Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-362/2023 13.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Fərhat qızının iştirakları ilə, İddiaçı Cavabdeh Fərhat qızına qarşı “icarə hüququ əsasında ona məxsus torpaqdan istifadə etməyinə maneə olan qanunsuz hərkətlərinə son qoyulması, cavabdehin torpaq sahəsindən çıxarılması və tikililərin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Fərhat qızının, icarə hüququ əsasında ona məxsus torpaqdan istifadə etməyinə maneə olan qanunsuz hərkətlərinə son qoyulmasına və Cavabdeh Fərhat qızı tərəfindən Bərdə rayon Mollagüllər bələdiyyəsi ilə torpağın 15 il müddətinə icrayə verilməsinə dair aralarında bağlanmış İM- 3M-683 saylı 13 may 2022-ci il tarixli müqaviləyə Əsasən və DƏDRX-dən verilmiş rəsmi çıxarışla rəsmiləşdirilmiş icarə əsaslı, üzərində torpaqdan istifadə hüququnun təsdiqləndiyi 80 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş 0.10 ha sahəsindən cavabdehin çıxarılmasına və 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Mollagüllər bələdiyyəsi ilə aralarında bağlanmış torpağın 15 il müddətinə icrayə verilməsinə dair İM-3M-683 saylı 13 may 2022-ci il tarixli müqaviləyə əsasən və DƏDRX-dən verilmiş rəsmi çıxarışla (Çıxarış əlavə olunur) rəsmiləşdirlmiş icarə əsaslı, üzərində torpaqdan istifadə hüququnun təsdiqləndiyi 80 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş 0.10 h sahəsində torpağın giriş və çıxış hissəsi cavabdeh tərəfindən tutularaq, həmin torpaq sahəsinə daxil olmağına maneəçilik yaradılmışdır. Cavabdehdən torpağı boşaltmağı istədikdə isə o bunu etməkdən boyun qaçırdır. Torpaqlarından tam təyinatı üzrə istifadə edərək, özü əkib becǝrmək istəyir. Cavabdeh isə icarə əsasında onun istifadəsinə verilmiş torpağ sahəsindən öz xeyri və gəliri üçün istifadə edir. Cavabdeh qeyri-qanuni olaraq tamamilə ona icarə hüququ ilə məxsus olan torpaq sahəsini zəbt edibdir. Hər dəfə torpaqdan çıxmağı tələb etdikdə isə onlara qarşı nalayiq hərkət və davranış nümayiş etdirir, əsassız yerə səs-küy salıb dava-dalaş edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə əsasən iddia həcminin artırılması barədə ərizə verərək, Cavabdeh Fərhat qızının, icarə hüququ əsasında ona məxsus torpaqdan istifadə etməyinə maneə olan qanunsuz hərkətlərinə son qoyulmasına və Cavabdeh Fərhat qızı tərəfindən Bərdə rayon Mollagüllər bələdiyəsi ilə torpağın 15 il müddətinə icrayə verilmǝsinə dair aralarında bağlanmış İM-3M- 683 saylı 13 may 2022-ci il tarixli müqaviləyə əsasən və DƏDRX-dən verilmiş rəsmi çıxarışla rəsmiləşdirlmiş icarə əsaslı, üzərində torpaqdan istifadə hüququnun təsdiqləndiyi 80 ha torpaq sahəsinin cavabdeh tərəfindan zəbt olunmuş 0.10 ha sahesindən cavabdehin çıxarılmasına, həmin torpaq üzərinda tikdiyi tövlələrin, bir göz evin və qarğı və setka çəpərləmələrin öz hesabına sökülüb götürməsinə və 100 manat dövlət rüsumunun onun xeyrinə cavabdehdən tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia həcminin artırılması barədə ərizə verərək, Cavabdeh Fərhat qızının icarə hüququ əsasında ona məxsus torpaqdan istifadə etməyinə maneə olan qanunsuz hərkətlərinə son qoyulmasına və Cavabdeh Fərhat qızı tərəfindən Bərdə rayon Mollagüllər bələdiyəsi ilə torpağın 15 il müddətinə icrayə verilmǝsinə dair aralarında bağlanmış İM-3M-683 saylı 13 may 2022-ci il tarixli müqaviləyə əsasən və DƏDRX-dən verilmiş rəsmi çıxarışla rəsmiləşdirlmiş icarə əsaslı, üzərində torpaqdan istifadə hüququmun təsdiqləndiyi 80 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş 0.37 h sahəsindən cavabdehin çıxarılmasına və cavabdehin həmin torpaq sahəsində tikdiyi 3 tövlənin va bir yaşayış evinin cavabdehin öz hesabına sökülməsinə və 100 manat dövlət rüsumunun onun xeyrinə cavabdehdən tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)3684/222 saylı qərardadı ilə İddiaçı̇ Temı̇ r qızının cavabdeh Mamedova Xatı̇ rə Fəhrat qızına qarşı “icarə hüququ əsasında ona məxsus torpaqdan istifadə etməyinə mane olan qanunsuz hərəkətlərə son qoyulması, cavabdehin torpaqdan çıxarılması və həmin torpaq sahəsi üzərində tikdiyi tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə Bərdə rayon Mollagüllər bələdiyyəsi və X16 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Fərhat qızı bildirdi ki, o ərazini zəbt etməyib, məcburi köçkün kimi qeyd edilən ərazidə məskunlaşmışdır.İddianın rədd olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bərdə rayon Mollagüllər bələdiyyəsinin sədri X10 bildirmişdir ki, iddiaçı ilə icarə müqaviləsi bağlanmış, cavabdeh isə icarə müqaviləsindən əvvəl orada məskunlaşmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X13 qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə edilmiş Azərbaycan Resoublikasının Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Ağdam rayon Əfətli kəndində anadan olmuşdur. Xocalı qeydiyyatdadır. Mülki işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli, **********19 reyestr nömrəli İddiaçı adına verilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayon Mollagüllər bələdiyyəsi mülkiyyətində olan Bərdə rayon Mollagüllər kəndində yerləşən 80 ha torpaq sahəsini xx.xx.2022-ci il tarixdən-xx.xx.2037-ci il tarixədək 15 (on beş) il müddətinə İddiaçı icarəyə vermişdir. Mülki işə əlavə edilmiş A №760872 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin Torpaq sahəsinin planı və ölçü sənədindən görünür ki, bələdiyyə mülkiyyətində olan Bərdə rayon Mollagüllər kəndində yerləşən 80.00 ha torpaq sahəsininin hüquq sahibi kimi Bərdə rayon Mollagüllər bələdiyyəsi və icarəçi İddiaçı qeydə alınmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Resoublikasının Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1976-cı il tarixdə Mardakert şəhəri, Çərəkdar kəndində anadan olmuşdur. Laçın rayon Qozlu kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Samux kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 266 saylı arayışda qeyd olunur ki, Cavabdeh Bərdə rayon Samux kənd icra nümayəndəliyində qeydiyyatda deyil və həmin ərazidə yaşamır. Mülki işə əlavə edilmiş AN-İ №0694258 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Alqi-Satqi Müqaviləsinin surətindən görünür ki, X6 rayon Samuxlu kəndində yerləşən 4.6802 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 1.56 ha hissəsini Cavabdeh satmışdır. Mülki işə əlavə edilmiş AN-İ №0694256 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakin Alqi-Satqi Müqaviləsinin surətindən görünür ki, X3 rayon Samuxlu kəndində yerləşən 4.6802 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 0.78 ha hissəsini Cavabdeh satmışdır. Mülki işə əlavə edilmiş AN-İ №0694257 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakin Alqi-Satqi Müqaviləsinin surətindən görünür ki, X7 rayon Samuxlu kəndində yerləşən 4.6802 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 0.78 ha hissəsini Cavabdeh satmışdır. Mülki işə əlavə edilmiş AN-İ №0694255 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakin Alqi-Satqi Müqaviləsinin surətindən görünür ki, X4 rayon Samuxlu kəndində yerləşən 4.6802 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 0.78 ha hissəsini və X5 rayon Samuxlu kəndində yerləşən 4.6802 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 0.78 ha hissəsini Cavabdeh satmışdır. Mülki işə əlavə edilmiş RX seriyalı, №1260265 nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli, **********85 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Samuxlu kəndində yerləşən 4.6802 ha torpaq sahəsi xüsusi mülkiyyət növü ilə Cavabdeh tam mülkiyyətindədir. Mülki işə əlavə edilmiş AN-İ №0686210 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakin Alqi-Satqi Müqaviləsinin surətindən görünür ki, X1 rayon Samuxlu kəndində yerləşən 3.27 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 0.8175 ha hissəsini Cavabdeh satmışdır. Mülki işə əlavə edilmiş AN-İ №0686211 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakin Alqi-Satqi Müqaviləsinin surətindən görünür ki, X8 rayon Samuxlu kəndində yerləşən 3.27 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 0.8175 ha hissəsini Cavabdeh satmışdır. Mülki işə əlavə edilmiş AN-İ №0686212 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakin Alqi-Satqi Müqaviləsinin surətindən görünür ki, X8 rayon Samuxlu kəndində yerləşən 3.27 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 1.635 ha hissəsini Cavabdeh satmışdır. Mülki işə əlavə edilmiş RX seriyalı, №1260738 nömrəli, ******* qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli, **********75 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Samuxlu kəndində yerləşən 3.27 ha torpaq sahəsi xüsusi mülkiyyət növü ilə Cavabdeh tam mülkiyyətindədir. Mülki işə əlavə edilmiş AN-İ №0680563 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakin Alqi-Satqi Müqaviləsinin surətindən görünür ki, X23, X17 birgə mülkiyyət hüququ üzrə onlara məxsus Bərdə rayon Samuxlu kəndində yerləşən 1.6333 ha torpaq sahəsini Cavabdeh satmışdır. Mülki işə əlavə edilmiş **********6 qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, **********90 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Samuxlu kəndində yerləşən 1.633 ha torpaq sahəsi xüsusi mülkiyyət növü ilə Cavabdeh tam mülkiyyətindədir. Mülki işə əlavə edilmiş AN-İ №0363742 nömrəli xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakin Alqi-Satqi Müqaviləsinin surətindən görünür ki, X9, X2, X11 mülkiyyətlərində olan Bərdə rayon Samuxlu kəndində yerləşən 2.4497 ha torpaq sahəsini Cavabdeh satmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Samuxlu kəndində yerləşən 2.4497 ha torpaq sahəsi xüsusi mülkiyyət növü ilə Cavabdeh tam mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi Bərdə Rayon Nümayəndəliyi tərəfindən məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli 175 saylı cavab məktubundan görünür ki, Cavabdeh dövlət tərəfindən evlə təmin olunmamışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi Bərdə Rayon Nümayəndəliyi tərəfindən məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli 273 saylı cavab məktubundan görünür ki, X18 dövlət tərəfindən evlə təmin olunmamışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilir ki, Laçın rayonu Qozulu kəndindən məcburi köçkünlər X18 və Cavabdeh məcburi köşkün düşdükdən sonra Bərdə rayonu Mollagüllər kəndində müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışlar. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin rəyində qeyd olunmuşdur: Bərdə Rayon Məhkəməsinin 2(021)-3684/2022 saylı, 05 yanvar 2023-cü il tarixli mülki işi üzrə İddiaçı Teymur qızının Cavabdeh qarşı icarə hüququ əsasında ona məxsus torpaqdan istifadə etməyinə mane olan qanunsuz hərəkətlərə son qoyulması, cavabdehin torpaqdan çıxarılması və həmin torpaq sahəsi üzərində tikdiyi tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(021)-3684/2022 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. İddiaçı və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUİS məlumat bazasına əsasən müqayisə edilmişdir. Sual: İddiaçı Teymur qızının icarəsinə verilmiş **********19 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış Bərdə rayon Mollagüllər kəndində yerləşən 80 ha torpaq sahəsi Cavabdeh və ya başqa şəxs tərəfindən qanunsuz istifadə olunurmu? Cavab: İddiaçı Teymur qızının icarəsinə verilmiş **********19 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış Bərdə rayon Mollagüllər kəndində yerləşən 80.0 ha torpaq sahəsinin mübahisələndirilən hissəsi Cavabdeh tərəfindən hal-hazırda istifadə edilir.
2. Sual: Əgər istifadə olunursa, torpaq sahəsinin qanunsuz istifadə olunan hissəsi hansı ölçüdədir? Cavab: Cavabdeh tərəfindən 0.37 ha torpaq sahəsi istifadə olunur. Bu rəyə əlavə edilmiş yerquruluşu planında öz əksini tapmışdır. Mülki işə əlavə edilmiş yeril baxış protokolundan görünür ki, Bərdə rayon Mollagüllər kəndində yerləşən mübahisəli torpaq sahəsində Cavabdeh yaşayış üçün 1 otaqlı yaşayış evi, qarğıdan tikili toyuq hini, yeraltı buzovların saxlanılması üçün tövlə tipli tikili və 15 -20 baş mal-qara saxlanılması mümkün ola bilən tövlədən ibarət tikili mövcuddur. Həmin ərazilər ekspert rəyində qeyd edilən 0,37 ha torpaq sahəsinin təxminən 0,10 sot hissəni əhatə edir. 0,27 ha hissəsi isə boş olaraq qalmış, cavabdeh tərəfindən faktiki istifadə olunduğu müəyyən olunmur. İddiaçının isə icarə əsasında istifadə etdiyi torpaq sahəsində iri buynuzli mal qaranın saxlanılması üçün nəzərdə tutulmuş qapalı və açıq tipli tövlələr yerləşir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Bərdə rayon Mollagüllər bələdiyyəsi mülkiyyətində olan Bərdə rayon Mollagüllər kəndində yerləşən 80 ha torpaq sahəsini xx.xx.2022-ci il tarixdən-xx.xx.2037-ci il tarixədək 15 (on beş) il müddətinə İddiaçı icarəyə vermişdir. Cavabdeh məcburi köçkündür, dövlət tərəfindən evlə təmin olunmamışdır. İddiaçı Teymur qızının icarəsinə verilmiş **********19 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış Bərdə rayon Mollagüllər kəndində yerləşən 80.0 ha torpaq sahəsinin 0.37 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilməsi ilə bağlı mütəxəsis rəyi olsa da, yerli baxış zamanı faktiki istifadə olanan yer təxminən 0,10 ha sahəni əhatə edir. Qalan 0,27 ha hissə isə iddiaçı iddia edir ki, cavabdeh istifadə edir, lakin yerli baxış zaman oradan istifadəyə dair hər hansı bir fakı məhkəmə müəyyən edə bilməmişdir. 3-cü şəxs X18 Cavabdeh ailə həyatı qurmuş, o da məcburi köçkün statusu daşıyır və ona da məcburi köçkünlər üçün nəzərdə tutulmuş mənzil təhvil verilməmişdir. Məhkəmə iddia tələbi lə bağlı aşağıdakıları qeyd edir. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasinin Qanunun 2-ci maddəsinə əsasən xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Həmin Qanunun 4-cü maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir.Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Həmin Qanunun 6-cı maddəsinə əsasən məcburi köçkünlərə torpaq sahələri ayrılması, kreditlər verilməsi və texniki yardımlar göstərilməsi Məcburi köçkünlərə məskunlaşdıqları rayonlarda kənd təsərrüfatı ilə məşğul olmaları üçün dövlət proqramına uyğun olaraq dövlət və bələdiyyə torpaq fondu hesabına müvəqqəti olaraq torpaq sahələri ayrılır, onlara güzəştli kreditlər verilir, texniki və digər yardımlar göstərilir. Məcburi köçkünlərə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Torpaq sahələrinin istifadəyə ayrılması, kreditlərin verilməsi və yardımların göstərilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Sadalanan hüquq nörmalarının işin faktiki hallarına tətbiq edən məhkəmə qeyd edir ki, iddiaçı tərəf məhkəmə iclasında bildirmişdir ki, cavabdeh Bərdə rayon Samux kəndində məskunlaşmış və orada fərdi yaşayış evi vardır. Bununla bağlı məhkəmə Samux kənd İNnə sorğu vermiş və cavab olaraq bildirilmişdir ki, Cavabdeh Bərdə rayon Samux kənd icra nümayəndəliyində qeydiyyatda deyil və həmin ərazidə yaşamır. İşdən müəyyən edilir ki, Cavabdeh və həyat yoldaşı X18 məcburi köçkün düşdükdən sonra Bərdə rayonu Mollagüllər kəndində müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışlar. İddiaçı isə icarə müqaviləsini xx.xx.2022-ci il tarixdə bağlamışdır. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasinin Qanunun 3-cü maddəsinin 3-cü bəndinə əsasən, məcburi köçkünlərə bərabər tutulan şəxslərin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi onların daimi məskunlaşması hesab olunur. Qanunun mənasına görə ayrıca mənzil əldə edilməsində bəhs edilir. Cavabdeh kənd təsərrüfatı məqsədilə torpaq sahəsi alması ona deməyə əsas vermir ki, o mənzil sahəsi əldə etmişdir. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasinin Qanunun 3-cü maddəsinə əsasən, bu Qanun 1988-ci il yanvarın 1-dən bu Qanunun qüvvəyə mindiyi vaxtadək məcburi köçkün olmuş və bu Qanunun 2-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş səbəbdən Azərbaycan Respublikasına gəlmiş şəxslərə şamil edilir. Bu Qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddiaçı Cavabdeh Fərhat qızına qarşı “icarə hüququ əsasında ona məxsus torpaqdan istifadə etməyinə maneə olan qanunsuz hərkətlərinə son qoyulması, cavabdehin torpaq sahəsindən çıxarılması və tikililərin sökülməsi” tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Qamət Əbilov