Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-870/2025 25.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Cəfərova Arifə Namus qızı İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, qərəzli hərəkətlərə son qoyulması və yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron Çıxarışa əsasən xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 0,16 ha hissəsindən Cavabdeh çıxarılmasına, xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,16 ha hissəsindən sahiblik və istifadə etməyə qarşı yönəlmiş, cavabdeh tərəfindən hasarlanması ilə müşayiət olunan qərəzli hərəkətlərə son qoyulması və yaradılmış maneələrin aradan qaldırılmasına, ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəyə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq hesab edir ki, yolverilməzliyinə görə hazırki ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-559/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququ bərpa olunması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-106/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(019)-559/2019 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh X1 qarşı daşınmaz əmlakın dövlət reyestri ilə mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması, iddiaçınını həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-16/2022 nömrəli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh xüsusi mülkiyyəti olan 1.4833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt etdiyi 0.45 ha ölçüdə hissəsindən çıxarılması tələbinə dair iddiası üzrə mülki işin icraatına Cavabdeh RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.70 ha torpaq sahəsinin zəbt etdiyi 0.25 ha hissəsindən çıxarılması hissəsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsasına görə xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-in: 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(107)- 106/2020 nömrəli qətnaməsində qeyd edilmişdir ki, kollegiya iş üzrə apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmışdır. Belə ki, iş materiallarında olan 01 iyun 2020-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı mülkiyyətinə verilmiş 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.16 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Bundan əlavə iş materiallarında olan Müstəqil Məhkəmə Ekspertiza Mərkəzinin 27 avqust 2020-ci il tarixli ekspert rəyinə əsasən mübahisəli ərazidə aparılan ekspertiza tədqiqatının nəticəsi olaraq, hüquqmüəyyənedici sənədlərə, Ərazinin Ümumi Kompleks Yerquruluşu (İslahat) Xəritəsinə və Google Earth xəritə məlumatlarına əsasən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə İddiaçı mülkiyyətinə verilmiş 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər hansı bir hissəsinin Cavabdeh istifadəsində olmaması müəyyənləşdirilmişdir. Məhkəmə kollegiyası 27 avqust 2020-ci il tarixli ekspert rəyinin daha ağlabatan olduğu qənaətinə gələrək həmin rəyə istinad etməyi məqsədəmüvaffiq hesab etmişdir. İş üzrə hərtərəfli və obyektiv şəkildə aparılmış ekspertiza tədqiqatının nəticəsindən ibarət yeganə ekspert rəyi Müstəqil Məhkəmə Ekspertiza Mərkəzinin 27 avqust 2020-ci il tarixli ekspert rəyi olduğundan məhkəmə kollegiyası həmin rəyi mötəbər sübut olaraq qəbul etmişdir. Göründüyü kimi İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə apellyasiya şikayətinə baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.16 ha hissəsinin Cavabdeh tərəfindən istifadə olunması barədə 01 iyun 2020-ci il tarixli ekspert rəyini deyil, torpaq sahəsinin hər hansı bir hissəsinin cavabdehin istifadəsində olmaması barədə 27 avqust 2020-ci il tarixli ekspert rəyini mötəbər sübut kimi qəbul edərək iddianı rədd etmişdir. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmasına baxmayaraq İddiaçı Cavabdeh qarşı yenidən eyni tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə şərh olunanları nəzərə alaraq hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması əsası ilə hazırki iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, qərəzli hərəkətlərə son qoyulması və yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan imtina edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-870/2025
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-870/2025
25.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver