Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-3982/2025 04.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X1 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəlilzadə Mehran Anar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra iddiaçı və ya İddiaçı ASC) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Borcun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 71.36 (yetmiş bir manat 36 qəpik) manat, habelə ödənilmiş 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul еdilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, İddiaçı ASC ilə Cavabdeh arasında borcun ödənilməsi ilə bağlı razılıq əldə edildiyindən, İddiaçı ASC-nin Cavabdeh qarşı iddia ərizəsinin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh göstərdi ki, iddiaçı ilə aralarında razılığa gəldiklərindən iddia ərizəsinin qaytarılmasına və mülki işin baxılmamış saxlanılmasına etirazı yoxdur. Məhkəmə işdə olan sənədləri araşdırıb, iddiaçının nümayəndəsinin ərizəsinə qiymət verib belə hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. MPM-nin 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan qanunvericiliyin tələbinə əsasən məhkəmə hesab edir ki, İddiaçı ASCnin Cavabdeh qarşı “Borcun qaytarılması” tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı və sənədlər İddiaçı ASC-yə qaytarılmalıdır. MPM-nin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılaraq sənədlər iddiaçıya geri qaytarıldığından ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 170.1, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Borcun qaytarılması” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və sənədlər İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Kodu: 507699 VÖEN: ********** Müxbir hesab: AZ02NABZ******************** S.W.İ.F.T.Bik: AZRT AZ 22 Hesab № ******************** İBAN № AZ15AZRT******************** VÖEN: ********** hesabına qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim : Gündüz Abbasov
Məhkəmə qərarları › İş №e-2(021)-3982/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-3982/2025
04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver