Məhkəmə qərarları › İş №e-2(019)-919/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-919/2024

11.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-919/2024 11.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 , Cavabdeh3 qarşı fərdi yaşayış evindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək ünvan 3ində yerləşən fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 onun fərdi yaşayış evindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 3ində yaşayır. Onun oğlu- X6 2018-ci ildə vəfat etmişdir. O, vəfat etməzdən əvvəl Cavabdeh4 ilə evli olmuş, həmin evlilikdən onun Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 adlı üç uşağı vardır. 2009-cu ildə X6 ilə Cavabdeh4 arasında nikah pozulmuş və Cavabdeh4 azyaşlı uşaqları ilə Türkiyəyə getmişdir. Lakin, onun yaşadığı ünvan 3ində olan fərdi yaşayış evində qeydiyyatda qalmışlar. 2008-ci ildən sonra onlar onun evindən çıxıb getmişlər. O, onlara ayrıca torpaq sahəsi almışdır. Həmin torpaq sahəsini də satıb əvvəlcə, Bakı şəhərinə çıxıb getmişlər. Lakin hal-hazıra qədər onların qeydiyyatında qalmışlar. O, bununla bağlı Balakən Rayon Polis Şöbəsinə müraciət etmişdir. Balakən Rayon Polis Şöbəsi xx.xx.2024-cü il tarixli 3-13- 66/2- H-16799/4/2024 nömrəli məktubu ilə cavabdehlərin qeydiyyatdan çıxarılmasından imtina etmişdir.O, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmalkın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsindən reyestr nömrəsi **********98-10-301 qeydiyyat nömrəsi ********** olan xx.xx.2021-ci il tarixli çıxarış almışdır. Həmin çıxarışda cavabdehlər: Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 adları yoxdur.Onların ünvanında qeydiyyatda olmalarına razı deyildir. Belə ki, onun mülkiyyət, istifadə, sahiblik hüquqları pozulur. Odur ki, göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə bildirişi sifarişli xəbərnaməli poçt göndərişi ilə göndərilmiş, lakin onlar yaşadığı ünvan 3ində olmadıqlarlndan poçt göndərişi geri qaytarılmışdır. Məhkəmə bildirişi onlara təqdim edilməsi üçün Balakən Rayon İcra Hakimiyyəti Mahamalar kənd İcra nümayəndəliyinə göndərilmişdir. Nümayəndəliyin 25 noyabr 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bakı şəhərində yaşadıqları, Mahamalar kəndində yaşamadıqları, hansı ünvanda yaşamaları barədə məlumat olmadığından məhkəmə bildirişinin onlara təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə görə cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 08 avqust 2024-cü il tarixli 3-13-66/2-21-167xx/xx/2024 nömrəli məktubda göstərilmişdir ki, sizin Balakən RPŞ-nə xx.xx.2024-cü il tarixdə yazmış olduğunuz ərizə tərəfimizdən araşdırılmışdır. Bildiririk ki, şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır; 1)Yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; 2)Başqa ölkədə yaşayış yeri seçdikdə-müvafıq dövlət orqanının məlumatına əsasən; 3)Yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Ərizədə qeyd etdiyiniz Cavabdeh4,Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 yaşadığınız evdən daimi pasport qeydiyyatından çıxarılması, tərəfimizdən müvafiq qanunvericiliyə görə mümkün deyil. Yaranmış məsələ ilə əlaqədar olaraq, məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İcra Hakimiyyəti Başçısının Mahamalar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 17 may 2024-cü il tarixli 511 nömrəli arayışda göstərilmişdir ki, verilir ünvan 3 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ondan ötrü ki, həqiqətən İddiaçı özünə məxsus Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Mahamalar yaşayış məntəqəsində yerləşən reyestr nömrəsi ********** olan Çıxarışa əsasən 0.0653 ha həyətyanı torpaq sahəsi və 1968-ci ildə tikilmiş ümumi sahəsi 124.60 kv.m olan fərdi yaşayış evi var.Həmin fərdi yaşayış evi üzrə qeydiyyatda aşağıdakılar olmuşdur. Həmçinin vətəndaşın adında Mahamalar kəndi ərazisində başqa fərdi yaşayış evi yoxdur. İddiaçı -xx.xx.1938- təqaüdçü, X3 -xx.xx.1947 –təqaüdçü Cavabdeh4 -xx.xx.1968- Türkiyə Cavabdeh1 -xx.xx.1994- Bakı Cavabdeh3 -xx.xx.1995- Bakı Cavabdeh2 -xx.xx.1997- Bakı X8- xx.xx.1973- ailə kəndli təsərrüfatı X5 -xx.xx.1977- evdar qadın X10 -xx.xx.2000 -ailə kəndli təsərrüfatı X9 -xx.xx.2022 -Tələbə (Şəki). İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3i ünvanında 0.653 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 124.6 kv/m olan fərdi yaşayış evi tam, torpaq sahəsinin 2/5 hissəsi İddiaçı, torpaq sahəsinin 1/5 hissəsi X1,1/5 hissəsi X2 ,1/5 hissəsi X4 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 01 oktyabr 2021-ci il tarixli inventar nömrəsi 276 olan fərdi yaşayış evinin Texniki Pasportu İddiaçı adına verilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, ünvan 3i ünvanında 0.653 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 124.6 kv/m olan fərdi yaşayış evi tam, torpaq sahəsinin 2/5 hissəsi İddiaçı, torpaq sahəsinin 1/5 hissəsi X1,1/5 hissəsi X2 ,1/5 hissəsi X4 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır.Cavabdeh4 İddiaçı keçmiş gəlini, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 isə onun 2018-ci ildə ölmüş oğlu Rizvanın uşaqlarıdır. Cavabdeh4 iddiaçının oğlu Rizvanla rəsmi nikah bağlamaqla evlənib iddiaçıya məxsus evə gəlin köçmüş, onunla birlikdə təsərrüfat aparmaqla həmin evdə yaşamışdır. Cavabdelər Cavabdeh1 xx.xx.1994-cü ildə,Cavabdeh3 xx xxxx 1995-ci ildə, Cavabdeh2 isə xx.xx.1997-ci ildə mübahisə predmeti olan evdə doğulmuşlar, həmin evdə yaşamışlar və onların daimi yaşayış yerləri həmin evdir. İddiaçı cavabdehlərin hazırda həmin evdə yaşamamalarına əsaslanaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər arasındakı münasibətlər xx.xx.2000-ci ilədək yarandığından hazırkı mübahisəyə Azərbaycan Respublikasının 08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərlməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 53-cü maddəsinə görə icarədarın ailə üzvüləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvüləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa,bu maddəyə uyğun olaraq yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş) 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edimədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Məhkəmə işin hallarını, Cavabdeh4 iddiaçının mülkiyyətində olan, ünvan 3i ünvanında 0.653 ha həyətyanı torpaq sahəsində inşa olunmuş, ümumi sahəsi 124.6 kv/m olan fərdi yaşayış evinə gəlin köçüb , ailə üzvü kimi qəbul olunmaqla, birgə təsərrüfat aparmasını, Cavabdeh1 xx.xx.1994-cü ildə, Cavabdeh3 xx xxxx 1995-ci ildə, Cavabdeh2 isə xx.xx.1997-ci ildə mübahisə predmeti olan evdə doğulmaqla həmin evdə yaşamalarını, onların daimi yaşayış yerlərinin həmin ev olmasını, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehlərin həmin evdə istifadə hüquqları vardır, onların həmin evdə istifadə hüquqlarının olmaması barədə iddia tələbi əsassızdır. İddiaçı 2009-cu ildə X6 ilə Cavabdeh4 arasında nikahın pozulmasını, o vaxtdan Cavabdeh4 azyaşlı uşaqları ilə Türkiyəyə getməsini, orada yaşamalarını göstərsə də bunları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən 100 manat məhkəmə xərci İddiaçı özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı fərdi yaşayış evindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, 100 manat məhkəmə xərci iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı fərdi yaşayış evindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin; 100 manat məhkəmə xərci iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar