Məhkəmə qərarları › İş №e-2(021)-1232/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1232/2025

02.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1232/2025 02.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X13 Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 nümayəndəsi və vəkili Nümayəndə Bunyat oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 cavabdehlər Bərdə rayon Mirzəcəfərli Bələdiyyəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 X15, iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və “X16” MMC-yə qarşı “hərracən nəticələrinin etibarsiz sayılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 Bərdə rayon Mollagüllər Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlǝr Bərdə rayon Mollagüllər Bələdiyyəsinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hərəkətlərinin qanunsuz hesab edilməklə xx.xx.2024-cü il tarixdə keçirilmiş hərracən nəticələrinin etibarsiz sayılmasına , məhkəmə üçün ödənilmiş 100 manat dövlət rüsumunun, həmçinin hüquqi xidmət üçün ödənilmiş 320 manat xidmət haqqının cavabdehlərdən alınaraq iddiaçıların xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixdə təşkil etdiyi Torpaq müsabiqə və hərracın nəticəsi olaraq, Bərdə rayon Mollagüllər Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 19 saylı iclasında 8 nəfər bəldiyyə üzvündən 5 nəfərinin iştirak etməsi yekununda bu iş üzrə cavabdeh olan bələdiyyə, özünün xx.xx.2023-cü il tarixli 11 saylı iclas qərarı əsasında icarə predmeti müəyyənləşdirdiyi kənd təsərrüfat təyinatlı 40 ha torpaq sahəsinin kənd təsərrüfatı məqsədi ilə icarayə verilməsi üçün hərraca çıxarılması prosedurunun başlandığı bəyan edilərək, sözügedən 40 ha torpaq sahəsinin illik icarə haqqının 5200 (beş min iki yüz) manat müəyyən edilməklə 15 il müddətinə icrayə verilməsi üçün hərracla bağlı Azərbaycan Respublikasının ƏMDK yarında HTA Mərkəzinin Bərdə ərazi torpaq müsabiqə və hərrac komisiyası ilə müqavilə bağlanması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli 22 saylı iclas protokolunda cavabdeh bələdiyyə xx.xx.2024-cü il tarixdə keçirilmiş hərracın nəticələrini müzakirə edərək qərara almışdır ki, Kənd təsərrüfatı təyinatlı torpaqlar İV qrup bonitet balı 39 örüş olan Bərdə rayon Mollagüllər bələdiyyəsinin ərazisində yerləşən 40 ha torpaq sahəsi X16 MMC-yǝ illik icarə haqqı 5720 manata 15 il müddətinə X7 icarəyə verilsin. Bu hərrac barədə iddiaçı olan kənd sakinlərinin məlumatı olmamış yalnız xx.xx.2024-cü il tarixdə hərraca dair şifahi qaydada məlumat almışdırlar. xx.xx.2024-cü il tarixdə iddiaçılar hərracla bağlı sənədlərin vəkil sorğusu vasitəsi ilə əldə edilməsinə qədər mübahisəli torpaq sahəsinin üzərinə həbs qoyulması və həmin torpaq sahəsinə 3-cü şəxslərin giriş çıxışının qadağan edilməsi ilə bağlı (müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizə vermiş olsalar da, Bərdə rayon məhkəməsi MTT –nin təmin olunmamasına dair xx.xx.2024-cü il tarixli qərardad qəbul etmişdir. İddiaçılar cavabdeh bələdiyyə tərəfindən kənddə elan yapışdırılması mümkün olan yerlərdə hərracla bağlı məlumatların vurulmamması və bələdiyənin də buna dair kənd sakinlərini xəbərdar etməməsi kimi halları bələdiyyənin sözügedən hərracı sakinlərə qəsdən xəbər vermədən və ədalətsiz keçirməsini bildirməklə, bu gün məhkəmədə özlərinin pozulmuş hüquqlarının təminini tələb etməkdə haqlıdırlar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişlər. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə Bunyat oğlunun vəsatətinə əsasən Bərdə Rayon Məhkəməsinin 2(021)-1232/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 cavabdehlər Bərdə rayon Mollagüllər Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “hərracən nəticələrinin etibarsiz sayılması” tələbinə dair mülki iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsl cavabdeh olan Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 X18 ilə əvəz edilmiş, və mülki iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir. . İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə Bunyat oğlunun vəsatətinə əsasən Bərdə Rayon Məhkəməsinin 2(021)-1232/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 cavabdehlər Bərdə rayon Mollagüllər Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “hərracın nəticələrinin etibarsiz sayılması” tələbinə dair mülki iş üzrə cavabdeh Bərdə rayon Mollagüllər Bələdiyyəsi əsl cavabdeh Bərdə rayon Mirzəcəfərli Bələdiyyəsi ilə əvəz olunmuşdur. Bərdə Rayon Məhkəməsinin 2(021)-1232/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 cavabdehlər Bərdə rayon Mollagüllər Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “hərracən nəticələrinin etibarsiz sayılması” tələbinə dair mülki iş üzrə “X16” MMC iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı4 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı5 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı7 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı8 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı9 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 nümayəndəsi və vəkili Nümayəndə Bunyat oğlu iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. İş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və “X16” MMC-yə məhkəmə icasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələri üçün hər hansı bir səbəbin olması barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Bərdə rayon Mirzəcəfərli Bələdiyyəsinin və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 X14 nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Onun məhkəmə iclasına gəlməmələrinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Bərdə rayon Mirzəcəfərli Bələdiyyəsinin nümayəndəsi X4 bildirmişdir ki, mübahisəli torpaq sahəsi ümumi istifadə də olan torpaq sahəsi deyil. Həmin torpaq sahəsinin mülkiyyətçisi əvvəldən bələdiyyə olub. Hərrac keçirilən zaman kənd camaatına şifahi formada xəbərdarlıq edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18n Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyat tarixli,********** qeydiyyat nömrəli, **********76 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Bərdə Mollagüllər kəndində yerləşən kənd təsərrüfat təyinatlı 40 ha torpaq sahəsi Bərdə rayon Mollagüllər Bələdiyyəsinin mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Mollagüllər Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 11 saylı iclas Protokolundan görünür ki, Mollagüllər Bələdiyyəsinin ərazisində olan 40.00 ha kənd təsərrüfatı təyinatlı şoran örüş sahəsinin məqsədi, təyinatı ərazinin yerqurluşu təsərrüfat planına və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə verilmədiyindən habelə kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmədiyindən həmin torpaq sahəsinin hərrac yolu ilə heyvandarlığın inkişafı məqsədi ilə icarəyə verilməsi üçün üzərində Bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərar alınmışdır. İş materiallarına əlavə olunmuş Bərdə rayon Mollagüllər Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 19 saylı iclas Protokolundan görünür ki, Mollagüllər Bələdiyyəsinin icarə predmeti olan kənd təsərrüfatı təyinatlı 40.00 ha torpaq sahəsinin kənd təsərrüfatı (heyvandarlıq) üçün 15 (on beş) il müddətinə icarəyə verilməsi məqsədi ilə açıq hərracın keçirilməsi, hərracda 40.00 ha torpağın illik icarə haqqının 5200.00 (beş min iki yüz ) manat müəyyən edilməsi və hərracın keçirilməsi barədə Bələdiyyə ilə Azərbaycan Rrespublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X10 Ərazi Torpaq müsabiqə və harrac komissiyası ilə müqavilə bağlanması qərara alınmışdır. Bundan başqa X1, Samuxli və Qaraqoyunlu bələdiyyələri ilə birləşdirilməsi və yeni yaranan bələdiyyənin Mirzəcəfərli Bələdiyyəsi adlandırılması nəqsədə uyğun hesab edilmişdir. İş materiallarına əlavə olunmuş “X11” publik hüquq şəxsinin Bərdə ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqə və hərracın nəticələri barədə xx.xx.2024-cü il tarixli iclasının 1106 nömrəli xx.xx.2024-cü il tarixli Protokolundan görünür ki, Bərdə rayon ərazisində yerləşən Mollagüllər bələdiyyə dövlət mülkiyyətinə aid 40 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixdə keçirilən müsbiqədə “X16” MMC həracın qalibi olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon Mollagüllər Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 22 saylı iclas Protokolundan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili uzrə Auksion Mərkəzi X18n təşkil etdiyi torpaq müsabiqə və harrac kommisiyasının xx.xx.2024-cü il tarixdə keçirilmiş torpaq hərracının qalibi X16 MMC-yə (təsisçi- X8) Hərracların təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş nəticə protokolu və şəhadətnaməsi nəzərə alınaraq kənd təsərrüfatı təyinatlı bələdiyyə mülkiyyətinə aid olan ümümi istifadə olunmayan örüş torpaqlarına aid olan 40.00 ha torpaq sahəsinin illik icarə haqqı 5720.00 (beş min yeddi yüz iyirimi manat) manat olmaqla, 15 (on beş) il müddətinə X16 MMC-yə (təsisçi- X8) icarəyə verilməsi, sözü gedən torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bələdiyyə ilə hərracın qalibi arasında icarə müqaviləsinin bağlanılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş “X11” publik hüquq şəxsi tərəfindən verilmiş Seriya HTM №006943 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon ərazisində yerləşən Mollagüllər bələdiyyə dövlət mülkiyyətinə aid 40.00 ha torpaq sahəsinin illik icarə haqqı 5720.00 (beş min yeddi yüz iyirimi manat) manat olmaqla, 15 (on beş) il müddətinə X16 MMC-yə (təsisçi- X8) icarəyə verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Heyvandarlığın inkişafı məqsədilə hərrac yolu ilə icarəyə verilməsi nəzərdə tutulan Bərdə rayonu Mollagüllər kəndində yerləşən 40,0 ha torpaq sahəsinin ayrılmasına dair xx.xx.2025-ci il tarixli №3-21-3\2-4977\2024 saylı Rəyindən görünür ki; -Bərdə rayonu Mollagüllər bələdiyyəsinin mülkiyyətində olan hərrac yolu ilə icarəyə verilməsi nəzərdə tutulan 40,0 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqları (örüş) kateqoriyasına aiddir. Torpaq sahəsi icarə predmetidir. -Torpaq sahəsi X-688275.98, Y-4484944.95; X-687758.78, Y-4484388.39; X- 688421.32, Y-4484688.37; X-688095.33, Y-4484752.08. koordinatlarda yerləşir. -Bələdiyyə tərəfindən təqdim olunan sənədlərə əsasən hərrac yolu ilə icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinin ayrılması yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin ərazi planlaşdırılması sənədlərinə, kateqoriya və məqsədli istifadə təyinatına uyğundur. Torpaq sahəsi başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilməmişdir, üzərində məhdudiyyət (yüklülük) mövcud deyildir. -Torpaq sahəsi elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmir. -Bərdə rayonu Mollagüllər bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 03 nömrəli müraciətini nəzərə alaraq, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ nömrəli Qanunu ilə təsdiq olunmuş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqları (örüş) kateqoriyasına aid olan 40,0 ha torpaq sahəsinin heyvandarlığın inkişafı məqsədilə müvafiq ərazidə torpağın ayrılması ilə bağlı mövcud texniki normalar nəzərə alınmaqla və ilkin icarə qiyməti torpaq vergisinin 2 mislindən az olmamaq şərtilə bazar qiyməti əsasında müəyyən edilərək hərrac yolu ilə icarəyə verilməsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti etiraz etmir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquq şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən vəkilin sorğusuna əsasən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, sorğuda qeyd edilən Mollagüllər kəndi ərazisində yerləşən 40.0 ha kənd təsərrüfatı teyinatlı torpaq sahəsi xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəsilə "xxxx" KF MMC-nin xeyrinə icarə hüququ ilə (xx.xx.2024-xx.xx.2039) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquq şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, sorğuda qeyd edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********76 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla Bərdə rayon Mollagüllər bələdiyyəsinin mülkiyyətinə verilmiş 40.0 ha torpaq sahəsi, elektron məlumat bazasında mövcud H.Hacıyev təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və TEKUİS məlumat bazasına əsasən kənd təsərrüfatlı təyinatlı şoran örüş sahəsidir. Mollagüllər bələdiyyəsinin 12 iyul 2023-cü il tarixli 24 saylı məktubu və bələdiyyənin 12 iyul 2023-cü il tarixli 11 saylı iclas protokolundan çıxarışa əsasən ümumi istifadəli torpaq sahəsinə aid olmayan şoran örüş sahəsindən ayrılmışdır. Hal-hazırda həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı şoran örüş sahəsi olmaqla təyinatı dəyişdirilməmişdir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçılar tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş üzrə şahid qismində iştirak edən X2 bildirmişdir ki, hərracın keçirilməsi zamanı bələdiyyənin üzvü olub. Hərracın keçirilməsindən heç bir bələdiyyə üzvünün, həmçinin onun xəbəri olmayıb. Həmin torpaq sahəsi ümümi kənd camaatının istifadəsi üçün olub. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, Bərdə Mollagüllər kəndində yerləşən kənd təsərrüfat təyinatlı 40 ha torpaq sahəsi Bərdə rayon Mollagüllər Bələdiyyəsinin mülkiyyətindədir. Həmin torpaq sahəsi ehtiyyat fondu torpaqlarına daxildir. Mollagüllər Bələdiyyəsinin icarə predmenti olan kənd təsərrüfatı təyinatlı 40.00 ha torpaq sahəsinin kənd təsərrüfatı (heyvandarlıq) üçün 15 (on beş) il müddətinə icarəyə verilməsi məqsədi ilə açıq hərracın keçirilməsi, hərracda 40.00 ha torpağın illik icarə haqqının 5200.00 (beş min iki yüz ) manat müəyyən edilməsi və hərracın keçirilməsi barədə Bələdiyyə ilə Azərbaycan Rrespublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X10 Ərazi Torpaq müsabiqə və harrac komissiyası ilə müqavilə bağlanması qərara alınmışdır və xx.xx.2024-cü il tarixdə keçirilən müsabiqədə “X16” MMC həracın qalibi olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mübahisə ilə bağlı aşağıdakı hüquq normalarının tətbiqini zəruri bilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin Məcəllənin 12-ci maddəsinin 3-cü bəndinə əsasən kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Ehtiyat fondu torpaqları dövlət və bələdiyyə ehtiyat torpaqlarından ibarətdir. Bələdiyyələrin ehtiyat fondu torpaqlarına bu Məcəllənin 47-ci maddəsinin 5-ci bəndi ilə müəyyən olunmuş torpaqlar aid edilir. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən:

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.[45]

4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir.

5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.

6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.

7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır Həmin Məcəllənin 16-cı maddəsinin 3-cü bəndinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununu 2.1-ci bəndinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 2.2-ci bəndinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Həmin Qanunun 6.3- ci bəndinə əsasən Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanunun 7.2-ci bəndinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Məhkəmə qeyd edir ki, iddia predmeti olan torpaq sahəsi bələdiyyənin ehtiyat torpaq fonduna daxil olan, kənd təsərrüfat təyinatlı torpaq sahəsidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquq şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan da görünür ki, həmin torpaq sahəsi ümumi istifadədə torpaq sahəsinə aid deyildir. Kənd camaatının ümumi torpaq sahəsindən istifadə etmək hüququ vardır. Lakin mübahisəli torpaq sahəsi ümumi istifadə də olan torpaq sahəsinə aid olmadığından iddiaçıların hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Məhkəmə qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşdən göründüyü kimi iddiaçıların hazıkı iddianı qaldırmaq üçün subyektiv hüquqları yoxdur. Buna görə də iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqlarının və X6 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, idia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası MPM-in 119.1-cİ maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 cavabdehlər Bərdə rayon Mirzəcəfərli Bələdiyyəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 X15, iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və “X16” MMC-yə qarşı “hərracən nəticələrinin etibarsiz sayılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar