Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-805/2023 04.11.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, X26 oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X31 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X14 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı 16 may 2020-ci il tarixdə vəfat etmiş X7 miras qalmış əmlaklardan ona məxsus hissəsindən 1/2 hissə miras payının-Balakən rayonunun Qazma kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin və 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X10 məxsus olan 1/2 hissəsindən İddiaçı 1/2 hissə payının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X31 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X14 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 16 may 2020-ci il tarixdə vəfat etmiş X7 miras qalmış əmlaklara-Balakən rayonu Qazma kəndində yerləşən 0.25 ha həyətyanı və 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər birinin 1/2 hissəsinə İddiaçı miras payının müəyyən edilməsi, mərhum X7 miras qalmış miras əmlakları onu qəbul etmiş vərəsələr arasında bərabər paylarda bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçıun nümayəndəsi-vəkili Nümayəndə1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 16 may 2020-ci il tarixdə vəfat etmiş X7 miras qalmış əmlaklardan ona məxsus hissəsindən 1/2 hissə miras payının- Balakən rayonunun Qazma kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin və 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X10 məxsus olan 1/2 hissəsindən İddiaçı 1/2 hissə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edib, onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1967-ci ildə anadan olmuşdur. X6, anası X11r. Cavabdeh və X17 iddiaçının qardaşlarıdır. Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 saylı qərarına əsasən Balakən rayonu Qazma kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi X15 və X12 mülkiyyətinə verilmiş, onlara bu barədə JN 1337A KOD 40103018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Bundan başqa Balakən Rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 saylı qərarına əsasən Balakən rayonu Qazma kəndində yerləşən 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X15 və X12 mülkiyyətinə verilmiş, onlara bu barədə JN 1337 KOD 40103018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. 0.25 ha həyətyanı və 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri bir-birinə bitişik yerləşməklə hər tərəfi hasara alınmışdır. 0.25 ha həyətyanı torpaq sahəsində iki fərdi yaşayış evi vardır. Fərdi yaşayış evinin biri 1968-ci ildə inşa edilmiş, həmin ev iddiaçının anasına məxsus olmuşdur, hazırda həmin evdə Cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır. Digər fərdi yaşayış evini isə o, anasının razılığı ilə 1991-ci ildə inşa etmişdir və həmin tarixdən hal-hazıradək orada yaşayır. Hələ anası X1 hazırda onun istifədəsində olan torpaq sahəsini özü göstərərək, kənarlarını bağlamağı iddiaçıdan xahiş etmiş, iddiaçı da həmin torpaq sahəsində ev tikərkən anasının ona göstərdiyi torpaq sahələrinin kənarını bağlamışdır və 1991-ci ildən hal-hazıradək istifadə edir. X15 16 may 2020-ci il tarixdə vəfat etmişdir. Anasının ölümündən bir müddət sonra iddiaçı ilə cavabdeh arasında miras əmlakın öz aralarında bölüşdürülməsi ilə bağlı mübahisə yaranmış, Cavabdeh mirasdan daha artıq pay əldə etmək və onun istifadəsində olan torpaq sahəsinin bir hissəsini də əldə etmək istədiyini bildirmişdir. Buna görə də onlar mirasın bölüşdürülməsi ilə bağlı razılığa gələ bilməmişlər. X17 uzun müddətdir ki, Gürcüstanda sənədsiz yaşayır. Anasının ölümündən sonra da Balakən rayonuna qayıtmamışdır. İddiaçı Cavabdeh və X13 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN 1337A KOD 40103018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN 1337 KOD 40103018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət X2 aid hissədə X10 məxsus olması faktının müəyyən edilməsi, 16 may 2020-ci il tarixdə vəfat etmiş X7 miras qalmış əmlaklara-Balakən rayonu Qazma kəndində yerləşən 0.25 ha həyətyanı və 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər birinin 1/2 hissəsinə iddiaçı tərəfindən mirasın qəbulu faktının müəyyən edilməsi, mərhum X7 miras qalmış miras əmlakların onu qəbul etmiş vərəsələr arasında bərabər paylarda bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı mübahisə predmeti olan JN 1337A KOD 40103018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və JN 1337 KOD 40103018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında (hüquq müəyyənedici sənədlərdə) iddia olunan səhvlərin aradan qaldırılması üçün qeydiyyat orqanına müraciət etmədən və bu qaydanı tətbiq etmək imkanı itirilmədən birbaşa məhkəməyə müraciət etdiyinə görə Balakən Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli e-2(019)-186/2023 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı sonra hüquqi faktın müəyyən edilməsi ilə bağlı Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)-648/2023 saylı qətnaməsi ilə hüquqmüəyyənedici sənəd hesab edilən JN 1337, KOD 40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və JN 1337A, KOD 40103018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə X8 aid hissədə ərizəçi İddiaçı anası X10 məxsus olması faktı müəyyən edilmişdir. Buna görə də hesab edir ki, 16 may 2020-ci il tarixdə vəfat etmiş X7 qalmış miras əmlak onu qəbul etmiş iki nəfər vərəsə- İddiaçı və Cavabdeh arasında bərabər paylarda bölünməlidir. Belə ki, qanunvericiliyə görə fiziki şəxs öldükdən sonra onun əmlakı avtomatik olaraq vərəsənin əmlakına daxil olmur. Miras əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. İddiaçı mirası faktiki qəbul etdiyinə və mərhuma məxsus torpaq sahələrini istifadə etdiyinə və həmin torpaq sahəsində özünə məxsus ev inşa etdiyinə görə vərəsəliklə bağlı notariat kontoruna qanunla müəyyən edilmiş müddətdə müraciət etməmişdir. İddiaçının miras əmlaka faktiki sahiblik və idarə etməyini Balakən RİH-nin Qazma kənd İnzibati Ərazi Dairəsinin və Balakən rayonu Qazma Bələdiyyəsinin verdiyi arayışlar təsdiq edir. Hesab edir ki, məhkəmə 16 may 2020ci il tarixdə vəfat etmiş X7 miras qalmış əmlakları bölüşdürərkən mərhumdan qalmış mirası qəbul etmiş vərəsələrin dairəsi müəyyən etməli, miras əmlaka faktiki sahiblik və faktiki idarəçiliyin hansı vərəsələrə məxsus olmağını müəyyən etməli, qanun üzrə vərəsəlik qaydasında mirası bölüşdürməlidir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi-vəkili Nümayəndə2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 16 may 2020-ci il tarixdə vəfat etmiş X7 miras qalmış əmlakların 1/2 hissədə bölünməsinə etiraz etmədiklərini bildirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X31 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X20 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi 18 sentyabr 2023cü il tarixli məktubla məhkəməyə müraciət edərək, 18 saylı Zaqatala Ərazi İdarəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün daxil olan müraciətlərlə bağlı görülən iş həcminin artması və eyni zamanda ərazi idarəsinin cavabdeh qismində cəlb edildiyi digər məhkəmə proseslərində nümayəndələrinin iştirakı ilə əlaqədar e-2(019)- 805/2023 saylı mülki işin məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməyin mümkün olmayacağını nəzərə alıb, hazırki mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hazırki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X31 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X20 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN 1337, KOD 40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 nömrəli qərarı ilə X5 və X12 ümumi birgə mülkiyyətinə Balakən rayonu Qazma kəndi ərazisindən 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN 1337A, KOD 40103018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 nömrəli qərarı ilə X8 və X13 Balakən rayonu Qazma kəndi ərazisindən 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti başçısının Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 25 avqust 2022-ci il tarixdə verilmiş 721 nömrəli arayışdan görünür ki, X15 xx.xx.2020 ci il tarixdə vəfat etmişdir. Vəfat etdiyi günə kimi ona məxsus 0.25 ha həyətyanı torpaq sahəsində 1968-ci ildə tikilmiş yaşayış evi və 1991-ci ildə tikilmiş oğlu İddiaçı məxsus yaşayış evi vardır. X4 məxsus 0.25 ha həyətyanı və 0.52 ha pay torpağından oğlu Cavabdeh və İddiaçı istifadə edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qazma Bələdiyyəsi tərəfindən 05 mart 2022-ci il tarixlidə verilmiş 10 nömrəli arayışdan görünür ki, İddiaçı mərhum anası X9 adına JN 1337A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş 0.25 ha həyətyanı torpaq sahəsinin yarısını, JN 1337 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin yarısını istifadə edir. Hə\min torpaq sahəsində 1991ci ildən tikilmiş yaşayış evi vradır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti başçısının Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 05 mart 2022-ci il tarixlidə verilmiş 188 nömrəli arayışdan görünür ki, İddiaçı Balakən rayonu Qazma kənd sakinidir, onun 1991-ci ildə tikilmiş yaşayış evi vardır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti başçısının Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 17 may 2022-ci il tarixlidə verilmiş 390 nömrəli arayışdan görünür ki, Qazma kənd inzibati ərazi dairəsinin 1 nömrəli təsərrüfatbaşına kitabın 27-ci səhifəsində X3 adına 1968-ci ildə tikilmiş 1 mərtəbəli fərdi yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qazma kənd soveti tərəfindən 19 aprel 1967-ci il tarixdə verilmiş AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxx 1967-ci doğulmuş, X6, anası X15 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon Qazma kənd ərazi nümayəndəliyi tərəfindən 14 mart 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 251970 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 16 may 2022-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)-648/2023 saylı qətnaməsindən görünür ki, hüquqmüəyyənedici sənəd hesab edilən JN 1337, KOD 40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və JN 1337A, KOD 40103018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X8 aid hissədə ərizəçi İddiaçı anası X10 məxsus olması faktı müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)-169/2023 saylı qətnaməsindən görünür ki, JN 1337A KOD 40103018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN 1337 KOD 40103018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Cavabdeh məxsus olması müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X31 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X20 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1860 nömrəli arayışdan görünür ki, icraatında olan xx.xx.2020-ci il tarixdə vəfat etmiş X9 vərəsəlik işi ilə əlaqədar X31 xidmət mərkəzində notariat ofisi tərəfindən İddiaçı və Cavabdeh müraciətləri əsasında vərəsəlik işi açılmışdır. X3 mirasına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün X31 xidmət mərkəzində notariat ofisinə müraciət edilmişdir.Eyni zamanda mirasın bölüşdürülməsi ilə əlaqədar digər vərəsələrlə aralarında mübahisə olduğu bildirilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-çi maddəsimə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə əlaqədar ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Odur ki, mirasdan payların müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət olunmalıdır. İş materiallarından həmçinin görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı xx.xx.1967-ci ildə anadan olmuşdur. X6, anası X11r. Cavabdeh və X17 iddiaçının qardaşlarıdır. Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 saylı qərarına əsasən Balakən rayonu Qazma kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi X15 və X12 mülkiyyətinə verilmiş, onlara bu barədə JN 1337A KOD 40103018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Bundan başqa Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 saylı qərarına əsasən Balakən rayonu Qazma kəndində yerləşən 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X15 və X12 mülkiyyətinə verilmiş, onlara bu barədə JN 1337 KOD 40103018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. 0.25 ha həyətyanı və 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri bir-birinə bitişik yerləşməklə hər tərəfi hasara alınmışdır. 0.25 ha həyətyanı torpaq sahəsində iki fərdi yaşayış evi vardır. Fərdi yaşayış evinin biri 1968-ci ildə inşa edilmişdir, həmin ev iddiaçının anası X4 məxsus olmuşdur, hazırda həmin evdə Cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır. Digər fərdi yaşayış evini isə İddiaçı 0.25 ha həyətyanı torpaq sahəsinin onun istifadəsində olan hissəsində 1991-ci ildə inşa etmişdir və həmin tarixdən hal-hazıradək orada ailə üzvləri ilə birlikdə yaşayır. X15 16 may 2020-ci il tarixdə vəfat etmişdir. Analarının ölümündən bir müddət sonra iddiaçı ilə cavabdeh arasnıda miras əmlakın öz aralarında bölüşdürülməsi ilə bağlı mübahisə yaranmış, ona görə də onlar mirasın bölüşdürülməsi ilə bağlı razılığa gələ bilməmişlər. X17 uzun müddətdir ki, başqa ərazidə yaşadığından anasından qalmış mirası qəbul etməmişdir. Balakən rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)-648/2023 saylı qətnaməsi ilə hüquqmüəyyənedici sənəd hesab edilən JN 1337, KOD 40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və JN 1337A, KOD 40103018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X8 aid hissədə ərizəçi İddiaçı anası X10 məxsus olması faktı müəyyən edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)-169/2023 saylı qətnaməsinə əsasən JN 1337A KOD 40103018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN 1337 KOD 40103018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Cavabdeh məxsus olması faktı müəyyən edilmişdir. Eyni zamanda məhkəmə iclasında müəyyən edilmişdir ki, X31 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X20 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1860 nömrəli arayışa əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X9 vərəsəlik işi ilə əlaqədar X31 xidmət mərkəzində notariat ofisi tərəfindən İddiaçı və Cavabdeh müraciətləri əsasında vərəsəlik işi açılmışdır. X3 mirasına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün X31 xidmət mərkəzində notariat ofisinə müraciət edilmişdir. Eyni zamanda mirasın bölüşdürülməsi ilə əlaqədar digər vərəsələrlə aralarında mübahisə vardır. Odur ki, mirasdan payların müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət olunmalıdır. Məhkəmə təhqiqatı zamanı o da müəyyən edildi ki, 16 may 2020-ci il tarixdə vəfat etmiş X7 qalmış miras əmlak onu qəbul etmiş iki nəfər vərəsə- İddiaçı və Cavabdeh tərəfindən qəbul edilmişdir. 16 may 2020-ci il tarixdə vəfat etmiş X7 qalmış miras əmlakın- Balakən rayonunun Qazma kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin və 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X10 məxsus olan 1/2 hissəsinə İddiaçı 1/2 miras payı və Cavabdeh 1/2 miras payı yaranmışdır. Həmçinin İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 fevral 2020-ci il tarixli qərarında göstərilmişdir ki, vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərar). Məhkəmə hesab edir ki, 16 may 2020-ci il tarixdə vəfat etmiş X7 qalmış miras əmlak onu qəbul etmiş iki nəfər vərəsə- İddiaçı və Cavabdeh arasında bərabər paylarda bölünməlidir. Belə ki, qanunvericiliyə görə fiziki şəxs öldükdən sonra onun əmlakı avtomatik olaraq vərəsənin əmlakına daxil olmur. Miras əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. İddiaçı mirası faktiki qəbul etdiyinə və mərhuma məxsus torpaq sahələrini istifadə etdiyinə və həmin torpaq sahəsində özünə məxsus ev inşa etdiyinə görə vərəsəliklə bağlı notariat kontoruna qanunla müəyyən edilmiş müddətdə müraciət etməmişdir. İddiaçı miras əmlaka faktiki sahiblik və idarə etməsi faktı eyni zamanda Balakən rayonu Qazma kənd İnzibati Ərazi Dairəsinin və Qazma Bələdiyyəsinin verdiyi və yuxarıda istinad olunan arayışlarla təsdiq edilir. Eyni zamanda Cavabdeh da miras əmlakın 1/2 hissədə bərabər paylarda bölünməsinə etiraz etmir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. O da qeyd edilməlidir ki, 16 may 2020-ci il tarixdə vəfat etmiş X7 miras qalmış əmlaklara İddiaçı və Cavabdeh müraciətləri əsasında vərəsəlik işi açılmışdır. X3 mirasına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün X31 xidmət mərkəzində notariat ofisinə müraciət edilmişdir. İddiaçı və cavabdeh mirası faktiki qəbul etdiklərinə, mərhuma məxsus torpaq sahələrini və fərdi yaşayış evini istifadə etdiklərinə və ona məxsus torpaq sahəsində və evdə yaşadııqlarına görə mirası faktiki qəbul və idarə etmiş hesab edilirlər. Bu xüsusda məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə görə fiziki şəxs öldükdən sonra onun əmlakı avtomatik olaraq vərəsənin əmlakına daxil olmur. Miras əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu; 1) formal üsulunu və 2) qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Formal üsul vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Vərəsə ərizəni yalnız yazılı formada verməlidir. Vərəsə yazılı ərizədə göstərir ki, o, mirası qəbul edir. Əgər notariat kontoruna vərəsənin özü şəxsən gələrsə, notarius onun şəxsiyyətini müəyyənləşdirir, yoxlayır və bu barədə ərizədə müvafiq qeyd edir. Bu halda vərəsənin ərizədəki imzası notariat qaydasında təsdiqlənmir. Notarius vərəsənin imzasının həqiqiliyini yoxlayır, bu barədə onun şəxsiyyətini müəyyənləşdirən sənədi və bu sənədin rekvizitlərini göstərməklə qeyd edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur:-miras əmlaka faktiki sahiblik etmək üsulu;-miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu onu ehtiva edir ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Öz hüquqi təbiətinə görə bu, konkludent hərəkətlərdir. Ona görə ki, bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Həmin üsul müxtəlif yollarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; miras qoyanla birlikdə yaşayan vərəsənin sadəcə olaraq həmin mənzildə yaşamaqda davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi; vərəsənin miras əmlakı götürüb öz evinə aparması; miras qoyanın əmanət kitabçasını saxlamaq; miras qoyanın həyatyanı sahəsində işləmək və s. Azərbaycan Respublikasının vərəsəlik hüququ birbaşa müəyyən edir: vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (Mülki Məcəllənin 1243-cü maddəsinin 3-cü bəndi). Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq, vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Vərəsə bir sıra hallarda miras əmlakı ona yiyələnmədən və sahib durmadan da idarə edə bilər. Məsələn, vərəsə özünün yaşadığı yerdən başqa yerdə olan əmlakı idarə edə bilər. Miras əmlakı faktiki idarə etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1 və 1151.2-ci maddələrinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi, mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər; 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur; 1159.1.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar… Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən olunması barədə hüquqi əhəmiyyəti olan fakt məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 28 iyul 2022-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Eyni zamanda Notariat haqqında Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinə görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə görə notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 96-ci bəndinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər. «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 99-cu bəndinə əsasən vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır; əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər; notariusda mirası qəbul etmək üçün əmanət kitabçasının qanunla müəyyən olunmuş müddətdə alınmasını təsdiq edən məlumat olduqda, əmanət kitabçasının olması da miras əmlakı idarə etməyə başlanılmasına sübut ola bilər (miras qoyanın ölümündən sonra miras əmlakı siyahıya almış idarənin, müəssisənin sənədi, əmanət kitabçasının vərəsəyə verilməsi haqqında miras əmlakın qorunması üçün tədbirlər görmüş notariusun sənədi, miras qoyanın dəfnini təşkil edən komissiyanın aktı (əmanət kitabçasının vərəsəyə təqdim olunduğu vaxt bu sənədlərdən görünür), vərəsənin bankdan pul alması haqqında əmanət kitabçasında qeydlər və ya bankın məlumatı, miras qoyanın ölümündən sonra qalan əmanət kitabçasının müəyyən vaxtda vərəsəyə təqdim edildiyi barədə mənzil-istismar idarəsinin arayışı, bu kitabçanın poçtla göndərilməsi haqqında sənəd və sair). «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 102-ci bəndinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Ölüm faktı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi, mirasın açıldığı vaxt isə həmçinin şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq edilir. Mirasın açıldığı yer aşağıdakı sənədlərlə təsdiq olunur: miras qoyanın yaşayış yeri haqqında müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edilən məlumat, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənəd. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X19 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, 16 may 2020-ci il tarixdə vəfat etmiş X7 miras qalmış əmlaklardan ona məxsus hissəsindən 1/2 hissə miras payı- Balakən rayonunun Qazma kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin və 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X10 məxsus olan 1/2 hissəsindən İddiaçı 1/2 hissə payı müəyyən edilməlidir. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. 16 may 2020-ci il tarixdə vəfat etmiş X7 miras qalmış əmlaklardan ona məxsus hissəsindən 1/2 hissə miras payı-Balakən rayonunun Qazma kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin və 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X10 məxsus olan 1/2 hissəsindən İddiaçı 1/2 hissə payı müəyyən edilsin. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-805/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-805/2023
04.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver