Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1840/2023 17.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlu sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı X4 vəkili Nümayəndə, Cavabdehnnun vəlili Vəkil iştirakı ilə, İddiaçı X10 Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən vurulmuş 35.512,18 manat məbləğində ziyanın, 9.246,36 (doqquz min iki yüz qırx altı manat 36 qəpik) manat məbləğində borcun, 100 manat mediasiya xərcinin, cəmi 44.858,54 (qırx dörd min səkkiz yüz əlli səkkiz manat əlli dörd qəpik) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X4 vəkili Nümayəndə iddianı müdafiə etdi və izahatında göstərdi ki, iddiaçı ********** saylı X1 Nömrəsi ilə (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş, ona məxsus mağazalarda ərzaq mallar)ının topdan və pərakəndə satışını həyata keçirmişdir. 01 iyul 2022-ci il tarixdə Cavabdeh ilə qanuna müvafiq şəkildə əmək müqaviləsi bağlayaraq onu Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən Mandarin marketə müdir vəzifəsinə işə qəbul edərək onu maddi məsul şəxs təyin etmiş və onunla əmək müqaviləsi ilə maddi məsuliyyət haqqında müqavilə də bağlamışlar. Beyləqan rayonu, birinci Şahsevən kəndində qeydiyyatda olan Cavabdeh əmək və tam maddi məsuliyyət müqaviləsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ********** saylı X1 Nömrəsi (VÖEN: **********) əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkar İddiaçı məxsus Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən Mandarın marketdə market müdiri vəzifəsində işləmişdir. Cavabdeh market müdiri işlədiyi dövr üzrə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən Mandarın marketdə anbar qalığının yoxlanılması və ümumi mağaza sayımının həyata keçrilməsi məqsədi ilə fərdi sahibkar İddiaçı tərəfindən imzalanmış D03/2023 saylı 26 yanvar 2023-cü il tarixli Əmrlə kommisiya təşkil olunmuşdur. İddiaçı tərəfindən imzalanmış əmrə əsasən yaradılmış komisyanın biri də market müdiri Cavabdeh olmuşdur. Əlavə olaraq sözü gedən Əmrdə yoxlamanın 30 yanvar 2023-cü il tarixədək yekunlaşması və yoxlamanın nəticəsi barədə Akt tərtib olunması qeyd olunmuşdur. Cavabdeh müdiri olduğu 1 -ci Şahsevən kəndində yerləşən Mandarin marketdə anbar qalığının yoxlanılması və ümumi mağaza sayımının aparılması zamanı məlum olmuşdur ki, martketdə 35,512.18 (otuz beş min beş yüz on iki manat 18 qəpik) manat məbləğində mal əksikdir. Yoxlamanın nəticəsi barədə tərtib olunmuş aktda marketdə 35512,18 manat məbləğində malın əksik olması qeyd olunmuş və Cavabdeh bu Aktı imzalamaqla ona etibar olunmuş əmlakdan (maldan) 35512,18 manat məbləğində əmlakın (malın) yerində olmaması və/və ya talaması faktını təsdiq etmişdir. Babanlı Əmrah sahibkar İddiaçı ərizə ilə müraiət edərək marketin müdiri vəzifəsində işləmiş Cavabdeh göstərişi ilə sonuncuya müxtəlif vaxtlarda kassadan pul və marketdən müəyyən məhsullar vermişdir. Odur ki, Cavabdeh tərəfindən vurulmuş 35,512.18 manat məbləğində ziyanın, 9.246,36 (doqquz min iki yüz qırx altı manat 36 qəpik) manat məbləğində borcun və 100 manat mediasiya xərcinin, cəmi 44.858,54 (qırx dörd min səkkiz yüz əlli səkkiz manat əlli dörd qəpik) manat pulun cavabdehdən tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddianı qəbul etmədi və məhkəmə iclasında çıxış edərək göstərdi ki, o, 01 iyul 2022ci il taıixində Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən Mandarin marketə market müdiri vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddət ərzində də 01 iyul 2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində fiziki şəxs İddiaçı Süeymur oğlunun imzası ilə təsdiq edilmiş üzləşmə aktı tərtib olunmuşdur. Üzləşmə aktının tərtib olunmasında fizki şəxs İddiaçı, mühasib X7, Audit X17 və o, iştirak etmişlər. Həmin üzləşmə aktının tərtib olunması zamanı 9.246.36 manat borcunun olduğunu etiraf etmişdir. Bu barədə iştirakçıların imzası ilə üzləşmə aktı tərtib olunmuşdur. O, həmin aktla razılaşdığı üçün də xx.xx.2023-cü il tarixli ərizə ilə Fiziki şəxs İddiaçı müraciət edərək yaranmış bu borcun hər ay aylıq əmək haqqından tutulmasını xahiş etmişdir. Aylıq əmək haqqı borcu ödəmədikdə yetərli olmadıqda və ya işdən çıxarıldıqda qalan borcu 15 gün müddətinə ödəyəcəyini bildirmişdir. Həmin vaxtdan da əmək haqqı kartı iddiaçı X5 verilmişdir. İşdən çıxarıldığı vaxta kimi də hər ay əmək haqqı kartımdan 800 manat olmaqla pul çıxarılmışdır. Buna baxmayaraq iddiaçı iddia ərizəsinə əlavə etmiş olduğu xx.xx.2023-cü il tarixli aktda isə Sayımdan əvvəl mal qalığının 203.213.36 AZN olduğunu, Sayımdan sonra isə anbarda olan mal qalığının 167.701.18 AZN olmasını bildirməklə ondan 35.512.18 manat pul tələb edir. Halbuki, üç gün əvvəl hətta mühasib-X3 iştirakı ilə tərtib olunmuş 25.01 2023-cü il tarixli aktda borcun məbləğinin 9.246.36 manat olduğu məlum olmuş, bu barədə İddiaçı rəsmi ərizə verilməkllə əmək haqqından tutulmaya razılıq da olmuşdur. Lakin iddia ərizəsinda isə mənim 35.51218 AZN məbləğində əmlakın yerində olmaması və ya talanması barədə faktı təsdiq etdiyini bildirmişdir. Həmin aktda onun adını məqsədli şəkildə özləri tərəfindən yalandan yazılmış və əvəzindən də özləri tərəfindən imzalanmışdır. Beyləqan rayonu BirinciŞahsevən kəndində yerləşən Mandarin marketə malların qaımə-faktura əsasında qəbul edilməsi, malların təhvil-təslim edilməsinə, o cümlədən də 35.51218 AZN məbləğində əmlakların qaimə-faktura əsasında qəbul edilməsi və ya malların təhvil-təslim edilməsi halları heç bir vaxt olmamışdır. Ziyanın nədən ibarət olması iş materiallarından məlum deyildir. Onun hal hazırda iddiaçıya borcu qalmamışdır. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən Mandarın marketdə anbar qalığının yoxlanılması və ümumi mağaza sayımının həyata keçrilməsi məqsədi ilə fərdi sahibkar İddiaçı tərəfindən imzalanmış D03/2023 saylı 26 yanvar 2023-cü il tarixli Əmrlə kommisiya təşkil olunmuşdur. O, audit olaraq yoxlamada iştirak etmişdir. Mandarin marketdə anbar qalığının yoxlanılması və ümumi mağaza sayımının aparılması zamanı məlum olmuşdur ki, martketdə 35,512.18 (otuz beş min beş yüz on iki manat 18 qəpik) manat məbləğində mal əksikdir. Yoxlamanın nəticəsi barədə tərtib olunmuş aktda marketdə 35512,18 manat məbləğində malın əksik olması müəyyən edilmişdir. İddiaçı tərəflə cavabdeh arasında üzləşmə aparılmış, Cavabdeh işlədiyi dövrdə “Fiziki şəxs İddiaçı”-na məxsus mağazadan 9.246,36 manat borc almasını və mağazaya 9.246,36 manat borcu yaranmasını etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 və Cavahir Baratzadə məhkəmədə X2 eyni məzmunlu ifadə verdilər. İş materiallarına əlavə edilmiş tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, 01 iyul 2022-ci il tarixdə Cavabdeh ilə qanuna müvafiq şəkildə əmək müqaviləsi bağlayaraq onu Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən Mandarin marketə müdir vəzifəsinə işə qəbul edərək onu maddi məsul şəxs təyin etmiş və onunla əmək müqaviləsi ilə maddi məsuliyyət haqqında müqavilə də bağlamışdır. İş materiallarına əlavə edilmiş D03/2023 saylı 26 yanvar 2023-cü il tarixli Əmrdən görünür ki, Cavabdeh market müdiri işlədiyi dövr üzrə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən Mandarın marketdə anbar qalığının yoxlanılması və ümumi mağaza sayımının həyata keçrilməsi məqsədi ilə fərdi sahibkar İddiaçı tərəfindən kommisiya təşkil olunmuşdur. İş materiallarına əlavə edilmiş Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 4K/08/2023 saylı əmrdən görünür ki, 'Mağazalar'' bölməsində "Market müdiri" vəzifəsində işləyən Cavabdeh SEYMUR OĞLU ilə bağlanılmış xxxxxxx000600 nömrəli əmək müqaviləsinə, AR Əmək Məcəlləsinin 70.”ç”-ci maddəsinə əsasən xitam verilmiş, işçinin xx.xx.2022 tarixindən xx.xx.2023 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliwə söbəsiə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş 25 yanvar 2023-cü il tarixli üzləşmə aktından görünür ki, “Fiziki şəxs İddiaçı” (VÖEN **********), mühasib X9 və X19 digər tərəfdən Cavabdeh bu aktı tərtib edirik ondan ötəri ki, “Fiziki şəxs İddiaçı oğlıf-na (VÖEN **********) məxsus mağazada market müdiri vəzifəsində işləyən Cavabdeh işlədiyi dövrdə “Fiziki şəxs İddiaçı”-na (VÖEN **********) məxsus mağazadan 9.246,36 (doqquz min iki yüz qırx altı manat, otuz altı qəpik) manat borc almış və onun “Fiziki şəxs İddiaçı”-na (VÖEN **********) məxsus mağazaya 9.246,36 manat borcu yaranmışdır. Cavabdeh həqiqətən də 25 yanvar 2023-ci il tarixinə 9.246,36 (doqquz min iki yüz qırx altı manat, otuz altı qəpik) manat “Fiziki şəxs ,' İddiaçı”-na borcu olduğunu etiraf etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Sahibkar İddiaçı (VÖEN **********) məxsus Mandarin marketlər şəbəkəsinin. 1-ci Şahsevən şöbəsindəki marketdə saat 21:00-da ümumi yoxlnnış sayımına başlanıldı və xx.xx.2023- cü il tarixində saat 03:00 da ümumi yoxlanış sayımı başa çatmış və Mandarin marketlər şəbəkəsinin. 1-ci Şahsevən şöbəsindəki marketdə aparılan ümumi yoxlanış sayımına əsasən məlum olmuşdur ki. marketin anbarında 35512.18 AZN məbləğində məhsul əksik olmuşdur. Beləliklə, məhkəmə, iş materiallarını nəzərdən keçirib, obyektiv hüquqi qiymət verərək belə qərara gəlir ki, iddia təmin edilməli Cavabdeh vurulmuş ziyana görə 35.512,18 manat məbləğində pul alınıb iddiaçı X6 verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi adlandırılacaq) 191.-ci maddəsinə görə Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Əmək Məcəlləsinin 192-ci maddəsində qeyd olunur ki, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Əmək Məcəlləsinin 192-ci maddəsində göstərilir ki, Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Əmək Məcəlləsinin 199-cu maddəsində işçinin tam maddi məsuliyyət daşıdığı hallar öz əksini tapmışdır. Belə ki, 199-cu maddə qeyd olunur ki, İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işə götürənə qəsdən ziyan vurduqda. Əmək Məcəlləsinin 200-cü maddəsinin 1-ci bəndində qeyd olunur ki, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Əmək Məcəlləsinin 202-ci maddəsində ziyanın məbləğinin müəyyən edilməsi qaydası qeyd olnumuşdur. Beləki 202-ci maddədə qeyd olunur ki, İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Bildirirəm ki, sahbikar kimi mənə dəymiş ziyanın məbləği 202-ci maddənin tələbinə əsasən ziyan vurulan vaxtda mal(lar)ın mövcud olan bazar qiymətləri ilə hesablanmışdır. Əmək Məcəlləsinin 205-ci maddəsində o da qeyd olunur ki, əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Cavabdeh mənə vurduğu ziyan onun tam maddi məsuliyyət daşıdığı hallarda vurulduğundan, ziyanın məbləği onun orta aylıq əmək haqqından çox olduğundan ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etməli olmuşam. Əmək Məcəlləsinin 206-cı maddəsində göstərilir ki, əgər tərəflərdən birinə ziyanın vurulması ilə istər işçinin, istərsə də işəgötürənin hərəkət və ya hərəkətsizliyi nəticəsində cinayət tərkibi yaranmışdırsa, onda məhkəmə cinayət işi başlayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada istintaqın aparılmasının və ziyanın ödənilməsinin təmin olunması üçün müvafiq prosessual tədbirlər görür. 206-cı maddənin tələbindən də göründüyü kimi, işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində cinayət tərkibi yaranmışdırsa, onda məhkəmə cinayət işi başlayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada istintaqın aparılmasının və ziyanın ödənilməsinin təmin olunması üçün müvafiq prosessual tədbirlər görür. Bu maddənin tələbini əsas tutaraq məhkəmədən xahiş edirəm ki, Cavabdeh hərəkət və ya hərəkətsizliyi nəticəsində cinayət tərkibi yaranmışdırsa bu barədə cinayət işi başlayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada istintaqın aparılmasının və ziyanın ödənilməsinin təmin olunması üçün müvafiq prosessual tədbirlər görürülsün. Əmək Məcəlləsinin 295-ci maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Əmək Məcəlləsinin 299-cu maddəsinə əsasən fərdi əmək mübahisələri üzrə iddianın məbləğinə, həmçinin onun təmin olunmasına hər hansı məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki- Prosessual Məcəllə) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsi tələb edə bilər, bir şərtlə ki, qanunla və ya müqavillədə zərərin əvəzinin daha az miqdarla ödənilməsi nəzərdə tutumasın. Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərəz dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmində ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehn tərəfindən vurulmuş ziyana görə 35,512.18 (otuz beş min beş yüz on iki manat, 18 qəpik) manat, yaranmış borca görə 9.246,36 (doqquz min iki yüz qırx altı manat 36 qəpik) manat olmaqla cəmi 44.758,54 (qırx dörd min yeddi yüz əlli səkkiz manat əlli dörd qəpik) manat, 100 (yüz) manat mediasiya xərci alınıb İddiaçı ödənilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №e-2(020)-1840/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1840/2023
17.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver