Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-904/2022 15.11.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs1 nümayəndəsi-müdiri X8 iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixdə Türkiyyə Respublikasının İstanbul şəhərində ev şəraitində,Ərizəçi bir oğlan uşağının doğulması (anadan mənşəyinin müəyyən edilməsi) faktını müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, 2006-cı il tarixdən Türkiyyə Respublikasında yaşayır. 2006-2007-ci illərdə Türkiyə Respublikasının vətəndaşı X6 ilə rəsmi nikahda olmuş, birgə nikahdan Zeynəb adında bir qızları olmuşdur. Övladının cinsiyyəti qız olduğuna görə X6 onunla ayrılmış və rəsmi nikahları pozulmuşdur. Bundan 10 il sonra, yəni 2017-ci ildə hazırki əri Türkiyə Respublikasının vətəndaşı Maraqlı şəxs2 oğlu ilə tanış olmuş və xx.xx.2017-ci ildə qeyrirəsmi nikahla ailə həyatı qurmuşdur. 18 noyabr 2019-cu il tarixdə Maraqlı şəxs2 oğlu ilə qeyri-rəsmi nikahdan Emre adında bir oğulları olmuşdur. X13 kirayədə yaşadıqları vaxt ev şəraitində əri Bülentin və eltisi Gülbay Adıyamanın iştirakları ilə doğulmuşdur. Uşağının ev şəraitində doğulmasının səbəbi onun pasportunda viza olmadığı üçün həmin ölkədə qanunsuz olaraq yaşadığına görə xəstəxanaya doğuş üçün qəbul edilməməsi olmuşdur. Uşaq doğulduqdan sonra 3 il idi ki, Türkiyədə yaşayırdı. Türkiyədən qayıdarkən həmin ölkədə qanunsuz yaşadığına görə həm cərimə olunmuş, həm də 5 il müddətinə ölkə hüdudlarından kənara çıxarılmışdır. Artıq sənədlərini qaydasına salmaq və əri ilə rəsmi nikaha daxil olmaq istəyir. Uşağı da öz yanına gətirmək istəyir. Oğlu Emre artıq 3 aydır ki, ondan ayrı qalmış, uşağı üçün çox darıxmışdır. Doğum haqqında şəhadətnaməsi olmadığına görə gətirilməsi mümkün deyildir. Azərbaycana gəldikdən dərhal sonra Maraqlı şəxs2 oğlu ilə rəsmi nikaha düşmək üçün aidiyyatı quruma müraciət etmişlər. xx.xx.2022ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. 3 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə Meleksu adında ikinci övladları da Balakən rayonunda dünyaya gəlmişdir. Onun sənədləri qaydasında olsa da, birinci övladı Emrenin doğum haqqında şəhadətnaməsini əldə edə bilmirlər. Nikaha daxil olduqdan sonra əri ilə birlikdə xx.xx.2022-ci il tarixdə övladları Emreye doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxs1nə müraciət etmişlər. Qeydiyyat şöbəsində doğumun qeydə alınmasından imtina edilərək, bildirilmişdir ki, Səhiyyə Nazirliyi tərəfindən verilən doğum haqqında 103 nömrəli tibbi şəhadətnamə olmadığına görə doğumun qeydə alınması mümkün deyildir, doğum faktının müəyyən edilməsi barədə məhkəmə qətnaməsi tələb edilmişdir. Bu səbəbdən də Balakən Rayon Məhkəməsinə oğlu Emrenin evdə doğulması faktının müəyyən edilməsi ilə bağlı müraciət etmək məcburiyyətində qalmışdır. X14 onun oğludur. Emre onun Maraqlı şəxs2 oğlu ilə faktiki nikahından Türkiyyə Respublikasının İstanbul şəhərində xx.xx.2019-cu ildə ev şəraitində doğulmuşdur. Maraqlı şəxs2 oğlu ilə hal-hazırda rəsmi nikahlı ər- arvad kimi Balakən rayonunun Qullar kəndində yaşayırlar. Qeyd edilənləri nəzərə alib, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs1 nümayəndəsi-müdiri X17, Ərizəçi oğlu Emre üçün doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxs1nə müraciət etdiyini, Səhiyyə Nazirliyi tərəfindən verilən doğum haqqında 103 nömrəli tibbi şəhadətnamə olmadığına görə qeydiyyat şöbəsində doğumun qeydə alınmasının mümkün olmadığını, bundan imtina edildiyini və ərizəçiyə məhkəməyə müraciət etməsinin izah olunduğunu bildirərək, ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Maraqlı şəxs2 oğlu Ərizəçi ilə xx.xx.2017-ci ildə qeyri-rəsmi nikahla ailə həyatı qurduğunu, 18 noyabr 2019-cu il tarixdə Türkiyənein İstanbul şəhərində Ərizəçi ilə qeyri-rəsmi nikahdan Emre adında bir oğulları olduğunu, oğlu X5 kirayədə yaşadıqları vaxt ev şəraitində doğulduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Ərizəçi onun qızıdır. Qızı Ərizəçi Maraqlı şəxs2 oğlu ilə xx.xx.2017-ci ildə qeyri-rəsmi nikahla evlənmiş, onların ər-arvad münasibətlərindən 18 noyabr 2019-cu il tarixdə Türkiyənin İstanbul şəhərində ev şəraitində Emre adında bir oğulları doğulmuşdur. İşdə olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 07 iyun 2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı 394710 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X21 ilə X18 arasında nikah Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 91 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Məmətiyeva soyadı verilmişdir. İşdə olan Balakən rayon Qullar kənd icra nümayəndəliyi tərəfindən 15 may 2019-cu il tarixdə verilmiş AZ-T seriyalı 099062 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.1983-cü il tarixdə doğulmuş, atası X1, anası isə X7 göstərilmişdir. İşdə olan Qullar kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 785 saylı xx.xx.2022ci il tarixli arayışından görünür ki, Ərizəçi həqiqətən Türkiyə Respublikasının vətəndaşı Maraqlı şəxs2 oğlu ilə xx.xx.2018- ci ildə qeyri-rəsmi nikahla evlənib Türkiyədə yaşamışlar.Həmin nikahdan ev şəraitində bir oğlan uşağı olmuşdur. İşdə olan Qullar kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 939 saylı xx.xx.2022ci il tarixli arayışından görünür ki, Ərizəçi həqiqətən Türkiyə Respublikasının vətəndaşı Maraqlı şəxs2 oğlu ilə xx.xx.2018-ci ildə qeyri-rəsmi nikahla evlənib Türkiyə Respublikasında yaşamışlar. Həmin nikahdan 18 11.2019-cı il tarixində ev şəraitində X14 adında övladları dünyaya gəlmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli MŞŞ/Ş1/01092 saylı mediasiya prosesinə xitam verilməsi barədə protokoldan görünür ki, Ərizəçi Məmməd qızı və X3 (mediasiya prosesində iştirak edən tərəflərin adı və digər məlumatları) iştirakı doğum faktının qeydə alınması ilə əlaqədar 16. 09.2022 -tarixlərdə ilkin və tam mediasiya sessiyasi keçirildi (mübahisənin predmenti). Bununla əlaqədar olaraq, mediasiya prosesinə mediatorun və tərəflərin təşəbbüsü ilə xitam verilir. Ərizəçi və Bülənt Adıyaman iştirak etdilər. İMS sessiyasinin xərci 50 azn xərcini tərəflər bərabər qaydada ödədilər. İşdə olan xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, X9 (bundan sonra "Birinci tərəf") və X15 (bundan sonra "İkinci tərəf") (bundan sonra "Birinci tərəf" və "İkinci tərəf" birlikdə ismin müvafiq hallarında Tərəflər adlanacaq) aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün, həmçinin adı aşağıda qeyd edilən, mediasiya reyestrində M-00046 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Nizamə İsmayılovanın (bundan sonra "Mediator") iştirakı ilə doğum faktının qeydə alınmasına razılaşdılar. İşdə olan X24 Xidmət Mərkəzi Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli 05/Q-1458 nömrəli məktubundan görünür ki, Ərizəçi xx.xx.2019-cu il tarixdə doğulmuş oğlunun doğumunun qeydə alınması üçün Balakən “ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli ərizəyə baxılmışdır. Bildirilir ki, doğumun qeydə alınması üçün Səhiyyə Nazirliyi tərəfindən verilən doğum haqqında 103 nömrəli tibbi şəhadətnamə, valideynlərin şəxsiyyət vəsiqəsi və nikah haqqında şəhadətnamə təqdim edilməlidir. Uşağın doğumu barədə elektron informasiya bazasında məlumat tapılmadığı və Səhiyyə Nazirliyi tərəfindən verilən doğum haqqında 103 nömrəli tibbi şəhadətnamə təqdim edilmədiyi üçün doğumun qeydə alınması mümkün deyildir. Odur ki, doğum faktının tanınması üçün məhkəməyə müraciət etmək tövsiyə olunur. İşdə olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi hazırki ərizə ilə bağlı 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi 2006-cı il tarixdən Türkiyyə Respublikasında yaşamış, 2006-2007-ci illərdə Türkiyə Respublikasının vətəndaşı X6 ilə rəsmi nikahda olmuş, onların birgə nikahdan Zeynəb adında bir qızları doğulmuş, sonra aralarında bağlanmış nikah pozulmuşdur. Ərizəçi Türkiyə Respublikasının vətəndaşı Maraqlı şəxs2 oğlu ilə xx.xx.2017-ci ildə qeyri-rəsmi nikahla ailə həyatı qurmuşdur. Ərizəçi 18 noyabr 2019-cu il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində ev şəraitində Emre adında bir oğlan uşağı doğulmuşdur. Uşağının ev şəraitində doğulmasının səbəbi Ərizəçi pasportunda viza olmadığı üçün həmin ölkədə qanunsuz olaraq yaşadığına görə xəstəxanaya doğuş üçün qəbul edilməməsi olmuşdur. Adıyaman X4 qanunsuz yaşadığına görə 5 il müddətinə ölkə hüdudlarından kənara çıxarılmışdır. Ərizəçi və Türkiyə Respublikasının vətəndaşı Maraqlı şəxs2 oğlu xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuş, xx.xx.2022-ci il tarixdə onların Meleksu adında ikinci uşağı Balakən rayonunda doğulmuşdur. Ərizəçi nikaha daxil olduqdan sonra əri ilə birlikdə xx.xx.2022-ci il tarixdə övladları Emreye doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxs1nə müraciət etmişlər. Qeydiyyat şöbəsində doğumun qeydə alınmasından imtina edilərək, Səhiyyə Nazirliyi tərəfindən verilən doğum haqqında 103 nömrəli tibbi şəhadətnamə olmadığına görə doğumun qeydə alınmasının mümkün olmaması, doğum faktının müəyyən edilməsi barədə məhkəmə qətnaməsinin tələb edilməsi, bu səbəbdən də Balakən Rayon Məhkəməsinə müraciət olunması bildirilmişdir. Həmçinin tələblə bağlı ilkin mediasiya sessiyası həyata keçirilmişdir. Hazırki faktın müəyyən olunması ərizəçiyə oğlu Emreyə doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Maraqlı şəxs1ndə uşağın doğum faktının qeydə alınmasından imtina edildiyi üçün ərizəçi bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Ərizəçi hazırki ərizə ilə bağlı 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.4-cü maddəsinə əsasən ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 48-ci maddəsinə əsasən bu Məcəllənin 44- 45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1 53.2 və 53.3-cü maddələrinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir; uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir; uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərinin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsinin, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2019-cu il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində ev şəraitində Ərizəçi bir oğlan uşağının doğulması (anadan mənşəyinin müəyyən edilməsi) faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. xx.xx.2019-cu il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində ev şəraitində Ərizəçi bir oğlan uşağının doğulması (anadan mənşəyinin müəyyən edilməsi) faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-904/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-904/2022
15.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver