Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-155/2023 13.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə , İddiaçı X1 Məsulı̇ yyətli Cəmı̇ yyətinin cavabdeh Vəlı̇ yev Anar Zahı̇ d oğluna qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı X1 Məsulı̇ yyətli Cəmı̇ yyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 iyul 2020-ci il tarixli K-786A-PCC-19 saylı avtomobilin müddətli satışı üzrə müqaviləyə xitam verilməsi, Cevrolet Niva GLC minik markalı **-PJ-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin və 176 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq iddiaçının xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı X1 Məsulı̇ yyətli Cəmı̇ yyəti məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlə aralarında olan mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi ilə əlaqədar qarşılıqlı razılıq əldə olunduğuna görə iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Ərizəni nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı X1 Məsulı̇ yyətli Cəmı̇ yyətinin cavabdeh Vəlı̇ yev Anar Zahı̇ d oğluna qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 259, 260, 263- 264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı X1 Məsulı̇ yyətli Cəmı̇ yyətinin cavabdeh Vəlı̇ yev Anar Zahı̇ d oğluna qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı X1 Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən ödənilmiş dövlət rüsumu 176 (bir yüz yetmiş altı ) manat ona geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(021)-155/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-155/2023
13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver