Məhkəmə qərarları › İş №e-2(021)-2721/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2721/2025

26.08.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2721/2025 26.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Abdullayev Fərman Firidun оğlunun sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil və cavabdeh Qarabağ Regional Təhsil İdarəsinn nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhzil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X6 Regional Təhsil İdarəsinə və Bərdə şəhəri Səfiyar Behbudov adına 6 saylı tam orta məktəbə qаrşı “işə bərpa” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X6 Regional Təhsil İdarəsinə və Bərdə şəhəri Səfiyar Behbudov adına 6 saylı tam orta məktəbə qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək işdən azad edilməsinə dair Bərdə şəhəri Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbin xx.xx.2025-ci il tarixli 130 №-li əmrinin ləğv edilməsi, Bərdə şəhəri Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbinə informatika müəllimi vəzifəsinə bərpa edilməsi və xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün aylıq əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xаhiş etmişdir. İddiаçı İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.1971-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur, Bərdə rayonunun Qarabağ qəsəbəsində yaşayır. 1997-ci ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) inşaat mühəndisliyi ixtisasını bitirmişdir. Bu barədə ona xx.xx.1998-ci il tarixli AB-İ seriyalı 064642 №-li diplom verilmişdir. Bundan sonra 2001-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun riyaziyyat və informatika müəllimliyi ixtisasını bitirmişdir. Bu barədə ona xx.xx.2001-ci il tarixli 005614 №-li diplom verilmişdir. 2005-ci il tarixdə daimi əsaslarla Bərdə şəhəri Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbdə işə qəbul olunmuşdur. Həmin tarixdən bugünədək həmin məktəbdə informatika müəllimi vəzifəsində işləmişdir. İşlədiyi 20 il ərzində daim öz savadı, qabiliyyəti, əməksevərliyi ilə seçilmiş, hər zaman öz işinə vicdanla yanaşmışdır. Fəaliyyət göstərdiyi bütün müəssisələrdə həm müəllim, həm şagird, həm də valideyn kollektivləri arasında yüksək hörmət qazanmışdır. Heç zaman hər hansısa qeyri-prosessual hərəkətə yol verməmiş, əmək fəaliyyətində bir dəfə də olsun intizam tənbehi ilə cəzalandırılmamışdır. Lakin xx.xx.2025-ci il tarixdə məktəbin direktor əvəzi X7 tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə 130 №-li Əmr verilmişdir. Həm əmrdə “AR ƏM-nin 68.2 “a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xitam verildiyi göstərilmişdir. Hansı tərəfin təşəbbüsünü nəzərdə tutduqlarını məktəb rəhbərliyindən maraqlandıqda bildirdilər ki, “hələ ki səni işdən çıxarmamışıq, əmrə sənin təşəbbüsünlə xitam verilir deyə yazırıq, amma səninlə müddətsiz əmək müqaviləsini müddətli əmək müqaviləsi ilə dəyişdirəcəyik. Hələ ki, sənin ilk müddətin xx.xx.2025-ci ilə qədər təyin olunur, bundan sonra isə müddət bitdiyi əsası ilə işdən çıxacaqsan.” xx.xx.2025-ci il tarixdə məktəb rəhbərliyi ona təkid etmiş ki, müddətli əmək müqaviləsinə imza etsin, lakin o, işdən çıxma barədə ərizə yazmamışdır, nə də müddətli əmək müqaviləsi bağlamamışdır. Bundan sonra bir neçə quruma şikayətlər etsə də, onun müraciətlərinə obyektiv baxılmamış, onu get-gələ salmışlar. Daha sonra xx.xx.2025-ci il tarixdə Bərdə 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, mediasiya təşkilatına müraciət etdikdən sonra direktor əvəzi Vüsalə Musayeva onu məcbur etmişdir ki, gedib keçmiş tarixə işdən çıxma barədə razılıq ərizəsi yazsın. Lakin bundan imtina etmiş və qanunsuzluğa son vermələrini onlardan tələb etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonar Əmək Məcəlləsi) 3.2-ci maddəsinə əsasən işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Əmək Məcəlləsinin 3.3-cü maddəsinə əsasən işəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. Əmək Məcəlləsinin 43.3-cü maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Əmək Məcəlləsinin 43.4-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Göründüyü kimi, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimumhəddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitamverilməsi əsasları göstərilmişdir. Əmək müqavilələrinə işəgötürən tərəfindən və tərəflərin iradəsindən asılı olmayan hallarda xitamverilməsi göstərilən əsaslardan olub əmək müqaviləsinin işəgötürən tərəfindən hansı hallarda ləğv edilə bilməsi Əmək Məcəlləsinin 70-ci maddəsində, tərəflərin iradəsindən asılı olmayan hansı hallarda ləğv edilə bilməsi Əmək Məcəlləsinin 74-cü maddəsində tənzimlənmişdir. Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə həmin Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmrin surətindən də görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «а» bəndinə əsasən işdən azad edilmişdir. İşdən azad edilməsinə dair əmrdə onun Əmək Məcəlləsinin 70-ci maddəsində qeyd edilən əsaslardan hansı ilə çıxarılmağı göstərilməmiş və əsaslandırılmamışdır. Əmrdə Məcəllənin 68.2-ci maddəsinə əsasən işdən azad edilməsi qeyd edilmişdir ki, bu da həmin Məcəllənin tələblərinə ziddir. Belə ki, qeyd edilən normaların mənasına görə əmək müqaviləsinə yalnız Əmək Məcəlləsində müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Bununla da Əmək Məcəlləsi qeyd edilən qadağaları özündə ehtiva etməklə fiziki şəxslərin əmək hüquqlarını və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarını minimum həddə imperativ qayda müəyyən edərək, işçilərin qanunda göstərilən hüquqlarını daha əlverişsiz vəziyyətə salan müddəaları göstərilməklə, qanunla göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsi ümumi normadır və ona istinad etməklə işçini işdən azad etmək qanunsuzdur!!! Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Hesab edir ki, bununla da cavabdeh tərəf Əmək Qanunvericiliyinin yuxarıda qeyd edilən tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə məktəbin direktor əvəzi X7 tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 130 №-li Əmr verilmişdir. Həm Əmrdə iddiaçı ilə bağlanmış müqaviləyə Əmək Məcəlləsinin 68.2 “a” bəndinə əsasən – “tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xitam verildiyi göstərilmişdir. Hansı tərəfin təşəbbüsü ilə iddiaçı ilə bağlanmış müaviləyə xitam verilməsi isə onlara məlum deyildir. Belə ki, iddiaçı tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar məktəb direktoruna müraciət olunmamışdır. İddiaçı tərəfindən kimin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə verilmiş sula isə “hələ ki səni işdən çıxarmamışıq, əmrə sənin təşəbbüsünlə xitam verilir deyə yazılır, amma səninlə bağlanmış müddətsiz əmək müqaviləsi müddətli əmək müqaviləsi ilə dəyişdiriləcək cavabı verilmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə məktəb rəhbərliyi iddiaçını müddətli əmək müqaviləsinə imza etməsinə təkid etmiş, lakin iddiaçı işdən çıxma barədə ərizə yazmamış, nə də müddətli əmək müqaviləsi bağlamamışdır. Bundan sonra İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «а» bəndinə əsasən işdən azad edilmiş, lakin işdən azad edilməsinə dair əmrdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsində qeyd edilən əsaslardan hansı ilə çıxarılmağı göstərilməmiş və əsaslandırılmamışdır. Buna görə də iddia tələbini təmin edərək Bərdə şəhəri Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbin xx.xx.2025-ci il tarixli 130 №-li əmrinin ləğv edilməsi, iddiaçının Bərdə şəhəri Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbinə informatika müəllimi vəzifəsinə bərpa edilməsi və xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün aylıq əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Elm və Təhzil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X6 Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iddia tələbinə qismən etiraz edərək göstərdi ki, İddiaçı Bərdə şəhəri Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbində informatika müəllimi işləyir orada 30 dərs saat vardır. Bundan başqa İddiaçı X12 Təhsil Mərkəzində işləyir orada isə 22 dərs saatı vardır. Hər iki məktəbdə olan dərs saatları üzt-üstə düşür. Buna görə də xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbin direktor əvəzi X7 tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 130 №-li Əmr verilmiş, əmrdə iddiaçı ilə bağlanmış müqaviləsinə Əmək Məcəlləsinin 68.2 “a” bəndinə əsasən xitam verildiyi göstərilmişdir. Direktor tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı Əmək müqaviləsinin müvafiq maddəsinə düzgün tövsif olunmasada, əslində Bərdə şəhəri Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbin direktor əvəzi X7 iddaçı İddiaçı X12 Təhsil Mərkəzində əlavə iş yeri olduğunu və dərs saatlarının üst-üstə düşmə hallarını nəzərə alaraq onunla bağlanmış müddətsiz əmək müqaviləsini işçinin ərizəsinə əsasən müddətli əmək müqaviləsi ilə əvəzləndirmək daha sonra isə onunla bağlanmış əmək müqaviləsinə xitam vermək niyyətində olmuşdur. Hesab edir ki, İddiaçı hər iki məktəbdə dərs saatlarının çox oması və həmin dərs saatlarının üstüstə düşmə halları olması nəzərə alaraq iddia tələbi rədd edilməlidir. İş üzrə cavabdeh Bərdə şəhəri Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbin direktor əvəzi X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh Bərdə şəhəri Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbin direktor əvəzi X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş üzrə toplanmış sübutlarlı araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş; AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1971ci ildə doğulmuşdur. AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Vəkil xx.xx.1994cü ildə doğulmuşdur. xx.xx.2025-ci il tarixli, MŞB/MT039-2025-00252 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Bərdə şəhəri Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat mediasiya xərci ödəmişdir. Bərdə şəhəri Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbin direktor əvəzi X7 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 130 nömrəli Əmrin surətindən görünür ki, 1. “Qarabağ Regional Təhsil İdarəsinin təhsil müəssisələri /Ümumi təhsil müəssisələri/ Bərdə rayonu üzrə / Bərdə şəhəri Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəb” bölməsində “İnformatika müəllimi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000600 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2. “a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmişdir. 2. İşçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 56 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. Bərdə şəhəri Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəb üzrə 2025-ci ilin may ayı üçün 132 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı Bərdə şəhəri Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbin informatika müəllimi onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq işçi ilə son haqq hesab aparılması qeyd edilmişdir. Əsas: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndi göstərilmişdir. Əmək müqaviləsindən (Əmək müqaviləsi bildirişinə dəyişiklik) görünür ki, işəgötürən Bərdə şəhəri Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbin direktor əvəzi X7 işçi İddiaçı arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, Bərdə rayonu üzrə təhsil sektoru / Ümumtəhsil Təhsil Müəssisələri / Bərdə şəhəri Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbi, Əlavə, Müəllim vəzifəsinə (peşəsinə) işə qəbul (təyin) edilmişdir. İşçi xx.xx.2022-ci il tarixdən işə başlamışdır. Əmək müqaviləsindən görünür ki, işəgötürən Qarabağ Regional Təhsil İdarəsi direktor X8 işçi İddiaçı arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, Bərdə rayonu üzrə təhsil sektoru / Ümumtəhsil Təhsil Müəssisələri / Bərdə şəhəri Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbi, Əsas, Müəllim vəzifəsinə (peşəsinə) işə qəbul (təyin) edilmişdir. İşçi xx.xx.2022-ci il tarixdən işə başlamışdır. Bərdə şəhəri Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbin informatika müəllimi İddiaçı 2024-2025-ci il tədris ili üçün Dərs cədvəlindən görünür ki, İddiaçı dərs saatları həftə içi beş gündə müxtəlif saatlara bölünmüş, ümumilikdə 29 dərs saatı vardır. X12 Təhsil Mərkəzinin dirüktoru Samir Nəcəfov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 93 nömrəli arayışdan görünür ki, X12 Təhsil Mərkəzində informatika müəllimi İddiaçı 2024-2025-ci il tədris ilində İİ yarımil üzrə Dərs cədvəlindən dərs saatları həftə içi beş gündə müxtəlif saatlara bölünmüş, ümumilikdə 22 dərs saatı vardır. Müəllimin dərsi 1-ci, 2ci və 4-cü gün 13:45-də başlayır, 15:20-də bitir, 3-cü və 5-ci gün 08:30-da başlayır 15:20də bitir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Konstitusiyanın 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Konstitusiyanın 35-ci maddəsinin İV bəndində göstərilir ki, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа-MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra ƏM): 3-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 3-cü maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. 5-ci maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı)– işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 42-ci maddəsinin 1-bəndinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Hazırki işdə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan əmrin surətindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-in 68-ci maddəsinin 2ci hissəsinin “a” bəndinə əsasən, yəni tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi qeyd edilsə də bu təşəbbüsün nədən ibarət olduğu və hansı səbəbdən qaynaqlandığı, cavabdeh təşkilat tərəfindən təşəbbüs irəli sürülübsə bunun səbəbi məhkəməyə aydın olmamışdır. Bundan başqa iş materiallarına əsasən iddiaçı cavabdeh tərəfindən dəvət edilərək ona əmək müqaviləsinə xitam verilməsinin səbəbi göstərilməmiş, əmrlə və iş materialları ilə tanış edilməmişdir. Çünki, iddiaçı iş materiallarında əmrdən məlumatı olmadığını göstərmişdir. İşə bərpa tələbinə dair məhkəmə işlərində iddiaçının əmək müqaviləsinə xitam verilməsinin əsaslılığına dair materiallar və sübutlar cavabdeh, yəni işəgötürən tərəfindən təqdim edilməli və mötəbər sübutlarla əsaslandırılmalıdır. Lakin, cavabdeh təşkilatlar məhkəməyə iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı materialları təqdim etməmişlər. Məhkəmə hazırlıq iclaslarının mahiyyəti odur ki, burada iştirak edən tərəflər məhkəməyə öz mötəbər sübutlarını təqdim etməli və öz fikir və mülahizələrini bildirməlidir. İş materiallarından və iddiadan göründüyü kimi cavabdeh təşkilatlar İddiaçı əmək müqaviləsinə qanuni və əsaslı səbəbdən xitam verilməsini sübut edə və əsaslandıra bilməmişlər. Belə olan halda iddia əsaslıdır. Eyni zamanda, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Beləliklə, iddia əsaslı olduğundan məhkəmə hesab edir ki, iddia təmin edilərək Bərdə şəhəri Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbin direktor əvəzi X7 tərəfindən İddiaçı barəsində qəbul edilən xx.xx.2025-ci il tarixli 130 saylı əmr ləğv edilməklə İddiaçı əvvəlki işinə, yəni informatika müəllimi vəzifəsinə bərpa edilməli və xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün aylıq əmək haqqının hesablanıb ona ödənilməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Brumаresku Rumıniyаyа qаrşı» işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. MPM-in 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iş üzrə ödənilməli olan 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə ödənilmiş 50 manat mediasiya xərci isə cavabdehlərdən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiаçı İddiaçı cavabdehlər Qarabağ Regional Təhsil İdarəsinə və Bərdə şəhəri Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbin direktor əvəzi X4 qаrşı “işə bərpa” tələbinə dаir iddiası təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi ilə bağlı Bərdə şəhəri Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbin direktor əvəzi X3 qəbul etdiyi xx.xx.2025-ci il tarixli 130 nömrəli əmr ləğv edilsin və İddiaçı əvvəlki işi olan İnformatika müəllimi vəzifəsinə bərpa edilsin. xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün İddiaçı aylıq əmək haqqının hesablanıb ödənilsin. İş üzrə ödənilməli olan 100 manat dövlət rüsumu cavabdehlər Qarabağ Regional Təhsil İdarəsi və Bərdə şəhəri Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbin direktor əvəzi X2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar