Məhkəmə qərarları › İş №e-2(019)-851/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-851/2024

09.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-851/2024 09.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə, cavabdeh və digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı Balakən rayonu Gərəkli kəndində yerləşən, mərhum X8 verilmiş JN 596 KOD 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə 596 V planşet nömrəsində göstərilən 0.0833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 596N planşet nömrəsində göstərilən 0.0652 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ölçmə işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Gərəkli kəndində yerləşən JN 596 KOD 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə mərhum X8 verilmiş 596V planşet nömrəsində göstərilən 0.0833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 596N planşet nömrəsində göstərilən 0.0652 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ölçmə işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Gərəkli kəndində qeydiyyatdadır. X14 onun anası olmuşdur. Balakən rayon Aqrar İslahat komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə X3 təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 596 KOD 40110018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Dövlət Aktına əsasən torpaq sahələri üç müxtəlif konturlarda yerləşir. X4 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra anasından miras qalmış əmlaklara vərəsəlik işi açılmışdır. X21 xidmət mərkəzində Notariat Ofisi tərəfindən ona JN 596 KOD 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə mərhum X8 verilmiş 596V planşet nömrəsində göstərilən 0.0833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə xx.xx.2024-cü il tarixli 2V-780 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 596N planşet nömrəsində göstərilən 0.0652 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə xx.xx.2024-cü il tarixli 2V-779 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, 596M planşet nömrəsində göstərilən 0.0089 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə isə xx.xx.2024-cü il tarixli 2V-781 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2024-cü il tarixli 2V-781 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 596 M planşet nömrəsində göstərilən 0.0089 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə öz adına reyestr nömrəsi **********62 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. JN 596 KOD 40110018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə mərhum X5 miras qalmış xx.xx.2024-cü il tarixli 2V-780 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş 596V planşet nömrəsində göstərilən 0.0833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və xx.xx.2024-cü il tarixli 2V-779 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 596N planşet nömrəsində göstərilən 0.0652 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 18 saylı Zaqatala ərazi idarəsinə müraciət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 18 saylı Zaqatala ərazi idarəsində müraciətə baxılmışdır.Ərizəsinin icrası ilə əlaqədar olaraq zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyatı əməkdaşları torpaq sahəsinin yerləşdiyi əraziyə gəlmişlər. Ölçmə işlərinə maneələr olduğu üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən bildiriş məktubu ilə bundan imtina olunmuşdur. Ölçmə işlərinin aparılmasının zəruri olduğu torpaq sahəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt olunmuşdur.Cavabdehlərə ölçmə işlərin aparılmasına olan maneələrin aradan qaldırılmasına dair müraciət etsə də, bu nəticə verməmişdir. Daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşları qeyd olunan əmlakların yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq torpaq sahələri üzərində mübahisə olduğundan, yəni cavabdehlər tərəfindən maneə yaradıldığından inventarlaşdırılma işlərinin aparılması mümkün olmamış və daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş verilmişdir. Buna görə də iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh və digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iddianı qismən etiraf edərək izahatında göstərdi ki, ailə üzvüləri ilə bilikdə Balakən rayonu Gərəkli kəndində yaşayır. Onların həmin kənddə torpaq sahələri və evləri vardır. O, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən İddiaçı məxsus torpaq sahəsi ilə bağlı ölçü işlərinin aparılmasına etiraz etmir. Qanuni qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Gərəkli kəndində yerləşən 0.0089 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir və daşınmaz əmlakın dövlət reyestrində 169 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-896,KOD-40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna X23 surətindən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixlə qərarı ilə X8 Balakən rayonu Gərəkli kəndi ərazisindən 0.16 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 19 may 2024-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətində göstərilir ki, “Mən, Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X1 rayonu, Gərəkli kənd İƏD tərəfindən xx.xx.2017-ci il tarixdə təsdiq edİlən və reyestrdə 07 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2022-cı il tarixdə vəfat etmiş-X19 QİZİNİN vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi BALAKƏN RAYONU, GƏRƏKLİ ƏRAZİ DAİRƏSİ, GƏRƏKLİ KƏNDİ ünvanında qeydiyyatda olan İddiaçıDUR (AA*******, xx.xx.2019 - BALAKƏN RPŞ QvŞV qrupu, FİN:xxxxxxx, d/t:xx.xx.1963) və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -Balakən rayonu DTXK tərəfindən xx.xx.1999-cu il tarixdə DıBİROVA ƏSMAYƏ ŞABAN QİZİNA verilmiş seriya nömrəsi JN:596V, KOD: 40110018 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.0833 ha olan torpaq sahəsindən ibarətdir”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 19 may 2024-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətində göstərilir ki, “Mən, Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X2 rayonu, Gərəkli kənd İƏD tərəfindən xx.xx.2017-ci il tarixdə təsdiq edilən və reyestrdə 07 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2022-ci ıl tarixdə vəfat etmiş-X19 QİZİNİN vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi BALAKƏN RAYONU, GƏRƏKLİ ƏRAZİ DAİRƏSİ, GƏRƏKLİ KƏNDİ ünvanında qeydiyyatda olan İddiaçıDUR (AA*******, xx.xx.2019 - BALAKƏN RPŞ QvŞV qrupu, FİN:xxxxxxx, d/t:xx.xx.1963) və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -Balakən rayonu DTXK tərəfindən xx.xx.1999-cu il tarixdə X19 QİZİNA verilmiş seriya nömrəsi JN:596N, KOD: 40110018 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.0652 ha olan torpaq sahəsindən ibarətdir”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 23 aprel 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 252066 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 17.0.2022-ci ildə ölmüşdür.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 04 ayının 23 günündə 117 nömrə ilə qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qullar kənd soveti tərəfindən 26 may 1963-cü il tarixdə verilmiş AZ seriyalı 379992 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü ildə anadan olmuş, atası X9, X4 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən vətəndaş İddiaçı İsrəfil oğlunun etibarnamə üzrə nümayəndəsi X10 ünvanlanmış 06 iyun 2024-cü il tarixli 3-21-3-47/2-2376/2024 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 1i ünvanında 0.0833 və 0.0652 ha torpaq sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə ərizələrinizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 18 saylı Zaqatala Ərazi idarəsində baxılmışdır (**********,**********). Ərizələrin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyatı əməkdaşları qeyd olunan əmlakların yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq torpaq sahələri üzərində mübahisə olduğundan inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. “Daşınmaz Əmlakın Dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericilkilə müəyyən edilir. Belə ki, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparpılması və nəticə etibarı ilə həmin əmlaka dair texniki sənədin tərtib olunması mümkün olmadığından qeyd olunan əmlaklar üzərində hüquqlarınızın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyri-mümkündür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizənizin icarısndan imtina olunur. Odur ki, qeyd olunan toorpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin apapılmasına şərait yaradıldıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması məsələləinə qanunamüvafiq qaydada yenidən baxılacaqdır”. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin, cavabdeh və digər cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayon Aqrar İslahat komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə İddiaçı anası X3 təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə JN 596 KOD 40110018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Dövlət Aktına əsasən torpaq sahələri üç müxtəlif konturlarda yerləşir. X14 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra anasından miras qalmış əmlaklara vərəsəlik işi açılmışdır. X21 xidmət mərkəzində Notariat Ofisi tərəfindən ona JN 596 KOD 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə mərhum X8 verilmiş 596V planşet nömrəsində göstərilən 0.0833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə xx.xx.2024-cü il tarixli 2V- 780 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 596N planşet nömrəsində göstərilən 0.0652 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə xx.xx.2024-cü il tarixli 2V-779 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, 596M planşet nömrəsində göstərilən 0.0089 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə isə xx.xx.2024-cü il tarixli 2V-781 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli 2V-781 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 596 M planşet nömrəsində göstərilən 0.0089 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə öz adına reyestr nömrəsi **********62 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. O, JN 596 KOD 40110018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə mərhum X5 miras qalmış xx.xx.2024-cü il tarixli 2V-780 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş 596V planşet nömrəsində göstərilən 0.0833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və xx.xx.2024-cü il tarixli 2V-779 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 596N planşet nömrəsində göstərilən 0.0652 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 18 saylı Zaqatala ərazi idarəsinə müraciət etmiş, ölçmə işlərininin aparılmasına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən maneələr olduğu üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən bildiriş məktubu ilə bundan imtina olunmuşdur. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlakın dövlət reyesri haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 7.1 və 7.2-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir; “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Daşınmaz əmlakın dövlət reyesri haqqında Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı…8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri… Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməi, İddiaçı mülkiyyətinə vərəsəlik qaydasında keçmiş Balakən rayonu Gərəkli kəndində yerləşən JN 596 KOD 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə mərhum X8 verilmiş 596V planşet nömrəsində göstərilən 0.0833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 596N planşet nömrəsində göstərilən 0.0652 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ölçmə işlərinin aparılmasına yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən 100 manat dövlət rüsumu xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulub İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətinə vərəsəlik qaydasında keçmiş, Balakən rayonu Gərəkli kəndində yerləşən, JN 596 KOD 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə mərhum X8 verilmiş 596V planşet nömrəsində göstərilən 0.0833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 596N planşet nömrəsində göstərilən 0.0652 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ölçmə işlərinin aparılmasına yaradılan maneələr aradan qaldırılsın. 100 manat dövlət rüsumu xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulub İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar