Məhkəmə qərarları › İş №e-2(021)-3285/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-3285/2023

04.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-3285/2023 04.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi İlə, İddiaçı cavabdeh X1 qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsini və ona olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X1 qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Hazırkı iddia ərizəsindən görünür ki, tələb İddiaçı tərəfindən iddia ərizəsi formasında təqdim olunmaqla, mirasın qəbul edilmə faktının müəyyən edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi xahiş olunmuşdur. Məhkəmə qeyd edir ki, tələb xüsusi icraat qaydasında baxılan işlərə aiddirsə, ərizə tərtib olunaraq tərəf kimi ərizəçi və maraqlı şəxs, iddia icraatı qaydasında baxılan işlərə aid olduqda isə, iddiaçı və cavabdeh kimi qeyd olunmaqla, iddia ərizəsi formasında təqdim olunmalıdır. Belə ki, mirasın qəbul edilməsi faktı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə aid olduğundan həmin işlərə məhkəmədə xüsusi icraat qaydasında baxılır. Mübahisə olarsa iddia icraatı qaydasında baxılır. Həmçinin İddiaçı cavabdeh qismində əgər notariat ofisini qeyd etmək istəyirsə, notarius X1 qarşı deyil, notariat ofisinə qarşı iddia irəli sürə bilər. Həmçinin işdən müəyyən olunur ki, İddiaçı mirasın qəbulu ilə bağlı notariat orqanına mütaciət etmiş, notarius tərəfindən bildirilmişdir ki, mirasın qəbulu ilə bağlı imtina əldə etməlisiniz. Lakin pretenziya qaydasına əməl edilməyərək, imtina alınmadan məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-nin 152.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edildikdə iddia ərizəsi geri qaytarılır. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsi üçün əvvəlcə müvafiq notarial orqana müraciət etməli, mübahisənin məhkəməyə qədər həlli mümkün olmadıqda və ya notarius notariat hərəkətini aparmaqdan imtina etdiyi təqdirdə, həmin orqanın imtina etməsi barədə sənədi iddia ərizəsinə əlavə etməlidir. MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X1 qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149- 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh X1 qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ərizənin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim : Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar