Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1838/2023 29.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfəli İzzət oğlu Seyfullayevin sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı X3 vəkili Nümayəndə, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı X6 Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən vurulmuş 10.081,77 (on min səksən bir manat yetmiş yeddi qəpik) manat məbləğində maddi ziyanın və 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 vəkili Nümayəndə iddianı müdafiə etdi və izahatanda göstərdi ki, iddiaçı ********** saylı Vergi ödəyicisinin Eyniləşdirmə Nömrəsi ilə (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş,ona məxsus mağazalarda ərzaq mallarının topdan və pərakəndə satışını həyata keçirirmiş. 02 may 2022-ci il tarixdə Cavabdeh ilə iddiaçı ilə qanuna müvafiq şəkildə əmək müqaviləsi bağlayaraq onu Horadiz qəsəbəsində yerləşən marketə market müdiri vəzifəsinə işə qəbul edərək ona maddi məsul şəxs təyin etmişdir. Cavabdeh ilə əmək müqaviləsi ilə eyni zamanda tam maddi məsuliyyət haqqında müqavilədə bağlamışdır. İşlədiyi dövürdə Cavabdeh satış məqsədi ilə mallar verilmişdir. Market müdiri kimi əmək vəzifələrini kobud şəkildə pozulduğuna və işinə məsuliyyətsiz yanaşdığına görə 25 iyul 2022-ci il tarixli 01 nömrəli əmrlə Cavabdeh töhmət verilmişdir. Töhmət verildikdən sonra da Cavabdeh işinə yenidən məsuliyyətsiz yanaşmış, marketdə işləri düzgün qurmamışdır. Buna görə də onun əmək fəaliyyətinin yoxlanılması məqsədilə 25 avqust 2022-ci il tarixli 32 nömrəli əmrlə komissiya yaradılmışdır. Cavabdeh market müdiri işlədiyi Horadiz qəsəbəsində yerləşən marketdə komissiya tərəfindən aparılmış yoxlama zamanı məlum olmuşdur ki, satış məqsədi ilə Cavabdeh verilmiş mallardan 10,081,77 manat dəyərində mal yerində yoxdur, əskikdir. Komissiya üzüvləri tərəfindən tərtib olunmuş Yoxlamanın nəticəsi barədə Aktda Cavabdeh market müdiri işlədiyi Horadiz marketdə 10.081,77 manat dəyərində mal(lar)ın yerində olmaması, əksik olması, 10.081,77 manat dəyərində əksik mallar market müdiri Cavabdeh tərəfindən mənimsənilməsi, bununlada onun tərəfindən iddiaçı X4 ziyan vurulması və onun sahibkara 10.081,77 manat borcunun olması faktı öz əksini tapmışdır. Yoxlamdan sonra Cavabdeh çıxarmamış iltizam qaydasını pozmuş sahibkar İddiaçı vurduğu 10.081,77 manat dəyərində ziyanı sahibkara ödəməkdən yayınmışdır. Cavabdeh bu qeyri etik hərəkətləri sahibkar tərəfindən müvafiq Aktlarla Aktlaşdırılmış, 30 sentyabr 2022-ci il tarixli, 9K/65/2022 saylı əmrlə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. Cavabdehnun ona vurduğu ziyanın nəticəsi olaraq Sahibkar kimi onun da mal aldığı şirkətlərə olan borcunu ödəməkdə çətinlik çəkir sahibkarlıq fəaliyyətində ciddi problemlər yaranmışdır. Cavabdehna 10.081,77 manat məbləğində borcunu ödəməsi barədə dəfələrlə müraciət etsə də, sonuncu hər dəfəsində müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmışdır. Odur ki, Cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə 10081,77 (on min səksən bir manat yetmiş yeddi qəpik) manat məbləğində pul və 100 (bir yüz) manat mediasiya xərcinin cavabdehdən tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddianı qəbul etmədi və məhkəmə iclasında çıxış edərək göstərdi ki, 02 may 2022-ci il tarixdə iddiaçı X6 ilə qanuna müvafiq şəkildə əmək müqaviləsi bağlayaraq Horadiz qəsəbəsində yerləşən marketə market müdiri vəzifəsinə işə qəbul olunmuşdur. İşlədiyi dövürdə satış məqsədi ilə mallar verilmişdir. 2022-ci ildə sayım getmiş və hec bir problem olmamışdır. O, hər gün mağazanı muhafizəçi ilə birlikdə bağlamışdır. Həmin vaxt anası xəstə olmuş və o, bir necə gün işə gəlməmişdir. Sonra anası rəhmətə getmiş və o işdən çıxmışdır. O marketə heç bir ziyan vurmamışdır. Ona görə də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, Horadiz qəsəbəsində yerləşən iddiaçıya məxsus marketdə satıcı işləmişdir. Marketin rəhbəri Cavabdeh olmuşdur. Hər gün mağazanın qapılarını cavabdeh özü açıb bağlamışdır. 25 avqust 2022-ci il tarixli 32 nömrəli əmrlə komissiya yaradılmışdır. Komissiya tərəfindən aparılmış yoxlama zamanı məlum olmuşdur ki, satış məqsədi ilə Cavabdeh verilmiş mallardan 10,081,77 manat dəyərində mal yerində yoxdur. Bu barədə akt tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəmədə X1 eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, 02 may 2022-ci il tarixdə fiziki şəxs X6 ikinci tərəf kimi Cavabdeh ilə qanuna müvafiq şəkildə əmək müqaviləsi bağlayaraq onu marketə müdir vəzifəsinə işə qəbul edərək onu maddi məsul şəxs təyin etmiş və onunla əmək müqaviləsi ilə maddi məsuliyyət haqqında müqavilə də bağlamışdır. İş materiallarına əlavə edilmiş 32 saylı 25 avqust 2022-ci il tarixli əmrdən görünür ki, "Fiziki Şəxs İddiaçı"na məxsus mağazada market müdiri vəzifəsində işləyən Cavabdeh Rasim oğlunun "Fiziki Şəxs İddiaçı"na məxsus mağazada işlədiyi dövr üzrə əmək fəaliyyətinin yoxlanılması ilə əlaqədar olaraq komissiya təşkil edilmişdir. İş materiallarına əlavə edilmiş 25 iyul 2022-ci il tarixli 01 nömrəli əmrdən görünür ki, market müdiri kimi əmək vəzifələrini kobud şəkildə pozulduğuna və işinə məsuliyyətsiz yanaşdığına görə Cavabdeh töhmət verilmişdir. İş materiallarına əlavə edilmiş 30 sentyabr 2022-ci il tarixli, 9K/65/2022 saylı əmrdən görünür ki, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən Cavabdeh əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş yoxlamanın nəticəsi barədə 30 avqust 2022-ci il tarixli aktdan görünür ki, "Fiziki Şəxs İddiaçı"na məxsus mağazada müdir vəzifəsində işləyən Cavabdeh əmək fəaliyyətinin yoxlanılması barədə 30 avqust 2022-cı il tarixində aparılmış sayım zamanı məlum olmuşdur kı, 21 08.2022-ci il tarixindəki sayım düzgün aparılmış və 10 081,77 (on min səksən bır manat yetmiş yeddi qəpik) manat məbləğində məhsul kəmi məbləği bir daha öz təsdiqini tapmışdır. Lakin həmin kəm məbləğinin cəmiyyətə ödəməkdən bir daha yayınmışdır. Bununla da, Cavabdeh cəmiyyətə məxsus 10.081,77 (on min səksən bir manat yetmiş yeddi qəpik) manat məbləğində məhsulun vəsaitinin mənimsəmişdir. İş materiallarına əlavə edilmiş 02 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, "Fiziki Şəxs İddiaçı"na məxsus mağazada Fərdi sahibkar İddiaçı, müdir müavini vəzifəsində çalışan X8, müdir vəzifəsində çalışan X5 bu aktı tərtib etdik ondan ötən kı, həqiqətən "Fiziki Şəxs İddiaçı"na məxsus mağazada müdir vəzifəsində işləyən Cavabdeh 02 sentyabr 2022-cı il tarixində işə çıxmamış, onunla əlaqə yaratmağa cəhd edən əməkdaşlarımıza cavab verməmiş və 10.081,77 (on min səksən bır manat yetmiş yeddi qəpik) manat olan pul vəsaitini ödəməkdən yayınmışdır. Beləliklə, məhkəmə, iş materiallarını nəzərdən keçirib, obyektiv hüquqi qiymət verərək belə qərara gəlir ki, iddia təmin edilməli, 10081.77 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi adlandırılacaq) 191-ci maddəsinə görə Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Əmək Məcəlləsinin 192-ci maddəsində qeyd olunur ki, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Əmək Məcəlləsinin 192-ci maddəsində göstərilir ki, Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Əmək Məcəlləsinin 199-cu maddəsində işçinin tam maddi məsuliyyət daşıdığı hallar öz əksini tapmışdır. Belə ki, 199-cu maddə qeyd olunur ki, İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda. Əmək Məcəlləsinin 200-cü maddəsinin 1-ci bəndində qeyd olunur ki, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşma çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Əmək Məcəlləsinin 202-ci maddəsində ziyanın məbləğinin müəyyən edilməsi qaydası qeyd olnumuşdur. Beləki 202-ci maddədə qeyd olunur ki, İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Bildirirəm ki, sahbikar kimi mənə dəymiş ziyanın məbləği 202-ci maddənin tələbinə əsasən ziyan vurulan vaxtda mal(lar)ın mövcud olan bazar qiymətləri ilə hesablanmışdır. Əmək Məcəlləsinin 205-ci maddəsində o da qeyd olunur ki, əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Cavabdeh mənə vurduğu ziyan onun tam maddi məsuliyyət daşıdığı hallarda vurulduğundan, ziyanın məbləği onun orta aylıq əmək haqqından çox olduğundan ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etməli olmuşam. Əmək Məcəlləsinin 206-cı maddəsində göstərilir ki, əsər tərəflərdən birinə ziyanın vurulması ilə istər işçinin, istərsə də işəgötürənin hərəkət və va hərəkətsizliyi nəticəsində cinayət tərkibi yaranmışdırsa, onda məhkəmə cinayət isi başlayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada istintaqın aparılmasının və ziyanın ödənilməsinin təmin olunması ücün müvafiq prosessual tədbirlər görür. 206-cı maddənin tələbindən də göründüyü kimi, işçinin hərəkət və va hərəkətsizliyi nəticəsində cinayət tərkibi yaranmışdırsa, onda məhkəmə cinayət işi başlayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada istintaqın aparılmasının və ziyanın ödənilməsinin təmin olunması ücün müvafiq prosessual tədbirlər görür. Bu maddənin tələbini əsas tutaraq məhkəmədən xahiş edirəm ki, Cavabdeh hərəkət və va hərəkətsizliyi nəticəsində cinayət tərkibi yaranmışdırsa bu barədə cinayət isi başlayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada istintaqın aparılmasının və ziyanın ödənilməsinin təmin olunması ücün müvafiq prosessual tədbirlər görürülsün. Əmək Məcəlləsinin 295-ci maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Əmək Məcəlləsinin 299-cu maddəsinə əsasən fərdi əmək mübahisələri üzrə iddianın məbləğinə, həmçinin onun təmin olunmasına hər hansı məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsi tələb edə bilər, bir şərtlə ki, qanunla və ya müqavillədə zərərin əvəzinin daha az miqdarla ödənilməsi nəzərdə tutumasın. Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərəz dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmində ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 10081,77 (on min səksən bir manat yetmiş yeddi qəpik) manat məbləğində pul və 100 (bir yüz) manat mediasiya xərci alınıb İddiaçı ödənilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №e-2(020)-1838/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1838/2023
29.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver