Məhkəmə qərarları › İş №e-2(019)-810/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-810/2022

08.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-810/2022 08.12.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin torpaq sahəsindən çıxarılması və qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,0226 ha həyətyanı torpaq sahəsinə iddiaçının daxil olmasına mane olmaqla müşaiyət olunan, istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması və cavabdehlərin zəbt etdikləri həmin əmlakdan çıxarılmaları, o cümlədən, hüquqi yardım məqsədi ilə vəkilə ödənilmiş 300(üç yüz) manat pulun, iddianın qaldırılması üçün ödənilmiş 100 (yüz) manat və iddianın təmin tədbirinin tətbiqi ilə bağlı ərizənin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onun mülkiyyətində ünvan 2 ünvanında 0,0226 ha həyətyanı torpaq sahəsi vardır. Onun həmin əmlak üzərindəki hüquqları 04 aprel 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarış”la rəsmiləşdirilmişdir.İş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarış”a əsasən iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,0226 ha həyətyanı torpaq sahəsindən istifadə və sahiblik etməyinə imkan vermir. Belə ki, iddiaçının mülkiyyətində olan həmin əmlaka daxil olan kimi cavabdehlər dərhal iddiaçı və yaxınlarının üzərinə hücum çəkərək həmin əmlakın onların (cavabdehlərin) olduğunu iddia edir və ora daxil olan şəxsləri oradan qovurlar. Əsasları da o olur ki, güya ki, iddiaçıya məxsus torpaq sahəsi əvvəllər onlara verilmişdir. Cavabdehlər həmin əmlakı faktiki olaraq zəbt etmişdirlər. Sonuncu dəfə cavabdehlər iddiaçının üzərinə hücum çəkən zaman, onların qanunsuz hərəkətləri barədə iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsinə müraciət etmiş və 11 iyun 2022-ci il tarixli qərarla iş aidiyyatı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsi məsələsinə baxılması üçün Balakən Rayon Prokurorluğuna göndərilmişdir. İddia ərizəsinə əlavə edilmiş həmin qərardan da göründüyü kimi, iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iddiaçıya qarşı etdiyi qanunsuz əməlləri təsdiq etmiş və torpaq sahəsinə iddiaçının daxil olmasına mane olacaqlarını bildirmişdirlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyərək izahatında göstərdi ki, ünvan 2 ünvanında olan 0,0226 ha həyətyanı torpaq sahəsi İddiaçı düzgün verilməmişdir.Həmin torpaq sahəsi onlara məxsusdur.Bu səbəbdən də onlar iddiaçını həmin torpaq sahəsinə buraxmırlar və bundan sonra da buraxmayacaqlar.İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş X2 haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki,ünvan 7 ünvanında yerləşən 0.0226 ha yaşayış məntəqələrinin torpaqları Daşınmaz Əmlakın Dövlət Reyestrində 116 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci tarixdə verilmiş A seriyalı 749050 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən şəhəri,M.F.Axundov küçəsi(əvvəlki ünvanı N.Nərimanov küçəsi) ünvanında yerləşən 0.0226 ha həyətyanı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, məhkəmə iclasına gəlmiş cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı mülkiyyətində ünvan 2 ünvanında 0,0226 ha həyətyanı torpaq sahəsi vardır. Onun həmin əmlak üzərindəki hüquqları 04 aprel 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. İş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 həmin torpaq sahəsini zəbt edərək İddiaçı öz mülkiyyətində olan həmin torpaq sahəsindən istifadə və sahiblik etməyinə imkan vermirlər.Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə işin hallarını, sözügedən torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını,cavabdehlərin həmin torpaq sahəsinə heç bir hüquqlarının olmamasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. ünvan 2 ünvanında olan 0,0226 ha həyətyanı torpaq sahəsinin İddiaçı düzgün verilməməsi,həmin torpaq sahəsinin onlara məxsus olması barədə cavabdeh tərəfin etirazını əsassız hesab edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd edilənlərə və maddi hüquq normalarının tələblərinə əsasən cavabdehlərin etirazı əsaslı hesab oluna bilməz. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki,iddia ərizəsi üçün ödənilmiş 100 (yüz) manat və iddianın təmin tədbirinin tətbiqi ilə bağlı ərizənin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumları xərci cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia tələbi təmin edildiyindən iddiaçı İddiaçı vəkil və nümayəndəyə ödədiyi 300 manat cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 alınıb İddiaçı verilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,0226 ha həyətyanı torpaq sahəsindən çıxarılmalı, onların İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,0226 ha həyətyanı torpaq sahəsinə iddiaçının daxil olmasına mane olmaqla müşaiyət olunan, istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulmalıdır. İddiaçı tərəfindən iddia ərizəsi üçün ödənilmiş 100 (yüz) manat və iddianın təmin tədbirinin tətbiqi ilə bağlı ərizənin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu xərci, həmçinin iddiaçı tərəfindən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə ödənilmiş 300 manat cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1,İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,0226 ha həyətyanı torpaq sahəsindən çıxarılsınlar. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 İddiaçı öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,0226 ha həyətyanı torpaq sahəsinə daxil olmasına mane olmaqla müşaiyət olunan, istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulsun. İddiaçı tərəfindən iddia ərizəsi üçün ödənilmiş 100 (yüz) manat və iddianın təmin tədbirinin tətbiqi ilə bağlı ərizənin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu xərci, həmçinin iddiaçı tərəfindən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə ödənilmiş 300 manat cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 alınıb İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar