Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-921/2022 03.10.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evlərindən çıxarılma tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, müəyyənetdim: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndində yerləşən xx.xx.2021-ci il tarixli ********** və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışları olan fərdi yaşayış evlərindən Cavabdeh2, Cavabdeh1 və həmin mənzillərdə yaşayan digər şəxslərin məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxaraq, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə bu ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuüal Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Lakin hazırki iddia ərizəsindən görünür ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun verilməmişdir. Belə ki, iddia ərizəsində Cavabdeh2 və Cavabdeh1 ilə yanaşı digər şəxslərin də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndində yerləşən xx.xx.2021-ci il tarixli ********** və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışları olan fərdi yaşayış evlərindən məcburi qaydada çıxarılması tələb edilsə də, tələb yönədilən, yəni faktiki cavabdehlər kimi cəlb edilməli olan həmin şəxslərin soyadı, adı, atasının adı, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındıqları ünvan), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda-iş yerlərinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanları, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN-ni göstərilməmiş, həmçinin adı, soyadı və atasının adı, yaşayış yeri və olduğu yer və digər qanunda nəzərdə tutulmuş məlumatlar qeyd edilməyən hansı həmin şəxslərin sözügedən evlərdən çıxarılması göstərilməməklə həmin qeyri-müəyyən şəxslərə münasibətdə iddianın predmeti, onların hər birinə qarşı yönələn tələb, ərizəçinin həmin qeyri-müəyyən şəxslərə münsibətdə iddia tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və sübutların siyahısı göstərilməmişdir. Bununla da iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Bu hal da iddia ərizəsinin qaytarılması üçün qanunda nəzərdə tutulmuş əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanları, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evlərindən çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və ərizəçi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) hazırki ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evlərindən çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın; ərizəçi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) hazırki ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-921/2022
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-921/2022
03.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver