Məhkəmə qərarları › İş №e-2(019)-87/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-87/2023

23.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-87/2023 23.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanında yerləşən, xüsusi mülkiyyətində olan mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Balakən şəhəri, Nəriman Nərimanov küçəsi, ev 93 (Yeni qaydalarla: AZ 0800, ünvan 2 ünvanda yerləşən mənzil onun xüsusi mülkiyyətindədir və onun xüsusi mülkiyyətində olduğuna dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022 qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış” da vardır. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-792/2021 saylı qətnaməsi ilə oğlu- X5 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur.Boşanmalarına baxmayaraq cavabdeh onun razılığı olmadan qanunsuz olaraq ona məxsus mənzildə yaşayır və dəfələrlə olunan xəbərdarlıqlara baxmayaraq mənzildən çıxmır. Mənzil üzərində onun xüsusi mülkiyyəti olmasına baxmayaraq lazımi qaydada hüquqlarını həyata keçirə bilmir. Cavabdehin onun evində yaşamağa hüququ yoxdur. Cavabdehin onun icazəsi olmadan qanunsuz olaraq onun xüsusi mülkiyyətində olan mənzildə yaşaması isə onun mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Buna görə də o, cavabdehi evindən çıxartmaq qərarına gəlmişdir. İşin mübahisəsiz halına görə mənzilində yaşayan cavabdeh xx.xx.2021-ci il oğlu ilə boşanıb və nə onun, nədə ki, oğlunun ailə üzvü deyildir.Mənzil isə onun mülkiyyətindədir.Başqa sözlə, tərəflər arasında ailə münasibətlərinə xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 izahatında göstərdi ki, Cavabdeh İddiaçı oğlu-Elmir Qantayevlə xx.xx.2017-ci ildə rəsmi nikaha girmişlər və birgə nikahdan bir uşaqları vardır.Mübahisəli mənzil MTK ilə Elmin Qantayev arasında bağlanmış müqaviləyə əsasən Elmin Qantayevin adına qeydə alınmışdır. Nikah pozulana kimi mənzilin dəyəri birgə əmlak hesabına ödənmişdir. Həmin məbləğin yarısı cavabdehə məxsusdur. Mübahisəli mənzil xx.xx.2022-ci il tarixdə İddiaçı bağışlanmışdır. Ona görə də iddia tələbi əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 17 may 2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı 416684 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Cavabdeh arasında olan nikah Balakən Rayon Məhkəməsinin 2(019)-792/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2022-ci ilin 05 ayının 17 günündə 34 nömrə ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Çıxarışın surətindən görünür ki, Balakən şəhəri Nəriman Nərimanov küçəsi ev 93 (Yeni qaydada: AZ0800, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 70.6 kv.metr olan mənzil daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində İddiaçı adına qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 15 avqust 2022-ci il tarixdə verilmiş inventar nömrəsi 4356, reyeystr nömrəsi **********32-05301-093049 olan mənzilin Texniki Pasportundan görünür ki, Yeni qaydalarla: AZ 0800 ünvan 6 İddiaçı adınadır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-792/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilməsi, iddiaçı X5 ilə Cavabdeh arasında bağlanmış və 06 oktyabr 2017-ci ildə Balakən rayon Qeydiyyat Şöbəsində 162 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından 11 iyun 2019-cu ildə doğulmuş X2 anası Cavabdeh yanında saxlanılması, hazırki qətnamənin çıxarıldığı 08 oktyabr 2021-ci il tarixdən başlayaraq 11 iyun 2019-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı X1 hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi, hazırki qətnamənin alimentin alınması hissəsində dərhal icra olunması, Cavabdeh 20 manat məbləğində dövlət rüsumunun tutularaq X4 verilməsi qət edilmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin nümayəndələrinin izahatları, işdə olan sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir.İddiaçı oğlu- Elmin Qantayev Cavabdeh ilə 06 oktyabr 2017-ci ildə rəsmi nikah bağlamaqla evlənmişlər və mübahisəli mənzildə yaşamışlar. Onlar arasındakı nikah Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-792/2021 nömrəli qətnaməsi ilə pozulmuşdur.Cavabdeh iddiaçının oğlu Elmir Qantayevlə nikahı pozulsa da tələb edilməsinə baxmayaraq o, iddiaçının mülkiyyətində olan, ünvan 5 ünvanda yerləşən mənzildən çıxmır, İddiaçı öz mülkiyyət hüquqlarını həyata keçirtməsinə imkan vermir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki , hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə işin hallarını, ünvan 6 ünvanında yerləşən mənzilin İddiaçı mülkiyyətində olmasını,cavabdehin həmin mənzilə heç bir hüququnun olmamasını, cavabdehin həmin mənzildən çıxmamasının iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə iddia tələbinin əsaslılığı ilə bağlı cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olub olmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi hazırkı işdə tərəflər arasında mübahisəli yaşayış evindən istifadə edilməsi ilə bağlı münasibətlər 2017-ci ildə yaranmışdır. Belə olan halda hazırkı mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir.Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Məhkəmə işin hallarını, İddiaçı oğlu Elmir Qantayevlə Cavabdeh arasındakı nikahın pozulmasını, mübahisəli mənzilin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətində olmasını, Cavabdeh iddiaçının ailə üzvü olmadığından onun mübahisəli mənzildə istifadə hüququnun olmamasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisə predmeti olan mənzilin birgə əmlak hesabına əldə edilməsi barədə cavabdeh tərəfin etirazı ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəf ünvan 1 ünvanında yerləşən mənzilin birgə əmlak hesabına əldə edilməsini göstərsələr də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilmədi. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bu əsaslara görə məhkəmə cavabdehin etirazını əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin olunması nəticəsinə gəldiyi üçün həmçinin hesab edir ki, hazırki iddianın qaldırılması üçün İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı verilməlidir.Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh ünvan 4 ünvanında yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan mənzildən çıxarılmalıdır. 100 manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan mənzildən çıxarılsın. 100 manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar