Məhkəmə qərarları › İş №e-2(021)-2325/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-2325/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-2325/2025 21.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı Atabank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Atabank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Atabank ASC ilə X1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 105NFPK nömrəli kredit müqaviləsinə əsasən yaranmış 7.859.84 (yeddi min səkkiz yüz doqquz manat səksən dörd qəpik) manat əsas, 176.83 ( bir yüz yetmiş altı səksən üç qəpik) manat faiz, 0.16 manat cərimə borcu olmaqla, cəmi 8036.83 (səkkiz min otuz altı manat səksən üç qəpik) manat kredit borcunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün tərəflərindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqının, eləcə də iddia qaldırıması üçün iddiaçı tərəfindən ödənilmiş 100.37 (bir yüz manat otuz yeddi qəpik) manat dövlət rüsumunun ipoteka yüklü edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, 222-ci məhəllə ünvanınıda yerləşən 27 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda qeyd olunmuş borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, borc pul məbləği tam ödənildiyindən iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra cavabdeh ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Atabank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Atabank ASC (ləğv prosesində) tərəfindən ödənilmiş 100,37 (bir yüz manat 37 qəpik) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar