Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-514/2024 14.06.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rauyon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2 qarşı pozulmuş mülkiyyət hüququn bərpa edilməsi, bütün maneələrin aradan qaldırılması, cavabdehlərin özlərinə məxsus olan əşyaları ilə evdən çıxarılması və sözügedən evin ona təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ünvan 3 evdə dair pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi, bütün maneələrin aradan qaldırılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 özlərinə məxsus olan əşyaları ilə birlikdə, ünvan 3 evdən çıxarılması və həmin sözügedən evin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək izahatında göstərdi ki, X11 doğma anasıdır. Anası Azərbaycan Respublikası Su Tikinti trectində kadrlar üzrə rəis vəzifəsində uzun illər işləmişdir. 05 may 1985-ci il tarixdə anasına keçmiş sovet deputatları tərəfindən (Jdanov) indiki Beylaqan rayonu, kanal su tikinti trestində səyyar mexaniklaşdirilmiş qəsəbəsində evlərdən biri, yəni indiki ünvanla ünvan 1. Onlar ailəlikcə orada yaşamışlar. Uşaqlıq illəri həmin evdə keçmişdir. Anası xəstə olduğundan onu əri ilə birgə yaşadığı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, ev 14, mənzil 3-nə gətirib orada ona qulluq etmişdir. Anası uzun illər onunla birlikdə qalmışdır. Anası sözügedən evi ona bağışlamaq üçün Beyləqan rayonundakı evi, yəni ünvan 3 evi özəlləşdirməsi və sonra ona bağışlama məqsədi ilə 08 oktyabr 2016-ci il tarixdə əri X18 etibarnamə vermişdir. ƏMDK-nın yanında DƏDRX-nın Ərizə idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə anası X13 adına verilmiş **********06-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən tam mülkiyyət üzrə 97,1 kv/m ev və tam mülkiyyət üzrə 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyətinə verilmişdir. 19 yanvar 2019-cu il tarixdə, anası tərəfindən verilmiş etibarnaməyə əsasən əri X21 ilə Sabirabad “ASAN xidmət” mərkəzinə gedib, anasının adından çıxış edərək, Beylaqan şəhəri, M.Əsədov küçəsindəki 55 saylı evi onun adına bağışlanma müqaviləsi bağlanmışdır. Hazırda həmin yaşayış sahəsi, Seriya RX №1475238 saylı, xx.xx.2019- cu il tarixli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Anası X20 uzun sürən xəstəlikdən 11 iyun 2019-cu il tarixdə ölmüşdür. Anasını Beyləqan rayonunfa dəfn etdikdən sonra, xüsusi mülkiyyətində olan ünvan 3 evi səliyə salmış və evin giriş və çöl darvazasının açarlarını dəyişdir. 26 iyul 2019-cu il tarıxdə Beyləqanda yaşayan qonşusundan ona zəng gəldi ki, evin darvazasının qıfılı sındırılıb və evə kimlərsə daxıl olmuşdur. O, 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Ona cavab gəlmişdir ki, heç bir oğruluq faktı yoxdur, mərhum qardaşının arvadı gəlib evə daxil olmuşdur. xx.xx.2019-cu il tarixdə əri ilə birlikdə Beyləqan şəhərinə gəlmiş evə gedərkən mərhum ögey qardaşının arvadı X5 evdə görmüşdür. Qardaşı arvadı evdə payı olduğu üçün evə girdiyini bildirmişdir. Bundan sonra yenidən Beyləqan Polis söbəsinə getmiş, polis rəisinin müavini ilə görüşmüş və olanları ona danışmışdır. Rəis müavini dərhal cavabdeh X8 polis şöbəsinə çağıtdırmış, ondan iltizam alınmışdır ki, 1 (bir) ay müddətində, yəni xx.xx.2019-cu il tarixdə evi ina təhvil verib evdən çıxacaqdır. Lakin, Narın Mahmudova evdən çıxmamışdır. Bundan sonra Beyləqan rayon məhkəməsində iddia qaldırmışdır. Beyləqan rayon məhkəməsinin 2(020)-1617/2019 saylı 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunaraq cavabdeh X4 mülkiyyətidə olan ünvan 3 evdən çıxarılması, evin ona təhvil verilməklə onun həmin mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmışdır. X1 apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli 2(106)-2100/2020 saylı qətnaməsi ilə cavabdeh X4 apellyasiya şikayəti təmin edilməmişdir. X22 Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli 2(106)-2100/2020 saylı qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2021-ci il tariöli 2(102)-4531/2021 saylı qərarı ilə təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli 2(106)-2100/2020 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli tarixli 2(106)-3266/2021 saylı qətnaməsi ilə cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Beyləqan rayon məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2(020)-1617/2019 saylı qətnaməsi ləğv edilərək, onun iddiası təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli 2(106)-3266/2021 saylı qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 iyun 2022-ci il tarixli 2(102)3027/2022 saylı qərarı ilə qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli 2(106)- 3266/2021 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 oktyabr 2022-ci il tarixli 2(106)- 1683/2022 saylı qətnaməsi ilə cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Beyləqan rayon məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2(020)- 1617/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbim təmin edilmişdir. X17 Məhkəməsinin Mülki Kollegiyasının 06 oktyabr 2022-ci il tarixli 2(106)-1683/2022 saylı qətnaməsi qanuni qüvvəsindədir. Həmin sözügedən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 oktyabr 2022-ci il tarixli 2(106)-1683/2022 saylı qətnaməsi icrayə yönəlmişdir. 23 06.2023-cü il tarixdə Beyləqan rayon İcra və Probasiya şöbəsinin aktına əsasən X3 şəhəri, M.Əsədov küçəsi, 55 saylı evdən çıxarılmış və sözügedən ev ona təhvil verilsə belə, lakin həmin vaxt xüsusi mülkiyyətində olan ünvan 3 evdə X4 oğlanları Cavabdeh1 və Cavabdeh2 evdə olmuşlar. Qətnamədə onların adları olmadığından, iddia tələbində bütün maneələrin aradan qaldırılması sözləri olmadığı üçün onları evdən çıxarmaq mümkün olmamışdır. Dəfələrlə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evdən çıxmasını tələb etsə evdən çıxmamışlar. Ona görə də iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. İşdə olan Beyləqan rayon İHB-nın Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 14 iyun 2024-cü il tarixli 5-37-12/2-182-2024 saylı arayışından görünür ki, cavabdeh Mahmudlu X12 şəhəri SMD-4 qəsəbəsində qeydiyyatdadır. Əldə olunanməlumata görə hazırda Bakı şəhəri, Abşeron rayonu ərazisində nümayəndəliyə məlum olmayan ünvanda yaşayır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadığından, məhkəmə cavabdehin qeydiyyatda olduğu axırıncı yaşayış yeri üzrə nümayəndəliyin onun hazırda ərazidə yaşamaması barədə məlumatı məhkəməyə daxil olduğundan məhkəmə hazırda cavabdehin iştirakı olmadan işə baxılmasını əsaslı hesab edir. Cavabdehlər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən məhkəmə həmin cavabdehlərin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirib, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş hədiyyə verən X19 ilə hədiyyə alan İddiaçı arasında 19 yanvar 2019-cu ildə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən xüsusi mülkiyyətində olmaqla, tam pay hüququ üzrə özünə məxsus ünvan 3 ünvanda yerləşən 0.06 ha torpaq sahəsini və üzərində inşa olunan 97.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evini hədiyyə alan İddiaçı bağışlamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31 yanvar 2019-cu il tarixdə verilmiş RX serialı ******* qeydiyyat nömrəli çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən, 0.06 ha torpaq sahəsi və üzərində inşa olunan 97.1 kv. metr ümumi sahədən ibarət fərdi yaşayış evi tam pay hüququ ilə İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş Sabirabad ASAN Xidmət Mərkəzindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-60 reyestrli bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən X19 ilə hədiyyə alan İddiaçı arasında 19 yanvar 2019-cu ildə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə görə həddiyə verən xüsusi mülkiyyətində olmaqla tam pay hüququ üzrə özünə məxsus ünvan 4 ünvanda yerləşən 0.06 ha torpaq sahəsini və üzərində inşa olunan 97.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evini hədiyyə alan İddiaçı bağışlamışdır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsinin 2(020)-1617/2019 saylı 19 noyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, X4 İddiaçı mülkiyyətində olan ünvan 3 evdən çıxarılması, evin mənə təhvil verilməklə mənim həmin mülkiyyət hüququmun bərpa edilməsi barədə qətnamə çıxarılmişdır. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2021ci il tarixli 2(106)-2100/2020 saylı qətnaməsindən görünür ki, X4 apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan rayon məhkəməsinin 2(020)-1617/2019 saylı 19 noyabr 2019-cu il tarixli qətnaməsi cavabdeh X4 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2021ci il tarixli 2(106)-2100/2020 saylı qətnaməsindən görünür ki, cavabdeh X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2021-ci il tarixli 2(102)-4531/2021 saylı qərarı ilə təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli 2(106)-2100/2020 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2021ci il tarixli tarixli 2 (106)-3266/2021 saylı qətnaməsindən görünür ki, X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Beyləqan rayon məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2(020)-1617/2019 saylı qətnaməsi ləğv edilərək, İddiaçı cavabdeh X4 mülkiyyətində olan ünvan 3 evdən çıxarılması, evin İddiaçı təhvil verilməklə onun həmin evə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 iyun 2022-ci il tarixli 2(102)3027/2022 saylı qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli 2(106)-3266/2021 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 oktyabr 2022-ci il tarixli 2(106)-1683/2022 saylı qətnaməsindən görünür ki, X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Beyləqan rayon məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2(020)- 1617/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı iddia tələbi təmin edilmiş, X2 Mətanət Fikrət qızının mülkiyyətində olan ünvan 3 evdən çıxarılması, mübahisəli ev İddiaçı təhvil verilməklə pozulmuş mülkiyyət hüququ bərpa edilməsi barədə qətnamə qəbul edilmişdir. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, 23 06.2023-cü il tarixdə Beyləqan rayon İcra və Probasiya şöbəsinin aktına əsasən X3 şəhəri, M.Əsədov küçəsi, 55 saylı evdən çıxarılmış və sözügedən ev X6 təhvil verilsə də həmin vaxt ünvan 3 evdə X4 oğlanları Cavabdeh1 və Cavabdeh2 evdən çıxmamışlar və əsas kimi qətnamədə adları olmadığından və İddiaçı tələbində bütün maneələrin aradan qaldırılması sözləri olmadığından cavabdehlərin evdən çıxarılmaları mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində deyililir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ-ci hissəsində nəzərdə tutulur ki, hər kəsin mülkiyyət hüququ var. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İİ-ci nəzərdə tutulur ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Mülki məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmədə müəyyən edildi ki, cavabdehlər həmin evdə qeydiyyatda deyillər. Onların həmin evə mülkiyyət və digər hüquqları yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ünvan 3 evdə İddiaçı pozulmuş mülkiyyət hüquqları bərpa edilməli, bütün maneələrin aradan qaldırılmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 özlərinə məxsus olan əşyaları ilə birlikdə, ünvan 3 evdən çıxarılmalı və həmin sözügedən ev İddiaçı təhvil verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan ünvan 3 evdən əşyaları ilə birlikdə çıxarılsınlar, həmin ev İddiaçı təhvil verilməklə onun həmin evə mülkiyyət hüquqları bərpa edilsin. Cavabdehlər tərəfindən iddiaçıya törədilən maneələr aradan qaldırılsın. Qətnamədən onun surəti tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vastəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-514/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-514/2024
14.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver