Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1483/2024 04.12.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-yə olan 3801000CP6289913A64C saylı hesab üzrə onun tərəfindən ödənilmiş 8553.62 manat məbləğində tam borcun və 606 manat məbıəğində icra məbləğinin, ümumilikdə 9159.62 manat məbləğində pulun cavabdeh X1 onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış CP/62899/64/13 №-li, xx.xx.2018-ci il tarixli kredit sazişinə əsasən, 48 ay müddətinə illik 23 % olmaqla ona 9000 min manat məbləğində kredit xətti açılmışdır. Belə ki, həmin kredit müqaviləsi üzrə o, zamin olmuşdur. Cavabdeh müqavilə öhdəlikləri vaxtında yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Notariat ofiisnin 8i-239 №-li , xx.xx.2020-ci il tarixli icra sənədi icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Həmin icra sənədi xx.xx.2020-ci il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraata qəbul olunaraq həmin İcra İdarəsinin icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu Ramil Babayevin icraatına verilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq İcra idarəsi CP/62899/64/13 №-li, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə zamin İddiaçı haqqında xx.xx.2020-ci il tarixdə , bir müddət sonra, yəni xx.xx.2021-ci il tarixdə İddiaçı mülkkyyətində olan «CHEVROLET CRUZE» markalı,**-DT-*** qeydiyyat nömrəli və «OPEL ASTRA» markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilləri axtarılması barədə qərar qəbul edilərək icra edilmıəsi üçün AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Daha sonra bir sıra icra tədbirləri və müvafiq qaydada çıxarılmış qərarlardan sonra iddiaçı "xxxx" ASC -yə ödənilməli olan 8653,62 manant məbləğində pulu tam ödəmişdir. Qeyd edir ki,"xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, Sumqayıt şəhər üzrə İcra idarəsi xx.xx.2021-ci il tarixli qərar qəbul edərək ünvan 2inin 8i- 239 saylı, xx.xx.2020-ci il tarixli icra qeydi üzrə icraata xitam vermişdir. Həmin məktubda pulun onun tərəfindən tam ödənilməsi ətraflı qeyd olunmuşdur. İddiaçı nümayəndəsi(vəkili) Vəkil elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərərək, bildirmişdir ki, iddianı tam müdafiə edir. Lazım olan bütün dəlillər, belə ki, iddianın sübutu olaraq ünvan 2inin 8i-239 saylı xx.xx.2020-ci il tarixli icra qeydi üzrə Sumqayıt Şəhər üzrə İcra İdarəsi xx.xx.2021-ci il tarixli icraata xitam verilməsi barədə qərar məhkəməyə təqdim olunmuşdur. Habelə həmin qərarda pulun iddiaçı tərəfindən ödənilməsi öz əksini tapmışdır. Odur ki, iş üzrə təyin olunmuş xx.xx.2024-cü il tarixli baxış iclasını iştirakı olmadan keçirərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, məhkəməyə teleqram göndərərək, səhhətində yaranmış xəstəliyi nəzərə alıb, məhkəmənin vaxtını dəyişdirməyi xahiş etmiş, lakin məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: "xxxx" ASC- Bank, Cavabdeh müştəri və İddiaçı zamin olmaqla aralarında bağlanmış xx.xx.2018-ci il tarixli CP/62899/64/13 nömrəli kredit sazişindən görünür ki, Bank Cavabdeh 48 ay müddətinə illik 23 faizlə 9000 manat məbləğində kredit vermiş və İddiaçı Cavabdeh Bank qarşısında öhdəliklərinin icrasına təminat olaraq zamin durmuşdur. ünvan 2i tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ocra qeydindən görünür ki, İddiaçı CP/62899/6 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 8633,62 manat və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 8653,62 manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulmuşdur. "xxxx" ASC-nin Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 2i tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı "xxxx" ASC-yə olan 3801000CP6289913A64C saylı hesab üzrə borcunu tam olaraq ödəmişdir. Odur ki, «İcra Haqqında» AR Qanununun 20.1.5-ci maddəsinin tələblərini rəhbər tutaraq iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 29 oktyabr 2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, ünvan 2inin 8i-239 saylı xx.xx.2020-ci il tarixli icra qeydi üzrə icraata tələbkar "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubuna əsasən icra sənədi tam icra olunduğuna görə xitam verilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,borclu İddiaçı ümumilikdə 8653,62 manat məbləğində pulun tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməsinə dair ünvan 2inin 8İ-239 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi xx.xx.2020-ci il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraata qəbul edilmişdir. İddiaçı icra sənədində göstərilən ünvanda yaşamadığından və yaşadığı yeri tərəflərindən müəyyən etmək mümkün olmadığından xx.xx.2020-ci il tarixdə barəsində axtarış qərarı qəbul edilərək Sumqayıt şəhər Polis İdarəsinə göndərilmiş,xx.xx.2020-ci il tarixdə müvafiq axtarış işi açılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən İcra İdarəsinə təhvil verilmiş, izahatı alınmış və borcun könüllü şəkildə ödənilməsi üçün 10 gün vaxt verilmiş, lakin tələb təmin olunmamışdır. Bundan sonra İddiaçı adına Chevrolet Cruze markalı **-DT-*** dövlət qeydiyyat nişanlı və Opel Astra markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmiş və həmin avtomobillərin axtarılması barədə xx.xx.2021ci il tarixdə qərar qəbul edilərək icra edilməsi üçün DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. Tələbkar "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubuna əsasən icra sənədi üzrə tələb olunan borc, habelə həmin tarixli qəbzə əsasən 606 manat icra ödənişi İddiaçı tərəfindən ödənilmiş, buna görə də «İcra haqqında» AR Qanununun 20.1.5-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli qərarla icra sənədi üzrə icraata xitam verilmiş və görülmüş bütün məcburi icra tədbirləri ləğv edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 112 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 470.1-ci maddəsinə əsasən, Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən, Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1-ci maddəsinə əsasən, Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən, Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3-cü maddəsinə əsasən, Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edildi ki, İddiaçı Cavabdeh "xxxx" ASC-dən 9000 manat məbləğində pul vəsaitini kredit götürməsinə dair xx.xx.2018-ci il tarixli CP/62899/64/13 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin icra edilməsinin təminatı qismində zamin durmuş və həmin müqavilə üzrə öhdəliklər icra edilmədiyi üçün xx.xx.2020-ci il tarixli icra qeydinə əsasən İddiaçı 8653,62 manat məbləğində pul vəsaiti Bankın xeyrinə tutulmuş və həmin məbləğ İddiaçı tərəfindən ödənilmişdir. Eyni zamanda 606 maant məbləğində icra ödəniş də iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericliyin tələblərinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları keçdiyindən və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb etmək hüququ yarandığından, iddia tələbi təmin edilməli və Cavabdeh 8653,62 manat məbləğində pul vəsaiti və ödənilmiş 606 manat icra ödənişi iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş 112 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 8,653,62 (səkkiz min altı yüz əlli üç manat 62 qəpik) manat məbləğində borc və ödənilmiş 606 (altı yüz altı) manat məbləğində icra ödənişi olmaqla, cəmi 9259,62 (doqquz min iki yüz əlli doqquz manat 62 qəpik) amant məbləğində pul vəsaiti və 112(yüz on iki) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №e-2(020)-1483/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1483/2024
04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver