Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-783/2025 23.01.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Səfərli Dünya Azad qızının katibliyi, İddiaçı nümayəndəsi Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Püştətala kəndində yerləşən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən reyestr nömrəsi **********85 olan 1.5862 ha torpaq sahəsinin 0.53 ha hissəsindən Cavabdeh2, 0.29 ha hissəsindən isə Cavabdeh3 və Cavabdeh1 çıxarılması, torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Püştətala kəndində yerləşən İddiaçı adına reyestr nömrəsi **********85 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 1.5862 ha torpaq sahəsinin 0.48 ha hissəsindən Cavabdeh2, 0.31 ha hissəsindən isə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 çıxarılması, torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 23 yanvar 2026-cı il tarixli e-2(019)-783/2025 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılması, torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayon Notariat Kontorunun xx.xx.2016-cı il tarixli 4Ə-448 saylı alqı-satqı müqaviləsi əsasında 1.5862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi almışdır. 1,5862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 05 oktyabr 2016-cı ildə reyestr nömrəsi **********85 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin tarixdə 1,5862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə indiki“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən sözügedən torpaq sahəsinin kadastr göstəricilərini və əsas döngə nöqtələrinin koordinatlarını əks etdirən A 091656 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Cavabdeh2 və X23 mülkiyyət hüququ ilə İddiaçı məxsus olan 1,5862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin müvafiq olaraq 0,53 ha və 0,29 ha hissəni qanunsuz istifadə etdiklərinə görə həmin hissələrdən çıxarılmaları ilə bağlı Balakən rayon məhkəməsinə müraciət etmişdir. Həmin mülki işlə bağlı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Balakən rayonunun Püştətala kəndində 1.5862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. 1,5862 ha həyətyanı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********85 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. İddiaçı verilən 1.5862 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0.53 ha hissəsi Cavabdeh2 tərəfindən, 0.29 ha hissəsi isə X23 tərəfindən zəbt olunaraq istifadə olunur. Nəticədə o, mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir, onun mülkiyyət hüququ pozulur. Balakən rayon məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(019)-26/2019 saylı qətnaməsi ilə onun mülkiyyətində olan Balakən rayonunun Püştətala kəndində yerləşən 1,5862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,53 ha hissəsi Cavabdeh2, 0,29 ha hissəsindən isə X14 çıxarılması, həmin torpaq sahələrinə İddiaçı mülkiyyət hüququnun bərpa olunması qət edilmişdir. Balakən rayon məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(019)-26/2019 saylı qətnaməsindən Cavabdeh2 və X23 tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-1393/2019 saylı qətnaməsi ilə Cavabdeh2 və X23 tərəfindən apellyasiya şikayəti təmin edilməmiş, Balakən rayon məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(019)-26/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Balakən rayon məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(019)-26/2019 saylı qətnaməsi qanuni qüvvəsini aldığından icraya yönəldilmiş, 2019-cu ildə Cavabdeh2 və X23 qanunsuz istifadə etdikləri torpaq sahələrindən çıxarılmış, torpaq sahələriİddiaçı sahibliyinə verilmişdir. 2022-ci ilin avqust ayında Cavabdeh2 və onun oğlu X10 onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinə girərək bildirmişdir ki, məhkəmə qətnaməsi ilə çıxarıldığı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən 13 may 2019-cu il tarixdə aldıqları daşınmazəmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0,6011 ha torpaq sahəsinin planı və ölçüsündə cari dəyişiklik edildiyini və hazırda həmin torpaq sahəsinin sənədlərinin onun adına işləndiyini bildirərək torpaq sahəsini tutmuşdur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən onun iradəsinə uyğun olmadan qanunsuz və əsassız olaraq mübahisəli torpaq sahəsində mövcud xəritə materialları ilə natura arasındakı uyğunsuzluqların aradan qaldırılması məqsədilə həmin ərazidə dürüstləşmə işləri aparmış və yeni uçot xəritələrinə uyğun hüquqmüəyyənedici sənədlər hazırlamışdır. Buna görə də onun cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "A091656 №li plan-ölçü sənədinin koordinatlarının cari dəyişiklik edilənədək mövcud olmuş ilkin vəziyyətə (X-622015,35; 622126,12; 622135,70; 622112,54; 622112,28; 622053,39; 622019,59; Y-4609349,73; 4609322,79; 4609155,01; 4609165,98; 4609206,87; 4609189,95) qaytarılması və sözügedən plan-ölçü sənədinin ilkin koordinatları ilə üst-üstə düşən hissədə Cavabdeh2 və ailə üzvlərinə aid **********96 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin, həmçinin Cavabdeh1 və ailə üzvlərinə aid **********34 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)- 61/2024 saylı qərarı ilə iddia təmin edilərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə A091656 №li plan-ölçü sənədinin koordinatlarının cari dəyişiklik edilənədək mövcud olmuş ilkin vəziyyətə (X-622015,35; 622126,12; 622135,70; 622112,54; 622112,28; 622053,39; 622019,59; Y-4609349,73; 4609322,79; 4609155,01; 4609165,98; 4609206,87; 4609189,95) qaytarılması və sözügedən plan-ölçü sənədinin ilkin koordinatları ilə üst-üstə düşən hissədə Cavabdeh2 və ailə üzvlərinə aid **********96 reyestr nömrəliçıxarış və ona aid plan-ölçü sənədinin, həmçinin Cavabdeh1 və ailə üzvlərinə aid **********34 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(107)- 333/2024 saylı qərarı ilə üçüncü şəxslər Cavabdeh2, X19, X16, X10, X8, X7 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 22 fevral 2024- cü il tarixli 2-1(116)-61/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024cü il tarixli 2-1(107)-333/2024 saylı qərarından kassasiya şikayəti verilməmiş, sözügedən qərar icraya yönəldilmişdir. xx.xx.2024-cü ildə onun adına 1,5862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə reyestr nömrəsi **********85 olan, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Bundan sonra 1.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin döngə nöqtələrinin koordinatlarının təyin olunması üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin hesabına ödəniş edərək torpaq sahəmizin ərazi hüdudlarının müəyyən edilməsini xahiş etmişik. xx.xx.2024-cü il tarixdə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşları həmin əraziyə gəlmiş, lakin Cavabdeh2, onun oğlu X10, X5 və Cavabdeh1 ölçü işlərinin aparılmasına mane olaraq reyestr nömrəsi **********85 olan, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun adına olan 1,5862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.90 ha hissəsinin onlara məxsus olduğunu, heç kimi ora girməyə qoymayacaqlarını, məhkəmə qərarını tanımadıqlarını, torpaq sahəsini istifadə etməyə davam etdiklərini, hünəri olan şəxsin onları gəlib ordan çıxarsın kimi ifadələr işlətməklə torpaq sahəsinə qanunsuz sahib olmaqla onların mülkiyyət hüquqlarını pozmuş və torpaq sahəsinə onu buraxmamış, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarının orada aparılan ölçü işlərinə maneçilik törətmişlər. Bu barədə akt tərtib edildikdən sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqişəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşları da bundan bəhanə kimi istifadə edərək oradan uzaqlaşmışlar. Balakən rayonu Püştətala kənd sakinləri olan Cavabdeh2, onun oğlu X10, X5 və Cavabdeh1 qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpağı becərməklə özbaşına tutmuşlar. Hazırda həmin ərazini əkin üçün şumlayaraq orada yonca əkməklə heç bir mülkiyyət, istifadə və ya icarə hüququ olmadan onlara məxsus olan 1.58 ha torpaq sahəsini zəbt etməkdə davam edirlər. Ona görə də Balakən rayonu Püştətala kənd sakinləri olan Cavabdeh2, onun oğlu X10, X5 və Cavabdeh1 qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpağı becərməklə özbaşına tutduqlarına görə onların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə cinayət işininbaşlanması barədə rəsmi araşdırma aparılması məqsədi ilə Balakən rayon Polis Şöbəsinə rəsmişikayətlə müraciət etmişdir. Onun sözügedən müraciəti ilə bağlı Balakən rayon X26 Bölməsində araşdırma aparılmış və Balakən rayon X26 Bölməsinin müstəntiqi polis leytenantı Bazarov Nurlan Nəriman oğlunun HK-1-863 saylı material üzrə 26 yanvar 2025-ci il tarixliqərarı ilə toplanmış materialda cinayət əməlinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Balakən rayon X26 Bölməsinin müstəntiqi polis leytenantı Bazarov Nurlan Nəriman oğlunun HK-1-863 saylı 26 yanvar 2025-ci il tarixli qərarında hazırki məsələnin mülkimübahisə olduğuna görə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Balakən rayon X26 Bölməsinin müstəntiqi polis leytenantı Bazarov Nurlan Nəriman oğlunun HK-1-863 saylı 26 yanvar 2025-ci il tarixli qərarından Balakən Rayon Məhkəməsinə şikayət versəm də, Balakən Rayon Məhkəməsinin03 aprel 2025-ci il tarixli, 6(019)-1/2025 nömrəli qərarı ilə şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 6(019)-1/2025 nömrəli qərarından apellyasiya qaydasında şikayət versə də, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli 6(107)-9/2025 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qərarda da göstərilmişdir ki, cavabdehlərin hərəkətlərində cinayət tərkibinin əlamətləri yoxdur, şikayət verən şəxsin mülki mübahisə ilə bağlı məhkəməyə mülki icraat qaydasında müraciət etmək hüququ vardır. Hazırki vaxtadək cavabdehlər torpaq sahəsindən qanunsuz istifadə etməkdə davam edirlər. Buna görə də iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Hazırki mübahisənin predmeti və əsası Balakən rayon məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(019)-26/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş hallarla eynilik təşkil etdiyinə görə iddia tələbinin əsaslandırıldığı halların yenidən məhkəməyə təqdim edilməsinə zərurət yoxdur. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(019)-783/2025 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2025-ci il tarixdə 14 oktyabr 2025-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizası aparılmasından imtina edilməsi barədə məlumat məhkəməyə daxil olmuşdur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli mütəxəssis rəy, verilmiş, həmin rəydə hazırki iş üzrə Balakən rayonu Püştətala kəndində yerləşən mubahisələndirilən torpaq sahələrinin TEKUİS məlumat bazasına və iddiaçıya məxsus daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədinin cizgisinə əsasən yerləşmə vəziyyətinin yerquruluşu planında İddiaçı adına Huquqları Dövlət Reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********85 olan çıxarış sənədinə əsasən 1.5862 ha torpaq sahəsinin hüdudlari daxilinə düşən cavabdehlər tərəfindən naturada istifadə olunan torpaq sahələrinin yerləşmə vəziyyətləri (S1 0.31 ha, S2 048 ha) göstərilmişdir. Lakin həmin məlumatlar mütəxəssis qarşısında qoyulmuş suallara 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən rəydə əsaslandırılmamışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi verilmiş, həmin rəydə hazırki iş üzrə Balakən rayonu Püştətala kəndində yerləşən mübahisələndirilən tornaq sahələrinin TEKUİS məlumat bazasına və iddiaçıya məxsus daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədinin cizgisinə əsasən yerləşmə vəziyyətinin yerquruluşu planında İddiaçı adına Huquqları Dövlət Reyestrin qeydiyyata alınmış reyestr nömrəsi **********85 olan çıxarış sənədinə əsasən 1.5862 ha torpaq sahəsinin hüdudlari daxilinə düşən cavabdehlər tərəfindən naturada istifadə olunan toıpaq sahələrinin yerləşmə vəziyyətləri (S1 0.31 ha, S2 048 ha) ilə bağlı göstərilənlərə izah verilməsi üçün mütəxəssis rəyini imzalamış mütəxəssislər Pərviz İsmayılovu və Rəşad Xalbayevi mütəxəssis qismində məhkəməyə çağırılması barədə məhkəməyə yazılı vəsatət verilmiş, həmin vəsatət məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə baxışı iclasında dindirilən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisləri Pərviz İsmayılov və Rəşad Xalbayev məhkəmə iclasında verdikləri izahatlarında İddiaçı adına Hüquqları Dövlət Reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********85 olan çıxarış sənədinə əsasən 1.5862 ha torpaq sahəsinin hüdudlari daxilinə düşən 0,31 ha torpaq sahəsindən Cavabdeh1 və ailə üzvləri, 0.48 ha hissəsindən isə Cavabdeh2 və ailə üzvlərinin istifadə etdiyini bildirmişlər. Göründüyü kimi həmin məlumatlar məhkəmə baxışı iclasında əldə edildiyinə görə iddiaçı iddia tələbinin həcmini azaltmaq hüququ vardır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsi ilə razı olmadığını, torpaq sahəsinə dair çıxarışlarının olduğunu, Şəki İnzibati Məhkəməsinin qərarı ilə razı olmadığını bildirərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsi ilə razı olmadığını, torpaq sahəsinə oğlu Cavabdeh1 çıxarışının olduğunu, Hikmətin ailə üzvü kimi torpaqdan istifadə etdiyini, Şəki İnzibati Məhkəməsinin qərarı ilə razı olmadığını, Tükəzin saxta çıxarış almasını bildirərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mütəxəssis X9 mütəxəssis rəyinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, işlə bağlı araşdırma aparılan zaman müəyyən olundu ki, işlənilən torpaq sahələri vətəndaşların faktiki istifadə vəziyyətlərinə uyğun işlənmişdir. İddiaçının çıxarış sənədi islahat xəritələrinə uyğun işlənildiyindən məkan göstəriciləri ilə faktiki vəziyyətlə sənəd arasında uyğunsuzluqlar görsənir. Belə uyğunsuzluqlar yarandığı üçün bəzi məlumatları, məsələn torpaq sahəsinin zəbt olunması kimi məlumatları dəqiq yaza bilmirlər. Prezidentin fərmanına əsasən uçot xəritəsi işlənib, vətəndaşların faktiki vəziyyətiləri nəzərə alınaraq hamısı yerli-yerində işlənib. Şəki İnzibati Məhkəməsinin qərarından məlumatları var. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçıya məxsus 1.5862 ha torpaq sahəsinin 0.48 ha hissəsi TEKUİS-ə əsasən Cavabdeh2 və onun ailə üzvlərinin adınadır, 0.31 ha hissəsi isə Cavabdeh1 və ailə üzlərinin adınadır. İddiaçıya məxsus 1.5862 ha torpaq sahəsinin 0.48 ha hissəsindən Cavabdeh2 və onun ailə üzvləri, 0.31 ha hissəsi isə Cavabdeh1 və ailə üzləri tərəfindən istifadə olunur. Şəki İnzibati Məhkəməsində işə baxıldıqdan sonra cavabdehlər yenidən çıxarış almayıblar. Məhkəmə iclasında izahat vermiş digər mütəxəssis X1 Rəşadın izahatına uyğun izahat verərək onun qeyd etdiyi halları təsdiq etmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********85 olan, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Balakən rayonu Püştətala kəndində yerləşən 1.5862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Balakən Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(019)-26/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı mülkiyyətində olan, Balakən rayonu Püştətala kəndində yerləşən 1,5862 hektar torpaq sahəsinin 0,53 ha hissəsindən Cavabdeh2 və 0,29 ha hissəsindən X23 çıxarılmışlar, həmin torpaq sahələrinə İddiaçı mülkiyyət hüququ bərpa olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1393/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iş üzrə Balakən Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 və X17 münаsibətdə dəyişdirilmədən, оnların apellyasiya şikayəti isə təmin edilmədən saxlanmışdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən 10 yanvar 2019-cu il tarixli 26284 nömrəli ekspert rəyindən görünür ki, Qərardadın birinci sualı üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmar Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Zaur Mollayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Balakən rayonu Püştətala kəndində yerləşən İddiaçı məxsus 1.5862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.78 ha-dır. Həmin torpaq sahəsinin ölçüləri hüquqmüəyyənedici sənədlərə uyğundur. Qərardadın ikinci sualı üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nın mühəndisi Zaur Moliayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Balakən rayon Püştətala kəndində yerləşən İddiaçı DƏDRX-nin tərtib etdiyi **********85 nömrəli Plan və Ölçüsü sənədinə əsasən cavabdehlər Cavabdeh2 həmin çıxarışda göstərilən 1.5863 ha torpaq sahəsinin 0.53 ha hissəsini, X23 isə həmin çıxarışda göstərilən 1.5863 ha torpaq sahəsinin 0.29 ha hissəsini istifadə edirlər. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********85 olan, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Balakən rayonu Püştətala kəndində yerləşən 1.5862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024cü il tarixdə qeydiyyata alınmışdır. Balakən RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı Bazarov Nurlan Nəriman oğlunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 yanvar 2025-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X12 şikayəti əsasında toplanmış HK-1-863 nömrəli material üzrə Cavabdeh2, X2, Cavabdeh1 və X6 əməllərində cinayət əməlinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. Balakən Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 6(019)-1/2025 nömrəli qərarından görünür ki, X12 şikayəti təmin edilməmiş, HK-1-863 nömrəli material üzrə Balakən rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, polis leytenantı Bazarov Nurlan Nəriman oğlunun 26 yanvar 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı qanuni hesab edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6(107)-9/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X20 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, material üzrə Balakən Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 6(019)-1/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********34 olan, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Balakən rayonu Püştətala kəndində yerləşən 0.8975 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsi X4, ¼ hissəsi Cavabdeh1 və 2/4 hissəsi X3 adına paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-61/2024 saylı qərarından görünür ki, İddiaçı iddiası təmin edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə A091656 №li plan-ölçü sənədinin koordinatlarının cari dəyişiklik edilənədək mövcud olmuş ilkin vəziyyətə (X- 622015,35; 622126,12; 622135,70; 622112,54; 622112,28; 622053,39; 622019,59; Y.4609349,73; 4609322,79; 4609155,01; 4609165,98; 4609206,87; 4609189,95) qaytarılması və sözügedən plan-ölçü sənədinin ilkin koordinatları ilə üst-üstə düşən hissədə Cavabdeh2 və ailə üzvlərinə aid **********96 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin, həmçinin Cavabdeh1 və ailə üzvlərinə aid **********34 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-333/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, üçüncü şəxslər Cavabdeh2, X19, X16, X10, X8, X7 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2-1(116)-61/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilən 29 sentyabr 2025-ci il tarixli 3-21-3-47/2-3425/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, Reyestr nömrəsi **********85 olan, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Balakən rayonu, Püştətala kəndində yerləşən İddiaçı məxsus 1.5862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri hüquqmüəyyənedici sənədlərə uyğun deyildir. Balakən rayonu, Püştətala kəndində yerləşən İddiaçı məxsus 1.5862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kompleks yerquruluşu layihəsindəki cizgilərə uyğun “Torpaq sahəsinin planı və ölçüsü" sənədi tərtib edildiyinə görə iddiaçının “Torpaq sahəsinin planı və ölçüsü" sənədindəki cizgilərləri ilə cavabdehlərin naturada istifadə etdiyi torpaq sahələri və TEKUİS məlumat bazasındakı cavabdehlərin öz pay normasına uyğun işlənilmiş torpaq sahələrində üst-üstə düşmə halı mövcuddur. Məlumat üçün bildiririk ki, cavabdehlərin naturada istifadə etdiyi torpaq sahələrinin yerləşmə vəziyyəti ilə TEKUİS məlumat bazasındakı torpaq sahələri eynilik təşkil edir. TEKUİS məlumat bazasında iddiaçı və cavabdehlərin torpaq sahələrində hər-hansı üst-üstə düşmə halı olmadan öz pay normalarına uyğun torpaq sahələri işlənilmişdir. Cavabdehlərin torpaq sahələrinin “Torpaq sahəsinin planı və ölçüsü" sənədlələri TEKUİS məlumat bazasındakı cizgilərə uyğun hazırlanmışdır. Odur ki, iddiaçı öz torpaq sahəsinin planı və ölçüsü sənədinin cari dəyişikliyi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi idarəsinə müraciət edəcəyi təqdirdə TEKUİS məlumat bazasına əsasən öz pay normasına uyğun hər-hansı bir üst-üstə düşmə halı olmadan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hazırlanaraq təqdim ediləcəkdir. İddiaçı tərəf hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehlərin, mütəxəssislərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsinin: 82-ci mаddəsinə əsаsən torpаq mülkiyyətçiləri, istifаdəçiləri və icаrəçiləri bаşqа torpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrını pozmаmаlıdırlаr. 84-cü mаddəsinə əsаsən torpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrı qаnunlа qorunur. Həmin Məcəllənin 111-ci mаddəsinə əsаsən Azərbаycаn Respublikаsındа torpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаn olunur. Özbаşınа tutulmuş (zəbt edilmiş) torpаq sаhələri qаnunsuz istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyаti üzrə geri qаytаrılmаlıdır. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı:
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.3. torpaqların X30 informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 1,5862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 05 oktyabr 2016-cı ildə reyestr nömrəsi **********85 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və A 091656 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İddiaçı hazırki iş üzrə Cavabdeh1 qardaşı Ovçiyev Məhəmmədin ona məxsus olan 1,5862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,29 ha hissəsini qanunsuz istifadə etdiyinə görə həmin hissədən çıxarılması ilə bağlı Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin mülki işə baxılarkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 14 iyun 2018-ci il tаrixli ekspert rəyinə əsasən İddiaçı adına DƏDRX-nin tərtib etdiyi **********85 nömrəli Plan və ölçüsü sənədinə əsasən cavabdeh Ovçiyev Məhəmməd həmin çıxarışda göstərilən 1.5863 ha torpaq sahəsinin 0.29 ha hissəsini istifadə edirdi. Nəticədə işə baxmış Balakən Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(019)-26/2019 saylı qətnaməsi ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,29 ha hissəsindən Ovçiyev Məhəmmədin çıxarılması qət edilmişdir. Həmin mülki işə baxıldıqdan sonra xx.xx.2019-cu il tarixdə Balakən rayonu Püştətala kəndində yerləşən 0.8975 ha torpaq Cavabdeh1 və digər şəxslərin adına reyestr nömrəsi **********34 olan çıxarışa əsasən dövlət reyestrində qeydiyyata alınmışdır. Buna görə İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "A091656 №li plan-ölçü sənədinin koordinatlarının cari dəyişiklik edilənədək mövcud olmuş ilkin vəziyyətə (X-622015,35; 622126,12; 622135,70; 622112,54; 622112,28; 622053,39; 622019,59; Y-4609349,73; 4609322,79; 4609155,01; 4609165,98; 4609206,87; 4609189,95) qaytarılması və sözügedən plan-ölçü sənədinin ilkin koordinatları ilə üst-üstə düşən hissədə Cavabdeh2 və ailə üzvlərinə aid **********96 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin, həmçinin Cavabdeh1 və ailə üzvlərinə aid **********34 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-61/2024 saylı qərarı ilə iddia təmin edilərək “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə A091656 №li plan-ölçü sənədinin koordinatlarının cari dəyişiklik edilənədək mövcud olmuş ilkin vəziyyətə (X-622015,35; 622126,12; 622135,70; 622112,54; 622112,28; 622053,39; 622019,59; Y-4609349,73; 4609322,79; 4609155,01; 4609165,98; 4609206,87; 4609189,95) qaytarılması və sözügedən plan-ölçü sənədinin ilkin koordinatları ilə üst-üstə düşən hissədə Cavabdeh1 və ailə üzvlərinə aid **********34 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin ləğv edilməsi öhdəliyi qoyulmuşdur. İnzibati işə baxan Şəki İnzibati Məhkəməsi tərəfindən aşağıdakılar müəyyən edilmişdir: “Beləliklə, RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli, xx.xx.2016- cı il tarixli) çıxarışda qeyd edilmiş 1,5862 hektar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ məhkəmə qətnaməsi əsasında bərpa edilərək adları qeyd edilən şəxslər həmin torpaq sahəsindən çıxarılmışlar. Bundan sonra cavabdeh orqan iddiaçının iradəsinə uyğun olmadan mübahisəli torpaq sahəsində mövcud xəritə materialları ilə natura arasındakı uyğunsuzluqların aradan qaldırılması məqsədilə həmin ərazidə dürüstləşmə işləri aparmış və yeni uçot xəritələrinə uyğun hüquqmüəyyənedici sənədlər hazırlamışdır. Cavabdeh orqan iddiaçıya məxsus sənədlərdə yol verdiyi cari dəyişiklikləri Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Torpaqların X30 İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"nın icrası ilə əsaslandırmışdır. İşdə olan sənədlərlə müəyyən edilir ki, cavabdeh orqan mövcud xəritə materialları ilə natura arasındakı uyğunsuzluqların aradan qaldırılması məqsədilə iddiaçıya məxsus sənədlərə cari dəyişiklik edərkən müvafiq dəyişkiliklə bağlı iddiaçının razılığını almamış, sözügedən dəyişikliyin edilməsi ilə bağlı məhkəmə qərarı mövcud olmamışdır. Əksinə cavabdeh orqanın cari dəyişikliyə məruz qoyduğu sənədlərdə qeyd edilmiş torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə bərpa edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının tələbləri baxımından ərazi vahidləri üzrə layihələr həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırıldığı, ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarını pozmadığı hallarda torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə müvafiq sənədlərin tərtib edilməsinə yol verilir (2.3.5). Yəni faktiki istifadə vəziyyətinə uyğun konfiqurasiya fərqlərini aradan qaldırmazdan əvvəl cavabdeh orqan sadalanan halları nəzərə almalı idi. İstinad olunan Fərmanın 2.3.4-cü bəndinin tələbinə görə ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması cavabdeh orqanın vəzifəsi olduğu halda, cavabdeh orqan məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı olmadan, iddiaçının hüquqlarına aşkar müdaxilə edərək məhkəmə qətnaməsindən sonrakı faktiki istifadə vəziyyətini əsas götürməklə mübahisəli torpaq sahəsinin ərazi hüdudlarını müəyyən etmiş, tərəflər arasında həmin torpaq sahəsindən istifadə ilə bağlı məhkəmə çəkişməsinin mövcudluğunu və qəbul edilmiş yekun məhkəmə aktının məzmununu aşkar bildiyi halda əsassız olaraq iddiaçıya məxsus A091656 №li plan-ölçü sənədinin koordinatlarında dəyişiklik etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı A091656 №li plan-ölçü sənədinin koordinatlarının cari dəyişiklik edilənədək mövcud olmuş ilkin vəziyyətə qaytarılmasını və sözügedən plan-ölçü sənədinin ilkin koordinatları ilə üst-üstə düşən hissədə Cavabdeh2 və ailə üzvlərinə aid **********96 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin, həmçinin Cavabdeh1 və ailə üzvlərinə aid **********34 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədinin ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur”. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilən 29 sentyabr 2025-ci il tarixli 3-21-3-47/2-3425/2025 nömrəli mütəxəssis rəyində isə Reyestr nömrəsi **********85 olan, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsus 1.5862 ha torpaq sahəsinin naturada ölçülərinin hüquqmüəyyənedici sənədlərə uyğun olmadığı, iddiaçının “Torpaq sahəsinin planı və ölçüsü" sənədindəki cizgilər ilə cavabdehlərin naturada istifadə etdiyi torpaq sahələri və TEKUİS məlumat bazasındakı cavabdehlərin öz pay normasına uyğun işlənilmiş torpaq sahələrində üst-üstə düşmə halının mövcud olması qeyd edilmiş, bunun İddiaçı məxsus “Torpaq sahəsinin planı və ölçüsü" sənədinin kompleks yerquruluşu layihəsindəki cizgilərə uyğun tərtib edilməsi ilə əlaqədar olması göstərilmişdir. Göründüyü kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən işin faktiki hallarına uyğun olmayan, əsassız, Şəki İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı nəzərə alınmadan rəy verilmişdir. Belə ki, Şəki İnzibati Məhkəməsi tərəfindən iddiaçıya məxsus A091656 №li plan-ölçü sənədinin koordinatlarında dəyişiklik edilməsi əsassız hesab edilmişdir. Ona məxsus 1,5862 ha torpaq sahəsinə dair A 091656 nömrəli plan və ölçü sənədinin koordinatları Şəki İnzibati Məhkəməsinin qərarına əsasən dəyişiklik edilənədək mövcud olmuş ilkin vəziyyətə, yəni Balakən Rayon Məhkəməsində 2(019)-26/2019 saylı mülki işə baxılarkən mövcud olmuş vəziyyətə qaytarılmışdır. Odur ki, məhkəmə İddiaçı məxsus 1.5862 ha torpaq sahəsinin naturada ölçülərinin hüquqmüəyyənedici sənədlərə uyğun olub-olmaması ilə bağlı 29 sentyabr 2025-ci il tarixli mütəxəssis rəyini deyil, Balakən Rayon Məhkəməsində baxılmış 2(019)-26/2019 saylı mülki iş üzrə verilmiş xx.xx.2019-cu il tarixli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Həmin ekspert rəyinə əsasən İddiaçı məxsus 1.5862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçülərinin hüquqmüəyyənedici sənədlərə uyğun olduğu müəyyən edilmişdir. Bundan başqa hazırki iş üzrə verilmiş mütəxəssis rəyində əsassız olaraq iddiaçının “Torpaq sahəsinin planı və ölçüsü" sənədindəki cizgilər ilə Cavabdeh1 və ailə üzvlərinin naturada istifadə etdiyi torpaq sahələri və TEKUİS məlumat bazasındakı sonuncuların öz pay normasına uyğun işlənilmiş torpaq sahələrində 0.31 ha sahədə üst-üstə düşmə halının mövcud olması qeyd edilmişdir. X32 Məhkəməsinin qərarına əsasən İddiaçı məxsus plan-ölçü sənədinin ilkin koordinatları ilə üst-üstə düşən hissədə Cavabdeh1 və ailə üzvlərinə aid **********34 reyestr nömrəli çıxarış və ona aid plan-ölçü sənədi ləğv edilmiş, cavabdeh yeni çıxarış almamışdır. Məhkəmə iclasında dindirilmiş mütəxəssislər İddiaçı məxsus torpaq sahəsinin 0.31 ha hissəsinin Cavabdeh1 və ailə üzvləri tərəfindən istifadə edildiyini təsdiq etmişlər. Odur ki, 0.31 ha sahədə üst-üstə düşmə halı Cavabdeh1 və ailə üzvlərinin istifadə etdiyi torpaq sahəsi kimi qiymətləndirilməlidir. Digər Cavabdeh3 Cavabdeh1 anasıdır və məhkəmə iclasında oğlu ilə birlikdə torpaq sahəsindən istifadə etdiyini bildirmişdir. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Balakən rayonu Püştətala kəndində yerləşən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********85 olan çıxarışa əsasən 1.5862 ha torpaq sahəsinin 0.31 hissəsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 çıxarılmalı, torpaq sahəsinə İddiaçı mülkiyyət hüquqları bərpa edilməli, torpaq sahəsi İddiaçı təhvil verilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Balakən rayonu Püştətala kəndində yerləşən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********85 olan çıxarışa əsasən İddiaçı məxsus 1.5862 ha torpaq sahəsinin 0.31 hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 çıxarılsın, torpaq sahəsinə İddiaçı mülkiyyət hüquqları bərpa edilsin və torpaq sahəsi İddiaçı təhvil verilsin. İddia tələbinin qalan hissədə Balakən Rayon Məhkəməsinin 23 yanvar 2026-cı il tarixli e-2(019)-783/2025 saylı qərardadına əsasən iş üzrə icraata xitam verilməsi nəzərə alınsın. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Arifə Cəfərova