Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1473/2024 03.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «ziyan» tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 15151.41 manatın, mediasiya xərci üçün ödənilmiş 60 manatın, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 76 manat məbləğin tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi ilə cavabdeh satıcı kassir vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli 07 saylı əmrlə adminstrator vəzifəsinə keçirilmiş və “X5” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixl 69-x saylı əmrlə işdən azad edilmişdir. Bildirmişdir ki, Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə İddiaçı-OBA Xırdalan 9 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh İddiaçınə zərər vurması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 15533 manat 63 qəpik təşkil edir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlmadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 15151manat 41 qəpik borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçınə ümumilikdə 15151 manat 40 qəpik borcu qalmışdır. Qalıq borcunu ödəməsi ilə bağlı cavabdehə dəfələrlə xəbardarlıq edilsə də, heç bir ödəniş həyata keçirtməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsini müdafiə etdiyini bildirərək, qeyd etmişdir ki, Cavabdeh işi düz aparmadığı üçün əmlaka ziyan dəymişdir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümaytəndəsini dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA seriyalı, ******* nömrəli, FİN 4JN25BZ kodlu şəxsiyyət vəsiqəsinin şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3- xx.xx.1988-ci ildə anadan olmuşdur. AA seriyalı, ******* nömrəli, FİN 116H44H kodlu şəxsiyyət vəsiqəsinin surətindn görünür ki, X2- xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddianın qaldırılması üçün 76.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mediasiya Şurasının Bakı 4 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MSB4-2023/0136 nömrəli, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prossesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, hər iki tərəf mediasiya ssesiyasında iştirak etmişdir. Hər iki tərəf mediasiya sessiyasının davam etdirilməsinə razılıq verməmişdir. xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 20 oktyabr 2020-ci il tarixlində əmək müqaviləsi bağlanmışdır. Bununla bağlı əmək müqaviləsinə, xx.xx.2020-ci il tarixli Cavabdeh işə qəbul olma haqqında ərizəsi, xx.xx.2020-ci il tarixli 640 saylı işə qəbul etmə haqqında əmrdən çıxarış və xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişi iş materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh İddiaçındə xx.xx.2022-ci il tarixdə satış departamentinin adminstartor vəzifəsinə keçirilmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixli vəzifə dəyişikliyi haqqında əmrdən çıxarış, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi və xx.xx.2024-cü il tarixli X5 haqqında müqavilə iş materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli işdən azad etmə haqqında 69x saylı əmrdən çıxarışdan xx.xx.2024cü il tarixli əmək müqaviləsin xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişdindən görünür ki İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsi xitam edilmişdir. xx.xx.2023-cü il tarixli, 136 nömrəli aktivlər üzrə inventarizasiya nəticlərinə dair yekun aktından görünür ki, yekun ziyan məbləği 15533.60 manat məbləğində dəyərləndirilmişdir. Bununla bağlı 22 may 2023-cü il tarixli arayışda iş materiallarına əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli xəbardarlıqdan görünür ki, vətəndaş Cavabdeh İddiaçınə vurmuş olduğu ziyanın əvəzi olan 15151.41 manat pulun ödənilməsi xəbardarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə X3 arasında əmək müqaviləsinə dəyişiklik edilmiş, müddətli əmək müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən X3 İddiaçındə məşğulluq təsnifatı üzrə Hüquqşünas vəzifəsində çalışır. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, X2 xx.xx.2019-cu il tarixdə İddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlamışdır və məşğulluq təsnifatı üzrə Hüquqşünas vəzifsində çalışır. İqtisadiyyat Naizrliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixində qeydiyyata alınmışdır. Təşkilati hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı «ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 15151.41 manatın, mediasiya xərci üçün ödənilmiş 60 manatın, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 76 manat məbləğin tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın təmin olunması sübutetmə yükü ilə əlaqədardır. İddiaçı iddia ərizəsində göstərilən halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iş materiallarında 15151.41 manat ziyanın cavabdeh tərəfindən vurulması sübut edilməmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən onun da mövqeyini öyrənmək mümkün olmamışdır. Buna görə məhkəmə hesab edir ki, hazırki iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən işin faktiki halları və sadalanan qanunvericilik normalarını qarşılıqlı təhlil edərək belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçınə 15151.41 manat ziyan vurması sübut olunmur. Ona görə də iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci və 76 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Göstərilənləri və MPM-nin 213, 214, 216-220, 227, 233.1-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı «ziyan» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 60 manat mediasiya xərci və 76 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №e-2(021)-1473/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1473/2024
03.06.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver