Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-337/2025 12.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X1 qarşı mülkiyyətdə olan torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ailə üzvləri ilə birlikdə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1999-cu tarixli, 70 saylı qərarına əsasən AR İN ƏMDXDƏDRX-nin Beyləqan Əİ-i tərəfindən verilmiş KOD 60700068 JN-130A və KOD 60700068 JN-130 B olan şəhadətnamələr və həmin idarə tərəfindən verilmiş texniki pasporta əsasən onun mülkiyyətinə verilmiş Beyləqan rayonu Dünyamalılar kənd ərazisində yerləşən 0,08 və 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə köçürülmləri barədə qtənamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh1 qarşı hazırkı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə teleqrama göndərərək səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasına gələ bilmədiyini, işə onun iştirakı olmadan baxlıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli, 70 saylı qərarına əsasən AR İN ƏMDXDƏDRX-nin Beyləqan Əİ-i tərəfindən verilmiş KOD 60700068 JN-130 A və KOD 60700068 JN-130 B olan şəhadətnamələrə əsasən Beyləqan rayonu Dünyamalılar kəndi ərazisində onun mülkiyyətinə 0,08 ha və 0,06 ha-ümumilikdə 0,14 ha təşkil edən torpaq sahəsi verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2089/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadınə əsasən Cavabdeh2 AR İN ƏMDXDƏDRX-nin Beyləqan Əİ Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli, 70 saylı qərarına əsasən AR İN ƏMDXDƏDRX-nin Beyləqan Əİ-i tərəfindən verilmiş KOD 60700068 JN-130 A və KOD 60700068 JN-130 B olan şəhadətnamələrin və həmin idarə tərəfindən verilmiş texniki pasportun etibarsız hesab edilməsi haqqında” işə baxılmış və həmin iş üzrə Beyləqan Əİ-i tərəfindən verilmiş KOD 60700068 JN-130 A və KOD 60700068 JN-130 B olan şəhadətnamələrin və həmin idarə tərəfindən verilmiş texniki pasportun etibarsız hesab edilməsi haqqında Beyləqan rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(020)-631/2020 saylı qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Həmin qərardad qanuni qüvvəsin də almışdır. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1999- cu il tarixli, 70 saylı qərarına əsasən AR İN ƏMDXDƏDRX-nin Beyləqan Əİ-i tərəfindən verilmiş KOD 60700068 JN-130 A və KOD 60700068 JN-130 B olan şəhadətnamələr və həmin idarə tərəfindən verilmiş texniki pasport öz hüquqiqüvvəsindədir və heç bir orqan tərəfindən ləğv edilməmiş və həmin mübahisə olunan torpaq sahəsinin mülkiyyətçisi məhz odur. Şirvan Apellyasiya Məhkəməsinin qanuni qüvvəsin almış 2(106)- 2089/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə bir daha müəyyən olunmuşdur ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1999-cu il tarixli, 70 nömrəli iclas protokolundan çıxarışdan da göründüyü kimi Beyləqan rayonunun, G.Əsədov adına istehsal kooperativi yerli aqrar islahat komissiyasının müvafiq qərarlarının təsdiq edilməsi və torpaq mülkiyyət hüququna dair dövlət aktlarının hazırlanmasına lazımi köməkliyin göstərilməsinin Azərbaycan Respublikası Dövlət Torpaq komitəsindənn və Dövlət Yerquqruluşu Layihə İnstitutundan xahiş edilməsi qərara alınmışdır. Eyni zamanda Beyləqan rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş Beyləqan rayonunun Dünyamalılar kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair xx.xx.2002-ci il tarixli cədvəlin surətindən də göründüyü kimi həmin cədvəlin 130-cu sırasında mənim adıma qanuni istifadəmdə olan 0,14 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. Bundan əlavə 130 inventar nömrəli texniki pasportdan da göründüyü kimi Beyəqan rayonunun Dünyamalılar kəndində onun adına və məhz ona məxsus yaşayış evinə dair texniki pasport tərtib edilmişdir. Həmçinin, həmin qərardadala müəyyən olunmuşdur ki, JN-130 A (kod ********) və JN-130 B (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdən göründüyü kimi Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1999-cu il tarixli, 70 nömrəli qərarına əsasən onun mülkiyyətinə Beyləqan rayon Dünyamalılar kəndi ərazisində 0,08 və 0,06 ha torpaq sahəsi verilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-2190 /2019 saylı, xx.xx.2019-cu il tarixli qanuni qüvvəsini almış qərardadına əsasən hazırkı iş üzrə Cavabdeh2 Beyləqan rayon İcra Hakimiyyəti və Beyləqan rayon 6 saylı Ərazi İdarəsinə qarşı onun adına olan, JN-130 A (kod ********) və JN-130 B (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilərək, həmin torpaq sahələrinə dair öz adına “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsi haqqında” iddia tələbi rədd edilmişdir. Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası İİN yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə və üşncü şəxs kimi ona qarşı Beyləqan rayonu Dünyamalılar kənd ərazisində yerləşən keçmiş Jdanov rayonu Dünyamalılar kənd XDS -nin qərarı ilə ayrılmış 0.15 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş evə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair mülki işə Beyləqan rayon məhkəməsində baxılmış və Beyləqan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)-1114 /2023 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuş və Cavabdeh2 həmin torpaq sahəsinə və evə istifadə və sahiblik hüquqlarının tanınması qət olunmuşdur. Həmin qətnamədən cavabdeh 6 saylı Beyləqan Ərazi İdarəsi və üçüncü şəxs kimi onun tərəfindən apellyasiya şikayətləri verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2256/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Beyləqan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)- 1114 /2023 saylı qətnaməsi ləğv edilərək həmin iş üzrə icraata xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2256/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı da artıq öz qanuni qüvvəsin almışdır. Göründüyü kimi onun adına olan ilkin hüquqmüəyyənedici sənədlərdən də əlavə yuxarıda qeyd olunmuş və artıq çoxdan qanuni qüvvəsini almış məhkəmə qərarları ilə də tam müəyyən olunur ki, Beyləqan rayonu Dünyamalılar kəndi ərazisində ölçüsü həmin sənədlərə əsasən 0,08 ha və 0,06 haümumilikdə 0,14 ha təşkil edən torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi onun mülkiyyətimə verilmişdir. Sözügedən torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin məhz onun mülkiyyətibə verilməsinə baxmayaraq anası hazırki iş üzrə Cavabdeh2 1993-cü ildə Bakı şəhəri R.Rza küçəsi 99, ev 16-da qeydiyyatda olan, 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlili Əli adlı vətəndaşla evlənərək rəsmi nikaha girmiş və evlilikdən 3 ay sonra Əli kişi naməlum səbəblərdən vəfat etmiş və Cavabdeh2 da həmin evin yeganə sahibi olmuşdur. 2016-cı ildə Cavabdeh2 digər övladı X3 ilə əlbir olaraq məhz onun diqtəsi ilə Əlidən miras qalmış həmin evi 200000 ABŞ dollarına satmışlar. Bundan sonra da Əntiqə Hümbətovun nəvəsi Cavabdeh1 Beyləqan rayon Polis İdarəsində müstəntiq vəzifəsində işlədiyindən sui-istifadə edərək saxta yollarla onu Beyləqan rayonunun, Dünyamalılar kəndinə onun mülkiyyətçi olaraq razılığını almadan, ondan xəbərsiz onu həmin evə qeydiyyata saldırmağa nail olmuşdur. Bir daha qeyd etmək istəyir ki, evin qanuni mülkiyyətçisi olaraq onun razılığını almadan və ona bu barədə heç bir məlumat vermədən belə bir qanunsuzluqlar etmişlər. Həmin qanunsuzluqlar və saxtakarlıqları Beyləqan Dünyamalılar kənd Ərazi İdarəsində dəetmişlər. Məhz bundan sonra adları yuxarıda qeyd olunan cavabdehlərlə aralarında narazılıqlar yaranmışdır. Bu narazılıqdan istifadə edən cavabdehlər ondan xəbərsiz olaraq mülkiyyətində olan evin qapısının açarların dəyişmiş və onun öz qanuni mülkiyyətinə verilmiş torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə sərbəst şəkildə girməyinə və orda öz mülkiyyət hüquqlarının hyətata keçirilməsinə ciddi maneələr yaradırlar. Belə olan halda da o, öz konstitusion mülkiyyət hüquqlarının məhkəmə vasitəsilə həyata keçirilməsi və həmin hüquqlarının bərpası qərarına gəlmişdir. Ona görə də, onun ailə üzvləri ilə birlikdə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1999-cu tarixli, 70 saylı qərarına əsasən AR İN ƏMDXDƏDRX-nin Beyləqan Əİ-i tərəfindən verilmiş KOD 60700068 JN-130 A və KOD 60700068 JN-130 B olan şəhadətnamələr və həmin idarə tərəfindən verilmiş texniki pasporta əsasən onun mülkiyyətinə verilmiş Beyləqan rayonu Dünyamalılar kənd ərazisində yerləşən 0,08 və 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə köçürülmələri barədə qtənamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında iştirak etmiş və iddianı müdafiə edərək göstərmişdir ki, 1995-ci ildə İddiaçıla toyları olmuşdur. Həmin evdə əri Abbas qeyiyyatda olmuş və həmin ev və torpaqlar ərinin adına sənədləşdirilmişdir. Bir müddət Abbas Bakıda yaşamış, evə qayıdanda cavabdehlər ona qarşı çıxmışlar və dava salaraq Abbası evə buraxmamışlar. Hazırda İddiaçı Türkiyədədir və qayıdanda gəlib həmin evdə yaşayacaqdır. Əntiqənin onun yanında qalıb yaşamasına etirazı yoxdur. Hazırda evdə heç kim yaşamır. Cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri brədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmyaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş JN-130B kod 60700068 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Beyləqan rayon Aqrar islahat Komissiyasının 30 aprel 1999-cu il tarixli, 70 nömrəli qərarına əsasən İddiaçıalı oğlunun mülkiyyətinə 0,06 hektar torpaq sahəsi verilmişdir İş materiallarına əlavə edilmiş JN-130A kod 60700068 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1999-cu il tarixli, 70 nömrəli qərarına əsasən İddiaçıalı oğlunun mülkiyyətinə 0,08 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş 130 inventar nömrəli texniki pasportun surətindən görünür ki, Beyləqan rayonunun Dünyamalılar kəndində İddiaçı məxsus yaşayış evinə dair texniki pasport tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2089/2021 saylı, xx.xx.2021ci il tarixli qərardadından da görünür ki, iddiaçı Cavabdeh2 AR İN ƏMDXDƏDRX-nin Beyləqan Əİ Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli, 70 saylı qərarına əsasən AR İN ƏMDXDƏDRX-nin Beyləqan Əİ-i tərəfindən verilmiş KOD 60700068 JN-130 A və KOD 60700068 JN-130 B olan şəhadətnamələrin və həmin idarə tərəfindən verilmiş texniki pasportun etibarsız hesab edilməsi haqqında” işə baxılmış və həmin iş üzrə Beyləqan Əİ-i tərəfindən verilmiş KOD 60700068 JN-130 A və KOD 60700068 JN-130 B olan şəhadətnamələrin və həmin idarə tərəfindən verilmiş texniki pasportun etibarsız hesab edilməsi haqqında Beyləqan rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(020)-631/2020 saylı qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-2190/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, Cavabdeh2 Beyləqan rayon İcra Hakimiyyəti və Beyləqan rayon 6 saylı Ərazi İdarəsinə qarşı JN-130 A (kod ********) və JN-130 B (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilərək, həmin torpaq sahələrinə dair öz adına “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsi haqqında” iddia tələbi rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-17/2022 saylı, 03.03. 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər X1, Cavabdeh1 və X5 qarşı xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılmasına maneənin aradan qaldıraraq müdaxiləyə qadağa qoyulması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli 2(020)-272/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Beyləqan Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli 2(020)-1272/2019 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş JN-130B seryalı (kod ********) və JN-130A seryalı (kod ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrə əsasən verilmiş Beyləqan rayon Dünyamalılar kəndi ərazisində 0.08 ha və 0,06 ha həyətyanı torpaq sahələrində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndələri tərəfindən ölçmə işlərinin aparılmasına mane olan hərəkətlər cavabdeh X3, Cavabdeh1 və X5 qadağan olunmuşdur. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1156/2024 saylı, 16.09. 2024-cü il tarixli qərardadının surətindən görünür ki, İddiaçı Cavabdeh2 cavadeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş evə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli 2(020)-1114/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmış, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Beyləqan Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli 2(020)-1114/2023 saylı ləğv edilmiş, iddiaçı Cavabdeh2 cavadeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş evə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Konstitutsiyasının 43-cü maddəsinin 1-ci bəndində göstərilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 32-33-cü və “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilə və yazışma sirrinə hörmət hüququna malikdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Ədalət Mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvesiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “OROUK Birləşmiş Krallığa qarşı” işində ərizənin qəbul edilənliyi barədə qərarında və “X2rşı” işində ərizənin qəbul edilənliyi barədə qərarında və “X2rşı” işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli torpaq sahələri mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin torpaq sahəsində olan fərdi yaşayış evi də iddiaçıya aiddir. Cavabdehlərin təqsiri üzündən iddiaçı öz mülkiyyətindən sərbəst istifadə edə bimir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitutsiyasının 43-cü maddəsinin 1-ci bəndində göstərilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə toplanmış sübutlara hüquqi cəhətdən obyektiv qiymət verən məhkəmə iddianın təmin edilməsini əsas hesab edir. Yuxarıda qeyd edilənlərə və Azərbyacan Respublikası MPM-nin 216-227, 233.1, 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ailə üzvləri ilə birlikdə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1999-cu tarixli, 70 saylı qərarına əsasən AR İN ƏMDXDƏDRX-nin Beyləqan Əİ-i tərəfindən verilmiş KOD 60700068 JN-130A və KOD 60700068 JN-130 B olan şəhadətnamələr və həmin idarə tərəfindən verilmiş texniki pasporta əsasən onun mülkiyyətinə verilmiş Beyləqan rayonu Dünyamalılar kənd ərazisində yerləşən 0,08 və 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə köçürülsünlər. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-337/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-337/2025
12.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver