Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-1606/2025 03.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X3 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, iddiaçı "AGRİCOLA" Məhdud Məsulı̇ yyətli Cəmiyyətinin nümayəndəsi X1, cavabdehlər Rəhı̇ mov İ̇sa Sarı oğlunun, Rəhı̇ mov Gülmalı Sarı oğlunun və Cavabdeh4 iştirakı ilə, İddiaçı "AGRİCOLA" Məhdud Məsulı̇ yyətli Cəmiyyətinin cavabdehlər Əlı̇ yev Vüqar Mustafa oğluna, Rəhı̇ mov İ̇sa Sarı oğluna, Rəhı̇ mov Gülmalı Sarı oğluna və Cavabdeh4 qarşı "Torpaq sahəsinin boşaldılması" tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı "AGRİCOLA" Məhdud Məsulı̇ yyətli Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 01 may 2019-cu il tarixli 02 nömrəli müqaviləyə əsəsən İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmiş və Bərdə rayonu Aslan-Əyricə meşəbəyliyi ərazisində yerləşən 50 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "AGRİCOLA" Məhdud Məsulı̇ yyətli Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə ərizə verərək sənədlərində uyğunsuzluq olduğundan mülki işi baxılmamış saxlayıb sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin hazırlıq iclasından iddiaçıya qaytarılmasına etirazının olmadığını bildirdi. Məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin hazırlıq iclasından iddiaçıya qaytarılmasına etirazının olmadığını bildirdi. Məhkəmə iclasında Cavabdeh4 iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin hazırlıq iclasından iddiaçıya qaytarılmasına etirazının olmadığını bildirdi. Cavabdeh Əlı̇ yev Vüqar Mustafa oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə mülki işin materialları nəzərədən keçirib, iddiaçının nümayəndəsinin ərizəsini müzakirə edib, hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 170.1-ci maddəsinin tələbinə əsasən iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261-0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı "AGRİCOLA" Məhdud Məsulı̇ yyətli Cəmiyyətinin cavabdehlər Əlı̇ yev Vüqar Mustafa oğluna, Rəhı̇ mov İ̇sa Sarı oğluna, Rəhı̇ mov Gülmalı Sarı oğluna və Cavabdeh4 qarşı "Torpaq sahəsinin boşaldılması" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı "AGRİCOLA" Məhdud Məsulı̇ yyətli Cəmiyyətinə qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №e-2(021)-1606/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-1606/2025
03.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver