Məhkəmə qərarları › İş №e-2(019)-98/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-98/2023

27.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-98/2023 27.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə2, Cavabdeh1 və onun nümayəndəsi-vəkili və Cavabdeh2 vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızına və Cavabdeh2 qarşı cavabdehlərin ona məxsus olan Balakən şəhəri H.Əliyev prospektində yerləşən 0.0150 ha həyətyanı torpaq sahəsindən məcburi qaydada çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızının və Cavabdeh2 ona məxsus olan Balakən şəhəri H.Əliyev prospektində yerləşən 0.0150 ha həyətyanı torpaq sahəsindən və onun üzərindəki tikilidən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə2 məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, 19 yanvar 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa və 19 yanvar 2022-ci il tarixli, A seriyalı 680673 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0150 ha torpaq sahəsindən cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızına və Cavabdeh2 məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxşı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Balakən rayonu H.Əliyev prospektində 0.0150 ha həyətyanı torpaq sahəsi almışdır, həmin torpaq sahəsinin üzərində bir mərtəbəli evi də vardır. Həmin evdə uzun müddət yaşayış olmamış, hərdən o və əri yaşamışlar. X2, keçmiş arvadı Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı və onun anası Cavabdeh2 həmin evdə heç vaxt yaşamamışlar. Lakin oğlu ilə cavabdeh Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı arasında nikah pozulduqdan sonra onlar ona məxsus olan torpaq sahəsinə və evə zorla girmiş və orada yaşamağa başlamışlar. O, onların həmin torpaq sahəsini və evi tərk etmələrini tələb etsə də, onlar könüllü şəkildə tərk etməkdən imtina etmişlər. Buna görə də Balakən RPŞ-ə müraciət etmişdir. Balakən RPŞ-nin rəisinin xx.xx.2022-ci il tarixli, 109-169095-3222 nömrəli məktubuna əsasən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Cavabdehlər ona məxsus olan əmlakı zəbt etməklə, ona maddi və mənəvi ziyan vurmaqda davam edir. Cavabdehlərlə apardığı danışıqlar nəticə vermədiyindən və Balakən RPŞ tərəfindən verilən imtina məktubuna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiasının təmin olunmasını, 19 yanvar 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa və 19 yanvar 2022-ci il tarixli, A seriyalı 680673 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən onun xüsusi mülkiyyətində olan Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0150 ha torpaq sahəsindən cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızına və Cavabdeh2 məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, 19 yanvar 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa və 19 yanvar 2022-ci il tarixli, A seriyalı 680673 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0150 ha torpaq sahəsindən cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızına və Cavabdeh2 məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 14 aprel 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu göstərmiş, iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi-vəkili və Cavabdeh2 vəkili Nümayəndə1 iddianın qəbul etməyərək, iddianın əsassız olduğunu göstərmiş, iddianın rədd edilməsini xahiş etmişdir. 27 aprel 2023-cü il tarixə saat 12.40-a təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən 27 aprel 2023-cü il tarixdə məhkəmə iclasının keçirildiyi işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********06 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən şəhəri H.Əliyev prospekti 0.0150 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********06 olan, 680673 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən şəhəri H.Əliyev prospekti 0.0150 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Ərazi idarəsinin mütəxəssis rəyində göstərilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********06 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı mülkiyyət hüquqları təsdiq olunan Balakən şəhəri H.Əliyev prospektində yerləşən 0.0150 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı və Cavabdeh2 tərəfindən istifadə olunur. İddiaçı mülkiyyət hüquqları təsdiq olunan Balakən şəhəri H.Əliyev prospektində yerləşən 0.0150 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı və X4 tərəfindən bütövlükdə istifadə olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********06 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı mülkiyyət hüquqları təsdiq olunan Balakən şəhəri H.Əliyev prospektində yerləşən 0.0150 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsinin hüdudları daxilində bir mərtəbəli yaşayış evi mövcuddur. İddiaçının cavabdehlərin çıxarılmasını tələb etdiyi bir mərtəbəli ev İddiaçı xüsusi mülkiyyətində olan həmin 0.015 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının 22 fevral 2023-cü il tarixli, 10/7617 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********06 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı mülkiyyət hüquqları təsdiq olunan Balakən şəhəri H.Əliyev prospektində yerləşən 0.0150 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı və Cavabdeh2 tərəfindən istifadə olunur. İddiaçı mülkiyyət hüquqları təsdiq olunan Balakən şəhəri H.Əliyev prospektində yerləşən 0.0150 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı və X4 tərəfindən bütövlükdə istifadə olunur; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********06 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı mülkiyyət hüquqları təsdiq olunan Balakən şəhəri H.Əliyev prospektində yerləşən 0.0150 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsinin hüdudları daxilində bir mərtəbəli yaşayış evi mövcuddur. İddiaçının cavabdehlərin çıxarılmasını tələb etdiyi bir mərtəbəli ev İddiaçı xüsusi mülkiyyətində olan həmin 0.015 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 22 fevral 2023-cü il tarixli, 10/7617 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarından həmçinin görünür ki, İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Ərazi idarəsinə 95 manat mütəxəssis xərci ödənilmişdir. Məhkəmə İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə2 və 14 aprel 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehlərin, cavabdeh Sərkərova (Emçiyeva) Şəfa Eldar qızının nümayəndəsi-vəkili və Cavabdeh2 vəkili Nümayəndə1 izahatlarını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0150 ha yaşayış məntəqələrinin torpaqları vardır. Qeyd olunan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış'la rəsmiləşdirilmişdir. İddiaçı X2 ilə cavabdeh Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı arasında nikah pozulduqdan sonra cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı və Emçiyeva X1 Esmira Bəybala qızının xüsusi mülkiyyətində olan həmin torpaq torpaq sahəsindən qanunsuz odlaraq istifadə olunur. İddiçı cavabdehlərin ona məxsus 0.015 ha torpaq sahəsini tərk etmələrini tələb etsə də, cavabdehlər həmin torpaq sahəsini könüllü şəkildə tərk etməkdən imtina etmişlər. Məhkəmə mühəndis-texniki ekspertizasının 22 fevral 2023-cü il tarixli, 10/7617 saylı rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********06 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı mülkiyyət hüquqları təsdiq olunan Balakən şəhəri H.Əliyev prospektində yerləşən 0.0150 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı və Cavabdeh2 tərəfindən istifadə olunur. İddiaçı mülkiyyət hüquqları təsdiq olunan Balakən şəhəri H.Əliyev prospektində yerləşən 0.0150 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı və X4 tərəfindən bütövlükdə istifadə olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********06 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı mülkiyyət hüquqları təsdiq olunan Balakən şəhəri H.Əliyev prospektində yerləşən 0.0150 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsinin hüdudları daxilində bir mərtəbəli yaşayış evi mövcuddur. İddiaçının cavabdehlərin çıxarılmasını tələb etdiyi bir mərtəbəli ev İddiaçı xüsusi mülkiyyətində olan həmin 0.015 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı və Cavabdeh2 Balakən şəhəri Heydər Əliyev prospektində İddiaçı mülkiyyətində olan 0.0150 ha torpaq sahəsindən çıxmırlar. Bununla da İddiaçı həmin 0.015 ha torpaq sahəsinə mülkiyyət hüquqları pozulur. İş üzrə ekspertiza xərci 50 manat təşkil edir. Həmçinin iddiaçı hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X5 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 243.1-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 243.2-ci maddəsinə əsasən özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. İşin faktoloji hallarına və yuxarıda göstərilən qanun normalarına istinad edən məhkəmə hesab edir ki, cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0150 ha torpaq sahəsinə qanunsuz sahiblik etməklə və həmin torpaq sahəsindən qanunsuz istifadə etməklə İddiaçı 0.0150 ha torpaq sahəsinə mülkiyyət hüquqlarına əsassız və qanunsuz müdlaxilə etməklə, onun mülkiyyət hüquqlarını pozurlar. Ona görə də iddia təmin edilməli, cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı və Cavabdeh2 qanunsuz istifadə etdikləri, İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0150 ha torpaq sahəsindən çıxarılmalı və bununla da İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüquqları bərpa edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, 19 yanvar 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa və 19 yanvar 2022-ci il tarixli, A seriyalı 680673 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0150 ha torpaq sahəsindən cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı və Cavabdeh2 məcburi qaydada çıxarılmalı, iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızından və Cavabdeh2 alınaraq, İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ödənilmiş 95 manat mütəxəssis xərci cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızından və Cavabdeh2 alınıb İddiaçı verilməli, iş üzrə 50 manat ekspertiza xərci cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızından və Cavabdeh2 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 büdcə səviyyəsinin kodu:3 ekspertiza xərci SAP (XİİS) hesabı X8 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i : İddia təmin edilsin. 19 yanvar 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa və 19 yanvar 2022-ci il tarixli, A seriyalı 680673 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0150 ha torpaq sahəsindən cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı və Cavabdeh2 məcburi qaydada çıxarılsınlar; iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızından və Cavabdeh2 alınaraq, İddiaçı ödənilsin; iş üzrə ödənilmiş 95 manat mütəxəssis xərci cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızından və Cavabdeh2 alınıb İddiaçı verilsin;iş üzrə 50 manat ekspertiza xərci cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızından və Cavabdeh2 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 büdcə səviyyəsinin kodu:3 ekspertiza xərci SAP (XİİS) hesabı X8 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar