Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-845/2022 30.11.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə, İddiaçı Cavabdeh qarşı Balakən rayonu Qullar kəndində yerləşən 583 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması,iddiaçıya məxsus olan həmin torpaq sahəsinə sahib olması,ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən rayonu Qullar kəndində yerləşən JN 1106 KOD 40107018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının 1106 planşet nömrəsi ilə verilmiş 1808,91 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 583 kv/m hissəsindən Cavabdeh çıxarılması, iddiaçıya məxsus olan həmin torpaq sahəsinə sahib olması,ondan istifadə edilməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmənin hazırlıq iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı məhkəməyə ərizə göndərərək mülki işin məhkəmədə baxılmasını tələb etmədiyini göstərərək iddia ərizəsinin və əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsinə iş materialları ilə birlikdə baxaraq hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən rayonu Qullar kəndində yerləşən JN 1106 KOD 40107018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının 1106 planşet nömrəsi ilə verilmiş 1808,91 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 583 kv/m hissəsindən Cavabdeh çıxarılması,iddiaçıya məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə edilməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək mülki işin məhkəmədə baxılmasını tələb etmədiyini göstərərək iddia ərizəsinin və əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, İddiaçı ərizəsi təmin edilməli, İddiaçı iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264,268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh qarşı Balakən rayonu Qullar kəndində yerləşən 583 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, iddiaçıya məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-845/2022
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-845/2022
30.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver