Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1455/2025 29.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh və onun vəkili X14 iştirakları ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs X7 qarşı “vərəsələr üzrə payların müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏY YƏ N E T D İ: İddia tələbi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci ildə vəfat etmiş X2nun vərəsəsi kimi tanınması, Bərdə rayon Mustafaağalı kəndində yerləşən X2na məxsus fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinin ¼ hissəsinin vərəsələri olaraq paylarının müəyyən edilməsi, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi kimi tanınması və ona məxsus Bərdə rayonu Mustafaağalı kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ¼ hisssinin vərəsə olaraq paylarının müəyyən edilməsi, mərhum X2 və mərhum anası X10 məxsus Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən 2.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə vərəsələri olaraq paylarının müəyyən edilməsinə və dövlət rüsumu olaraq ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1996-cı il tarixdə Bərdə rayonu Mustafaağalı kəndində anadan olmuşdur. X2 xx.xx.2017-ci il tarixdə, anası X18 xx.xx.2023-cü il tarixdə vəfat etmişlər. Ondan başqa ailə üzvlərindən qardaşı xx.xx.1986-cı il təvəllüdlü Cavabdehdur. Atasından miras olaraq qalan mülkiyyətində Bərdə rayonu Mustafaağalı kəndində yeləşən fərdi yaşayış evi tam, o cümlədən torpaq sahəsi olaraq ¼ hissəsi, həmçinin Bərdə rayonu Mustafaağalı kəndində yerləşən 2.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. X1 miras olaraq qalan mülkiyyətində Bərdə rayonu Mustafaağalı kəndində yerləşən fərdi yaşayış evinin yerləşən torpaq sahəsinin ¼ hissəsi və Bərdə rayonu Mustafaağalı kəndində yerləşən 2.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi birgə mülkiyyət üzrə paylı mülkiyyətdir. Mərhum X2 və mərhum X1 yeganə varisləri o, və cavabdeh qardaşı Cavabdeh miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisə edir. Cavabdeh onun mirasdan pay əldə etmək hüququnun olmadığını bildirir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Məhkəməyə müraciət etməmişdən əvvəl Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon Asan Xidmət mərkəzində notariat Ofisinə müraciət etmiş, xüsusi notarius 10 fevral 2025-ci il tarixli 377 və 378 nömrəli məktublarla bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Odur ki, mirasın bölüşdürülməsi haqqında mübahisəni həll edilənədək vərəsəlik şəhadətnaməsi verilməsi mümkün deyildir. Cavabdeh olaraq göstərdiyi qardaşı Cavabdeh miras əmlakın bölüşdürülməsi təklifini rədd edib və miras əmlakdan onun payının olmadığını bildirərək münaqişə yaradır. Hesab edir ki, mərhum X2 və mərhum X1 miras qalmış əmlakları üzrə payları müəyyən edilərək bölüşdürülməlidir. Tərəflərin izahatı İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X4 və xx.xx.2023-cü il tarixdə vəfat etmiş X9 yeganə vərəsəsi İddiaçı və Cavabdehdur. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək məhkəmədən mülki işə ədalətli baxılmasını, əlavəsi olmadığını bildirdi. Cavabdehin vəkili X20 məhkəmə iclasında izahat verərək miras paydan vərəsələr arasında payların müəyyən edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs Bərdə rayon Asan Xidmət mərkəzini Notariat Ofisinin nümayəndəsi X16 məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək maraqlı şəxsə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə iddiaçının, iddiaçının nümayəndəsinin, cavabdehin və cavabdehin vəkilinin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Seriya AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdə Bərdə rayonu Mustafaağalı kəndində anadan olmuşdur. Bərdə rayonu Mustafaağalı kəndində yaşayır. xx.xx.2025-ci il tarixli 377/2025 saylı X30 Xidmət Mərkəzində Notariat ofisinin məktubundan İddiaçı məhkəməyə müraciət edilməsi bildirilmişdir. xx.xx.2025-ci il tarixli 3-21-3-46/2-569/2025 saylı 7 saylı Bərdə Ərazi İdarəsinin məlumat məktubundan görünür ki, X4 adına Bərdə rayonu Mustafaağalı kəndində yerləşən fərdi yaşayış evi tam və 0.29 ha torpaq sahəsi ¼ hissə ilə X18, Cavabdeh və X3 adına xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X15, X17, Cavabdeh adına Bərdə rayonu Mustafaağalı kəndində yerləşən 2.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. . xx.xx.2025-ci il tarixli nikah haqqında şəhadətnamənin çıxarışından görünür ki, X5 ilə X11 arasında xx.xx.1971-ci il tarixdə 04 saylı nikah aktı qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X15 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında qeydlər kitabının 2017-ci il tarixli 0103 səhifəsində 05 saylı qeyd aparılmışdır. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X18 xx.xx.2023-cü il tarixdə Mustafaağalı kəndində şəkərli diabet xəstəliyindən vəfat etmişdir. Bu barədə ölüm haqqında qeydlər kitabının 2023-cü il tarixli 1907 səhifəsində 670 saylı qeyd aparılmışdır. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. X2, anası X12r. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X13 xx.xx.1996-cı ildə Bərdə rayonu Mustafaağalı kəndində anadan olmuşdur. X2, anası X12r. Tətbiq edilən hüquq Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 1282.1. Əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin. 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi İş üzrə müəyyən olunur ki, mərhum X4 və X6 qanun üzrə vərəsələri onların övladları Cavabdeh və İddiaçıdır. Bu səbədən Bərdə rayon Mustafaağalı kəndində yerləşən X8 məxsus fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinin ¼ hissəsinə münasibətdə İddiaçı və Cavabdeh ½ hissədə payları, X10 məxsus Bərdə rayonu Mustafaağalı kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ¼ hissəsinə münasibətdə İddiaçı və Cavabdeh ½ hissədə payları müəyyən edilməli və X15 və X10 məxsus Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən 2.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində isə İddiaçı və Cavabdeh ½ hissədə payları müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia qismən təmin edildiyindən qalıq 50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:
İddia qismən təmin edilsin. Bərdə rayon Mustafaağalı kəndində yerləşən X8 məxsus fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinin ¼ hissəsinə münasibətdə İddiaçı və Cavabdeh ½ hissədə payları müəyyən edilsin. X10 məxsus Bərdə rayonu Mustafaağalı kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ¼ hissəsinə münasibətdə İddiaçı və Cavabdeh ½ hissədə payları müəyyən edilsin. X15 və X10 məxsus Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən 2.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı və Cavabdeh ½ hissədə payları müəyyən edilsin. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron qaydada) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev