdə verilmiş 05/69-553 nömrəli arayışdan görünür ki, X2 1934-cü ildə Balakən rayonunun Tülü kəndində anadan olmuş, bu barədə 09 dekabr 1953-cü il tarixdə Maraqlı şəxsndə 784 nömrəli doğum haqqında bərpa akt qeydi tərtib edilmiş, atası Nümayəndə3 Alı oğlu, anası X18 qeyd edilmişdir. Qeyd:xx.xx.2005-ci ildə vəfat etmiş A.Nümayəndə3 ölümü xx.xx.2005-ci il tarixdə 06 nömrəli akt qeydli ilə Balakən rayon Tülü kənd icra nümayəndəliyində dövlət qeydiyyatına alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən 06 iyul 2022-ci il tarixdə verilmiş 05/69-529 nömrəli arayışdan görünür ki, X7 08 sentyabr 1942-ci ildə anadan olmuş, bu barədə 24 oktyabr 1942-ci il tarixdə Balakən rayon Tülü kənd icra nümayəndəliyində 45 nömrəli doğum haqqında akt qeydi tərtib edilmiş, atası Nümayəndə3 Alı oğlu, anası X18 qeyd edilmişdir. Qeyd:xx.xx.2021-ci ildə vəfat etmiş T.Nümayəndə3nın ölümü xx.xx.2021-ci il tarixdə 281 nömrəli akt qeydi ilə Maraqlı şəxsndə dövlət qeydiyyatına alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən 13 sentyabr 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 200479 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edimiş Balakən rayonu Tülü kənd icra nümayəndəliyi tərəfindən 26 yanvar 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 100896 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,X2 24 yanvar 2005-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Tülü kənd icra nümayəndəliyi tərəfindən 02 noyabr 2021-ci il tarixdə verilmiş AZ-T seriyalı 182272 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə3 xx.xx.1985-ci ildə anadan olmuş, atası X2, anası Şahid2 Qurbanalı qızı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İHB-nın Tülü kənd inzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 77 nömrəli arayışdan görünür ki, X8 xx.xx.1932-ci ildə anadan olub,xx.xx.2018-ci ildə vəfat etmişdir. Yaxın qohumlarının deməsinə görə onun atası Nümayəndə3 Alı oğlu-anası X14r. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən 13 sentyabr 2022-ci il tarixdə verilmiş 05/69/732 nömrəli arayışdan görünür ki, X18 29 mart 1966-cı ildə ölmüşdür, ölüm haqqında 30 mart 1966-cı ildə 08 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən 13 sentyabr 2022-ci il tarixdə verilmiş 05/69/731 nömrəli arayışdan görünür ki,Nümayəndə3 Alı oğlu 22 avqust 1972-ci ildə ölmüşdür, ölum haqqında 24 avqust 1972-ci ildə 26 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən 24 sentyabr 2022-ci il tarixdə verilmiş 05/69/777 nömrəli arayışdan görünür ki,X18 barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmadı. Arxtiv məlumatları Maraqlı şəxs 1946-1966-cı illərə dair bərpa doğum akt qeydləri üzrə yoxlanılmışdır. Qeyd eildən şəxs Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1966-cı il tarixli 08 nömrəli ölüm haqqında akt qeydlinə əsasən xx.xx.1966-cı il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən 24 sentyabr 2022-ci il tarixdə verilmiş 05/69/778 nömrəli arayışdan görünür ki,Nümayəndə3 Alı oğlu barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmadı. Arxtiv məlumatları Maraqlı şəxs 1946-1972-ci illərə dair bərpa doğum akt qeydləri üzrə yoxlanılmışdır. Qeyd edilən şəxs Balakən rayon Tülü kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1972-ci il tarixli 26 nömrəli ölüm haqqında akt qeydlinə əsasən xx.xx.1972-ci il tarixdə vəfat etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış yazılı sübutlara birgə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Balakən rayonunda doğulmuşdur. Onun anası mərhum X5, atası mərhum X10r. X5 xx.xx.2018-ci il tarixdə xroniki ürək çatışmamazlığı xəstəliyindən vəfat etmişdir. Ərizəçinin anası Zafta Daanova xx.xx.1932-ci ildə Balakən rayonunda doğulmuş, lakin Maraqlı şəxsndə və Balakən Rayon Dövlət Arxiv İdarəsində X1 doğum qeydi aşkar olunmamışdır. Ərizəçinin anası X1 doğumu barədə sənədi başqa qaydada ala bilmədiyindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Doğum faktının təsdiqi ərizəçiyə anasına doğum haqqında şəhadətnamə alması üçün lazımdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 44.4-cü maddəsinə əsasən ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. Həmin Məcəllənin 45.1-45.2-ci maddələrinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2.5-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2.valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; Həmin Qaydanın 2.6-ci maddəsinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi mərhum anası X1, atası-Nümayəndə3 Alı oğlu və anası-X18 olmaqla xx.xx.1932-ci il tarixdə doğulması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. Ərizəçi mərhum anası X1, atası-Nümayəndə3 Alı oğlu və anası-X18 olmaqla xx.xx.1932-ci il tarixdə doğulması faktı müəyyən edilsin. Qətnamədən surəti təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-766/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-766/2022
26.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver