Məhkəmə qərarları › İş №e-2(021)-4391/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-4391/2025

23.12.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-4391/2025 23.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İddiаçı İddiaçı cavabdeh Bərdə şəhər X39 6 nömrəli tam orta məktəbin direktoru Cavabdeh və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikas Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X18 Regional Təhsil İdarəsinə qаrşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanıb ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏ Açar sözlər: əmək müqaviləsi, işə bərpa Hаkim Abdullayev Fərman Firidun оğlunun sədrliyi, X6 iclas kаtibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Bərdə şəhər X39 6 nömrəli tam orta məktəbin direktoru Cavabdeh, Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikas Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X18 Regional Təhsil İdarəsinin nümayəndəsi X9 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh Bərdə şəhər X39 6 nömrəli tam orta məktəbin direktoru Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X18 Regional Təhsil İdarəsinə qаrşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanıb ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti İddiаçı İddiaçı cavabdeh Bərdə şəhər X39 6 nömrəli tam orta məktəbin direktoru Cavabdeh qаrşı “işə bərpa” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdeh Bərdə şəhər X39 6 nömrəli tam orta məktəbin direktoru Cavabdeh onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 02 oktyabr 2025-ci il tarixli 197 nömrəli əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, onun öz əvvəlki işinə, yəni Bərdə şəhər X39 6 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa olunmağı, işə bərpa olunduğu günədək məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi, həmçinin 60 (altmış) manat mediasiya xərci, 50(əlli) manat dövlət rüsumu (məhkəmə xərci) və vəkil xidməti üçün ödədiyi 320 (üç yüz iyirmi) manat pulun tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiаçı İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, o, 2002-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və Ədəbiyyatı ixtisasını bitirib bakalavr dərəcəli ali təhsil almışdır. xx.xx.2001-ci il tarixdən Bərdə şəhər 6 saylı orta məktəbdə ixtisası üzrə müəllim təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə işində fərqləndiyinə görə 6 dərs saatı saxlanılmaqla həmin məktəbə Tədris işləri üzrə direktor müavini təyin edilmişdir. Cavabdeh Bərdə şəhər X39 6 nömrəli tam orta məktəbin direktoru Cavabdeh 02 oktyabr 2025-ci il tarixdə 197 nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. Bərdə şəhər X39 6 nömrəli tam orta məktəbin direktoru Cavabdeh onu qərəzli şəkildə işdən çıxarmış və bu zaman qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, məktəb direktoru (işəgötürən) 11 sentyabr 2025-ci il tarixdə təqdimatla Həmkarlar İttifaqı Komitəsinə müraciət etmişdir. 17 sentyabr 2025-ci il tarixdə həmkarların iclası keçirilmiş, iclas audio-video yazı ilə aparılmış, görüntünü CD diskə köçürülmüşdür. İclasın yekunlarına dair protokol tərtib edilmiş və iştirak edən 45 nəfər Həmkarlar Komitəsinin üzvünün hər biri, yəni 45 nəfər onun lehinə səs verərək vəzifədə qalmağı məqsədə müvafiq hesab edilmişdir. Bundan hiddətlənən cavabdeh Bərdə şəhər X39 6 nömrəli tam orta məktəbin direktoru Seyidova X13 Təşkilatının xx.xx.2025-ci il tarixli iclasını qanunsuz sayaraq özünün həqiqi və güman edilən imkanlarından istifadə edərək həmkarlar təşkilatının sədrini dəyişdirmiş və başqası ilə əvəz edilməsini təşkil etmişdir. Məktəb direktoru yenidən həmkarlara tapşırıq verərək cəmi 4 nəfərdən ibarət təkrar iclas təşkil etmiş və xx.xx.2025-ci il tarixdə 4 nəfərdən ibarət olan qanunsuz iclas keçirilərək onun işdən azad edilməyi barədə rəy verilmişdir. Həmin iclas da audio-video yazı ilə aparılmış və CD diskə köçürülmüşdür. 02 oktyabr 2025-ci il tarixdə cavabdeh qanunsuz olaraq ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə onun işdən çıxarılmağı barədə əmr vermişdir. Cavabdehin əmrini qanunsuz hesab edir. Bərdə Rayon Məhkəməsinin e-2(021)-4391/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiаçı İddiaçı cavabdeh Bərdə şəhər X39 6 nömrəli tam orta məktəbin direktoru Cavabdeh qаrşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikas Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X18 Regional Təhsil İdarəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Cavabdeh Bərdə şəhər X39 6 nömrəli tam orta məktəbin direktoru Cavabdeh iddia tələbinə etiraz ərizəsi verərək, bildirmişdir ki, ddia tələbi tamamilə əsassızdır, heç bir həqiqətə uyğun deyildir və bu səbəbdən də təmin edilməməlidir. İddiaçı iddia ərizəsində məlumatları qəsdən təhrif etməklə, məhkəməyə həqiqətə uyğun olmayan məlumatları təqdim etmiş və bununla da məhkəmənin diqqətini onun işdən azad edilməsinin əsl səbəbindən kənarladırmağa çalışmışdır. Belə ki, nə onun nə də kollektivdə çalışan şəxslərin heç birinin iddiaçı ilə şəxsi münasibətlər zəminində hər hansı münaqişəsi olmamış və onun işdən azad edilməsi şəxsi münasibətlər zəminində baş verməmişdir. Halbu ki, iddiaçı iddia ərizəsində guya tərəfindən ona qarşı qərəzli hərəkət nümayiş etdirməyi, özünün həqiqi və güman olunan imkanlarından istifadə etməklə barəsində həmkarlar ittifaqı təşkilatının müvafiq qərarının çıxarılmasına nail olmağını qeyd etmişdir. Əslində isə məsələnin əsl mahiyyəti bundan ibarətdir ki, Azərbaycan Respublikasınn Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Bərdə şəhəri X39 6 nömrəli tam orta ümumtəhsil məktəbində monitorinq aparılmış və aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar bütün aktlar və əlavə edilmiş sənədlər xx.xx.2025-ci il tarixli məktbla Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Bərdə şəhəri X39 6 nömrəli tam orta ümumtəhsil məktəbinin təlimtərbiyə işləri üzrə direktor müavini İddiaçı direktor səlahiyyətlərini icra etdiyi (məndən əvvəl direktor səlahiyyəti onun tərəfindən icra olunmuşdur) 2023-cü ilin aprel ayından 2025-ci ilin may ayına qədər olan dövr ərzində öz qulluq mövyindən istifadə edərək şagirdlərin adının bir neçə sinif jurnalına salınmaqla bölünən siniflərin yaranmasına şərait yaratmış, bundan başqa məktəbin informatika müəllimi Əhmədova Bilurǝ Allahyar qızının adına normada artıq dərs saatlari rəsmiləşdirməklə ümumilikdə 11 176.84 manat pul vəsaitinin israf olunmasına səbəb olan hərəkətlərə yol vermiş, bununla da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü maddələrində (mənimsəmə və israf etmə) nəzərdə tutulan cinayət əməlini törətmişdir. Araşdırma zamanı aşkar olunmuş 11 176.84 manat maddi ziyan və ziyanın 25 %-i, yəni 2794.21 manat pul vəsaiti hazırkı iş üzrə İddiaçı tərəfindən dövlət büdcəsinə tam ödənilmişdir. Cinayət törətmiş hazırkı iş üzrə İddiaçı dövlət büdcəsinə vurduğu zərəri və onun müvafiq faizini ödədiyi üçün Prokurorluq orqanı tərəfindən AR CM- nin 73-1.2-ci maddəsinin tələbi əsas götürülməklə cinayət məsuliyyətindən azad edilmiş, Cinayət Prosessual Məcəllənin 40.3-cü maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Məsələ ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbayca Respublikasının Elm və Təhsil Nazirliyinin Ümumi Təhsil üzrə Dövlət Agentliyinə xx.xx.2025-cii il tarixli məktub ünvanlanmışdır. Həmin məktubda yuxarıda qeyd edilən xüsuatlarla yanaşı, həmçinin hazırkı iş üzrə İddiaçı məktəbin direktoru vəzifəsini icra etdiyi 2023-cü ilin aprel ayından 2025-ci ilin may ayınadək olan dövr ərzində öz xidməti vəzifələrini düzgün icra etmədiyi, məktəbdə artıq siniflərin yaranmasının qarşısını almaq məqsədi ilə zərurəi tədbirlər görmədiyi, bununla da məktəbdə əmək və icra intizamının pozulmasına şərait yaradaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirlyinin Kollegiyasının 15 may 2024-cü il tarixli, KQ-07 nörməli qərarı ilə təsdiq edilmiş "Təhsilverənlərin etik davranış" Qaydalarının tələblərini kobud surətdə pozduğu qeyd edilmişdir. Həmin Qaydaların 2.5.2-ci bəndinin tələblərinə görə təhsilverən özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Həmçinin həmin Qaydaların 2.6.2-ci bəndinə görə təhsilverǝn etik davranış qaydalarının onun tərəfinədən pozulmasının nəticələrini aradan qaldırmalı və ictimai etimadın bərpası üçün tədbirlər görməlidir. Eyni zamanda İddiaçı direktor vəzifələrini icra edərkən Əhmədova Bülurǝ Allahyar qızı tərəfindən məktəbdə normadan artıq tədris saatlarının icra edilməsinə şərait yaradaraq “Təhsil müəssisələrinnin pedaqoji içilərinin dərs yükü normalarının müəyyən edilməsi” haqqında AR NK-nin xx.xx.2010-cu il tarixli, 215 nömrəli qərarının tələblərini kobud şəkildə pozmuşdur. Prokurorluq orqanı müraciətin yekununda, aidiyyəti şəxslərin iştirakı təmin olunmaqla İddiaçı tutduğu vəzifəyə uyğun olmamasını nəzərə alaraq, onun intizam məsuliyyətinə cǝlb edilməsi məsələsinə baxılması və nəticəsi barədə Korrupsiyaya Qarşı Mübariz Baş İdarəsinə məlumat verilməsi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə tapşırılmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə X18 Regional Təhsil İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə məktub ünvanlayaraq, 22- 23 may 2025-ci il tarixləri aralığında məktəbdə monitorinq aparıldığı, X34 Sistemi ilə sinif jurnalları arasında ziddiyətlərin aşakar olunduğu bildirilmişdir. Belə ki, məktubda qeyd edilmişdir ki, ÜTİS-də Xİ a sinfində 16 şagird, Xİ b sinifində 25 şagird, Xİ p sinfində 19 şagird qeyd olunsa da sinif juralında Xİ a sinfində 21 şagird, Xİ b sinifində 19 şagird, Xİ p sinfində 17 şagird qeyd edilmişdir. Həmin məktubda məktəbdə yol verilmiş çox ciddi pozuntular detallı şəkildə qeyd edilməklə (məktbun surəti etiraza əlavə edilir), sənədlərin prokurorluq orqanına təqdim olunduğu və araşdırıldığı, araşdırmanın nəticəsinə uyğun olaraq prokurorluq orqanı tərəfindən İddiaçı tutduğu vəzifəyə uyğun olmadığı və vəzifəsindən azad edilməli olduğu bildirilmişdir. Regional Təhsil İdarəsinin ona ünvanladığı məktubun yekunda təlim-tərbiyə üzrə direkor müavini İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini, qanuna zidd hərəkətlərinin olduğunu və onun direktor müavini vəzifəsindən azad olunması üçün qərar qəbul edilməli olması qeyd edilmişdir. Qarabağ Regional Təhsil İdarəsinin, eləcə də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin məktubunu nəzərə alaraq, tərəfindən müvafiq təqdimat hazırlanmış və əmək qanunvericlyinə uyğun olaraq müəssisədaxili həmkarlar ittifaqı təşkilatına müraciət edərək, məktəbdə təlim-tərbiyə prosesinin, rəhbərlik və nəzarətin təşkilində ciddi nöqsanlara yol verdiyinə, bununla da özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilməsi barədə razılıq verilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi iddiaçının qeyd etdiyi kimi onun iddiaçıya qarşı heç bir qərəzi olmamış, onun tutduğu vəzifədən azad ediməsinin əsası məhz onun özünün cinayət qanunvericliyində nəzərdə tutlmuş əməlləri qəsdən törədərək, dövlət vəsaitini mənimsəməsi, öz qulluq vəzifəsini lazımınca icra etməməsindən, əmək müqaviləsində və qanunvericlikdə müəyyən olunmuş vəzifələri kobud pozulmasından ibarət olmuşdur. Odur ki, iddiaçının iddia tələbindəki bu "dəlili" tamamilə əsassızdır və həqiqətə uyğun deyildir. İddiaçının digər dəlili bundan ibarətdir ki, xx.xx.2025- ci il tarixdə müəssisədaxili həmkarlar ittifaqı komitəsi onun xeyrinə qərar versə də o, onu nəzərə almamış və yenidən həmkarlar ittifaqı komitəsinin iclasını keçirmişdir. Maraqlıdır ki, iddiaçı bir çox mətləbləri öz mənafeyinə dəyişərək, məhkəməyə təhrif olunmuş formada təqdim etməklə, bununla nəsə əldə edə biləcəyinə ümid edir. Halbu ki, iş materiallarına əlavə etdiyi sənədlərə (Prokuroruğun, Agentlyin məktubları, həmkarlat ittifaqı komitəsinin qərarları və s) məhkəmə tərəfindən hüquqi qiymət verilərkən, bütün həqiqətlər ortaya çıxacaq. İlk dəfər keçirilən həmkarlar ittifaqının qərarının onun xeyrinə olduğunu vurğulayan iddiaçı, qanuni nikahda olduğu əri Nurəddin Əliyevin məktəbin həmkarlar ittifaqı komitəsinin sədri olduğunu, həmçinin həmkarlar ittifaqı komitəsinin digər üzvünün isə məhz onunla əlbir olaraq bir çox qanunsuzluqda adı keçən X11 olduğunu niyə iddiada qeyd etməyib? Cəmi 5 nəfərdən ibarət olan müəssisədaxili həmkarlar ittifaqı komitəsinin sədri əri olduğu, digər (B.A.Əhmədova) isə bu pozuntularda adı hallandığı üçün iclasda içtirak etməyib. Həmin protokoldan görünür ki, həmkarlar ittifaqı komitəsinin cəmi 2 nəfəri iclasa sədrlik edən Həmkarlar ittiafqı komitəsinin sədrinin müavini X30 və iclasın katibi (həmkarlar komitəsinin üzvü) X22 iclasda iştirak edib və onların da iştirakı iclas üçün yetərsaylı hesab edilə bilməzdi. Bu səbəbdən də bu iki şəxsdən ibarǝt iclas baş tuta bilməzdi və onların tərtib etdiyi protokol qanunsuz olmuşdur. İclasda iştirak edən 35 nəfərə gəldikdə isə onlar həmkarlar ittiaqının üzvü olsalar da, həmkarlat ittifaqı komitəsinin üzvü deyildirlər. Həmkarlar İttifqının üzvləri yalnız X19 Yığıncağında səs hüququna malik olmaqla iştirak edə bilərlər. Həmkarlar İttifaqının Komitəsində isə yalnız komitə üzvlərinin qərar qəbulunda səs hüququna malikdirlər. Beləliklə də iclasda iştirak edən və güya ki, öz iradələri ilə fikri bildirən şəxslərin heç biri Komitəsinin üzvü olmamışdırlar. Buna görə də növbəti dəfə komitəsinin iclasının keçirilməsinə hüquqi zərurət yaranmış, öncə komitə üzvləri yeni tərkibdə təsdiq edilmiş və daha sonra tərəfimdən verilmiş təqdimata baxılaraq qərar qəbul edilmişdir. Belə ki, məsələ barədə tərəfindən Rayon Həmkarlar İttifaqı təşikatına müraciət olunmuş və həmin qərarın qanunsuz olduğu, məsələnin yenidən müzakirəyə təqdim edilməsinin vacibliyi bildirilmişdir. Beləliklər 22 sentyabr 2025-ci ildə Həmkarlar İttifaqə təşkilatının iclası keçirilmiş və Komitənin tərkibi müəyyən edimiş, sərd və üzvlər seçilmişdir. İclada 45 nəfərdən ibaət üzv təmzil olunmuşdur. Maraqlıdır ki, birinci iclasda guya ki, lehinə çıxış vermiş bütün üzvlər ikinci iclasda iddiaçının əleyhinə çıxış etmiş və qərara heç bir etiraz etməmişdirlər. Yuxarıda qeyd edilənlərlə yanaşı, Həmkarla İttifaqının nizamnaməsinin 7.1-ci bəndinə görə "Həmkarlar ittifaqının əsası ilk təşkilatlardır. İlk həmkarlar ittifaqı təşkilatı bir müəssisədə, təşkilatda işləyən və ya tədris müəssisəsində təhsil alan ən azı 7 nəfərdən ibarət təşkil edilir”. Həmin Nizamnamənin 7.5-ci bəndinə görə "Yığıncağın nümayəndələrinin səlahiyyət müddəti həmkarlar ittifaqı komitələrinin seçilməsi müddəti ilə eynidir. Seçkili orqanlar öz müvafiq iclaslarında təşkilatın yığıncaqlarının (konfranslarının) keçirilməsi qaydalarını təsdiq edir və bu yığıncaqlar (konfranslar) beş ildə iki dəfə keçirilir". Nizamnamənin 7.10-cu bəndinə əsasən (7.10.4) Həmkarlar İttifaqı Komitəsi əmək mübahisələrinə baxır və ona əsasən qərar qəbul edir. Nizamnamədən də göründüyü kimi işçinin əmək mübahisəsinə baxılması (Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən) Komitənin səlahiyyətidir və yenidən keçirilmiş Komitənin iclasında bütün Komitə üzvləri İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə tutduğu vəzifədən azad edilməsinə razılıq verilmişdir. Daha sonra cavabdeh Bərdə şəhər X39 6 nömrəli tam orta məktəbin direktoru Cavabdeh iddia tələbinə etiraz ərizəsi əlavə verərək, bildirmişdir ki, məhkəmə iclası zamanı İddiaçı direktor müavini olaraq vəzifəsindən məktəbin direktoru kimi onun yoxsa Qarabağ Regional Təhsil İdarəsinin əmri ilə tutduğu vəzifədən azad edilməsi məsələsi barədə sual yaranmışdır. Məlum olduğu kimi ümumi təhsil müəssisələri hüquqi şəxs statusunda olmaqla fəaliyyəti qanunla və digər normativ xarakterli aktlarla tənzimlənir. Məhz buna görə də ümumi təhsil müəssisələrinin nizamanmələri həmin müəssisələrin öz mülahizələrinə görə deyil, nümunəvi formada normativ aktla təsdiq edilir və Respublikasının bütün ərazisində yerləşən təshil müəssisələri üçün məcburi qüvvəyə malik olur. Məktəbin hazıda qüvvədə olan Nizamnaməsinin 6.3-cü bəndində qeyd edilmişdir ki, "Məktəbin pedaqoji kadrlarla komplektləşdirilməsi, onların attestasiyadan keçirilməsi, sosial müdafiəsi, stimullaşdırılması, yaxud intizam tənbehinə cəlb olunması müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir." Qanunvericilik dedikdə isə AR Nazirlər Kabinetinin 13 iyun 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin nümunəvi nizamnaməsi nəzərdə tutulur". Nümunəvi nizamnamənin 5.11-ci bəndinə görə "Ümumi təhsil müəssisəsinin cari fəaliyyətinə direktor rəhbərlik edir". Həmin Nizamanmənin 5.14-cü bəndinə görə “Direktorun fəaliyyətinin təşkili qaydası Nazirliyin təsdiq etdiyi əsasnamə və ümumi təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir”. Nümunəvi Nizamnamənin 5.15.8-ci bəndinə görə ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarını və işçilərin vəzifə təlimatlarını təsdiq edilməsi, 5.15.9-ci bəndə görə ümumi təhsil müəssisəsinin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə (bu Nümunəvi Nizamnamənin 5.16-cı və 7.7-ci bəndləri nəzərə alınmaqla), ümumi təhsil müəssisəsinin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qərarlar qəbul etmək direktorun səlahiyyətindədir. Nümunəvi Nizamanmənin 5.16-ci bəndində istisna hal kimi, direktor müavinin vəzifəyə təyin edilməsi səlahiyyətinin təhsil məüssisǝinin tabe olduğu dövlət orqanı (qrum) və ya bələdiyyə olması qeyd edilmişdir (Ümumi təhsil müəssisəsinin sayı həmin müəssisənin nizamnaməsi ilə müəyyən edilmiş direktor müavinləri vardır. Ümumi təhsil müəssisəsinin direktor müavinlərini həmin təhsil müəssisəsinin tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə təyin edir. Direktor olmadıqda, ümumi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərliyi həmin təhsil müəssisəsinin tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə tərəfindən müəyyən edilən direktor müavini həyata keçirir). Nizamanmənin 5.16-cı bəndinin hüquqi mənasından göründüyü kimi direktor müavini təyin etmək Regional təhsil idarəsinin, azad etmək isə 5.15.9-cu bəndə görə diekrorun səlahiyyətidir. Nümunəvi nizamnamənin 5.16-cı bəndi direktor müavinin yalınz vəzifəyə təyin edilməni, 5.15.9-cu bənd isə direktor müavinləri də daxil olmaqla bütün işçilərin barəsində intizam tənbehi tətbiq edilməsini, eləcədə bütün işçilərin, həmçinin direktor müavinin işdən azad edilməsini əhatə edir. Burdan da aydın olduğu kimi iddiaçının işdən azad edilməsi ilə bağlı əmr vermək səlahiyyəti tam şəkildə direktor kimi onun səlahiyyətinə aid olmuş və vəzifəsinin icrası zamanı tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Hətta bu səlahiyyət Regional Təhsil İdarəsinə aid olsa idi belə yenə də hər hansı pozuntudan söhbət gedə bilməzdi. Çünki bütün nöqsanları araşdırıb ortaya çıxaran, korrupsiya idarəsinə müraciət edən, korrupsiya idarəsindən daxil olmuş müraciətə əsaslanaraq, ona məktub göndərərək iddiçının işdən azad edilməsi məsələsinə baxılmasını tələb edən Regional Təhsil İdarəsidir. Buna görə də işində cinayət tərkibli əmələ yol vermiş diektor müavinin işdən azad edilməsi həm onun, həm də Regional Təhsil İdarəsinin ümumi qərarı və iradəsi əsasında baş tutmuşdur. Məhz buna görə də onların iradəsinin məhkəmədə bir daha bəyan edilməsi üçün tərəfindən vəsatət verilərək X35 İdarəsinin də üçüncü şəxs qismində işə cəlb edilməsi barədə qərardad çıxarılması xahiş edilsə də, məhkəmə vəsatətini təmin etməmiş və bu barədə ayrıca prosessual qərar çıxartmamışdır. Bununla da həmin prosessual qərardan şikayət vermək hüququndan da məhrum olmuşdur. Hazırkı məsələni əvvəlki etirazımda qeyd etmiş olsaydı, hazırlıq iclası dövündə iddiaçı qabaqlayıcı tədbir görə və prosessual çətinlikdən çıxa bilərdi. Lakin hazırda məhkəmə baxış mərhələsinə keçdiyinə görə, hesab edir ki, məsələnin geriyə dönüşü üçün hüquqi imkanlar aradan qalxmışdır. Məsələnin mahiyyəti bundan ibarətdir ki, iddiaçı iddia tələbini əsl olmayan cavabdehǝ qarşı qaldırmışdır. Çünki Nazirlər Kabinetinin 13 iyun 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş Nümunəvi nizamnamənin 1.3-cü bəndinə görə “Ümumi təhsil müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında”, “Ümumi təhsil haqqında" və "Sağlamlıq imkanları məhdud səxslərin təhsili (xüsusi təhsil) haqqında Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə ümumi təhsil proqramlarını, habelə məktəbə hazırlığı həyata keçirən publik hüquqi şəxsdir”. Hüquqi şəsin anlayışı AR Mülki Məcəlləsində, onun mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti isə Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuşdur. Belə ki, Qüvvədə olan Mülki Məcəllənin 43.1-ci maddəsinə görə "Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir”. Mülki Prosessual Məcəllənin 48-ci maddəsinə görə “hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir”. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə “Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur". Həmin Məcəllənin 50.1-ci maddəsinə görə "Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.4-cü maddəsinə görə “Qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər". Nümunəvi Nizamanmənin 1.11-ci bəndinə görə "Qanuna uyğun olaraq ümumi təhsil müəssisəsinin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Ümumi təhsil müəssisəsi məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər". Bütün bu maddələrin ətraflı təhlili onu göstərir ki, məktəb hüquqi şəxsdir, bütün mülki hüquq münasibətlərində müstəqil tərəf kimi çıxış, məhkəmələrdə iddiaçı, cavabdeh, üçüncü şəxs qismində iştirak edir. Mülki Məcəlləyə və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" AR Qanununa əsasən hüquqi şəxsi nizamnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, qanuni təmsilçisi təmsil edə bilər. İş materiallarından göründüyü kimi iddiaçı hüquqi şəxs olan məktəbi deyil, onu cavabdeh kimi məhkəməyə vermişdir. Bu isə tamamilə əsassızdır və belə iddia təmin edilə bilməz. Lakin artıq əsl olmayan cavabdehin əvəz edilməsi tələbinə dair vəsatətin verilməsi imkanı, hazırlıq iclasları bitdiyi üçün aradan qalxdığına görə iddiaçı bundan sonra əsl olmayan cavabdehi əvəz edə, yaxud məktəbi cavabdeh kimi əlavə edilməsin tələb edə bilməz. Eyni zamanda mediasiya prosesində də tərəf kimi məktəb yox, direktor kimi mən cəlb edilmişdir. Əmri verən şəxsin səlahiyyətli olub-olmaması məsələsi iddiaçının iddia ərizəsində vurğulanmamış, onu iddiasının faktiki əsasını təşkil etməmiş, hazırlıq iclası boyunca bu barədə məhkəməyə əlavə (iddia ərizəsinə əlavə) təqdim etməmişdir. İddia ərizəsində vurğulannan halların iddianın əsasını, xahiş edilən hüquq münasibəti isə iddianın predmetini təşkil edir. Belə ki, "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarında qeyd edilir ki, "İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur". Əsas etirazındada qeyd etdiyi kimi, Əmək Məcəlləsinin 80.1-ci maddəsinə görə “Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir". Azərbaycan Təhsil İşçiləri X36 Respublika Komitəsinin XV Konfransında təsdiq olunmuş (əlavə və dəyişikliklərlə) “Azərbaycan Respublikası təhsil İşçiləri X36nın Nizamanməsi”nə görə həmkarlar ittifaqında iki idarəetmə orqanı fəaliyyət göstərir: həmkarlar ittifaqının ali orqanı - Yığıncaq (Konfrans) və həmkarlat ittifaqı təşkilatı (yaxud Komité). Bütün işçilər Yığıncağın üzvü hesab edilir. Komitə isə bu üzvlərdən formalaşdırlır. Belə ki, Nizamanmənin 7.1-ci bəndinə görə həmkarlar ittifaqının əsası ilk təşkilatlardır. İlk həmkarlar ittifaqı təşkilatı bir müəssisədə, təşkilatda işləyən və ya tədris müəssisəsində təhsil alan ən azı 7 nəfərdən ibarət təşkil edilir. Nizamnamənin 7.10-cu bəndinə (7.10.4-cü bəndinə) görə Həmkarlat İttifaqı Komitəsi əmək mübahisələrinə baxır və ona əsasən qərar qəbul edir. Nizamanmənin 7.1 və 72-ci bəndlərinin hüquqi mənasından görünür ki, komitə və təşkilat eyni hüquqi mənalarda istifadə olunur və Əmək Məcəlləsinin 80-cı maddəsinin tələbindən göründüyü kimi razılıq Konfransdan deyil, Təşkilatdan alınmalıdır. İddiaçının istinad etdiyi ilk iclas (həmkarlar ittifqının iclası) 17 sentyabr 2025-ci ildə baş tutmuşdur. İddiaçı həmin iclası Həmkarlar İttifaqı Komitəsinin iclası kimi məhkəməyə təqdim etsə də əslində bu iclas həmkarların deyil, daha çox məktəbin pedaqoji şurasının iclasına və ya X8 iclas protokoluna bənzəyir. Çünki tərtibatdan görünür ki, 50 nəfər (35 müəllim, 15 texniki işçilər) iclasda iştirak etmişdir, protokolu yalnız katib və sədr imzalamışdır. Sonrakı, yəni xx.xx.2025-ci il tarixli protokol isə tam qanuni formada tərtib edilmiş, yuxarı hissədə həmkarlat İttifaqı Komitəsinin iclasının keçirildiyi qeyd edilmiş, iclasda yalnız Təşkilatın üzvlərinin adları qeyd edilmiş və protokol üzvlər tərəfindən imzalanmışdır. Beləliklə də iddiaçının bu məsələ barədə irəli sürdüyü dəlil də tamamilə əsasızdır. Yuxarıda göstərilənləri, əvvəlcədən təqdim etdiyi etirazdakı və hazırkı etirazdakı xüsuatları nəzərə alaraq İddiaçı ona qarşı irəli sürdüyü iddiasının rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, X26nın 2-ci iclasında İradə Baxşalıyeva 45 nəfər üzvünün razılığı ilə X26nın sədri seçilmişdir. Bərdə rayon Həmkarlar İttifaqının sədri Misir müəllim iclasın gündəliyini elan etmiş və iclasın katibini seçmişdir. O, özü həmin iclasda iştirak etmişdir. Həmin iclas qanunsuz təşkil edilmişdir. Belə ki, həmin iclasda əvvəlki X26nın sədrinin vəzifəsindən azad edilməsi ilə bağlı kollektivin rəyi alınmamışdır. xx.xx.2025-ci il tarixdə isə X26nın 5 nəfərdən ibarət komitə üzvlərinin iştirakı ilə onun işdən azad olunmasına dair müsbət rəy verilmişdir. Halbu ki, həmkarlar ittifaqının nizamnaməsinə əsasən işçinin barəsində rəy verilməsi komitə üzvlərinin deyil, X26nın yığıncağının səlahiyyətindədir. Həmçinin bildirmişdir ki, X26nın 1-ci iclasında X26nın sədri olan həyat yoldaşı Nürəddin maraqların toqquşması səbəbinə görə həmin iclasada iştirak etməmişdir. Həmin iclasa onun müavini İradə İmanova sədrlik etmişdir. İki nəfər komitənin üzvü iclasda iştirak etmişdir. X42 və İradə Baxşalıyeva olmuşlar. İclasın gündəliyində onun əmək fəaliyyətinin qiymətləndirilməsi məsələsi olmuş və iclasda həmkarlar ittifaqının üzvlərinin əksəriyyəti iştirak etmişlər. İclasda yetərsay olmuş, yəni 45 nəfərdən artıq üzv iştirak etmiş və səs çoxluğu ilə onun fəaliyyəti yüksək qiymətləndirilmiş və bu barədə rəy verilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərərk iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 300 nömrəli Qərarının 5.15.30-cu bəndində əsasən direktorun, direktor müavinlərini işdən azad etməyə səlahiyyəti yoxdur. Bu səlahiyyət Qarabağ Təhsil İdarəsinə məxsusdur. Həmçinin bildirdi ki, həmkarlar X4 6.11-ci bəndinə əsasən X26nda işçilərin intizam məslələrinə həmkarlar ittifaqının üzvlərindən ibarət yığıncaq tərəfindən baxılmalıdır. Hazırkı işdə isə iddiaçı barəsində rəy həmkarlar ittifaqının üzvlərinin iştirakı ilə keçirilən yığıncaq tərəfindən deyil, həmkarlar ittifaqının 5 nəfərdən ibarət olan üzvü, yəni komitə tərəfindən verilmişdir. Odur ki, komitə üzvlərinin verdiyi rəy qanuni hesab edilə bilməz və iddiaçının işdən azad olunmasına əsas olan bu rəyin qəbul edilməsi qaydaları pozulduğu üçün onun işdən azad olunmasına əsas olan əmr də qanunsuz hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh Bərdə şəhər X39 6 nömrəli tam orta məktəbin direktoru Cavabdeh bildirmişdir ki, Qarabağ Təhsil İdarəsi tərəfindən ona müraciət edilmişdir ki, İddiaçı işdən azad edilməsi barədə əmr versin. O da həmin müraciətə uyğun olaraq iddiaçını işdən azad etmişdir. İddiaçının işdən azad edilməsi üçün Əmək Məcəlləsinin tələbinə uyğun olaraq orta məktəbin X26nına müvafiq rəy verilməsi üçün təqdimatla müraciət etmişdir. Həmkarlar ittifaqının bu məsələ ilə bağlı ilk iclası xx.xx.2025-ci il tarixdə keçirilmişdir. Həmin iclas düzgün formada keçirilmədiyinə görə 2-ci dəfə həmkarlar ittifaqına təqdimatla müraciət etmişdir. Həmin iclasda iddiaçının işində kobud nöqsanlara yol verməsi barədə rəy verilmişdir. Ona görə də o, iddiaçını direktor müavini vəzifəsindən azad etmişdir. O, həmçinin bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə direktor təyin olunmuşdur. X45 ilk Həmkarlar İttifaqının sədri olmasını bildirmişdir. Lakin Nürəddin ona fəaliyyəti ilə bağlı sənədlər təqdim etməmişdir. X26 keçirdiyi iclaslarla bağlı protokolları Elm və Təhsil İşçiləri Həmkarlaq İttifaqının Bərdə Komitəsinə təqdim edilməlidir. Lakin Nürəddin tərəfindən heç bir sənəd təqdim edilməyib. Onun gördüyü bəzi protokollarda sədr müavini kimi İmanova İradənin adı qeyd edilmişdir. Buna əsasən bilmişdir ki, əvvəlki Həmkarlar İttifaqının sədr müavini sonuncu olmuşdur. Həmkarlar ittifaqının 75 üzvü vardır. X26nın özünün nizamnaməsi yoxdur. O, həmçinin bildirmişdir ki, X10 Nizamnamənin 7.10.4-cü bəndinə əsasən X26 komitəsi İddiaçı barəsində onun iş fəaliyyəti barədə rəy vermişdir. Məhkəmə iclasında müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikas Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X18 Regional Təhsil İdarəsinin nümayəndəsi X14 bildirmişdir ki, Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 300 nömrəli Qərarında məktəb direktorunun səlahiyyətləri arasında direktor müavinini işdən azad edilməsi də qeyd edilmişdir. Odur ki, məktəb direktorunun belə bir səlahiyyətinin olmaması barədə göstərilənlər həqiqəti əks etdirmir. O, həmçinin bildirmişdir ki, X10 Nizamnamənin 7.10.4-cü bəndinə əsasən X26 komitəsinin İddiaçı barəsində rəy vermək səlahiyyəti vardır. Həmçinin nümayəndə X14 verilən suallara cavab olaraq bildirmişdir ki, Təhsil İdarəsi tərəfindən Bərdə şəhər X39 6 nömrəli tam orta məktəbdə yoxlama aparılan zaman müəyyən edilmişdir ki, Jalə adlı şagirdin adının iki dəfə qeyd edilməsi yarım siniflərin yaradılmasına səbəb olmuş, buna görə də əlavə məvacib hesablanması və maddi ziyan vurulması müəyyən edilmişdir. Həmin ziyan iddiaçı barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma zamanı sonuncu tərəfindən ödənilmişdir. Eyni zamandan Təhsil idarəsi tərəfindən aparılan yoxlama zamanı müəyyən edilmişdir ki, Tamella, Günay və Elvin adlı şagirdlər həmin məktəbdə faktiki oxumalarına baxmayaraq onların adları oxuduqları siniflərdə qeyd edilməmişdir. İİİ. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı oğlu xx.xx.1979-cu ildə doğulmuşdur. A №099996 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı Azərbaycan Dövlət Pedoqoji Universitetinin Azərbaycan dili və ədəbiyyat ixtisasına yiyələnmişdir. № ******* nömrəli Əmək Kitabçasından görünür ki, İddiaçı xx.xx.2001-ci ildə Bərdə şəhər 6 nömrəli tam orta məktəbə ixtisası üzrə müəllim təyin edilmiş, xx.xx.2016-cı il tarixdə adında 6 saat dərs saxlanılmaqla həmin məktəbə Tədris işləri üzrə direktor müavini, xx.xx.2016-cı il tarixdə həmin məktəbə Tədris işləri üzrə direktor müavini təyin edilmişdir. Bərdə şəhər X39 6 nömrəli tam orta məktəbində xx.xx.2025-ci il tarixli iclasın Protokolundan görünür ki, İddiaçı xəbərdarlıq və ya töhmət verilməklə məktəbin direktor müavini vəzifəsində qalıb işləməsi məqsədəuyğun hesab edilmişdir. (iclasda 45 nəfər iştirak etmişdir, lehinə 45 nəfər, əleyhinə yoxdur) Həmçinin həmin protokoldan görünür ki, İddiaçı bildirmişdir ki, məktəbin informarika müəlliməsi Əhmədova Bilurənin əsas iş yeri 6 saylı orta məktəb olmuşdur. Əhməsova Bilurə məktəbin UFİS proqramının işlənilməsində yaxından dəstək olduğunu bildirmişdir. 2024-2025-ci ilin may atında aparılan monitorinq zamanı məktəbin bəzi şagirlərinin bir neçə sinif jurnallarında yazılması və bununla bölünən dərslərin yaranmasına səbəb olmuşdur. Bununla bağlı bir neçə dəfə Qarabağ Regional Təhsil İdarəsinə müraciət etməsinə baxmayarq bu problemlər aradan götürülməmişdir. Noyabr ayında UTİS proqramı açılmadığına görə şagirdlərin siyahısı keçən ilki jrnallardan götürülmüşdür. Üst qurumlar ciddi yanaşmadıqları üçün bu nöqsanları yaranmışdır. X2, X31 və X16 adları heç bir jurnalda və məktəbin əmək kitabçasında yoxdur. Bununla yanaşı Məlikova Jalə adının hər iki sinif jurnalında getdiyinə görə 3736 manat pul vaxtından əvvəl ödənmişdir. İnformatika müəllimi Bilurə Əhmədovanın adına yazılan artıq dərs yükünün cəriməsi də ödənmişdir. Bərdə şəhər X39 6 nömrəli tam orta məktəbin direktoru Cavabdeh tərəfindən Bərdə şəhər X39 6 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinə verilmiş xx.xx.2025ci il tarixli 657 saylı Təqdimatdan görünür ki, məktəbdə təlim-tərbiyə prosesinin, rəhbərlik və nəzarətin təşkilində ciddi nöqsanlara yol verdiyinə, bununla da özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə Əsasən ləğv edilməsi barədə razılıq verilməsi xahiş edilmişdir. Bərdə şəhər X39 6 nömrəli tam orta məktəbin direktoru Cavabdeh tərəfindən Bərdə şəhər X39 6 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinə verilmiş xx.xx.2025ci il tarixli 673 saylı Təqdimatdan görünür ki, məktəbdə təlim-tərbiyə prosesinin, rəhbərlik və nəzarətin təşkilində ciddi nöqsanlara yol verdiyinə, bununla da özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə Əsasən ləğv edilməsi barədə razılıq verilməsi xahiş edilmişdir. Bərdə şəhər X39 6 nömrəli tam orta məktəbin direktoru Cavabdeh tərəfindən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin rəhbərinə ünvanladığı xx.xx.2025-ci il tarixli 663 nömrəli müraciətdən görünür ki, Bərdə şəhər S. Behbudov adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2025- ci il tarixli 2-2-022/2-170660/2025 nömrəli məktubu, Qarabağ Regional Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli 3-29-38-/2-1707/2025 nömrəli məktubu əsasında əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə uyğun olaraq xitam verilməsi zərurətinin yarandığı, lakin, təqdim edilmiş sənədlərə və hüquqi əsaslara baxmayaraq, Bərdə şəhəri S.Behbudov adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin Elm və Təhsil İşçiləri Həmkarlar X24 Təşkilatının komitə üzvləri düzgün qərar qəbul etmədiyi, bununla da Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının səlahiyyət və vəzifələrinə zidd hərəkət etdiyi, bu vəziyyətin təhsil müəssisəsində əmək intizamına, idarəetmə prosesinə və qanunvericiliyin tələblərinə mənfi təsir göstərməkdə olduğu nəzərinə çatdırılaraq, məsələnin araşdırılmasını, Bərdə şəhəri S.Behbudov adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətində mövcud olan pozuntulara hüquqi qiymət verilməsi və müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. ETİHİ Bərdə şəhər X39 6 nömrəli tam orta məktəbin ilk həmkarlar təşkilatının Növbədənkənar iclasının xx.xx.2025-ci il tarixli Protokolundan görünür ki, Bərdə şəhər S.Behbudov adına 6 nömrəli tam orta məktəbin ilk həmkarlar təşkilatının sədri X1 müddəti qurtarmazdan əvvəl tutduğu vəzifədən azad edilməsi, Bərdə şəhər S.Behbudov adına 6 nömrəli tam orta məktəbin ilk həmkarlar ittifaqı komitəsinin tərkibi 5 nəfərdən ibarət yeni tərkibdə seçilməsi, Şahid, X17, X32, X12 və X5 Bərdə şəhər S.Behbudov adına 6 nömrəli tam orta məktəbin ilk həmkarlar ittifaqı komitəsinə üzv seçilmələri, Şahid Bərdə şəhər S.Behbudov adına 6 nömrəli tam orta məktəbin ilk həmkarlar təşkilatının sədri seçilməsi qərara alınmışdır. İlk həmkarlar təşkilatı komissiyasının üzvlərinin iştirakı ilə tərtib olunmuş Bərdə şəhər X39 6 nömrəli tam orta ümumtəhsil məktəbi Elm və Təhsil İşçiləri Həmkarlar X24 Təşkilatının (sədr: Şahid, sədr müavini: X17, komissiya üzvləri: X12, X20, katib: X32) 1 oktyabr 2025-ci il tarixli İclasının Protokolundan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X18 Regional Təhsil İdarəsi tərəfindən 22-23 may 2025-ci il tarixdə Bərdə şəhər S.Behbudov adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində aparılmış monitorinqin nəticələrini, toplanmış fakt, sübut və dəlilləri, tərtib olunmuş aktı, eyni zamanda Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin araşdırması və yuxarıda göstərilən çıxışları nəzərə alaraq Bərdə şəhər S.Behbudov adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı işdən azad olunması məqsədəuyğun hesab edilmişdir. Bərdə şəhər X39 6 nömrəli tam orta ümumtəhsil məktəbi üzrə 02 oktyabr 2025-ci il tarixli 197 nömrəli əmrdən Çıxarışdan görünür ki, Bərdə şəhəri X39 6 nömrəli tam orta ümumtəhsil məktəbinin təlim- tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə Əsasən 02 oktyabr 2025-ci il tarixdən ləğv edilmişdir. (Əsas: Monitorinqin nəticələrinə dair aktlar, müvafiq izahatlar, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 2-2- 022/2-170660/2025 nömrəli təqdimatı və həmkarlar təşkilatının razılığı) Bərdə 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, tərəflər arasında razılıq əldə olunmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid bildirdi ki, yeni seçilən Həmkarlar İttifaqının sədridir. O, 22 sentyabrda sədr seçilib. O, 1-ci iclasda Həmkarlar İttifaqının üzvü olmuşdur. Həmin vaxt İddiaçın barəsində cinayət işi olmuşdur. Onun işində olan nöqsanlara görə xx.xx.2025-ci ildə iclas keçirilərək səs vermə olmuşdur. Həmin səsvermədə onun xeyrinə səs vermişdir. İclasda 40 nəfər üzv iştirak etmişdir. O, 22 sentyabr 2025-ci il tarixdə 40-45 nəfər müəllimlərin təklifi ilə sədr seçilmişdir. Vüsalə və Nurəddin də onun xeyrinə səs vermişdir. Həmkarlar İttifaqının sədri ildə bir dəfə seçilir. 17 il əvvəl Nurəddin müəllim seçilib. Əvvəlki sədrin səlahiyyətlərinə xitam verilməsi üçün iclas keçirilib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsiə əsasən işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən işçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında həmkarlar ittifaqları təşkilatı yaradıla bilər. İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Məcəllənin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci bəndinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 2-ci bəndinə əsasən Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, xx.xx.2005-ci il tarixdə Azərbaycan Təhsil İşçiləri X36 Respublika Komitəsinin XV konfransında təsdiq edilmiş Azərbaycan Respublikası Azərbaycan Təhsil İşçiləri Azad X3 6.11-ci bəndinə əsasən X26nda işçilərin intizam məsələlərinə baxılması həmkarlar ittifaqının üzvlərindən ibarət yığıncağın səlahiyyətlərinə aiddir. Yəni işçilərin intizam məsələləri ilə bağlı rəyi yalnız X26nın yığıncağı verə bilər. Hazırkı mülki işlə bağlı rəyi isə X26nın yığıcağı deyil, komitə vermişdir. Həmin nizamnamənin 7-cı bəndində X26nın komitəsinin səlahiyyətləri göstərilmişdir. Həmin səlahiyyətlər arasında işçilər barəsində intizam məsələlərinə baxılması öz əksini tapmamışdır. Nizamnamənin 7.10.4-cü bəndində komitənin səlahiyyətləri sırasında fərdi əmək mübahisələrinə baxılması bəndi vardır ki, bu da hazırkı mübahisə predmetinə aid deyildir. Bundan başqa Bərdə şəhər X39 6 nömrəli tam orta məktəbində xx.xx.2025-ci il tarixli iclasın Protokolundan görünür ki, İddiaçı iclas zamanı bildirmişdir ki, məktəbin informarika müəlliməsi Əhmədova Bilurənin əsas iş yeri 6 saylı orta məktəb olmuşdur. Əhmədova Bilurə məktəbin UFİS proqramının işlənilməsində yaxından dəstək olduğunu bildirmişdir. 2024-2025-ci ilin may ayında aparılan monitorinq zamanı məktəbin bəzi şagirlərinin bir neçə sinif jurnallarında yazılması və bununla bölünən dərslərin yaranmasına səbəb olmuşdur. Bununla bağlı bir neçə dəfə Qarabağ Regional Təhsil İdarəsinə müraciət etməsinə baxmayarq bu problemlər aradan götürülməmişdir. Noyab ayında UTİS proqramı açılmadığına görə şagirdlərin siyahısı keçən ilki jrnallardan götürülmüşdür. Üst qurumlar ciddi yanaşmadıqları üçün bu nöqsanları yaranmışdır. X2, X31 və X16 adları heç bir jurnalda və məktəbin əmək kitabçasında yoxdur. Bununla yanaşı Məlikova Jalə adının hər iki sinif jurnalında getdiyinə görə 3736 manat pul vaxtından əvvəl ödənmişdir. İnformatika müəllimi Bilurə Əhmədovanın adına yazılan artıq dərs yükünün cəriməsi də ödənmişdir. Məhkəmə hesab edir ki, bir nəfər şagirdin- Jalə Məlikovanın adının iki jurnalda getməsini texniki səhv olaraq baş vermişdir. Belə ki, 3 nəfər şagirdin- X15, X31 və X16 həmin məktəbdə təhsil almalarına baxmayaraq adları heç bir jurnala işlənməmişdir. Bu hal İddiaçı mənimsəmə cinayəti niyyəti olmadığını, nöqsanın texniki səhv olaraq baş verdiyini göstərir. Məhkəmə tərəfindən cavabdeh Bərdə şəhər X39 6 nömrəli tam orta məktəbin direktoru Cavabdeh və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikas Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X18 Regional Təhsil İdarəsinin nümayəndəsinə 3 şagirdin -X15, X31 və X16 adlarının jurnala işlənməməsi barədə soruşmuş və hər ikisi həmin halı təsdiqləmişdirlər. Həmçinin Bərdə şəhər S. Behbudov adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 2-2- 022/2-170660/2025 nömrəli məktubundan görünür ki, araşdırma zamanı İddiaçı dövlət büdcəsinə vurulmuş 11176,84 manat maddi ziyanın və ziyanın 25 faizi miqdarında yəni 2794.21 manat pul vəsaitini tam həcmdə ödənilməsi təmin edilmişdir. Azərbaycan Respublikası Azərbaycan Təhsil İşçiləri Azad X3: Vİ. İttifaqa üzvlük, üzvlərin hüquq və vəzifələri 6.1. Mülkiyyət formasından asılı olmayaraq ölkədə fəaliyyət göstərən təhsil müəssisələrində, təşkilatlarda işləyən və təhsil alan, habelə həmin sahədə işləyib pensiyaya çıxan, bu Nizamnaməni qəbul edən, ilk həmkarlar ittifaqı təşkilatının işində iştirak edən və üzvlük haqqı ödəyən hər bir şəxs həmkarlar ittifaqının üzvü ola bilər. 6.2. Üzvlüyə qəbul və xaric olunma fərdi qaydada, könüllülük prinsipi və ərizə əsasında ilk həmkarlar ittifaqı təşkilatı tərəfindən həyata keçirilir. 6.3. Yığıncaqda iştirak edən ilk həmkarlar ittifaqı təşkilatı üzvlərinin yarıdan çoxu lehinə səs verərsə (yetərsay gözlənilmək şərti ilə) qərar qəbul edilmiş sayılır. 6.4. Üzvlük stajı üzvlüyə qəbul edilmə barədə qərarın verildiyi gündən hesablanır. Üzvlüyə qəbul edilmiş şəxsə üzvlük vəsiqəsi verilir. 6.5. Üzvlər əsas iş və ya təhsil yerinin ilk həmkarlar ittifaqı təşkilatında qeydiyyata götürülürlər. Digər sahə həmkarlar ittifaqında birləşən müəssisə, idarə, təşkilatdan yeni iş yerinə keçmiş işçilərin üzvlük stajı saxlanılır. 6.6. Üzvlük aşağıdakı hallarda da saxlanılır; • azyaşlı uşaqların tərbiyəsi ilə əlaqədar iş yerini müvəqqəti tərk etdikdə; • müvəqqəti işsiz qaldıqda; • həqiqi hərbi xidmətə çağırıldıqda; • səhhətinə və ya yaşına görə təqaüdə çıxarkən üzvlükdə qalmaq barədə yazılı müraciət etdikdə. 6.7. Üzvlər aşağıdakı hüquqlara malikdir: • işə qəbul olunması, başqa işə keçirilməsi, işdən azad olunması, əməyin ödənilməsi, məzuniyyət verilməsi, müvəqqəti əmək qabiliyyətini itirməyə və ya qocalığa görə pensiya ilə təmin olunması barədə, əməyin mühafizəsi qaydaları və normaları, mənzil hüququ barədə qanunvericiliyin tələbləri pozularsa, müvəqqəti iş yerini itirərkən, müəssisənin ləğvi və müflis olması hallarında, digər qanuni hüquq və mənafeləri tapdanarsa həmkarlar ittifaqı orqanlarından hüquqlarının müdafiəsini tələb etmək; • həmkarlar ittifaqı orqanlarından hüquqi, iqtisadi, əməyin mühafizəsi və sosial sığorta məsələlərinə dair pulsuz məsləhətlər, maddi yardım almaq; • seçkili həmkarlar ittifaqı orqanlarında işlədiyi müddətdə əmək kollektivi üzvlərinə kollektiv müqaviləyə əsasən verilən hüquq və güzəştlərdən istifadə etmək; • üzvü olduğu təşkilatın fəaliyyətində, o cümlədən qərarların hazırlanması, müzakirə olunması və qəbul edilməsində, onların icrasına və həmkarlar komitəsinin işinə nəzarətin həyata keçirilməsində iştirak etmək; • seçkili orqanlara namizədlər, o cümlədən öz namizədliyini irəli sürmək, seçmək və seçilmək, həmkarlar ittifaqı təşkilatlarının konfrans və qurultayına nümayəndə seçilmək, irəli sürülmüş namizədlərin xeyrinə təbliğat işi aparmaq; • həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinə dair bütün məsələləri yığıncaqlarda, konfranslarda, həmkarlar ittifaqı komitələrinin iclaslarında, mətbuat və digər kütləvi informasiya vasitələrində azad müzakirə etmək, təkliflər, alternativ layihələr irəli sürmək, öz rəyini azad söyləmək və müdafiə etmək, hər hansı həmkarlar ittifaqı orqanının ünvanına və vəzifəsindən asılı olmayaraq hər hansı həmkarlar ittifaqı üzvünün ünvanına tənqidlə çıxış etmək; • onun fəaliyyəti və davranışı müzakirə olunan iclaslarda şəxsən iştirak etmək; • hər hansı həmkarlar ittifaqı orqanına müraciət etmək və öz müraciətinin mahiyyəti üzrə cavab tələb etmək, həmkarlar ittifaqı təşkilatlarının, rəhbər həmkarlar ittifaqı orqanlarının işi haqqında məlumat almaq. 6.8. Üzvlərin aşağıdakı vəzifələri vardır: • müvafiq həmkarlar ittifaqı təşkilatının fəaliyyətində iştirak etmək, nizamnaməyə əməl etmək, həmkarlar ittifaqı təşkilatının və seçkili həmkarlar ittifaqı orqanlarının qərar və tapşırıqlarını yerinə yetirmək, hər ay müəyyən olunmuş qaydada üzvlük haqqını ödəmək; • həmkarlar ittifaqının nüfuzunu qorumaq, həmkarlar ittifaqına zərər gətirən, nizamnamə tələblərinə zidd olan hərəkətlərə yol verməmək, iş yoldaşları ilə hörmətlə davranmaq, qanuni hüquqları sahibkarlar, işəgötürənlər, idarəetmə orqanları tərəfindən pozulan həmkarları ilə həmrəy olmaq; • kollektiv müqavilələrin, razılaşmaların, daxili əmək intizamı qaydalarının tələblərinə əməl etmək. 6.9. Həmkarlar ittifaqının işində fəal iştirakına, əməkdə uğurlarına görə üzvlər müvafiq həmkarlar ittifaqı orqanı tərəfindən mənəvi və maddi həvəsləndirilə bilər, həmçinin təltif olunma və fəxri adların verilməsi üçün təqdim edilə bilər. 6.10. Nizamnamə tələblərini yerinə yetirmədiyinə, həmkarlar ittifaqının parçalanmasına yönəldilmiş, həmkarlar ittifaqına zərər gətirən fəaliyyətinə görə üzvlərə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: xəbərdarlıq, töhmət, həmkarlar ittifaqından xaric edilmə. 6.11. İntizam tənbehlərinin tətbiq edilməsi barədə qərarı ilk həmkarlar ittifaqı təşkilatının ümumi yığıncağı (konfrans) qəbul edir. Ümumi yığıncaqda (konfransda) və ya seçkili orqanın iclasında iştirak edənlərin yarıdan çoxu lehinə səs verdikdə və yetərsay olduqda, qərar qəbul edilmiş hesab edilir. 6.12. Üzvlükdən xaric edilmə və ya digər intizam tədbiri tətbiq edilməsi barədə qərar onun iştirakı ilə qəbul edilir. Üzv ümumi yığıncaqda (konfransda) və ya seçkili orqanın iclasında iştirak etməkdən üzürsüz səbəbdən imtina etdikdə məsələyə onun iştirakı olmadan baxıla bilər. 6.13. Üzvlükdən xaric olunan şəxs iki ay ərzində həmin qərar barədə yuxarı həmkarlar ittifaqı orqanlarına şikayət edə bilər. Ərizə qəbul edilən gündən 1 aydan gec olmayaraq həmkarlar ittifaqı orqanı tərəfindən baxılmalıdır. Yuxarı həmkarlar ittifaqı orqanı tənbeh, həmkarlar ittifaqından xaric olunma haqqında qərarı ləğv edə və ya qüvvədə saxlaya bilər. 6.14. Üzvlükdən xaric olunmuş şəxs həmkarlar ittifaqının üzvlüyünə ümumi əsaslarla yenidən qəbul edilə bilər. 6.15. İttifaqın seçkili orqanının üzvünün intizam məsuliyyətinə cəlb edilməsinə onun üzv olduğu seçkili orqanın iclasında və yaxud yuxarı həmkarlar ittifaqı orqanında baxılır. Qəbul edilmiş qərar barədə ilk həmkarlar ittifaqı təşkilatına məlumat verilir. 6.16. İttifaqdan çıxmış və ya xaric edilmiş şəxs həmkarlar ittifaqı tərəfindən müdafiə hüququnu, həmkarlar ittifaqının mülkiyyətindən və imtiyazlarından istifadə etmək hüquqlarını itirir. Ödənilmiş üzvlük haqlarının məbləği ona geri qaytarılmır. Vİİ. İlk həmkarlar ittifaqı təşkilatları 7.1. Həmkarlar ittifaqının əsası ilk təşkilatlardır. İlk həmkarlar ittifaqı təşkilatı bir müəssisədə, təşkilatda işləyən və ya tədris müəssisəsində təhsil alan ən azı 7 nəfərdən ibarət təşkil edilir. 7.2. İlk həmkarlar ittifaqı təşkilatının yaradılması barədə məsələ həmkarlar ittifaqı üzvlərinin ümumi yığıncağında həll edilir. Ümumi yığıncaqda həmkarlar ittifaqı komitəsi (həmkarlar ittifaqı təşkilatçısı) seçilir və qeydiyyata götürülmək üçün müvafiq həmkarlar ittifaqı orqanına təqdim olunur. 7.3. İlk həmkarlar ittifaqı təşkilatları öz təşkilat quruluşlarını bu Nizamnaməyə əsasən həll edir, fəaliyyət istiqamətlərini müəyyənləşdirir, yığılan üzvlük haqlarını ərazi həmkarlar ittifaqı tərəfindən təsdiq olunmuş smeta üzrə xərclənməsini təmin edirlər. 7.4. İlk həmkarlar ittifaqı təşkilatının ali orqanı yığıncaqdır (konfransdır). 7.5. Yığıncağın nümayəndələrinin səlahiyyət müddəti həmkarlar ittifaqı komitələrinin seçilməsi müddəti ilə eynidir. Seçkili orqanlar öz müvafiq iclaslarında təşkilatın yığıncaqlarının (konfranslarının) keçirilməsi qaydalarını təsdiq edir və bu yığıncaqlar (konfranslar) beş ildə iki dəfə keçirilir. 7.6. Cari işləri aparmaq üçün yığıncaqda (konfransda) aşağıdakılar seçilir: • fakültələrdə həmkarlar ittifaqı bürosu; • 15 nəfərdən az həmkarlar ittifaqı üzvünü birləşdirən təşkilatlarda həmkarlar ittifaqının təşkilatçısı; • ilk həmkarlar ittifaqı təşkilatındahəmkarlar ittifaqı komitəsi; 7.7. İlk həmkarlar ittifaqı təşkilatında komitə və ya təftiş komissiyası üzvünün geri çağırılması məsələsi yığıncaq iştirakçılarının üçdə iki hissəsinin səs çoxluğu ilə həll edilir. Həmkarlar ittifaqı komitəsi və təftiş komissiyasının konfransda seçilmiş üzvləri bu orqanların tərkibindən həmkarlar ittifaqı komitəsinin yığıncağında üçdə iki səs çoxluğu və yığıncağın müəyyən etdiyi qaydada (açıq və ya gizli səsvermə yolu ilə) çıxarılır. 7.8. Ali və 300-dən artıq işçisi ittifaq üzvü olan orta ixtisas təhsili müəssisələrinin həmkarlar ittifaqı təşkilatları Respublika Komitəsinin xidmətinə daxildirlər. 7.9. İlk həmkarlar ittifaqı təşkilatlarının əsas vəzifəsi üzvlərin qanuni hüquq və mənafelərini müdafiə etməkdən ibarətdir ki, bu da kollektivə aid bütün məsələlərin aşkarlıqla fəal müzakirəsi, qərarların işlənib hazırlanması və onların yerinə yetirilməsi yolu ilə həyata keçirilir. 7.10. Həmkarlar ittifaqı komitəsi: 7.10.1. Üzvlərin qanuni hüquq və mənafeyini müdafiə edir, hüquq və sosial məsələlərin həlli üzərində ictimai nəzarəti təşkil edir, müdiriyyət və digər ictimai təşkilatlarla qarşılıqlı əlaqə yaradır; 7.10.2. Yuxarı ittifaq orqanlarına öz namizədlərini irəli sürür; 7.10.3. Əmək kollektivləri adından müdiriyyətlə kollektiv müqavilə və saziş bağlayır, müdiriyyət tərəfindən həmin kollektiv müqavilə və sazişin yerinə yetirilməsinə nəzarət edir; 7.10.4. Əmək mübahisələrinə baxır və ona əsasən qərar qəbul edir; 7.10.5. Barışdırıcı komissiyanın təşkilində və işində iştirak edir, kütləvi etirazlar təşkil edir; 7.10.6. Müdiriyyətlə birlikdə sosial inkişaf, əməyin təşkili, əməyin mühafizəsi, əmək haqqı və oxuyan gənclərin təqaüdlə təminatı məsələləri barədə qərar qəbul edilməsində iştirak edir; 7.10.7. Üzvlərinin sosial müdafiəsinin təmin olunmasına nəzarət edir, onları həmkarlar ittifaqının sağlamlıq ocaqlarına, sanatoriya-kurort müalicəsinə və istirahətə göndərir, üzvlərə göstərilən tibbi xidmətin təşkilini yoxlayır; 7.10.8. Üzvlərlə tərbiyə, mədəni-kütləvi sahədə iş aparır, bədii özfəaliyyət və texniki yaradıcılığı, bədən tərbiyəsini, idmanı və turizmi inkişaf etdirir; 7.10.9. Yığıncağın (konfransın) qəbul etdiyi qərarların yerinə yetirilməsini təşkil edir, həmkarlar ittifaqı üzvlərini fəal ictimai işə cəlb edir, müvəqqəti komissiyalar təşkil edir; 7.10.10. Yuxarı orqanlara hesabat verir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən:

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinn 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edilməli, İddiaçı bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi ilə bağlı Bərdə şəhər X39 6 nömrəli tam orta məktəbin direktoru Cavabdeh tərəfindən verilmiş 02 oktyabr 2025-ci il tarixli 197 nömrəli Əmr ləğv edilməli, İddiaçı əvvəlki işi Bərdə şəhər X39 6 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi və xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün İddiaçı aylıq əmək haqqı hesablanıb ödənilməsi 02 oktyabr 2025-ci il tarixli 197 nömrəli Əmrin ləğv edilməsi haqqında məhkəmə qətnaməsi nəzərə alınmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.

V. Nəticə:

Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddiаçı İddiaçı cavabdeh Bərdə şəhər X39 6 nömrəli tam orta məktəbin direktoru Cavabdeh və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikas Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X18 Regional Təhsil İdarəsinə qаrşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanıb ödənilməsi” tələbinə dаir iddiası qismən təmin edilsin. İddiaçı bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi ilə bağlı Bərdə şəhər X39 6 nömrəli tam orta məktəbin direktoru Cavabdeh tərəfindən verilmiş 02 oktyabr 2025-ci il tarixli 197 nömrəli Əmr ləğv edilsin. İddiaçı əvvəlki işi Bərdə şəhər X39 6 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi və xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün İddiaçı aylıq əmək haqqı hesablanıb ödənilməsi 02 oktyabr 2025-ci il tarixli 197 nömrəli Əmrin ləğv edilməsi haqqında məhkəmə qətnaməsi nəzərə alınsın. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar