Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-99/2023 23.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı ümumi mülkiyyətdə olan torpaq sahələrinin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların payına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi paylı mülkiyyətdə olan reyestr nömrəsi **********67 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən verilmiş Balakən rayonu Şambul kəndində yerləşən 0.4315 ha və reyestr nömrəsi **********66 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən verilmiş Balakən rayonu Şambul kəndində yerləşən 0.9650 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 razılığı olmadan açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların payına mütənasib surətdə bölüşdürülməsi, iddianın irəli sürülməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2023-cü il tarixli bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 məhkəməyə ərizə ilə müraciət edərək, e-2(019)-99/2023 nömrəli mülki iş üzrə tərəflər arasında barışıq əldə edildiyini, mübahisəli torpaq sahələri naturada bölünməklə iddiaçı və cavabdehlərin adına ayrı-ayrılıqda rəsmiləşdirildiyini bildirərək, iddia ərizəsi və əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə hazırlıq iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmiş, həmçinin cavabdehlər tərəfindən işin mahiyyəti üzrə həll olunması tələbi ilə bağlı məhkəməyə hər hansı müraciət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 167-ci maddəsinə əsasən işin hazırki məhkəmə hazırlıq iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:…114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. Azərbaycan Respublikası MPM-nin 114.2-ci maddəsinə əsasən bu Məcələnin 114.1.1ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, iddiaçı İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 hazırki iddia ərizəsinin qaytarılması barədə vəsatət verdiyindən, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ümumi mülkiyyətdə olan torpaq sahələrinin hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların payına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, bu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu Balakən rayon Maliyyə İdarəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qaytarılmalı, iş üzrə 50 manat ekspertiza xərcinin 25 manatı İddiaçı və 25 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 Büdcə səviyyəsinin kodu:3 Ekspertiza xərci SAP (XİİS) hesabı X1 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT CREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** hesabına ödənilməli, iddianın qaytarılmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 167, 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ümumi mülkiyyətdə olan torpaq sahələrinin hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların payına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın; bu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu Balakən rayon Maliyyə İdarəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qaytarılsın; iş üzrə 50 manat ekspertiza xərcinin 25 manatı İddiaçı və 25 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 Büdcə səviyyəsinin kodu:3 Ekspertiza xərci SAP (XİİS) hesabı X1 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT CREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** hesabına ödənilsin; iddianın qaytarılmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-99/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-99/2023
23.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver