Məhkəmə qərarları › İş №e-2(019)-97/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-97/2024

15.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-97/2024 15.04.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X22 katibliyi, iddiaçılar Nümayəndə1 və X7 nümayəndəsi Nümayəndə2, iddiaçı X2 nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçılar Nümayəndə1, X2 və X7 Cavabdeh qarşı kənd təsərrüfatı təyinatlı torpaq sahəsində paylarının naturada ayrılması, cavabdehin onlara düşən ¾ hissədən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar Nümayəndə1 , X9 və X20 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin e-2(019)-612/2023 nömrəli 24 iyul 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş, ünvan 1i ünvanında yerləşən 0,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ¼ hissədə iddiaçı Nümayəndə1, ¼ hissədə iddiaçı X2, ¼ hissədə iddiaçı X7 paylarının naturada ayrılması, cavabdeh X14 onlara düşən ¾ hissədən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar Nümayəndə1 , X9 və X20 iddia tələbini onunla əsaslandırmışlar ki, iddiaçılar- X24, X10, X21 ,cavabdeh X15 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1ində yerləşən Balakən rayon Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçılar X24, X10, X21 və X11 ümumbirgə mülkiyyətinə verilmiş 0,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən hər birinin ¼ hissədə paylarının müəyyən edilməsi tələbi ilə müraciət etmişdirlər. Balakən Rayon Məhkəməsinin e-2(019)-612/2023 nömrəli 24 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçılar X24, X10, X21 və cavabdeh X11 ümumbirgə mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsinə iddiaçı X16, ¼ hissəsinə iddiaçı X3, ¼ hissəsinə iddiaçı X8 paylarının müəyyən edilməsi qət edilmişdir. Hal-hazırda iddiaçılar Balakən Rayon Məhkəməsinin e-2(019)-612/2023 nömrəli 24 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddiaçılar X24, X10, X21 və cavabdeh X11 ümumbirgə mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissədə iddiaçı X16, ¼ hissədə iddiaçı X3, iddiaçı X8 ¼ hissədə paylarının naturada ayrılması, cavabdeh X11 onlara düşən ¾ hissədən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar Nümayəndə1 və X7 nümayəndəsi Nümayəndə2 və iddiaçı X2 nümayəndəsi Nümayəndə3 iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-1765 KOD 40108018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə ünvan 1i ərazisindən Nümayəndə1 Məhəmməd qızına, X5, X17 və X18 0.71 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2(019)-612/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçılar Nümayəndə1 Məhəmməd qızının, X2, X7 və Cavabdeh ümumi birgə mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən 0.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsinə Nümayəndə1 Məhəmməd qızının, ¼ hissəsinə iddiaçı X2 və¼ hissəsinə iddiaçı X7 paylarının müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən 07 dekabr 2023-cü il tarixdə verilmiş 3-21-3-47/2-4494/2023 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki; 1.İddiaçılar X25, X2, X7 və cavabdeh X19 ümumi paylı mülkiyyətində olan , ünvan 1ində yerləşən 0.71 ha torpaq sahəsinin naturada yeri müəyyən edilmişdir.

2. İddiaçılar Nümayəndə1, X2, X7 və cavabdeh X19 ümumi paylı mülkiyyəində olan,ünvan 1ində yerləşən 0.71 ha torpaq sahəsinə JN-1765(KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”ı işlənmişdir. JN-1765 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”-nın 1765 nömrəli cizgisində göstərilən 0.50 ha torpaq sahəsindən iddiaçılar Nümayəndə1 ¼ hissə, X4 ¼ hissə, X7 ¼ hissə paylarının naturada ayrılması mümkündür. Həmin torpaq sahəsinə bitişik ərazidə yerləşən JN-1765 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”-nın 1765 B cizgisində göstərilən 0.21 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi bölündükdən sonra iddiaçılar Nümayəndə1 ¼ hissə, X2 ¼ hissə, X7 ¼ hissə paylarının naturada ayrılması məsələsinə baxıla bilər. Torpaq sahəsinin yerləşmə vəziyyəti və mümkün olan bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 fevral 2024-cü il tarixli 3-16-16/2-10/8362 nömrəli ekspert rəyindən göstərilmişdir ki, qərardadın 1-ci süalı üzrə:-İddiaçılar X25, X2, X7 və cavabdeh X12 ümumi paylı mülkiyyətində olan, Balakən rayon Mahamalar kəndində yerləşən 0.71 ha torpaq sahəsinin naturada yeri müəyyən edilmişdir. . Qərardadın 2-ci süalı üzrə- iddiaçılar X25, X2, X7 və cavabdeh X12 ümumi paylı mülkiyyətlərində olan , Balakən rayon Mahamalar kəndində yerləşən 0.71 ha torpaq sahəsinə JN-1765 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”ı işlənmişdir. JN-1765 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 1765 N hissəsində göstərilən 0.50 ha torpaq sahəsindən iddiaçılar Nümayəndə1 ¼ hissə, X2 ¼ hissə, X7 ¼ hissə paylarının naturada ayrılması mümkündür. Həmin torpaq sahəsinə bitişik ərazidə yerləşən JN-1765 (KOD********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 1765 B cizgisində göstərilən 0.21 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi bölündükdən sonra iddiaçılar Nümayəndə1 ¼ hissə, X2 ¼ hissə, X7 ¼ hissə paylarının naturada ayrılması hissəsinə baxıl bilər. Torpaq sahəsinin yerləşmə vəziyyəti və mümkün olan bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 manatdır . Məhkəmə iddiaçıların nümayəndələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə iddiaçılar Nümayəndə1 Məhəmməd qızı , X9 , X20 və Cavabdeh ümumi birgə mülkiyyətinə ünvan 1i ərazisindən 0.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə JN 1765 KOD 40108018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Balakən Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2(019)-612/2023 nömrəli qətnaməsi ilə iddiaçılar Nümayəndə1 Məhəmməd qızının, X2, X7 və Cavabdeh ümumi birgə mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən 0.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsinə Nümayəndə1 Məhəmməd qızının, ¼ hissəsinə iddiaçı X2 və ¼ hissəsinə iddiaçı X7 payları müəyyən edilmişdir. İddiaçılar Nümayəndə1, X9 və X20 hazırda öz paylarının naturada ayrılmasını istəyirlər. Cavabdeh iddiaçıların öz paylarını ayırmasına razı olmadığından iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Ekspert rəyinə əsasən tərəflərin ümumi paylı mülkiyyətində olan, ünvan 1i ərazisində yerləşən 1765 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının 1765 N cizgisində göstərilən 0.50 ha torpaq sahəsində Nümayəndə1 ¼ hissə, X2 ¼ hissə və X7 ¼ hissə paylarının naturada ayrılması mümkündür. “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 1765 B cizgisində göstərilən 0.21 ha torpaq sahəsindən isə hazırkı vəziyyətdə iddiaçıların paylarının naturada ayrılması mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, JN 1765 KOD 40108018 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən iddiaçılar Nümayəndə1, X2, X7 və Cavabdeh ümumi paylı mülkiyyətlərində olan, ünvan 1i ərazisində yerləşən, 0.71 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsindən “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 1765 N cizgisində göstərilən 0.50 ha torpaq sahəsindən Nümayəndə1 ¼ hissə, X2 ¼ hissə və X7 ¼ hissə payları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 fevral 2024-cü il tarixli 3-16-16/2-10/8362 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə əsasən naturada ayrılmalı, Cavabdeh həmin torpaq sahəsinin iddiaçılara ayrılan ¾ hissəsindən çıxarılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçıların ödədiyi 100 manat dövlət rüsumu xərcinin 50 manatı Cavabdeh tutulub iddiaçılar Nümayəndə1, X5 və X13 verilməli,50 manat iddiaçıların özlərinə aid edilməlidir. Həmçinin 50 manat ekspertiza xərcinin 25 manatı iddiaçılar Nümayəndə1, X1 və X6, 25 manatı isə Cavabdeh tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X23, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qə t e t d i : İddia qismən təmin edilsin. JN 1765 KOD 40108018 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən iddiaçılar Nümayəndə1, X2, X7 və Cavabdeh ümumi paylı mülkiyyətlərində olan, ünvan 1i ərazisində yerləşən, 0.71 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsindən “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 1765 N cizgisində göstərilən 0.50 ha torpaq sahəsindən Nümayəndə1 ¼ hissə, X2 ¼ hissə və X7 ¼ hissə payları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 fevral 2024-cü il tarixli 3-16-16/2-10/8362 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə əsasən naturada ayrılsın; Cavabdeh həmin torpaq sahəsinin iddiaçılara ayrılan ¾ hissəsindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu xərcinin 50 manatı Cavabdeh tutulub iddiaçılar Nümayəndə1,X5 və X13 verilsin,50 manatı isə iddiaçıların özlərinə aid edilsin. 50 manat ekspertiza xərcinin 25 manatı iddiaçılar Nümayəndə1, X1 və X6, 25 manatı isə Cavabdeh tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X23, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər

Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar