Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1465/2024 30.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X9 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra cavabdeh və ya Bank "xxxx" ASC), Azərbaycan Respublikası X2 Əmlak X8 Məsuliyyətli Cəmiyyətinə (bundan sonra cavabdeh və ya Cavabdeh3 MMC) və Cavabdeh1nə qarşı “X6 barədə xx.xx.2023-cü il tarixli, 255/23 saylı protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq X2 Əmlak Hərrac Mərkəzi MMC tərəfindən tərtib edilmiş “X6 barədə xx.xx.2023-cü il tarixli, 255/23 saylı yekun protokolun və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu X7 tərəfindən “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 8İ-13058 nömrəli İcra qeydi verilərək onun icrası Cavabdeh1nə həvalə edilmişdir. İcra qeydində göstərilir ki, “ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan – AZ 1025, ünvan 1 ünvanında yerləşən Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti-Vöen: ********** tələbi ilə ipoteka qoyan – ünvan 2 ünvanında qeydiyyatda olan Maraqlı şəxs (AA 3659710, xx.xx.2022 – Asan 1; FİN: xxxxxxx; d/t: xx.xx.1962), ünvan 3i ünvanında qeydiyyatda olan İddiaçı (AA 3032906, xx.xx.2021 – Asan – Bərdə; FİN: xxxxxxx; d/t: xx.xx.1988) məxsus ipoteka predmeti olan 0.05 ha olan torpaq sahəsi və onun üzərində yerləşən 154.6 kv.m. ümumi sahəsi olan və Bərdə rayonu Türkmən kəndində fərdi yaşayış evi ünvanında yerləşən əmlaka tutma yönəldilsin. (Öhdəliyi müəyyən edən DENGZ-00105-14/22A müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 32109.62 AZN əsas borc, 3260.05 AZN faiz borcu, 1605 AZN dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 36974.67 AZN təşkil edir.”) Həmin İcra qeydinə əsasən Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərar qəbul edilmiş (İcra məmuru Məhəmmədəli Qasımzadə) və həmin şöbə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 131738/10 saylı sifariş əsasında ipoteka ilə yüklü edilmiş ünvan 5i ünvanında olan ona məxsus 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən ona məxsus olan 154,6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə dair açıq hərrac keçirilməsi Azərbaycan Respublikası X2 Cavabdeh3 MMC-yə həvalə edilmişdir. Həmin MMC tərəfindən 19 sentyabr 2023-cü il tarixdə keçirilmiş ilkin hərrac iştirakçılar olmaması səbəbindən baş tutmamış, odur ki, yuxarıda göstərilən əmlakım ilkin satış qiymətindən 15% aşağı qiymətdə olmaqla 06 oktyabr 2023-cü il tarixində təkrar açıq hərraca çıxarılmışdır. Lakin iştirakçıların olmaması səbəbindən təkrar hərrac da baş tutmamışdır. Odur ki, Cavabdeh3 MMC onun həmin əmlaklarını təkrar hərracdakı satış qiymətindən 25%-dən az olmayan qiymətə, yəni 31875 manata almağı ipoteka saxlayan "xxxx" ASC-yə 09 oktyabr 2023-cü il tarixli, 2082/23 saylı “İpoteka predmetinin əldə edilməsi barədə” Təkliflə bildirmişdir. İpoteka saxlayan "xxxx" ASC təklifi qəbul etmiş və X2 Cavabdeh3 MMC-nin “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” X6 barədə 16 oktyabr 2023-cü il tarixli, 255/23 saylı Protokoluna əsasən ipoteka predmeti olan əmlak, yəni Maraqlı şəxs məxsus olmaqla Bərdə rayonu Türkmən kəndi ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 154,6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi cəmi 31875 manata "xxxx" ASC-yə satılmışdır. Hərracı keçirilməsini və tərtib edilmiş “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” Protokolu qanunsuz hesab edir. Hərrac keçirən X2 Cavabdeh3 MMC-nin keçirdiyi hərrac əslində açıq deyil, gizlin (xəlvəti) keçirilmiş hərrac olmuşdur, formal xarakter daşınmışdır və nə ona, nə də notariusun İcra qeydi üzrə digər borclu Maraqlı şəxs nə ilkin, nə də təkrar hərracın keçirilməsi yeri, vaxtı və şərtləri barədə qanunla müəyyən edilmiş qaydada hər hansı bir məlumat verilməmişdir. Hətta “İpoteka predmetinin əldə edilməsi barədə” 09 oktyabr 2023-cü il tarixli Təklifinin surətini də MMC onlara göndərməmişdir. Bundan başqa ipoteka predmeti olan 0.05 ha olan torpaq sahəsi və onun üzərində yerləşən 154.6 kv.m. ümumi sahəsi olan və Bərdə rayonu Türkmən kəndi ünvanında yerləşən fərdi yaşayış evi həddindən artıq aşağı qiymətə hesablanmışdır. Halbuki, həmin evin bü günki bazar dəyəri 100000 (bir yüz min) manat təşkil edir və bu onu göstərir ki, həmin evin likvid dəyəri və bazar dəyəri arasında kəskin fərq var. Odur ki, “Notariusun İcra qeydinin ləğv edilməsinə dair” və "xxxx" ASC-yə qarşı “borc məbləğinin mübahisələndirilməsinə dair” müstəqil iddiaları indiyədək müvafiq məhkəmələrdə qaldırmamışdır. Lakin ən qısa müddətdə bu iddiaları məhkəmələrdə qaldıracaq. Cavabdeh1 onun iddia ərizəsi üzrə ona görə cavabdehlik daşımalıdır ki, ipoteka predmetinin açıq hərracda satılmasının sifarişçisi olmuş, həm də bu sifarişi verərkən notariusun İcra qeydinə zəruri sənədlərin (notarus tərəfindən mənə əvvəlcədən bildiriş göndərilməsini və həmin bildirişin tərəfimdən alınmasını təsdiq edən sənədlər) surətinin əlavə edilməsinə əhəmiyyət vermədən açıq hərrac keçirilməsini sifarişini vermiş və Hərracın yekununa dair Protokola imza etmişdir. Cavabdeh3 MMC onun iddia ərizəsi üzrə ona görə cavabdehlik daşımalıdır ki, hərracın təşkilatçısı olaraq həmin açıq hərracı qanun pozuntuları ilə keçirmiş və Hərracın yekununa dair Protokola imza etmişdir. "xxxx" ASC onun iddia ərizəsi üzrə ona görə cavabdehlik daşımalıdır ki, qanun pozuntuları ilə, həm də formal keçirilmiş açıq hərracdan ipoteka predmetini (həmin əmlakımı) almış və qanunsuz sahiblik edir, Hərracın yekununa dair Protokola imza etmişdir. Bərdə regional “ASAN xidmət” mərkəzi notariat ofisi nəzərə almamışdır ki, ona cavabdeh "xxxx" ASC tərəfindən kredit biznes məqsədilə ilə verilmişdir. Bu isə “Mediasiya” prosesindən keçməli idi. Bunun özü isə ciddi pozuntu hesab olunur. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh1 cavabdeh qismində işə əlavə edilməsini və X2 Əmlak Hərrac Mərkəzi MMC tərəfindən tərtib edilmiş “X6 barədə xx.xx.2023-cü il tarixli, 255/23 saylı yekun protokolun və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil İddiaçı göstərdiklərini bir daha təsdiq edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X4 iddianı qəbul etməyərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə hərracın keçirilməsinə dair protokol tərtib olunmuşdur. Bütün sənədlər iddiaçıya təqdim edilmişdir. "xxxx" ASC-nin mülkiyyətində olan evdən çıxarılması ilə bağlı xx.xx.2023-cü ildə iddiaçının izahatı alınmışdır. İddiaçı öz izahatında bildirmişdir ki, şikayət verəcəkdir. xx.xx.2024-cü ildə iddiaçının yaşadığı ünvana gedilmiş, lakin həmin ünvanda olmamış, növbəti baxış və proses xx.xx.2024-cü ilə təyin edilmiş, lakin yenədə İddiaçı evdə olmamışdır. Hərrac mərkəzinə hərracın keçirilməsi ilə bağlı sifarişi icra şöbəsi verir. Lakin hərracın keçirilməsi ilə bağlı bildirişin çatdırılıb-çatdırılmaması icra şöbəsinin deyil, hərrac komitəsinin vəzifəsidir. Cavabdeh3 MMC-nin hüquqşunası Aybəniz Vəzirli məhkəməyə etiraz-mülahizə göndərərək göstərmişdir ki, İddiaçı cavabdehlər "xxxx" ASC-nə və "xxxx" MMC-nə qarşı “xx.xx.2023-cü il tarixli hərracın yekunları barədə 2551/23 saylı protokolun etibarsız hesab edilməsi tələbinə dair" iddia ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 2551/23 saylı yekun protokolun və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə" qətnamə qəbul olunmasını xahiş etmişdir. Hesab edirlər ki, iddia tələbi əsassızdır. Belə ki, hazırkı etiraz mülahizələrinə əlavə edilən Bərdə Rayon İcra Şöbəsindən Cavabdeh3 MMC-yə ünvanlanmış 131738/10 saylı, xx.xx.2023-cü il tarixli (daxil olma xx.xx.2023-cü il) sifariş məktubundan görünür ki, Bərdə rayonu Notariat ofisinin 13058 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən, ünvan 7i ünvanında olan 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən 154.6 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda satılması Cavabdeh3 MMC-yə sifariş olunmuşdur. Sözügedən hərrac sifarişi üzrə ilkin hərracın keçirilməsi 19 sentyabr 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, o cümlədən borclular Maraqlı şəxs Bərdə şəhəri Koroğlu küçəsi ev 30 və ünvan 3i ünvanlarına, İddiaçı ünvan 3i ünvanına və tələbkar "xxxx" ASC-nə 1835/23 saylı, xx.xx.2023-cü il tarixli bildiriş göndərilmişir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi olan "Birjanyus” X3 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E- herrac.com”) yerləşdirilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasına dair” 19 sentyabr 2023-cü il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 19 sentyabr 2023-cü il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin əmlak ilkin satış qiymətindən 15% aşağı qiymətə olmaqla 06 oktyabr 2023-cü il tarixinə, saat 10:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X3 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com") yerləşdirilmişdir. Sözügedən tarixə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Hərracın təşkilatçısı tərəfindən xx.xx.2023-cü il tarixə, saat 10:00-a (növbəli qaydasında) təyin edilmiş hərracın baş tutmaması barədə məlumat “Birjanyus” X3 (Portalında) (www.birjanews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) dərc olunmuşdur. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “təkrar hərracın keçirilməsinə dair” xx.xx.2023- cü il tarixli, 1989/23 saylı bildirişin surətindən görünür ki, təkrar hərrac barədə tərəflərə müvafiq məlumat verilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasına dair” 06 oktyabr 2023-cü il tarixli protokolun surətindən görünür ki, 06 oktyabr 2023-cü il tarixinə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (eherrac.com) yerləşdirilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən xx.xx.2023-cü il tarixli, 2082/23 saylı “ipoteka predmetinin əldə olunmasına dair” təklifdən görünür ki, yuxanda göstərilən ipoteka predmeti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipotekasaxlayana təklif olunmuşdur. İpoteka saxlayan "xxxx" ASC xx.xx.2023-cü il tarixli, İH-2023/4331 nömrəli məktubla ipoteka predmetini təklif edilən qiymətə əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən “X2” nəzdində “Əmlak Hərrac Mərkəzi" MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 255/23 saylı “X6 barədə Protokol” tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə Cavabdeh3 MMC-nin 2107/23 saylı, xx.xx.2023-cü il tarixli məktubuna qoşma ilə (surəti məlumat üçün tələbkar və borcluya ünvanlanmaqla) sifarişçi İcra Şöbəsinə göndərilmişdir. Qeyd olunmalıdır ki, Konstutisiya Məhkəməsinin Plemunun 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, bu maddənin (“İpoteka haqqında” Qanunun 42.1-ci maddəsi) məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də etiraz mülahizələrinə əlavə edilən sənədlərdən görünür ki, hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya müvafiq bildirişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Göründüyü kimi, hərracın etibarsız sayılmasına bu və ya digər hüquqi əsas yoxdur. Göstərilənləri nəzərə almaqla, işə nümayəndələrinin iştirakı olmadan baxaraq iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Bank "xxxx" ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh Bankın nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, İddiaçı 15 avqust 1988-ci ildə Bərdə rayonunda anadan olmuşdur, Bərdə rayonu Yeni Daşkənd kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Maraqlı şəxs xx xxxxxx 1962-ci ildə Bərdə rayonunda anadan olmuşdur, Bərdə şəhəri Koroğlu küçəsi 30da qeydiyyatdadır. 21 yanvar 2022-ci il tarixli, DEN-00105-14/22A nömrəli əsas kredit müqaviləsindən görünür ki, Bank "xxxx" ASC tərəfindən İddiaçı illik 35 faiz ödəmək şərtilə 72 ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit verilmişdir. 21 yanvar 2022-ci il tarixli, DENZ-00105-14/22A nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən zamin-Maraqlı şəxs 21 yanvar 2022-ci il tarixli, DEN- 00105-14/22A nömrəli əsas kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin tam həcmdə və lazımi qaydada yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür. “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” 02 iyun 2023-cü il tarixli, İcra Qeydindən görünür ki, Bərdə regional "ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X7 təklif edir kı, 'Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan- AZ1025, ünvan 10 ünvanında yerləşən Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti /VÖEN: ********** tələbi ilə ipoteka qoyanünvan 11 ünvanında qeydiyyatda olan Maraqlı şəxs (AA3659710, xx.xx.2022- Asan 1; FİN: xxxxxxx; d/t: xx.xx.1962), ünvan 3i ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2021 - Asan-Bərdə; FİN: xxxxxxx; d/t: xx.xx.1988) məxsus ipoteka predmeti olan 0.05 ha olan torpaq sahəsi və onun üzərində yerləşən 154.6 kv. ümumi sahəsi olan ünvan 12 ünvanında yerləşən əmlaka tutma yönəldilsin. (Öhdəliyi müəyyən edən DENGZ-00105- 14/22A müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 32109.62 AZN əsas borc, 3260.05 AZN faiz borcu , 1605.00 AZN dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 36974.67 AZN təşkil edir.) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu Türkmən kəndində 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 154,6 kv.m. olan fərdi yaşayış evi mülkiyyət hüququ əsasında Maraqlı şəxs adına qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Maraqlı şəxs mülkiyyətində olan Bərdə rayonu Türkmən kəndində 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 154,6 kv.m. olan fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdən 72 ay müddətinə Bank "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bərdə Rayon İcra Şöbəsindən Cavabdeh3 MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 131738/10 saylı sifariş məktubundan görünür ki, Bərdə regional “ASAN xidmət” mərkəzi Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 13058 saylı icra qeydinə əsasən, Bərdə rayonu Türkmən kəndi ünvanında olan 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən 154.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda satılması Cavabdeh3 MMC-yə sifariş olunmuş, evin ilk satış qiyməti 50000 manat dəyərində qiymətləndirilmişdir. X1 nəzdində yaradılmış Cavabdeh3 MMC-nin 24 avqust 2023-cü il tarixli, 1835/23 nömrəli “Açıq hərracın keçirilməsinə dair” bildirişdən görünür ki, Bərdə Rayon Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 13058 saylı İcra qeydinə əsasən, Bərdə Rayon İcra Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 131738/10 saylı (daxil olma xx.xx.2023-cü il) sifariş üzrə, tələbkar "Bank BTB” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Bərdə rayonu Türkmən kəndi ünvanında olan 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən 154.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi açıq hərracda satılmalıdır. Bununla əlaqədar olaraq hərrac iştirakçılarının 19 sentyabr 2023-cü il tarixdə saat 10:00-da Bakı şəhəri Yasamal rayonu Məhəllə 563 K.Kazımzadə 123 ünvanında keçiriləcək açıq hərracda iştirak etməyə dəvət olunmuşlar. İpoteka predmetinin ilkin satış qiyməti 50000 (əlli min) manat müəyyən edilmişdir. Cavabdeh3 MMC-nin 24 avqust 2023-cü il tarixli reyestrindən və zərflərdən görünür ki, Maraqlı şəxs yaşadığı ünvan 15i ünvanına, İddiaçı yaşadığı ünvan 16li məktublar göndərilmiş, göndərilmiş məktublar üzərində “ünvanda tapılmadı” qeyd edilərək geri qaytarılmışdır. X1 nəzdində yaradılmış Cavabdeh3 MMC-nin “Hərracın baş tutmamasına dair” 19 sentyabr 2023-cü il tarixli protokolundan görünür ki, hərracın keçirilməsinin tarixi və yeri barədə kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X3 (Portalında) (www.birjanews.az), eləcə də “Əmlak Hərrac Mərkəzi’ MMC-nin rəsmi internet saytında elan verilməklə, maraqlı tərəflərə hərracın keçirilməsinə dair bildiriş göndərilmiş, 19 sentyabr 2023-cü il, saat 10:00-a (növbəlik qaydasında) təyin edilmiş hərracda iştirak etmək üçün müraciət (ərizə) daxil olmamışdır. Odur ki, 19 sentyabr 2023-cü il tarixinə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. X1 nəzdində yaradılmış Cavabdeh3 MMC-nin 20 sentyabr 2023-cü il tarixli, 1989/23 nömrəli “Təkrar hərracın keçirilməsinə dair” bildirişdən görünür ki, Bərdə rayonu Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 13058 saylı icra qeydinə əsasən, Bərdə Rayon İcra Şöbəsi tərəfindən verilmiş 131738/10 saylı, xx.xx.2023-cü il tarixli (daxil olma xx.xx.2023-cü il) sifariş üzrə, tələbkar "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Bərdə rayonu Türkmən kəndi ünvanında olan 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən 154.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə dair 19 sentyabr 2022-ci il, saat 10:00-a (növbəlik qaydasında) təyin edilmiş ilkin açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış və bununla əlaqədar olaraq təkrar hərrac 06 oktyabr 2023-cü il tarixinə təyin edilmişdir. Bununla əlaqədar olaraq 06 oktyabr 2023-cü il tarixdə saat 10:00da (növbəlik qaydasında) da ünvan 17 ünvanında keçiriləcək açıq hərracda iştirak etməyə dəvət olunmuşlar. Təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X3 (Portalında) (www.birianews.az) dərc olunmuş və həmin elan hərrac təşkilatçısının rəsmi internet səhifəsində (“E-herrac.com”) yerləşdirilmişdir. "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.3-cü maddəsinin tələbinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Hərrac açıq auksion formasında keçirilir. Hərracın ilkin satış qiyməti 42 500 (qırx iki min beş yüz) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh3 MMC-nin 20 sentyabr 2023-cü il tarixli reyestrindən və zərflərdən görünür ki, Maraqlı şəxs yaşadığı ünvan 15i ünvanına, İddiaçı yaşadığı ünvan 18li məktublar göndərilmiş, göndərilmiş məktublar üzərində “ünvanda tapılmadı”, “köçüb” qeyd edilərək geri qaytarılmışdır. X1 nəzdində yaradılmış Cavabdeh3 MMC-nin “Hərracın baş tutmamasına dair” 06 oktyabr 2023-cü il tarixli protokolundan görünür ki, hərracın keçirilməsinin tarixi və yeri barədə kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X3 (Portalında) (www.birjanews.az). eləcə də “Əmlak Hərrac Mərkəzi’ MMC-nin rəsmi internet saytında elan verilməklə, maraqlı tərəflərə hərracın keçirilməsinə dair bildiriş göndərilmiş, 06 oktyabr 2023-cü il, saat 10:00-a (növbəlik qaydasında) təyin edilmiş hərracda iştirak etmək üçün müraciət (ərizə) daxil olmamışdır. Odur ki, 06 oktyabr 2023-cü il tarixinə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Cavabdeh3 MMC-nin “İpoteka predmetinin əldə edilməsi barədə” xx.xx.2023-cü il tarixli təklifindən görünür ki, Bərdə Rayon Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 13058 saylı icra qeydinə əsasən, Bərdə Rayon İcra Şöbəsi tərəfindən verilmiş 131738/10 saylı, xx.xx.2023-cü il tarixli (daxil olma xx.xx.2023-cü il) sifariş üzrə, ipoteka ilə yüklü edilmiş, Bərdə rayonu Türkmən kəndi ünvanında olan 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən 154.6 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evini təkrar hərracdakı satış qiymətindən (təkrar hərracda satış qiyməti 42500 (qırx iki min beş yüz) manat) 25 faiz az olmayan qiymətə əldə etməsi təklif olunmuş, ipoteka predmeti olan Bərdə rayonu Türkmən kəndi ünvanında olan 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən 154.6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evini təkrar hərracdakı satış qiymətindən (təkrar hərracda satış qiyməti 42500 (qırx iki min beş yüz) manat) 25% az olmayan qiyməti 31.875 (otuz bir min səkkiz yüz yetmiş beş) manat təşkil etməsi, bu təklifi qəbul etdiyi təqdirdə müvafiq rəsmiləşdirmənin aparılması üçün səlahiyyətli nümayəndəsinin Cavabdeh3 MMC-nə gəlməsini təmin etməsi, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 (otuz) təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi təqdirdə, ipotekaya xitam veriləcəyi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.3-1-ci maddəsinin tələbinə görə verilmiş borcun təminatı kimi vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin ipoteka saxlayanın xeyrinə yüklü edilmiş mənzilləri “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq ipoteka saxlayan tərəfindən əldə edildikdə bu Məcəllənin 220.8ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanmış sadələşdirilmiş vergi hərrac təşkilatçısı kimi çıxış edən ixtisaslaşdırılmış təşkilatlar tərəfindən ipoteka saxlayandan tutulacağı bildirilmişdir. Bank "xxxx" ASC-nin 09 oktyabr 2023-cü il tarixli, İH-2023/4331 nömrəli məktubundan görünür ki, Bank "xxxx" ASC Maraqlı şəxs məxsus olan Bərdə rayonu Türkmən kəndi ünvanında olan 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 154,6 kv.m. olan fərdi yaşayış evini 31875 manata bankın balansına qəbul etməyə etiraz etməmiş, hərracın yekunlarına dair protokolların verilməsini xahiş etmişdir. X2 Əmlak Hərrac Mərkəzi MMC-nin tərəfindən tərtib edilmiş “X6 barədə xx.xx.2023cü il tarixli, 255/23 saylı yekun protokoldan görünür ki, qalib alıcı, tələbkar, hüquqi şəxs: "xxxx" ASC “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.7-ci maddəsinə əsasən əmlakın tələbkara təklif edilən qiyməti-təkrar hərracdakı satış qiymətindən (42500 (qırx iki min beş yüz) manat) 25% az olmamaqla İpoteka predmetinin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.7-ci maddəsinə əsasən, tələbkar "xxxx" ASC tərəfindən əldə edilən alış qiyməti- 31875 (otuz bir min səkkiz yüz yetmiş beş) manat məbləğində. -Hərracın nəticələrinə dair bu protokol Daşınmaz Əmlakın Dövlət Reyestrini həyata keçirən dövlət orqanına, Bərdə rayonu Türkmən kəndi ünvanında olan 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 154,6 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin yeni mülkiyyətçisi "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi üçün əsasdır. Bu protokol müqavilə qüvvəsinə malik olmaqla, ipotekaya xitam verilməsi üçün əsas hesab olunur. -Qalib alıcı, ipoteka saxlayan "xxxx" ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azaddır. -Hərracın təşkili, keçirilməsi, rəsmiləşdirilməsi və sair prosedur qaydaları barədə hərracın iştirakçılarına müfəssəl məlumat verilmişdir. Hərrac xərcləri üzrə xidmət haqqı "xxxx" ASC tərəfindən hərracın təşkilatçısının hesabına ödənilməlidir. -Hərracın təşkilinə görə hərrac təşkilatı, sifariş məktubunda göstərilən məlumatlara görə sifarişçi məsuliyyət daşıyır. “X2” nəzdində “Əmlak Hərrac Mərkəzi" MMC-nin 16 oktyabr 2023-cü il tarixli, 2107/23 saylı məktubundan görünür ki, “X2” nəzdində “Əmlak Hərrac Mərkəzi" MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 255/23 saylı “X6 barədə Protokol” tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə (surəti məlumat üçün tələbkar və borcluya ünvanlanmaqla) sifarişçi İcra Şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 414.1-ci maddəsinə görə, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2-ci maddəsinə görə, hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 414.3-cü maddəsinə görə, bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. 414.4-cü maddəsinə görə, hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 414.5-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. 415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. 43.5-ci maddəsinə görə, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. 43.7-ci maddəsinə görə, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. 44-cü maddəsinə görə, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu X7 tərəfindən “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 8İ-13058 nömrəli İcra qeydi verilərək onun icrası Cavabdeh1nə həvalə edilmiş, İcra qeydinə əsasən Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş və həmin şöbə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 131738/10 saylı sifariş əsasında ipoteka ilə yüklü edilmiş Bərdə rayonu Türkmən kəndi ünvanında olan 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 154,6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi X2 Cavabdeh3 MMC-yə həvalə edilmişdir. Qeyd olunan cəmiyyət tərəfindən 19 sentyabr 2023-cü il tarixdə keçirilmiş ilkin hərrac iştirakçılar olmaması səbəbindən baş tutmamış, əmlakın ilkin satış qiymətindən 15% aşağı qiymətdə olmaqla 06 oktyabr 2023-cü il tarixində təkrar açıq hərraca çıxarılmışdır. İştirakçıların olmaması səbəbindən təkrar hərrac da baş tutmamışdır. Cavabdeh3 MMC əmlakları təkrar hərracdakı satış qiymətindən 25%-dən az olmayan qiymətə, yəni 31875 manata almağı ipoteka saxlayan "xxxx" ASC-yə 09 oktyabr 2023-cü il tarixli, 2082/23 saylı “İpoteka predmetinin əldə edilməsi barədə” Təkliflə bildirmiş, ipoteka saxlayan "xxxx" ASC təklifi qəbul etmiş və X2 Cavabdeh3 MMC tərəfindən tərtib edilən “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” X6 barədə 16 oktyabr 2023-cü il tarixli, 255/23 saylı Protokola əsasən ipoteka predmeti olan əmlak, yəni Maraqlı şəxs məxsus olan və Bərdə rayonu Türkmən kəndi ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 154,6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi cəmi 31875 manata "xxxx" ASC-yə satılmışdır. Cavabdeh3 MMC tərəfindən hərrac keçirilərkən Azərbaycan Respublikasının MM-nin 415.2-ci maddəsinin tələbləri pozulmuş, hərracın iştirakçıları hərracın keçirilməsi vaxtı və yeri barədə məlumatlandırılmamışlar. İş materiallarında olan poçt sənədlərindən görünür ki, hərraca çıxarılmış daşınmaz əmlakın mülkiyyətçisi və ipoteka qoyanlar İddiaçı və Maraqlı şəxs hərracın keçirilməsinin vaxtı və yeri barədə ünvanlanmış məktublar onlara çatdırılmamış, xəbərnamələrin üzərində ünvanda olmamaları qeyd edilərək geri qaytarılmışdır. Göründüyü kimi, X2 Cavabdeh3 MMC tərəfindən Maraqlı şəxs məxsus olan və Bərdə rayonu Türkmən kəndi ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 154,6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin barəsində hərrac keçirilərkən mülkiyyətçilər hərracın keçirilmə vaxtı və yeri barədə məlumatlandırılmamışdır ki, bu da mülki qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasıdır. MM-in 416.1-ci maddəsinin tələbinə görə isə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə işin gerçək hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qanuni və əsaslıdır, ona görə də təmin edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası X2 Əmlak X8 Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1nə qarşı “xx.xx.2023cü il tarixli hərracın yekunları barədə 255/23 saylı protokolun və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası X2 Əmlak X8 Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş “X6 barədə xx.xx.2023-cü il tarixli, 255/23 saylı yekun protokol və onun doğurduğu hüquqi nəticələr etibarsız hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №e-2(021)-1465/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1465/2024
30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver