Məhkəmə qərarları › İş №e-2(019)-963/2024

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-963/2024

18.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-963/2024 18.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 və Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh İddiaçı və X1 paylı mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində olan 0.1291 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi- vəkili Nümayəndə1 məhkəməyə iddia ərizəsinə əlavə verərək göstərmişdir ki, hazırki vəziyyətdə iddiaçı tərəf işi məhkəmədənkənar qaydada cavabdehlə barışıq etməklə həll etmək istəyir. Ona görə də qeyd edilənləri nəzərə alaraq icraatda olan e-2(019)-963/2024 saylı mülki iş üzrə iddia ərizəsinin geri qaytarılması və mülki işin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə işin hallarını, İddiaçı nümayəndəsi- vəkili Nümayəndə1 işin baxılmamış saxlanması barədə ərizə verməsini, cavabdeh tərəfin işin baxılmamış saxlanmasına etiraz etməməsini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, mülki iş baxılmamış saxlanmalıdır. Ərizəçi İddiaçı izah olunmalıdır ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı tərəfindən "xxxx" ASC-nin Balakən şöbəsindən X2 hesabına 23101 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qəbzlə Balakən Rayon Məhkəməsində iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. İddiaçı izah olunmalıdır ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264,268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Balakən şöbəsindən X2 hesabına 23101 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qəbzlə Balakən Rayon Məhkəməsində iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı izah olunur ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardadın dövlət rüsumuna aid hissədə icrası Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar