Məhkəmə qərarları › İş №e-2(019)-871/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-871/2025

08.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-871/2025 08.09.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X94 qızının katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh ) İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə1, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Nürəddin oğlunun nümayəndəsi- vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı miras əmlakdan payının müəyyən edilməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı miras əmlakın bölüşdürülməsi tələbinə dair qarşılıqlı iddialar üzrə mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək X23 miras qalmış əmlaklara-evə , həyətyanı torpaq sahəsinə və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair iddiaçının 2(ikinci) növbə vərəsə kimi vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək X23 miras qalmış əmlaklara-evə, həyətyanı torpaq sahəsinə və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mirasda paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1994-cü ildə anadan olmuşdur. X1, anası X63 olmuşdur. 16 noyabr 1997-ci ildə anası vəfat etdikdən sonra ona babası X64 baxmışdır. 02 may 2010-cu ildə babası vəfat etdiyindən atasının X11na o, baxmağa başlamışdır. 13 avqust 2024-cü ildə atasının X11 vəfat etmişdir. Atasının X2 yas mərasimini o, yola salmış, baş daşını özü qoymuş, təsərrüfatını idarə edir. Atasının X11ndan miras qalmış əmlakları, evi, həyətyanı torpaq sahəsini və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair birinci və ikinci növbə vərəsələri olmadığından ərizəçi 2 növbə vərəsə kimi qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi üçün Notariat kontoruna müraciət etmişdir. Notariat kontoru qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsindən imtina etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ərizəçinin atasının X11 ilə qohum olma və X23 miras qalmış əmlaklara- evə, həyətyanı torpaq sahəsinə və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair birinci və ikinci növbə vərəsələri olmadığından ikinci növbə vərəsə kimi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və qohumluq faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin e-2(019)-295/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, ərizəçi İddiaçı mərhum X1nun anası X49 ilə mərhum X34 bacı olmaları faktı müəyyən olunması qət edilmişdir.Eyni zamanda Balakən Rayon Məhkəməsinin e-2(019)- 295/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəçi İddiaçı qohumluq və mirasın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair iş üzrə icraata “X23 miras qalmış əmlakları, evi, həyətyanı torpaq sahəsini və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair birinci və ikinci növbə vərəsələri olmadığından üçüncü növbə vərəsə kimi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə” aid hissədə xitam verilməsi qərara alınmışdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına istinad edərək hesab etmişdir ki, ərizəçi İddiaçı izah olunmalıdır ki, o, notariat orqanlarına müraciət etməlidir. Bundan sonra iddiaçı atasının X11ndan miras qalmış əmlaklara, evə, həyətyanı torpaq sahəsinə və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair birinci və ikinci növbə vərəsələri olmadığından ikinci növbə vərəsə kimi qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlı üçüncü şəxsə müraciət etmişdir. Vərəsələr arasında mübahisə olduğundan notariat kontoru 21 may 2025-ci il tarixli məktubu ilə cavab verərək vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixdə vəfat etmiş X11ndan miras qalmış əmlakların qanun üzrə vərəsəlik qaydasında bölüşdürülməklə miras əmlakdan ona tam hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək mərhum X23 miras qalmış əmlaklara- evə, həyətyanı torpaq sahəsinə və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair onun ikinci növbə vərəsə kimi vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx xxxxxxx 1966-cı ildə Balakən rayonunun Püştətala kəndində anadan olmuşdur. X10, anası Qurbanova (Dibirova) Cavahir Əli qızı olmuşdur. Anası və atasının nikahları xx.xx.1964-cü ildə Püştətala kənd sovetlıyındə 10 nömrə ilə qeydə alınmışdır. X10 ölmüşdür. X21 xx.xx.1942-ci ildə Püştətala kəndində anadan olmuş, xx.xx.2010-cu ildə ölmüşdür.. Kovxayeva (Dibirova) Pədimat Əli qızı isə anasının bacısı olmuşdur. Kovxayeva (Dibirova) Pədimat Əli qızı 1934-cü ildə anadan olmuş, lakin onun doğum haqqında akt qeydi olmamışdır. X89 qeyri-rəsmi nikahla evlənmiş, sonradan ona qeyri rəsmi ər soyadı verilmişdir. Eyni zamanda onun rəsmi nikahı qeydə alınmamış, onun övladı olmamışdır. X65 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Eyni zamanda anası Qurbanova (Dibirova) Cavahir Əli qızının doğum haqqında şəhadətnaməsi olsa da, xalası Kovxayeva (Dibirova) Pədimat Əli qızının doğum haqqında şəhadətnaməsi olmadığına görə onların bacı olmasını təsdiq etmək mümkün olmamışdır. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci ii tarixli 29 nömrəli qərarı ilə X33 mülkiyyətinə 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 611 kod 40106018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Bundan əlavə Balakən rayonu Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 nömrəli qərarı ilə X33 mülkiyyətinə 0.21 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə A N 170089 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. X2 ölümündən sonra ondan qalmış mirasın rəsmiləşdirilməsi ilə bağlı sənədlər hazırlayarkən ona məlum olmuşdur ki, anası X35 və X2 doğumu qeydə alınmadığına görə onların bacılar olmasını müəyyən etmək mümkün olmamışdır.Bundan sonra o, X11ndan miras qalmış əmlakın rəsmiləşdirilməsi ilə bağlı Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etmişsir.Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Gülbahar İsmayılova məhkəməyə təqdim edilməsi məqsədilə arayış təqdim etmiş və xx.xx.2024-cü il tarixli 2709 saylı arayışında göstərmişdir ki, 13.08,2024-cü il tarixdə vəfat etmiş X33 mirasına vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə Cavabdeh müraciət etmişdir. Təqdim olunmuş sənədlərə əsasən bildiririk ki, mərhum Kovxayeva (Dibirova) Pədimat Əli qızının doğum haqqında şəhadətnaməsi və mirasdan pay tələb edən Cavabdeh anası və miras qoyan mərhum X33 bacısı olan Dibirova (Qurbanova) Cavahir Əli qızının doğum haqqında şəhadətnaməsi aşkar olunmadığından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Odur ki, mirasdan vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün mərhum Kovxayeva (Dibirova) Pədimat Əli qızının Dibirova (Qurbanova) Cavahir Əli qızının bacısı olması faktını müəyyən edən məhkəmə qətnaməsi olmalıdır.Buna görə mərhum anası Dibirova (Qurbanova) Cavahir Əli qızı ilə mərhum X33 bacılar olması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.Balakən Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2(019)-268/2025 nömrəli qətnaməsi ilə ərizəçi Cavabdeh mərhum anası X66 ilə mərhum X33 bacılar olması faktı müəyyən edilmişdir.Qeyd etmək istəyir ki, İddiaçı Zülfuqar qızı 2010-cu ilədək X2 yanında yaşamış, 2010-cu ildən sonra “2024-cü ilədək müxtəlif ünvanlarda yaşamış, 2024-cü ilin mart ayında isə Balakən rayonu Qazma kəndinə ərə getmişdir. X11 xx.xx.2024-cü ildə vəfat etmiş, onun dəfnini yola salmışdır,əmlaklara hazırki vaxtadək nəzarət edir. X33 ölümündən əvvəl nəzarətsiz vəziyyətdə xəstə olmasına dair video görüntülər var növbəti məhkəmə iclaslarında təqdim edəcəkdir. Xədicət mərhumun ölümündən sonra evə gizlin daxil olaraq orada mərhuma məxsus əşyaları apararaq satmışdır. Bu barədə aidiyyəti orqanlara şikayət vermışdir. Mərhuma məxsus olan miras əmlaklar-0.21 ha həyətyanı torpaq sahəsi kənd təsərrüfat, təyinatı, torpaq sahəsi, fərdi yaşyış evi ona məxsus olan fərd, yaşayış evinin yaxınlığında yerləşir və hər gün miras əmlaklara nəzarət edir.Eyni zamanda bildirir ki, xalası X36 6 bacısı olmuşdur,X12, X105, X49, X84, X77, X51 (ana bir), X52 (ana bır), X33 bütün bacıları onun ölümünədək vəfat etmişdir.Hazırki iş üzrə İddiaçı isə atasının xalasından miras qalmış əmlaklara ikinci növbəli qanun üzrə vərəsə kımı tanınmasını xahiş edir. Qeyd etmək istəyir ki, İddiaçı Zulfuqar qızının atasını anası, X67, xx.xx.1998-ci ildə ölmüşdür. İddiaçının atası, olan X16 isə xx.xx.2006-cı ildə vəfat etmiş, X49 və onun övladı olmuş X16 miras qoyan X23 əvvəl öldüyündən İddiaçı X33 vərəsəsi kimi çıxış edə bilməz.13 iyun 2025-ci il tarixdə o, X11ndan miras qalmış əmlakın rəsmiləşdirilməsi ilə bağlı Balakən regional “Asan xidmət mərkəzində notariat ofisinə müraciət etmişdir.Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xususı notariusu Gülbahar İsmayılova məhkəməyə təqdim edilməsi məqsədilə arayış təqdim etmiş və xx.xx.2025-ci il tarixli 1249 saylı arayışında göstərmişdir kı, miras şərikləri arasında ixtilaf olduğuna görə mirasdan payların müəyyənləşdirilməsi məqsədi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmənin nəzərinə çatdırıram ki, iddiaçı mirasqoyanın vərəsəsi olmadığına və mirası o qəbul etdiyinə görə mərhum X2 ikinci növbəli vərəsəsi olmaqla onun mirasından tam hissədə pay almalıdır. Məhkəmə iclasında İddiaçı ilk iddianı müdafiə edərək qarşılıqlı iddianı etiraf etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 ilk iddianı müdafiə, qarşılıqlı iddianı isə etiraf etməyərək İddiaçı izahatına uyğun izahat verərək ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 qarşılıqlı iddianı müdafiə edərək, ilk iddianı etiraf etməyərək qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli surməyən üçüncü şəxslər Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi, X85, X86, X25, X7, X37, X17, X26, X38, X39, X18, X53, X45 , X54 , X46 , X27 ,X55 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə uyğun olaraq işə məhkəmə iclasına gəlməmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Kortala kənd icra nümayəndəliyi tərəfindən 22 noyabr 2024-cü il tarixdə verilmiş AZ-T seriyalı 286708 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü ildə anadan olmuş, atası X16, anası X63 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 19 fevral 1965-ci il tarixdə verilmiş AZ seryalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1965-ci ildə anadan olmuşdur, atası X14, anası X49 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Kortala kənd icra nümayəndəliyi tərəfindən 24 mart 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 166536 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 16 mart 2006-cı ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısının Kortala kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 499 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.1994-cü il tarixində doğulmuş və mərhum anası X68 xx.xx.1997-ci il tarixində vəfat etdikdən sonra ,ona babası X64 vəfat etdiyi xx.xx.2010-cu il tarixinədək baxmış, sonra tələbə olduğu müddətdə kirayədə qalmış, məktəbi bitirdikdən sonra 2012-ci ildən Balakən rayon Mərkəzi Xəstəxanasında işlədiyi dövrdən atasının X11 ilə birlikdə yaşamış, 2023-cü ilin may ayından sentyabr ayınadək Balakən şəhərində kirayədə yaşamış, həmin müddətdə vaxtaşırı kəndə getmişdir. 2024-cü ilin mart ayında isə Balakən rayonunun Qazma kəndinə ərə köçmüşdür. Atasının xalası mərhum X65 isə xx.xx.2024-cü il tarixində vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(019)-295/20025 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə ərizənin təmin edilməsi, ərizəçi İddiaçı Zuülfüqar qızının mərhum atası X8 anası X49 ilə mərhum X34 bacı olmaları faktının müəyyən olunması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB Kortala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 21 aprel 2025-ci il tarixdə verilmiş 28 nömrəli arayışda göstərilmişdir ki,mərhum X33 araşdırma nəticəsində aşağıda göstərilən bacılarının olduğu müəyyən edilmişdir: 1.Mərhum –X69 2.X42 3.X3 4.X22 (ata bir bacı) 5.mərhum X77 (ata bir bacı) 6.X4 (ana bir bacı) 7.X5 (ana bir bacı) İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Regional ASAN Xidmət mərkəzində Notariat Ofisi tərəfindən 13 iyun 2025-ci il tarixdə verilmiş 1249 nömrəli arayışda göstərilmişdir ki, “məlumat üçün bildiririk ki, icraatınızda olan xx.xx.2024-cü il tarixdə vəfat etmiş X33 vərəsəlik işi ilə əlaqədar Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə Cavabdeh müraciət etmişdir. Eyni zamanda digər miras şərikləri ilə arasında ixtilaf olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Odur ki, mirasdan paylarının müəyyənləşdirilməsi məqsədi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Regional “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 21 avqust 2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 394393 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X65 13 avqust 2024-cü il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Kortala kənd inzibati ərazi dairəsi tərəfindən 16 iyul 2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 423847 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X66 xx.xx.2010-cu ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 29.11.204-cü il tarixdə verilmiş 05/09/S/109637-24 nömrəli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. X65 xx.xx.1934 (öldüyü tarix xx.xx.2024) Azərbaycan Respublikası Balakən rayonu Püştətala kəndində anadan olmuşdur. Qeyd.P.Kovxayeva öldüyü xx.xx.2024-cü il tarixədək subay olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-611 KOD 40106018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 nömrəli qərarı ilə X44 Balakən rayonu Kortala kəndi ərazisindən 0.35 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2(019)-268-2025 nömrəli qətnaməsinin surətindən görünür ki. həmin qətnamə ilə ərizənin təmin edilməsi, ərizəçi Cavabdeh mərhum anası X69 ilə mərhum X33 bacılar olması faktının müəyyən edilməsi qət edilmişdir. Məhkəmə, iddiaçının, onun nümayəndəsi-vəkilinin və cavabdehin nümayəndəsivəkilinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, ilk iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırlarkən müəyyən edildi ki,tərəflərin qohumu X65 13 avqust 2024-cü ildə ölmüşdür. Ondan ünvan 2i ünvanında JN 611 kod 40106018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və A N 170089 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.21 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Miras qoyan X33 birinci növbəli vərəsələri yoxdur, ikinci növbə vərəsələri bacıları- X69, X105, X56, X84 (ata bir bacısı), X77 (ata bir bacısı), X4 (ana bir bacısı) və X40r (ana bir bacısı).İkinci növbəli vərəsələrin hamısı ölmüşlər. İddiaçı mərhum X33 mirasından ata nənəsi X28 vərəsəsi olaraq, Cavabdeh isə anası X41 vərəsəsi olaraq miras əmlakdan pay tələb edirlər. Məhkəmə tərəflər arasındakı mübahisənin vərəsəliklə bağlı olmasını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə mübahisəyə aşağıdakı hüquq tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddənin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddənin İ, İİ, İV və Vİİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1193-cü vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasm qəbuluna yol verilmir. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1255-ci maddəsinə (mirasa mülkiyyətin əmələ gəlməsi) əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. 3.Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək qeyd edir ki,miras qoyanın ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir.MM-nin 1252-ci maddəsi “irsi transmissiya” anlayışı altında vərəsənin miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək öldüyü halda, mirasdan pay almaq hüququnun onun vərəsələrinə keçməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin mövqeyinə görə, vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 fevral 2020-ci il tarixli qərarı). Sözügedən norma və mövqe ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, sözügedən norma həm qanun, həm də vəsiyyət üzrə vərəsəlik münasibətlərini əhatə edir. İşin müəyyən olunmuş hallarından göründüyü ki, miras qoyan X65 13 avqust 2024-cü ildə ölmüşdür, ondan ünvan 2i ünvanında JN 611 kod 40106018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və A N 170089 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.21 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. İddiaçı iddia ərizəsində miras əmlak olaraq qeyd edilən toropaq sahələri ilə yanaşı miras əmlak olaraq evdən də payının müəyyən olunmasını tələb etsə də miras qoyan X33 mülkiyyətində ev olmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Pədimat Kovxayevanın mülkiyyətində ev olması məhkəmə iclası zamanı da müəyyən olunmadı. Odur ki, məhkəmə hesab edir ki, Pədimat Kovxayevadan ev miras qalmamışdır. Miras qoyan X33 birinci növbəli vərəsələrinin olmaması, bacıları- X69, X105, X56, X84 (ata bir bacısı), X77 (ata bir bacısı), X4 (ana bir bacısı) və X29 (ana bir bacısı) ikinci növbə vərəsə olmaları, onlarının hamısının ölmələri işin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edildiyindən və bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edildiyindən, miras qoyan X33 vərəsələrinin mirası qəbul etməkdən imtina etmələrinə dair heç bir sübut təqdim edilmədiyindən miras qoyan X33 vərəsələri mirası qəbul etmişlər. Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı bütün vərəsələrin payı bərabər olmaqla, miras qoyan X33 yeddi vərəsəsi olduğundan məhkəmə hesab edir ki, mərhum X33 miras əmlakında hər bir vərəsənin 1/7 hissə payı vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab ilk və qarşılıqlı iddia qismən təmin edilməli, miras qoyan X23 miras qalmış, ünvan 2i ünvanında yerləşən JN 611 kod 40106018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və AN 170089 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.21 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsinə İddiaçı, 1/7 hissəsinə, Cavabdeh payı müəyyən olunmalı, ilk və qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Miras qoyan X23 miras qalmış, ünvan 2i ünvanında yerləşən JN 611 kod 40106018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və AN 170089 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.21 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsinə vərəsə,X42nın vərəsələri- X85 və X58, 1/7 hissəsinə vərəsə,X22nın vərəsələri- X53, X19 X30, X20, 1/7 hissəsinə vərəsə, X4nın vərəsələri- X38 və X15, 1/7 hissəsinə vərəsə,mərhum Qırıxova (Dibirova )Əsiyyət Əli qızının vərəsəsi- X9 və 1/7 hissəsinə vərəsə,X5nın vərəsəsi X32 payı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk iddia qismən təmin edilsin; 13 avqust 2024-cü ildə ölmüş X23 miras qalmış, ünvan 2i ünvanında yerləşən JN 611 kod 40106018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və AN 170089 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.21 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsinə İddiaçı payı müəyyən olunsun; ilk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin; 13 avqust 2024-cü ildə ölmüş X23 miras qalmış, ünvan 2i ünvanında yerləşən JN 611 kod 40106018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və AN 170089 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.21 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsinə Cavabdeh payı müəyyən olunsun; qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. 13 avqust 2024-cü ildə ölmüş X23 miras qalmış, ünvan 2i ünvanında yerləşən JN 611 kod 40106018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və AN 170089 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.21 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsinə vərəsə,X42nın vərəsələri- X85 və X58, 1/7 hissəsinə vərəsə,X22nın vərəsələri- X53, X45, X54 və X20, 1/7 hissəsinə vərəsə, X4nın vərəsələri- X38 və X15, 1/7 hissəsinə vərəsə,mərhum Qırıxova (Dibirova )Əsiyyət Əli qızının vərəsəsi- X9 və 1/7 hissəsinə vərəsə,X5nın vərəsəsi X32 payı müəyyən edilsin. İlk iddia üzrə ödənmiş 100 manat dövlət rüsumu İddiaçı, qarşılıqlı iddia ərizəsinə görə ödənmiş 100 manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar