Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-915/2025 29.01.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Səfərli Dünya Azad qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Balakən rayon Vəkil Bürosunun vəkili X11, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahələrindən məcburi qaydada çıxarılma və torpaq sahələrindən istifadəsinə yönəlmiş qərəzli hərəkətlərə son qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan məxsus Balakən Rayonu Hənifə kəndində yerləşən reyestr nömrəsi **********48 olan 0.7249 ha, reyestr nömrəsi **********62 olan 0.2801 ha və reyestr nömrəsi **********52 olan 0.5830 ha torpaq sahələrindən məcburi qaydada çıxarılması və cavabdehin onun torpaq sahələrindən istifadəsinə yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Kortala kəndində yaşayır. Təsərrüfatla məşğul olmaqla ailəsini baxır. O, alqı-satqı müqaviləsi əsasında Balakən rayonu Hənifə kəndində yerləşən çöl torpaq sahəsindən reyestr nömrəsi **********48 olan 0.7249 ha, reyestr nömrəsi **********62 olan 0.2801 ha və reyestr nömrəsi **********52 olan 0.5830 ha torpaq sahələri almışdır. Həmin torpaq sahələrinə çıxarış və plan ölçü sənədləri verilmişdir. Uzun müddətdir ki, həmin torpaq sahələrindən istifadə edir. Torpaq sahələrini yaxşılaşdırmışdır. Cavabdeh 2025-ci ilin aprel ayında onun torpaq sahəsinin kənar sahəsinə çəkdirdiyi xəndəyi doldurmaqla və hasarı dağıtmaqla ona məxsus yuxarıda göstərdiyi 0,5830 ha torpaq sahəsinin yuxarı hissəsindən təxminən 0,20 ha hissəsini, 0.28 ha torpaq sahəsinin tam hissəsini və 0,7249 ha torpaq sahəsinin təxminən 0.25 ha hissəsinə əkin etmişdir. Onun mülkiyyətində olan torpaq sahələrinə sahiblik və istifadə hüququmu pozmaqla həmin torpaq sahələrini qanunsuz olaraq tutmuşdur. O bu il öz torpaqlarında heç-bir əkin edə bilməmişdir. Beləliklə Cavabdeh Əhməd oğlu onun torpaq sahələrini özbaşına tutmaqla həm də ona maddi ziyan vurmuşdur. O bu barədə dəfələrlə Balakən Rayon Polis Şöbəsinə və aidiyyəti orqanlara müraciət etmişdir. Oradan ona mülki mübahisə olduğundan məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun eyni məzmunlu izahat verərək bildirmişdir ki, cavabdeh saxta sənədlərlə torpaqdan istifadə edir, öz torpağının sənədləri var, lakin cavabdeh öz torpağından istifadə etməyə imkan vermir, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X21 iddia ərizəsinin məzmununa uyğun eyni məzmunlu izahat verərək bildirmişdir ki, qeyd olunan torpaq sahələri ölçülərə uyğundur, 80 sot mal örüşü deyilən ərazidir, ondan sonra 3 torpaq yan-yana iddiaçının torpaqlarıdır. Torpaqlarda sürüşmə olmuşdur. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsi ilə razı olmadığını bildirərək qeyd etmişdir ki, iddiaçının 1.58 ha torpağı var, 3 çıxarışı var, onun torpağından istifadə etmir, istifadə etdiyi torpaq sahəsinə dair çıxarış var. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mütəxəssis X15 bildirmişdir ki, qeyd edilən sahələrdə ölçü işləri aparılmışdır, İddiaçı aid 3 ayrı torpaq sahələri müəyyən edilmişdir: 58 sot, 72 sot və 28 sot. Birinci torpaq sahəsi X22 İnformasiya sistemində necə işlənibsə, o formada çıxarış koordinatları ilə verilmişdir. Digər 2 torpaq kompleks yerquruluşu layihəsində sürüşmə ilə olan halda verilmiş, ancaq X22 İnformasiya sistemində pay normalarına uyğun öz əksini tapmışdır. İddiaçıya təklif olunmuşdur ki, torpaq sahələri X22 İnformasiya sisteminə uyğun göstərilərək, cari dəyişiklik olunaraq pay normasına uyğun yerinə oturacaqdır. İddiaçı arxı doldurub digər torpaq sahəsinə keçib, halbuki arx yağış sularının axması üçün qalmalıdı. ərazidə torpaq sahələri Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən vətəndaşların pay normalarına uyğun işlənmişdir. İddiaçı çıxarışdan əlavə 1.12 ha torpaq sahəsindən istifadə edir. Məhkəmə iclasında digər mütəxəssis X1 Fəridin izahatına uyğun izahat verərək onun qeyd etdiyi halları təsdiq etmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********48 olan, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Balakən rayonu Hənifə kəndində yerləşən 0.7249 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********62 olan, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Balakən rayonu Hənifə kəndində yerləşən 0.2801 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********52 olan, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Balakən rayonu Hənifə kəndində yerləşən 0.5830 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. 23 noyabr 2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, Balakən rayonu Hənifə bələdiyyəsi mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.50 ha olan torpaq sahəsini Cavabdeh icarəyə vermişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********68 olan, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Balakən rayonu Roçəhməd kəndində yerləşən 1.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh xx.xx.2024-xx.xx.2044-cü illər 20 il müddətinə icarəyə verilməsi xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. AN-l seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcılar X13, X25, X16 və X14 birgə mülkiyyət hüququ ilə özlərinə məxsus olan Balakən rayonu, Hənifə kəndində yerləşən ümumi sahəsi 0.5830 ha torpaq sahəsini alıcı İddiaçı 1500 manat qiymətinə satmışlar, alıcı isə həmin qiymətə almışdır. AN-l seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcılar X2, X17 və X18 paylı mülkiyyət hüququ ilə özlərinə məxsus olan Balakən rayonu, Hənifə kəndində yerləşən ümumi sahəsi 0.2801 ha torpaq sahəsini alıcı İddiaçı 1000 manat qiymətinə satmışlar, alıcı isə həmin qiymətə almışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilən 21 oktyabr 2025-ci il tarixli 3-21-3-47/2- 3745/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********48 olan, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Balakən rayonu, Hənifə kəndində yerləşən iddiaçı X3 məxsus 0.7249 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 X10 məlumat bazasına əsasən 222 R cizgisində 0.7249 ha olamaqla hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülərə uyğun ölçülərlə işlənilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reystr nömrəsi **********62 olan, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Balakən rayonu, Hənifə kəndində yerləşən iddiaçı X3 məxsus 0.2801 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 X12 məlumat bazasına əsasən 224 R cizgisində 0.2801 ha olamaqla hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülərə uyğun ölçülərlə işlənilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********52 olan, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Balakən rayonu, Hənifə kəndində yerləşən iddiaçı X3 məxsus 0.5830 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 X10 məlumat bazasına əsasən 221 R cizgisində 0.5830 ha olamaqla hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülərə uyğun ölçülərlə işlənilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********68 olan, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh icarəyə verilmiş ünvan 1ində yerləşən 1.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülərə uyğundur. Balakən rayonu, Hənifə kəndində yerləşən İddiaçı məxsus 0.7249 ha, 0.2801 ha və 0.5830 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Cavabdeh tərəfindən istifadə edilmir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən həmin ərazidə yerləşən mülkiyyətçilərin torpaq sahələri öz pay normalarına uyğun X9ı X10 məlumat bazasında (TEKUİS) öz əksini tapmışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-342/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh iddiaçı X5 və onun ailə üzvlərinin mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmış, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququ bərpa edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(019)-32/2022 saylı qərardadından görünür ki, tələbkar X5 şikayəti təmin edilmiş, Balakən rayon İcra və Probasiya Şöbəsinin 21 iyun 2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilmiş, Balakən Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli 2(019)-342/2020 nömrəli icra sənədi yenidən icraya yönəldilmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin, cavabdehin, mütəxəssislərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsinin: 82-ci mаddəsinə əsаsən torpаq mülkiyyətçiləri, istifаdəçiləri və icаrəçiləri bаşqа torpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrını pozmаmаlıdırlаr. 84-cü mаddəsinə əsаsən torpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrı qаnunlа qorunur. 111-ci mаddəsinə əsаsən Azərbаycаn Respublikаsındа torpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаn olunur. Özbаşınа tutulmuş (zəbt edilmiş) torpаq sаhələri qаnunsuz istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyаti üzrə geri qаytаrılmаlıdır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə görə, dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 60-cı maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 208-ci maddəsinə əsasən məhkəmə tərəfindən işdə iştirak etməyə buraxılmış dövlət orqanları və yerli özünüidarə orqanlarının rəyləri bu Məcəllənin 60-cı maddəsinə müvafiq olaraq məhkəmə iclasında elan edilir. Hakim, habelə işdə iştirak edən şəxslər və nümayəndələr rəyi aydınlaşdırmaq və tamamlamaq üçün həmin orqanın nümayəndəsinə suallar verə bilərlər. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində Balakən Rayonu Hənifə kəndində yerləşən reyestr nömrəsi **********48 olan 0.7249 ha, reyestr nömrəsi **********62 olan 0.2801 ha və reyestr nömrəsi **********52 olan 0.5830 ha torpaq sahələri vardır. İddiaçı Cavabdeh 2025-ci ilin aprel ayında onun torpaq sahəsinin kənar sahəsinə çəkdirdiyi xəndəyi doldurmaqla və hasarı dağıtmaqla ona məxsus 0,5830 ha torpaq sahəsinin yuxarı hissəsindən təxminən 0,20 ha hissəsi, 0.28 ha torpaq sahəsinin tam hissəsi və 0,7249 ha torpaq sahəsinin təxminən 0.25 ha hissəsinə əkin etdiyini iddia edərək torpaq sahələrindən məcburi qaydada çıxarılma və torpaq sahələrindən istifadəsinə yönəlmiş qərəzli hərəkətlərə son qoyulması ilə bağlı Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Balakən rayonu, Hənifə kəndində yerləşən iddiaçı X3 məxsus 0.7249 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 X10 məlumat bazasına əsasən 222 R cizgisində 0.7249 ha olmaqla hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülərə uyğun ölçülərlə işlənilmişdir, 0.2801 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 X10 məlumat bazasına əsasən 224 R cizgisində 0.2801 ha olmaqla hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülərə uyğun ölçülərlə işlənilmişdir, 0.5830 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 X10 məlumat bazasına əsasən 221 R cizgisində 0.5830 ha olmaqla hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülərə uyğun ölçülərlə işlənilmişdir. Lakin iddiaçı X6 naturada 2.70 ha torpaq sahəsindən istifadə edir. 23 noyabr 2024-cü il tarixli icarə müqaviləsinə əsasən Balakən rayonu Hənifə bələdiyyəsi mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.50 ha olan torpaq sahəsini Cavabdeh icarəyə vermişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********68 olan, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Balakən rayonu Roçəhməd kəndində yerləşən 1.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh xx.xx.2024xx.xx.2044-cü illər 20 il müddətinə icarəyə verilməsi xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Mütəxəssis rəyinə əsasən Balakən rayonu, Hənifə kəndində yerləşən İddiaçı məxsus 0.7249 ha, 0.2801 ha və 0.5830 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Cavabdeh tərəfindən istifadə edilmir. Göründüyü kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən iddiaçı X3 məxsus torpaq sahələrindən Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən edilmir. O cümlədən cavabdeh Balakən rayonu Roçəhməd kəndində yerləşən 1.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə icarə hüququ dövlət qeydiyyatına alınmışdır. Bununla da iddiaçının iddia ərizəsində qeyd etdiyi Cavabdeh onun torpaq sahəsinin kənar sahəsinə çəkdirdiyi xəndəyi doldurmaqla və hasarı dağıtmaqla ona məxsus 0,5830 ha torpaq sahəsinin yuxarı hissəsindən təxminən 0,20 ha hissəsini, 0.28 ha torpaq sahəsinin tam hissəsini və 0,7249 ha torpaq sahəsinin təxminən 0.25 ha hissəsini istifadə etməsi öz təsdiqini tapmamışdır. İddiaçı mülkiyyətində olan torpaq sahələrindən cavabdehin istifadə etdiyini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahələrindən məcburi qaydada çıxarılma və torpaq sahələrindən istifadəsinə yönəlmiş qərəzli hərəkətlərə son qoyulması” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “torpaq sahələrindən məcburi qaydada çıxarılma və torpaq sahələrindən istifadəsinə yönəlmiş qərəzli hərəkətlərə son qoyulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Arifə Cəfərova