Məhkəmə qərarları › İş №e-2(021)-2206/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2206/2024

05.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2206/2024 05.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “Pul tələbi” nə dair mülki işə 05 sentyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 6735 manat 67 qəpik, mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 38 manat məbləğin cavabeh Cavabdeh tutularaq Cəmiyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbi onunla əsaslandırılmışdır ki, Oba Market” MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2021 -ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli 385 saylı əmrlə baş satıcı vəzifəsinə keçirilmiş və “X6” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixli 619 saylı əmrlə adminstrator vəzifəsinə keçirilmiş və “X6” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il il tarixli 101X saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC-nin - OBA Bayıl 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə "İnventarizasiya Nəticələrinə" dair Akta əsasən yekun ziyan məbləği 8829 (səkkiz min səkkiz yüz iyirmi doqquz) manat 25 (iyirmi beş) qəpik təşkil edir. İnventarizasiya yoxlaması və mağaza sayımı zamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmış və kəsr gələn mallara razılığını bildirmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 6735 (altı min yeddi yüz otuz beş) manat 67 (altmış yeddi) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda "OBA Market” MMC-yə ümumilikdə 6735 (altı min yeddi yüz otuz beş) manat 67 (altmış yeddi) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin xx.xx.2024-cü il tarixində mediasiya təklifi göndərilmiş, lakin heç bir barışıq əldə edilməmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin Cavabdeh məhkəmə iclasında iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2002-ci ildə doğulmuşdur. xx.xx.2024-cü il tarixli,MŞB/20/2024-00140 nömrəli arayışdan görünür ki, Cavabdeh “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir 02 noyabr 2023-cü il tarixli 0005 saylı etibarnamədən görünür ki, X2 İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli şəxsdir. xx.xx.2021-ci il tarixli 206 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2021ci il tarixdən Satıcı Kassir vəzifəsinə qəbul edilmişdir. xxxxxxx000100 saylı xx.xx.2021ci il tarixliəmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh "xxxx" MMC-nin satış departamentinin satış şöbəsinə satıcı-kassir vəzifəsinə müddətli müqavilə ilə işə götürülmüşdür. 9294 saylı yazılı əmək müqaviləsindən görünür ki, İddiaçı MMC-nin idarə heyətinin sədri X3 tərəfindən Cavabdeh əsas iş yeri olmaqla Satış departamenti- satış 6 şöbəsinə satıcı-kassir vəzifəsinə işə götürülmüşdür. xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh Satış departamentinə satıcıkassir vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, işəgötürən İdarə heyətinin sədri ilə işçi Cavabdeh arasında xx.xx.2021-ci il tarixində bağlanmış müqaviləsinə əyişikliklər və lavələr edilərək, xx.xx.2022-ci il tarixdən Cəmiyyətinin satış departamentinin Satış Şöbəsində Baş satıcı vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixli X6 haqqında müqavilədən görünür ki,işəgötürən İddiaçı MMC-i ilə işçi Cavabdeh baş satıcı vəzifəsinə götürülərək tam maddi məsul vəzifəyə qəbul olunmuş və işçiyə etibar olunmuşdur. xx.xx.2022-ci il tarixli Cavabdeh ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdən satış departamentinin satış şöbəsində Baş satıcı vəzifəsinə keçməyinə və əmək haqqının dəyişdirilməsinə etiraz etmir. xx.xx.2022-ci il tarixli vəzifə dəyişikliyi haqqında 385 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh cəmiyyətin satış Departamentinin Satış şöbəsində xx.xx.2022-ci il tarixindən Baş satıcı vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixli xxxxxxx000102 saylı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh "xxxx" MMC-nin satış departamentinin satış şöbəsinə baş-satıcı vəzifəsinə müddətli müqavilə ilə işə götürülmüşdür. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, "xxxx" MMC-nin İdarə heyətinin sədriilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinədəyişikliklər və əlavələr edilərək xx.xx.2022-ci il tarixdən Cəmiyyətin Satış Departamentinin Satış Şöbəsində administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixli Cavabdeh ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdən satış departamentinin satış şöbəsində adminstrator vəzifəsinə keçməyinə və əmək haqqının dəyişdirilməsinə etiraz etmir. xx.xx.2022-ci il tarixli vəzifə dəyişikliyi haqqında 619 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh cəmiyyətin satış Departamentinin Satış şöbəsində xx.xx.2022-ci il tarixindən Administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixli xxxxxxx000102 saylı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh "xxxx" MMC-nin satış departamentinin satış şöbəsinə Administrator vəzifəsinə müddətli müqavilə ilə işə götürülmüşdür. xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, Cavabdehxx.xx.2023-cü il tarixdən onun əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli işdən azad edilməsi haqqında 101x saylı əmrdən çıxarışdan görünür ki, cəmiyyətin satış Departamentinin Satış şöbəsində Administratorun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” maddəsinə əsasən xitam verilmişdir. xx.xx.2023-cü il tarixli xxxxxxx0001X0 saylı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” maddəsinə əsasən xitam verilmişdir. 12 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixində 8829,25 manat çatışmazlıq müəyyən edilmişdir. Çatımazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 6735,67 manat borcu qalmışdır. Beləliklə, Cavabdeh 12 yanvar 2024-cü il tarixinə "xxxx" MMC-nə olan ümumi borc 6735,67 manat təşkil edir. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 38 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. İş materiallarında olan inventarizasiya və iltizamnaməyə əsasən müəyyən edilir ki, Cavabdeh iddia tələbində göstərilməmiş, güzəşt tətbiq olunmamışdan əvvəlki 2894 çeşid olmaqla, 8829,25 manat məbləğində kənarlaşma olmasını qəbul etmiş, heç bir etirazının olmadığını qeyd etmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “Pul tələbi” tələbinə dair iddiası təmin olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 38 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh 6735,67 (altı min yeddi yüz otuz beş manat 67 qəpik) məbləğində pul, mediasiya xərci üçün ödənilmiş 60 manat və ödənilmiş 38 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun.

3. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər.

4. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar