Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1351/2023 20.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı MMC -nin Cavabdeh qarşı “ borc” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilə vurulmuş 3020 manat məbləğində ziyan pulu və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 51 manat məbləğində dövlət rüsumu olan pulun, yekunda 3071 manat pulun tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC tərəfindən qeydiyyat nişanı **-PN-*** olan, sedan tipli, buraxılış ili 2017, rəngi tünd boz olan “RAVON NEXİA R3 MİNİK” markalı avtonəqliyyat vasitəsi Cavabdeh icarəyə verilmişdir. 01 dekabr 2021ci il tarixində İddiaçı MMC-yə lisenziyalı taksi fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edən, hazırki mülki iddia tələbi üzrə Cavabdeh ilə İddiaçı MMC arasında **-PN-*** qeydiyyat nişanlı, sedan tipli, tünd boz rəngli, “RAVON NEXİA R3 minik ” marka modelli xidməti avtomaşının 01 dekabr 2021-ci il tarixindən verildiyi vaxtdan 30 (otuz) ay müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır və avtomaşın onun, yəni Cavabdeh istifadəsinə təqdim edilmişdir. Cavabdeh tərəfindən etibarnamə əsasında idarə edilən **-PN-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixində Sabunçu rayonu ərazisində hərəkət edərkən idarəetməni itirmiş və yol nəqliyyat hadisəsi baş vermişdir. Qəzanın Cavabdeh günahı ucbatından törədildiyi özünün imzası ilə təsdiqlənmiş xx.xx.2022-ci il tarixli izahatında da əksini tapmışdır. Həmin izahatda cavabdeh qeyd etmişdir ki, hadisə onun təqsiri ucbatından baş vermişdir və nəticədə İddiaçı MMC-ə külli miqdarda ziyan dəymişdir. Habelə sözügedən mətndə cavabdeh tərəfindən vurğulanan məqamlardan biri də budur ki, o, polis əməkdaşları gəlib hadisəni qeydə almamış hadisə yerindən uzaqlaşmışdır. Cavabdeh izahatında avtomobili xx.xx.2022-ci il tarixinə qədər öz hesabına təmir etdirməyi, əks halda hüquq-mühafizə orqanları qarşısında qanunvericiliyə uyğun qaydada məsuliyyət daşıyacağını öhdəliyinə götürür. Hadisədən sonra hazırlanmış qüsur aktına əsasən cavabdehin törətdiyi qəzadan sonra avtomobilə 3020 manat məbləğində zərər dəymişdir. Cavabdehin qəzadan sonra hadisə yerindən uzaqlaşması səbəbi ilə baş vermiş yol-nəqliyyat hadisəsi polis əməkdaşları tərəfindən qeydə alına bilinməmiş, beləcə tərəfimizdən hadisə barədə protokolun əldə edilməsi qeyri-mümkün olmuşdur. Bundan sonra İddiaçı MMC-nin rəhbərliyi və əməkdaşları tərəfindən uzun müddət və dəfələrlə sürücü Cavabdeh müraicət edilərək Cəmiyyətə vurduğu zərərin əvəzinin ödənilməsi, yaxud izahatında göstərdiyi kimi avtomobili öz hesabına təmir etdirməsi tələb edilsə də, o bütün bunlara əhəmiyyət verməyərək məqsədli şəkildə avtomaşına və cəmiyyətə vurduğu zərəri ödəməkdən imtina etmişdir. Bunu cavabdehə göndərilən xx.xx.2023- cü il tarixli sonuncu xəbərdarlıq da təsdiq edir. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. İddiaçı MMC -nin nümayəndəsi Kamran Abdullayev məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və işə baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olmasına dair hər hansı sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıənın nümayəndəsini izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1306/İ Nəqliyyat vasitəsinin icrə müqaviləsinin surətindən görünür ki, **-PN-*** qeydiyyat nişanlı, sedan tipli, tünd boz rəngli, “RAVON NEXİA R3 minik ” marka modelli xidməti avtomaşın 01 dekabr 2021-ci il tarixindən verildiyi vaxtdan 30 (otuz) ay müddətinə Cavabdeh icarəyə verilmişdir. Mülki işə əlavə edilmiş Qüsur Aktından görünür ki, “RAVON R3” minik markalı **-PN- *** qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 3020 manat məbləğində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş Cavabdeh tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli Qəbzdən görünür ki, o, “RAVON” minik markalı **-PN-*** qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2022-ci il tarixdə qəza törətdiyini, qəzanın baş verməsində özünün günahkar olduğunu, polis əməkdaşlarının gəlmədiyini, avtomobili götürüb öz yaşağıdı ünvana apardığını , Ulduz Taksi” şirkətinə küllü miqdarda ziyan vurduğunu , avtomobili xx.xx.2022ci il tarixədək düzəltirəcəyinə dair söz vermişdir. Mülki işə əlavə edilmiş ADN155183 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2017-cİ il buraxılışlı “RAVON NEXİA R3 minik” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, XWBTF69V9HA047023 ban nömrəli, tünd boz rəngli avtomobil "xxxx" MMC-nə məxsusdur. Mülki işə əlavə edilmiş "xxxx" MMC "Öhdəlikləri ötürən” ilə İddiaçı MMC "Öhdəlikləri qəbul edən” arasında bağlanmış xx.xx.2019-cu il tarixli № MAS-215 nömrəli Öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, "xxxx" MMC "Öhdəlikləri ötürən” arasında bağlanmış 16 fevral 2018-ci il tarixli, MAS 215 saylı X1 üzrə İddiaçı MMC bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən 51,00 manat dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 avqust 2023-cü il tarixli 9/4568 saylı Ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı "Ravon Nexia R3" minik markalı, 90-PN- 951 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2748,00 manat müəyyən edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1306/İ Nəqliyyat vasitəsinin icrə müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən qeydiyyat nişanı **-PN-*** olan, sedan tipli, buraxılış ili 2017, rəngi tünd boz olan “RAVON NEXİA R3 MİNİK” markalı avtonəqliyyat vasitəsi Cavabdeh icarəyə verilmiş və avtomobil Cavabdeh istifadəsinə təqdim edilmişdir. Cavabdeh **-PN-*** qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş və avtomobilə ziyan dəymişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli qəbz yazaraq xx.xx.2022-ci il tarixdə qəza törətdiyini, qəzanın baş verməsində özünün günahkar olduğunu, polis əməkdaşlarının gəlmədiyini, avtomobili götürüb öz yaşağıdı ünvana apardığını , Ulduz Taksi” şirkətinə küllü miqdarda ziyan vurduğunu , avtomobili xx.xx.2022-ci il tarixədək düzəltirəcəyinə dair söz vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, İddiaçı MMC -yə məxsus “**-PN-*** qeydiyyat nişanlı, sedan tipli, tünd boz rəngli, “RAVON NEXİA R3 minik ” marka modelli avtomobilə dəymiş ziyan 3020 dəyərində müəyyən olunmalı, Cavabdeh 3020 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 51,00 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3020 (üç min iyirmi) manat tutularaq İddiaçı MMC - yə ödənilsin. Cavabdeh ödənilmiş 51,00 manat manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Məhkəmə Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(021)-1351/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1351/2023
20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver