Məhkəmə qərarları › İş №e-2(021)-1020/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1020/2025

21.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1020/2025 21.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs X9 şəxsində X18 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏY YƏ N E TD İ: Ərizəçi İddiaçı maraqlı şəxs X18 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı ərizə ilə müraciət edərək, mərhum atası 27 iyul 2019-cu il tarixdə Bərdə rayonunda vəfat etmiş X2 adına Bərdə rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 2000-ci il tarixli 11 saylı qərarı ilə Bərdə rayonu Qaradəmirçi kəndində ayrılmış 0,26 ha torpaq sahəsinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin Bərdə rayonu Qaradəmirçi kəndi olmasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, atası Musa Fərzəliyev 27 iyul 2019cu il tarixdə vəfat etmişdir. Bərdə rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 2000-ci il tarixli 11 saylı qərarı ilə mərhum atasının adına Bərdə rayon Qaradəmirçi kəndində 0,26 ha torpaq sahəsi ayrılmışdır. X14 24 iyul 2006-cı ildə, bacıları Xuraman Məmmədova xx.xx.2005-ci ildə, Mehriban Həsənova isə 16 avqust 2019-cu il tarixdə vəfat etmişdir. Sağ qalan bacıs Könül İsgəndərova və qardaşı Elçin Fərzəliyev atasından miras qalan 0,26 ha torpaq sahəsinin onun tərəfindən vərəsə olaraq qəbul edilməsinə heç bir etiraz etmirlər və bu haqda heç bir mübahisələri yoxdur. Torpaq sahəsini faktiki olaraq o qəbul etmiş və istifadə edir. Bu faktı şahidlər də təsdiq edə bilər. O, miras əmlakın qəbulu ilə bağlı notariusa müraciət etmiş, notariusdan verilmiş məktubdan mirasın qəbulu üçün müddətin buraxılması və işin həlli üçün məhkəməyə müraciət edilməsi ona bildirilmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs X18 Xidmət Mərkəzi Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, X18 Xidmət Mərkəzi Notariat Ofisinin xüsusi notariusu Bənövşə Əlizadə məhkəməyə məktub göndərərək işdə iştirak etməməsinin üzrlü hesab edib qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib mirasla bağlı hər hansı ixtilaf və mübahisə olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1962-ci ildə Bərdə rayonu Qaradəmirçi kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır. İşə əlavə edilmiş ünvan 2i Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23 fevral 1962-ci il tarixli, AZ031261 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1962-ci ildə anadan olmuş atası X4, anası X5 olmaqla bu barədə doğum haqqında akt qeydlləri kitabında 23 fevral 1962-ci ildə 39 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 noyabr 2024-cü il tarixli, 1614-05/69 nömrəli arayışdan görünür ki, X6 24 iyul 2006-cı ildə ölmüşdür. Bu barədə Bərdə rayon Qaradəmirçi kənd İnzibati Nümayəndəliyi tərəfindən 26 iyul 2006-cı il tarixli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. İşə əlavə edilmiş Bərdə Regional “ASAN Xidmət” X8 tərəfindən verilmiş 27 noyabr 2024-cü il tarixli, 3-16-5/7-69-F-1315/2-25/2024 nömrəli arayışdan görünür ki, X4 27 iyul 2019-cu ildə ölmüşdür. Bu barədə Bərdə Regional “Asan-Xidmət” Mərkəzi tərəfindən 05 avqust 2019-cu il tarixdə 355 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Qaradəmirçi kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 1191 nömrəli, 26 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı bərdə rayonu Qaradəmirçi kəndində yaşayır. İşə əlavə edilmiş Bərdə Rayon Birinci Qaradəmirçi kənd Bələdiyyəsi tərəfindən verilmiş 37 nömrəli, 26 dekabr 2024-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı atası X3 məxsus 0,26 ha əkin torpaq sahəsi İddiaçı istifadəsindədir. İşə əlavə edilmiş Bərdə rayon Qaradəmirçi kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş AZ-İ150274 nömrəli, 03 sentyabr 2005-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 01 sentyabr 2005-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 03 sentyabr 2005-ci il tarixdə 19 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 noyabr 2024cü il tarixli, 1615-05/69 nömrəli arayışdan görünür ki, X11 16 avqust 2019-cu il tarixdə ölmüşdür. Bu barədə Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən 24 avqust 2021-ci il tarixdə 827 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. İşə əlavə edilmiş JN 258 nömrəli, KOD61009018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 2000-ci il tarixli, 11 saylı qərarına əsasən X3 Bərdə Rayonu İ Qaradəmirçi kəndində ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,26 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X18-Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 25 dekabr 2024-cü il tarixli, 3149/2024 nömrəli məktubdan görünür ki, İddiaçı 27 iyul 2019-cu il tarixdə vəfat etmiş mərhum atası X1 qalmış mirasın qəbul olunması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün 25 dekabr 2024-cü il tarixdə Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmiş, ərizəyə cavab olaraq Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı g0ündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi üçün onun mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyü, mirasın qəbul edilməsi müddətinin uzadılması, eyni zamanda miras əmlakın bölüşdürülməsi üçün müvafiq rayon məhkəməsinə müracət edilməli olduğu qeyd edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1275-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin qərarın 10.1-ci bəndinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin qərarın 10.2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. İş materiallarından görünür ki, ərizəçinin atası X7 27 iyul 2019-cu ildə, anası X6 24 iyul 2006-cı ildə, bacıları X10 xx.xx.2005-ci ildə, X11 isə 16 avqust 2009-cu il tarixdə vəfat etmişlər, sağ qalan mərhumun vərəsələri, ərizəçinin bacısı Könül İsgəndərova və qardaşı Elçin Fərzəliyev isə atalarından miras qalmış torpaq sahəsi ilə bağlı hər hansı mübahisə yaratmamışlar və iş materialları ilə Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən 0,26 ha torpaq sahəsinin ərizəçi İddiaçı tərəfindən faktiki idarə edilməklə qəbul edilməsi faktı mübahisəsizdir. Həmçinin, həmin əmlakla bağlı vərəsələr arasında hər hansı ixtilaf və mübahisə yoxdur. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuyuna qiymət verərək belə hesab edir ki, ərizəçi İddiaçı mərhum atası X1 miras qalmış əmlak olan 0,26 ha torpaq sahəsinin atasının ölümündən sonra yəni 27 iyul 2019-cu ildən ərizəçinin sahibliyində və istifadəsində olmasını nəzərə alaraq həmin miras əmlakın onun tərəfindən qəbul etməsi faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə onu da qeyd edir ki, ərizəçi qanunu bilməməzliyindən miras əmlakın qəbulu ilə bağlı rəsmi ərizə ilə notariusa müraciət etməmişdir, lakin miras əmlakı faktiki olaraq qəbul və idarə etmişdir. Buna görə məhkəmə hesab edir ki, ərizəçi tərəfindən mirasın qəbulu ilə bağlı ötürülmüş müddət üzürlü hesab edilərək bərpa edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş olan 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı mərhum atası X1 miras qalmış Bərdə rayonu (İ) Qaradəmirçi kəndində yerləşən 0,26 ha torpaq sahəsinin mərhumun ölümündən sonra yəni 27 iyul 2019-cu ildən ərizəçi İddiaçı tərəfindən mirasın əmlak kimi qəbul edilməsi faktı və vərəsəliyin açılma yerinin Bərdə rayonu Qaradəmirçi kəndi olması müəyyən edilsin və həmin miras əmlakın ərizəçi tərəfindən qəbulu üçün ötürülmüş müddət üzürlü hesab edilərək bərpa edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar