Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-85/2024 13.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- "xxxx" MMC-in nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəmədə iddia qaldıraraq Cavabdeh 10264,05 (on min iki yüz altmış dörd manat beş qəpik) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120,79 manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-in nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh 23 fevral 2021-ci il tarixindən "xxxx" MMC-də merçendayzer vəzifəsində çalışmışdır. xx.xx.2022-xx.xx.2022ci il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 10264,05 (on min iki yüz altmış dörd manat sıfır beş qəpik) manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh "xxxx" MMC-yə vurduğu 10264,05 (on min iki yüz altmış dörd manat sıfır beş qəpik) manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Cavabdehin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdehlə aralarında yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün Azərbaycan Respublikasının Mediasiya Şurasına müraciət edimişdir. Lakin cavabdehlə aralarında yaranmış mübahisənin həlli mümkün olmamışdır. Buna görə də, mediator "mediasiya sessiyasında iştirak edilməməsi barədə" xx.xx.2023-cü il tarixli Arayış vermişdir. Odur ki, Cavabdeh 10264,05 (on min iki yüz altmış dörd manat beş qəpik) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120,79 manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İş materiallarına əlavə edilmiş poçt xəbərnamələrindən görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə göndərilən məhkəmə bildiriləri cavabdeh tərəfindən xəbərnaməyə şəxsən imza edilməklə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı "xxxx" MMC-in nümayəndəsi Nümayəndə2 işə qiyabi icraat qaydasında baxılmasına dair məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 23 fevral 2021-ci il tarixindən əmək müqaviləsi bağlanmış, əmək müqaviləsi üzrə vəzifəsi merçendayzer olmuşdur. Həmçinin tərəflər arasında tam maddi məsuliyyət daşınması haqqında 23 fevral 2021-ci il tarixli müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 10264,05 (on min iki yüz altmış dörd manat sıfır beş qəpik) manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10264,05 (on min iki yüz altmış dörd manat beş qəpik) manat məbləğində pul vəsaiti alınıb "xxxx" MMC-yə ödənilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Cavabdeh 23 fevral 2021-ci il tarixindən "xxxx" MMC-də merçendayzer vəzifəsində çalışmışdır. xx.xx.2022-xx.xx.2022ci il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 10264,05 (on min iki yüz altmış dörd manat sıfır beş qəpik) manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdeh "xxxx" MMC-yə vurduğu zərəri ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, "Mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir". İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 120.79 manat Cavabdeh alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10264,05 (on min iki yüz altmış dörd manat beş qəpik) manat məbləğində pul, mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120,79 manat məbləğində pulun alınıb "xxxx" MMC-yə ödənilsin. Qiyabi qətnamə cavabdehə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Beyləqan Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-85/2024
Beyləqan Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(020)-85/2024
13.03.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver