Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1380/2025 14.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı TuranBank ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı TuranBank Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “fərdi yaşayış evini boşaldılması və TuranBank ASC-yə təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı TuranBank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən TuranBank ASC-nin mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin (Reyestr nömrəsi -**********40-10301) boşaldılması və qeyd olunan əmlakın TuranBank ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı TuranBank ASC iddia tələbini belə əsaslandırmışdır ki, TuranBank ASC Cavabdeh və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borc məbləğinin tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(115)-44/2021 saylı icra vərəqəsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh məxsus olan ünvan 2i ünvanında xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 50000 (əlli min) manat müəyyən edilməsi və fərdi yaşayış evinin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına banka olan borcunun ödənilməsi qət edilmişdir. Əmlak Bərdə rayon icra Şöbəsinin sifariş mətubuna əsasən "xxxx" MMC tərəfindən hərraca çıxarılmış, hərracda satılmadığına görə Banka təklif olunmuşdur. TuranBank ASC tərəfindən fərdi yaşayış evinin alınması təklifi qəbul edilmiş və buna uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın reyestr nömrəsi **********40-10301, qeydiyyat nömrəsi ********** çıxarışa əsasən yuxarıda göstərilən əmlak mülkiyyət hüququ əsasında TuranBank ASC-nin adına rəsmiləşdirilmişdir. İddiaçı TuranBank ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “X1” Əmlak Hərrac Mərkəzi MMC müqaviləsindən görünür ki, sifarişçi Bərdə rayon icra Şöbəsi, Hərracın təşkilatçısı qalib alıcı TuranBank ASC arasında müqavilə imzalanaraq, müqavilədə göstərilmişdir ki, ipoteka predmeti olan, ilkin dəyəri 70.000 (yetmiş min) manat məbləğində müəyyənləşdirib, X4 məxsus olan TuranBank ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 3 ünvanında yerləşən 3 otaqlı 77.28 kv/m ümumi sahəsi olan fərdi yaşayış evi və ipoteka predmeti olan, ilkin satış dəyəri 50.000 manat məbləğində müəyyənləşdirilən, Cavabdeh məxsus TuranBank ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 2ində yerləşən fərdi yaşayış evi satılan əmlak olmaqla, hərracın keçirilməsinə əsas-Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-44/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Bərdə rayon İcra Şöbəsi tərəfindən verilmiş 252396/10 saylı, xx.xx.2022-ci il tarixli sifarişi olmuşdur. xx.xx.2025-ci il tarixli TuranBank ASC-nin Problemli Kreditlərlə İş Departamentinin Cavabdeh ünvanlanmış məktubundan görünür ki, TuranBank ASC-yə ipoteka qoyulmuş ünvan 2i ünvanında yerləşən Fərdi yaşayış evi Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(115)-44/2021 saylı icra vərəqəsi əsasında hərraca çıxarılmış, hərracda satılmadığı üçün Banka təklif edilmiş və Bank tərəfindən borcun əvəzinə mülkiyyət götürülmüşdür. Hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın reyestr nömrəsi **********40-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən fərdi yaşayış evi TuranBank ASC-nin mülkiyyətindədir. Yuxarıda göstərilənlərə əlaqədar olaraq ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evini 10(on) gün müddətinə boşaldılaraq könüllü şəkildə Banka təhvil verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh xx.xx.1986-cı il tarixdə Bərdə rayonu Mehdili kəndində anadan olmuşdur. Qeydiyyat ünvanı ünvan 6muş Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e- 2-2(115)-44/2021 saylı qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri ilə uzlaşmırsa, məhkəmə üçün hüquqi dəyərləndirmə artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına zərurət olmur. Göründüyü kimi, borclu bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmiş və TuranBank ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə istinadən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. MM-nin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evi Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(115)-44/2021 saylı icra vərəqəsi əsasında hərraca çıxarılmış, hərracda satılmadığı üçün Banka təklif edilmiş və Bank tərəfindən borcun əvəzinə mülkiyyət götürülmüşdür. Hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın reyestr nömrəsi **********40-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən fərdi yaşayış evi TuranBank ASC-nin mülkiyyətindədir. Lakin əmlak cavabdeh tərəfindən boşaldılmamış və iddiaçıya təhvil verilməmişdir. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. MM-in 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. MM-in 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanununun 36.2-ci maddəsinə uyğun olaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Cavabdeh tərəfindən ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evi boşaldılmalı və əmlak TuranBank ASC-yə təhvil verilməlidir. MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 220.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı TuranBank ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: 1.İddia təmin edilsin. 2.Cavabdeh tərəfindən TuranBank ASC-nin xüsusi mülkiyyətində olan ünvan 7i ünvanında yerləşən fərdi yaşayış evi (reyestr nömrəsi-**********40-10301, qeydiyyat nömrəsi **********) boşaldılsın və qeyd olunan əmlak TuranBank ASC-yə təhvil verilsin.
3. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı TuranBank ASC-nin xeyrinə ödənilsin. 4.Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (Elektron məkəmə sistemində yaradılmış elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. 5.Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev