Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-855/2023 21.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı X5rşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, m ü ə y y ə n e t d i m: İddiaçı X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı – İddiaçı və cavabdeh – X7 arasında bağlanmış Təhsilin təşkili müqavilələrinə əsasən ödənilməli olan cəmi 6039.86 (altı min otuz doqquz manat səksən altı qəpik) manat məbləğində pulun, 90 manat vəkil xərcinin və 80.39 manat ödənilmiş dövlət rüsumunun birdəfəlik şəkildə cavabdeh – X3 tutularaq iddiaçı – İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 80.39 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən iddia ərizəsində cavabdeh kimi qeyd edilən X6 poçt ünvanı ünvan 1lə olan halda hazırki iddiaya ərazi aidiyyəti üzrə Balakən Rayon Məhkəməsində baxıla bilməz. İddiaçı hazırki iddia ərizəsi ilə ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlar yuxarıda göstərilən qanun normalarına əsasən hazırki iddia ərizəsinin qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa… Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı X5rşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, hazırki iddianın qaldırılması üçün ödənilmiş 80.39 manat dövlət rüsumu hazırki qərardad qanuni qüvvəyə mindikdən sonra Balakən rayon Maliyyə İdarəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçınə qaytarılmalı və İddiaçınə hazırki tələblə bağlı aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı X5rşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın; hazırki iddianın qaldırılması üçün ödənilmiş 80.39 manat dövlət rüsumu hazırki qərardad qanuni qüvvəyə mindikdən sonra Balakən rayon Maliyyə İdarəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçınə qaytarılsın; İddiaçınə hazırki tələblə bağlı aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-855/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-855/2023
21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver