Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-869/2023 26.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, ərizəçi Güngör (Eyvazova) Elmira Ələkbər qızının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə Ərizəçi Güngör (Eyvazova) Elmira Ələkbər qızının mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Güngör (Eyvazova) Elmira Ələkbər qızı ərizə ilə məhkəməyə müraciət edərək, onun mərhum X1ndan qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Güngör (Eyvazova) Elmira Ələkbər qızı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1982-ci il tarixdə Azərbaycan Respublikası Balakən rayonunun Hənifə kəndində doğulmuşdur. Onun atası xx.xx.1934-cü ildə Balakən rayonununda doğulmuş X10, anası isə xx.xx.1961-ci ildə Balakən rayonunda doğulmuş X8 olmuşdur. Anası və atasının arasında rəsmi nikah olmamışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(019)-313/2023 saylı qətnaməsi ilə onun atasının Balakən şəhər sakini olmuş, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X10 olması faktı müəyyən olunmuşdur. Bu qətnamə əsasında xx.xx.2023-cü il tarixdə AZN 832293 sayla adına doğum şəhadətnaməsi verilmişdir. Bu şəhadətnamədə ata soyadı Eyvazova kimi qeyd olunmuşdur. Məhkəməyə bildirir ki, anası X8 və X1 yalnız bir müddət birgə yaşamışlar. O, kiçik yaşlarından anasının himayəsində yaşamışdır. 2001-ci ildən etibarən anası ilə birlikdə Türkiyə Respublikasında yaşamışdır. xx.xx.2004-cü ildə Türkiyə Respublikasının vətəndaşı Birkan Güngörlə rəsmi nikah bağlayaraq evlənmişdir. Bundan sonra o, həyat yoldaşının soyadı olan Güngör soyadını qəbul etmişdir. Uzun müddət Türkiyə Respublikasında yaşamış,himayəsində azyaşlı uşaqlar olduğundan və digər müəyyən səbəblərdən Azərbaycan Respublikasına gələ bilməmişdir. Bir müddət atası ilə əlaqə saxlasa da, sonralar atası Ələkbərlə əlaqələri kəsilmişdir. 2022-ci ilin dekabr ayında Türkiyə Respublikasından atası ilə görüşmək üçün Azərbaycan Respublikasının Balakən rayonuna gəlmiş, həmin vaxt ona məlum olmuşdur ki, X1 vəfat etmişdir. Bundan sonra onun dəfn edildiyi yeri müəyyən edərək məzarını ziyarət etmişdir. Onun vəfatı ilə bağlı yas mərasimi keçirmişdir. 2022-ci ilin dekabr ayının sonunda atasından miras qalmış ünvan 1 ünvanda yerləşən ev və həyətyanı torpaq sahəsinə dair “Qanun” üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün Balakən regional “ ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Həmin vaxt ona məxsus doğum şəhadətnaməsində ata soyadı anasının soyadı olan Bayramova kimi qeyd edildiyindən ona vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmaması barədə Notariat Ofisinin mütəxəssisi tərəfindən ona şifahi olaraq bildirilmişdir. Ata soyadı olan Eyvazova ilə doğum şəhadətnaməsi aldıqdan sonra, xx.xx.2023-cü il tarixdə təkrar olaraq Balakən regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Həmin vaxt ona bildirilmişdir ki, X1ndan miras qalmış əmlakın qəbulu üçün müəyyən olunmuş müddəti ötürmüşdür və buna görə də ona atasindan miras qalmış əmlaka dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Bu səbəbdən qeyd olunan tələblə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəməyə bildirir ki, atasının X10 olması barədə məhkəmə qətnaməsi xx.xx.2023-cü il tarixdə çıxarılmış və o, xx.xx.2023-cü il tarixdə Eyvazova soyadı ilə doğum şəhadətnaməsi almışdır. Buna görə hesab edir ki, atasından qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti üzrlü səbəbdən ötürmüşdür. X9 başqa uşağı olmamışdır və başqa vərəsəsi yoxdur. Məhkəmə iclasında ərizəçi Güngör (Eyvazova) Elmira Ələkbər qızının nümayəndəsivəkili Nümayəndə ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Balakən regional «Asan xidmət» Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsininin məhkəmə proseslərinə gəlməməsini üzrsüz hesab edərək Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsininin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 02 iyun 2023-cü il tarixdə verilmiş AZ- İV seriyalı 832293 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1982ci ildə anadan orlmuş, X1, anası X8 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 17 yanvar 2023-cü il tarixdə verilmiş 05/69-19 nömrəli arayışdan görünür ki, X10 30 mart 2012-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 17 yanvar 2023-cü il tarixdə verilmiş 05/69-21 nömrəli arayışdan görünür ki, X10 ilə X3 nikahı haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2012-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 11 avqust 2023-cü il tarixdə verilmiş 1469 nömrəli arayışdan görünür ki, Ərizəçi həqiqətən ünvan 2 ünvanda (keçimiş S.Vurğun küçəsi bina 21 mənzil 2) yaşayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən Regional «Asan xidmət» Mərkəzində Notariat Ofisi tərəfindən 11 avqust 2023-cü il tarixdə verilmiş 1737 nömrəli arayışdan görünür ki, “Balakən Regional asan Xidmət mərkəzində Notariaf Ofisinə xx.xx.2012-ci il tarixdə vəfat etmiş mərhum X2 qalmış mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdlikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığı bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu hissəsinə əsasən əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər:-vərəsənin miras açılıqdan sonra mirasın qəbulu üçün müəyyən edlilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənədə; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair,eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd;-mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədələr. Təqdim olunan sənədlərə əsasən məlum olmuşdur ki,mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət gecikdirilmiş,həmçinin mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət ərzində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə dair sübutlar təqdim olunmamışdır. Odur ki, ötürülmüş müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət edə bilər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 15 avqust 2023-cü il tarixdə verilmiş 1499 nömrəli arayışdan görünür ki, Balakən şəhər İƏD üzrə nümayəndəliyinin 20 saylı ev təsərrüfatının uçotu kitabının 114 saylı səhifəsində M.Əsədov küçəsi 20 saylı ünvanda mərhum X4 qeydiyyatda olduğu 1920 saylı təsərrüfat qeyd edilmişdir. Həmin təsərüfatda 1969-cu ildə tikilmiş 1 (bir) mərtəbəli,3 (üç) otaqlı ,63 kv.m ümumi sahəsi 48 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış evi və həmin ünvanda 0.03 ha torrpaq sahəsinin olduğu qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli e-2(019)-313/2023 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə ərizənin təmin olunması, xx.xx.1934-cü il tarixdə Balakən rayonunda doğulmuş və xx.xx.2012-ci il tarixdə vəfat etmiş X4 Ərizəçi atası olması faktının müəyyən edilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-295 A KOD 40101004 olan Torpağa mülkiyyət hüququna dair Şəhadətnamədən görünur ki, Balakən rayon X7 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə X6 və başqa ailə üzvlərinə 0.03 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Balakən RİH-nin Balakən şəhər İnzibati Ərazi Dairəsinin 02 oktyabr 2023-cü il tarixli 4316 nömrəli arayışından görünür ki, Balakən şəhər sakini, M.Əsədov küçəsi 20 saylı evdə yaşamış xx.xx.1934-cü ildə doğulub xx.xx.2012-ci il tarixdə vəfat etmiş X5 xx.xx.1982-ci il tarixdə doğulimuş Eyvazova (Güngör) Elmira Ələkbər qızından başqa övladı olması barədə Balakən şəhər İƏD nümayəndəliyndə məlumat aşkar olunmadı. İş materiallarından həmçinin görünür ki, ərizəçi hazırki ərizə ilə bağlı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsi-vəkili Nümayəndə izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Güngör (Eyvazova) Elmira Ələkbər qızı xx.xx.1982-ci il tarixdə Balakən rayonun Hənifə kəndində anadan olmuşdur. Hal-hazırda da Balakən rayonunda yaşayır. X1, anası isə xx.xx.1961-ci ildə anadan olmuş X8 olmuşdur.Ərizəçinin vadlideynləri arasında rəsmi nikah olmamışdır. Ərizəçinin X1 30 mart 2012-ci ildə ölmüşdür. Balakən Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2012-ci ildə vəfat etmiş X4 ərizəçi Günögr (Eyvazova) Elmira Ələkbər qızının atası olması faktı müəyyən edlilmişdir.X13 ərizəçi Elmira Eyvazovadan başqa vərəsəsi yoxdur. Ərizəçi atasından qalmış mirası faktiki olaraq qəbul etmiş, miras evdən və torpaq sahəsini istifadə etmişdir. Ərizəçi Güngör (Eyvazova) Elmira Ələkbər qızı mərhum atasının qanun üzrə vərəsəsidir. Hazırki məsələ ilə bağlı mübahisə yoxdur. Ərizəçi Güngör (Eyvazova) Elmira Ələkbər qızı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Balakən rayon Notariat Ofisinə müraciət etmişdir. Balakən rayon Notariat Ofisindən atasının ölümündən sonra mirasın qəbulu üçün müddətin ötürüldüyünü bildirərək, ona məhkəməyə müraciət etməsi izah edilmişdir. Ərizəçi Güngör (Eyvazova) Elmira Ələkbər qızı qanunu bilmədiyindən mərhum atasından qalmış mirasın qəbulu üçün qanunda nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət etməmişdir. Buna görə də o, göstərilən ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, Güngör (Eyvazova) Elmira Ələkbər qızı tərəfindən mərhum X1ndan qalmış mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi üzrlü səbəblərdən baş vermişdir. Belə ki, o, mirası faktiki qəbul etməklə, hüquqi cəhətdən savadsızlığından, qanunun bilmədiyindən mərhum atasından qalmış mirasın qəbulu üçün miras açıldıqdan sonra qanunda nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət etməli olmasını bilməmişdir. Hazırki mirasın qəbulu müddətinin uzadılmaması isə ərizəçinin vərəsəsi olduğu mərhum atasının mirasına yiyələnməsindən məhrum olunmasına gətirib çıxarar. Bu da onun hüquqlarının əsassız və ədalətsiz məhdudlaşdırılmasına səbəb olacaqdır və ona görə də yolverilməzdir. Ona görə də ərizəçi Güngör (Eyvazova) Elmira Ələkbər qızının mərhum atasından qalmış mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət uzadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). -Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. - Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. -Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2 və 1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətiin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçi Güngör (Eyvazova) Elmira Ələkbər qızının 30 mart 2012-ci il tarixdə vəfat etmiş mərhum X1ndan qalmış mirasın qəbul edilməsi üçün müyyənləşdirilmiş müddətin gecikdirməsi üzürlü hesab edilməklə həmin müddət uzadılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi Güngör (Eyvazova) Elmira Ələkbər qızının 30 mart 2012-ci il tarixdə vəfat etmiş mərhum X1ndan qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-869/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-869/2023
26.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver